Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-234/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (pensiyanın yenidən hesablanması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1565/2021 nömrəli iş üzrə 31.08.2021-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə 25 yanvar 2022-ci tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı dövlət orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən 01.07.1976-cı il tarixdən 31 avqust 1977-ci il tarixədək Bərdə rayon Partiya Komitəsində sənaye və nəqliyyat şöbəsinin müdiri, 31 avqust 1977-ci il tarixdən 10 aprel 1978-ci il tarixədək ümumi şöbə müdiri vəzifələrində işləmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitənin Katibliyinin 13 iyun 1978-ci il tarixli 15 saylı qərarı ilə Bərdə Rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsinə təsdiq edilmişdir. İddiaçı cavabdehə müraciət edərək, pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsini xahiş etmişdir.
2. Cavabdeh 11.09.2019-cu il tarixli **********2 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçıya 15 fevral 2006-cı il tarixdə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. 1 mart 2018-ci il tarixdən etibarən iddiaçının pensiyası 781,56 manat müəyyən edilmiş və keçmiş dövr üzrə yenidən hesablanmışdır. 1 sentyabr 2019-cu il tarixdən «Dövlət qulluqçularının vəzifə maaşının müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Preziden tinin Sərəncamı ilə əlaqədar idarəyə daxil olmuş aylıq vəzifə maaşlarına əsasən əmək pensiyası yenidən hesablanaraq 1.047,51 manat məbləğində müəyyən edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, inzibati və yardımçı vəzifələr tutan, habelə 18 oktyabr 1991-ci il tarixdən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 18 oktyabr 1991-ci il tarixədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyalarının üzərinə qulluq stajına görə əlavə hesablanması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezi dentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş müvafiq siyahının 1.8-ci bəndinə əsasən, şəhər (rayon) xalq nəzarəti komitəsinin aparatında komitənin sədri vəzifəsi rayon, şəhər icra hakimiyyəti başçısı aparatının bölmə rəhbəri vəzifəsinə uyğunlaşdırılmışdır. Həmin Fərmanın 2-ci bəndinə əsasən, bu siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən, həmin qanun icra, qanunvericilik və məhkəmə hakimi yyəti orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Sözügedən Qanunun 2.5-ci maddəsinə uyğun olaraq «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunu müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı təyin edilmiş əmək pensiyasının vaxtilə işlədiyi Rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsinin hazırkı RİH başçısının birinci müavini vəzifəsinə uyğunlaşdırılmasını, 1996– 2002-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin işinə cəlb edildiyi dövrün dövlət qulluğu stajına daxil edilməsini, 01 iyun 1976-cı il tarixdən 31 avqust 1977-ci il tarixədək Bərdə Ra yon Partiya Komitəsinin sənaye və nəqliyyat şöbəsinin müdiri, 31 avqust 1977-ci il tarixdən 10 aprel 1978-ci il tarixədək işlədiyi 1 il 10 ay 10 gün dövr və Azərbaycan Respublikası Prezidenti yanında X1 işlədiyi 18 fevral 1992-ci il tarixdən 10 iyun 1992-ci il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsini, Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli 776 nömrəli Fərmanına əsasən hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15%-i məbləğində əlavə haqq, dövlət qulluqçularına il ərzində ödənilməli olan 4 aylıq vəzifə maaşı məbləğində mükafat, 1 aylıq vəzifə maaşı məbləğində müavinət və ixtisas dərəcəsinə görə əlavə pul məbləğləri nəzərə alınmaqla yenidən hesablanmasını, yenidən hesablanmış pensiyanın son məbləğinin «Dövlət qulluqçularının vəzifə maaşlarının müəyyən edilməsi haqqında» (18 iyun 2019-cu il tarixli 1268 nömrəli) Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən pensiya hüququ qazanıldığı dövrdə qüvvədə olan qanunvericiliyin müddəaları nəzərə alınmaqla müəyyən edilməsini və 50% artırılmaqla birdəfəlik hesablanaraq ödənilməsini barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
4. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o 1976-cı ildən 1992-ci ilədək Azərbaycan Kommunist Partiyasının Bərdə Rayon Komitəsində şöbə müdiri, 1978-ci ildən etibarən isə Bərdə Rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsində fəaliyyət göstərmişdir. İşlədiyi müddətdə Rayon Partiya Komitəsinin büro üzvü və rayon Sovetinin deputatı kimi statuslara da malik olmuşdur. 2007-ci ildə 63 y aşı tamam olması ilə əlaqədar pensiyaya çıxmışdır. Lakin pensiya hesablanarkən hesablamada ədalətsizliyə yol verilmiş, 14 ilə yaxın müddətdə işlədiyi rayon XNK sədri vəzifəsi həmin dövrdəki X2 İcraiyyə Komitəsinin sədrinin birinci müavini vəzifəsinə bərabər tutulmalı olduğu halda düzgün olmayaraq RİH başçısının aparatının bölmə rəhbəri vəzifəsinə uyğunlaşdırılmışdır.
5. Bakı İnzibati Məhkəməsinin 06.08.2020-ci il tarixli, 2-1(112)-323/2020 nömrəli qərarı ilə (sədrlik edən hakim Rüstəm Kərimli) iddia tələbinin qismən təmin edilməsi, iddiaçının əmək pensiyasının dövlət qulluqçularına hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq, il ərzində ödənilməli olan 3 aylıq vəzifə maaşı məbləğində mükafat, 1 aylıq vəzifə maaşı məbləğində müavinət və ixtis as dərəcəsinə görə əlavə pul məbləğləri nəzərə alınmaqla yenidən hesablanması və yaranmış müvafiq fərq məbləğinin qanunla müəyyən edilmiş qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsi iddianın təmin edilən hissəsi ilə əlaqədar olaraq qeyd etmişdir ki, iddiaçı əlavələri, mükafatları və müavinəti tələb etməkdə haqlıdır. İddianın təmin edilməyən hissəsi ilə əlaqədar olaraq isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 18 oktyabr 1991-ci il tarixdən əvvəlki dövrdə işlədiyi rayon xalq nəzarəti komitəsinin sədri vəzifəsi Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş müvafiq Siyahının 1.8-ci bəndinə görə «İnzibati və yardımçı vəzifələrin Toplusu»nda “rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı ŞİH başçısı istisna olmaqla) aparatında bölmə rəhbəri” vəzifəsinə uyğunlaşdırıldığından, həmçinin iddiaçının əmək kitabçasında əksini tapmış bütün vəzifələr pensiya təyinatı zamanı nəzərə alındığından, digər yerlərdə işləməsi öz təsdiqini tapmadığından iddiaçının pensiya məbləğində əlavə vəzifələr də nəzərə alına bilməz. Odur ki, iddia həmin hissədə təmin oluna bilməz.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək vaxtilə işlədiyi XNK sədri vəzifəsini RİH başçısının birinci müavini vəzifəsinə uyğunlaşdırılmasını, pensiyasının AR Prezidentinin “Dövlət qulluqçularının vəzifə maaşlarının müəyyən edilməsi haqqında” 01.09.2019-cu il tarixli sərəncamına əsasən 50 faiz miqdarında artırılm asını xahiş etmişdir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 06.08.2020-ci il tarixli, 2-1(112)-323/2020 nömrəli ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.11.2020-ci il tarixli, 2-1(103)-1828/2020 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Aida Hüseyn) qərarı ilə iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 06.08.2020-ci il tarixli, 2-1(112)-323/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.11.2020-ci il tarixli, 2-1(103)1828/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsindəki icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16.03.2021-ci il tarixli, 2-1(102)-346/2021 nömrəli qərarı ilə (hakimlər Kəmaləddin Bədəlov - sədrlik edən və məruzəçi, İlqar Dadaşov və İlqar Hüseynov) cavabdehin kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin 03.11.2021-ci il tarixli, 2-1(103)-1828/2020 nömrəli qərarının mübahisələndirilən, yəni iddi anın təmin edilən hissəsində ləğv edilməsi və eyni hissədə təkrar baxılması üçün iş həmin məhkəməyə göndərilməsini qərara alınmışdır.
13. Ali Məhkəməsinin İnzibati Kollegiyası hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi isə iddiaçının işlədiyi dövrdə qeyd edilən əlavələri, mükafatları və müavinəti alıb-almamasına dair müvafiq sübutlar olmadan və bu barədə araşdırma aparmadan qərar qəbul etmişdir. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31.08.2021-ci il tarixli, 2-1(103)-1565/2021 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Cahangir Yusifov və Həmid Həmidov) qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, “İddiaçı il ərzində ödənilməli olan 3 aylıq vəzifə maaşı məbləğində mükafat, 1 aylıq vəzifə maaşı məbləğində müavinət və ixtisas dərəcəsinə görə əlavə pul məbləğləri nəzərə alınmaqla yenidən hesablanması” hissəsi ləğv edilməsi, həmin hissədə iddia tələbinin rədd edilməsi, “İddiaçı əmək pensiyasının dövlət qulluqçularına hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 %-i məbləğində əlavə haqq nəzərə alınmaqla yenidən hesablanması və yaranmış müvafiq fərq məbləğinin qanunla müəyyənləşdirilmiş qaydada ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsində dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, «Əmək pensiyaları haqqında» Qanunun 20.1 və 20.1.7-ci maddələrinə, “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanunun 7.1., 12.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi” Qaydalarının 12ci bəndinə, Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2002-ci il tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnamənin 5, 12-ci bəndlərinə istinad etməklə belə hesab etmişdir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31.08.2021-ci il tarixli, 2-1(103)-1565/2021 nömrəli qərarının iddia tələbinin rədd edilməsi hissəsində ləğv, əmək pensiyasının il ərzində ödənilməli olan 3 aylıq vəzifə maaşı məbləğində mükafat, 1 aylıq vəzifə maaşı məbləğində müavinət və ixtisas dərəcəsinə görə əlavə pul məbləğləri nəzərə alınmaqla yenidən hesablanması hissəsində təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31.08.2021-ci il tarixli, 2-1(103)1565/2020 nömrəli qərarının “İddiaçı əmək pensiyasının dövlət qulluqçularına hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq nəzərə alınmaqla yenidən hesablanması və yaranmış müvafiq fərq məblə ğinin qanunla müəyyən edilmiş qaydada ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın” hissəsində ləğv edilməklə iddiaçının həmin hissədə olan iddia tələbi rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
18. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən qərarında iddia tələbini "hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 %-i məbləğində əlavə haqq” hissəsində məhz "Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən (Dövlət qulluqçusunun pensiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artıml ara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır) təmin etmişdir. 19. "Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanunun göstərilən müddəasından əlavə, "Dövlət qulluğu haqqında” Qanunun da 23.4-cü maddəsinə əsasən, dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır.
20. Göründüyü kimi, dövlət quluqçusunun pensiyasının hesablanmasının fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq aparılması xüsusatı üzrə hər iki qanunun mövqeyi üst-üstə düşür. Burada fikir ayrılığı, müxtəlif təfsi rlər və s. yoxdur, mövqe birmənalıdır. Bu xüsusat üzrə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin də, mövqeyi birmənalıdır və pensiya mülkiyyət hüququna aid olmaqla, bilavasitə hüquqi vəziyyətə aid məsələdir.
21. İddiaçı qeyd edir ki, Bakı Apellyasiya məhkəməsi 31.08.2021-ci il tarixli qərarı ilə iddia tələblərindən yalnız birini deyil, istinad etdiyi normala uyğun olaraq hər birini təmin etməli idi.
22. Belə ki, 4 istiqamət üzrə iddia tələblərinin hər biri Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə təsdiq edilmiş ödənişlərdir və bu ödənişlərlə bağlı müvafiq fərmanlarda hansısa formada diskresion yanaşmanın mümkünlüyü barədə ümumiyyətlə heç bir qeyd yoxdur.
23. Həmin 4 tələbdən biri ixtisas dərəcəsinin verilməsidir. Qeyd olunmalıdır ki, hazırda qüvvədə olan qanunvericilik normaları hər bir dövlət qulluğundakı inzibati vəzifə üçün minimum ixtisas dərəcəsini müəyyən edir və birmənalı onun həmin vəzifədəki şəxsə verilməsini nəzərdə tutur. 24. “Dövlət qulluğu haqqında” Qanunun 17.1-ci maddəsinə əsasən, İxtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. İlk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir. Bu maddənin birinci hissəsind ə müəyyən edilmiş hər hansı tələbə cavab verməyən dövlət qulluqçusuna, habelə təyin olunduğu inzibati vəzifənin təsnifatına uyğun ixtisas dərəcəsinə malik olmayan dövlət qulluqçusuna tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir.
25. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 4-cü bəndinə əsasən - Dövlət qulluğunda inzibati vəzifəni tutan dövlət qulluqçularına vəzifələrin təsnifatına uyğun olaraq ixtisas dərəcələri verilir.
26. İddia tələbi üzrə digər istiqamət isə, “dövlət qulluqçusuna il ərzində ödənilən 3 aylıq vəzifə maaşı məbləğində mükafat nəzərə alınmaqla təyin edilmiş əmək pensiyasının yenidən hesablayıb ödənilməsi”-dir.
27. Həmin məsələ, müvafiq Fərmanla öz həllini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli 774 saylı Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”nin 12-ci bəndinə əsasən dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur.
28. İddia tələbi üzrə sonuncu hissə isə, “bir vəzifə maaşı həcmində müavinət nəzərə alınmaqla onun pensiyasının yenidən hesablanması” tələbidir. 29. “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” Azərbayc an Respublikası Prezidentinin 23.10.2003-cü il tarixli, 948 saylı Fərmanının 1-ci bəndinin 1-ci abzasına əsasən 2003-cü il 1 yanvar tarixindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin "Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” 23.l0.2003-cü il tarixli Fərmanı ilə müəyyən edilmişdir ki, 2003-cü il 1 yanvar tarixindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət verilir və bu müavinət dövlət qulluqçularına hər il işlədiyi mərkəzi icra hakimiyyəti orqanı tərəfindən ödənilir. Həmin müavinət pulundan sosial sığorta və vergi tutma olduğu bir aylıq vəzifə maaşı həcmində müavinət pulu da iddiaçının dövlət məvacibinə daxil edilmə klə pensiya hesablanarkən nəzərə alınmalıdır.
30. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi Bərdə rayon Xalq Nəzarət Komitəsinin sədri vəzifəsi “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı İlə təsdiq edilmiş siyahısının 1.8-ci bəndinə əsasən rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının ( Bakı şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında bölmə rəhbəri vəzifəsinə uyğunlaşdırıldığından ona məhz bölmə rəhbəri vəzifəsi ilə haqlı olaraq pensiya təyin edilmişdir.
31. İddiaçının işlədiyi peşə İcra Hakimiyyəti Başçısı Aparatının bölmə rəhbəri vəzifəsinə uyğunlaşdırılmışdır. Qeyd edilən vəzifə (peşə) Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2008-ci il tarixli 776 nömrəli Fərmanınında “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısında hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilən peşələr arasında qeyd edilmədiyindən iddiaçıya həmin əlavələr verilə bilməz.
32. Onu da qeyd etmək istəyir ki, iddiaçının işlədiyi peşə, yəni İcra Hakimiyyəti Başçısı Aparatının bölmə rəhbəri vəzifəsinin aid olduğu İcra Hakimiyyəti Başçısının Aparatına aid olan peşələr Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 saylı fərmanı ilə təsdiq edilmiş “İnzibati və Yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 6 və 7-ci təsnifatlarında qeyd edilmişlər və həmin təsnifatlara qeyd edilən peşələr Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2008-ci il tarixli 776 nömrəli Fərmanında “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı”nda hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilən peşələr arasında qeyd edilməmişdir.
33. Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsinin Plenumu da özünün 15 may 2020-ci il tarixdə qəbul etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Qərarında yuxarda qeyd edildiyi hüququ mövqeyini təsdiq etmişdir. Belə ki, həmin Qərarda göstərilir ki, “Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsində müəyyən edilmişdir ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanlarına məcburi döviət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
34. Həmçinin Qanunun 1.0.5-ci maddəsinə müvafiq olaraq, təminat xərcliyi dedikdə hərbi qulluqçuların hər bi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artırmalar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.
35. Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında" Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları", "təminat xərcliyi", 1.0.5-ci maddəsindəki "xidmətdən buraxıldığı günə aldıqları", "sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-cİ hissəsindəki "işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gətir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar" “dövlət məvacibindəki sonrakı artımlar" müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.
36. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə almır ki, həmin şəxs: -“Əmək pensiyaları haqqında" Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; -“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə h əmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. TƏTBİQ EDİLƏN HÜQUQ
37. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə
82. Apellyasiya instansiyası məhkə məsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 38. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:... Maddə 20.1.7. Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbay can Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 39. “Dövlət qulluqçuların pensiya təminatı haqqında” Qanun: Maddə 7.1 Pensiya almaq üçün müraciət edənin arzusuna əsasən dövlət məvacibi onun müraciət etdiyi gündən əvvəlki dövlət qu lluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla hesablanır. Maddə 12.1. Dövlət qulluqçusunun pensiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır.
40. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi” Qaydalarının 12-ci bəndinə əsasən, ixtisas dərəcələrinin verildiyi gündən başlayaraq dövlət qulluqçusuna hər ay vəzifə maaşına ixtisas dərəcələrinə görə əlavə haqq ödənilir.
41. Azərbaycan Respublikası Preziden tinin 22 avqust 2002-ci il tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnamə: Bənd
5. İşin nəticələrinə görə kollektiv mükafatlandırma zamanı mükafatın müəyyən edilməsi üçün götürülən dövrdə (hesablaşma dövrü) hamiləliyə və doğuşa görə məzuniyyətdə olma, ştatların ixtisarı ilə əlaqədar işdən azad olma, hərbi xidmətə çağırılma, ixtisasartırma kursunda olma və digər üzürlü səbəblərdən tam işləməmiş dövlət qulluqçuları üçün onların faktiki qulluq keçdiyi dövrə görə mükafat hesablanır. Xəstəliklə əlaqədar işdə olmayan dövlət qulluqçusuna mükafat verilməsi məsələsi hər bir konkret halda onun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir. Bənd
12. Dövlət qulluqçularının mükafatlandırılması məq sədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur.
42. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2008-ci il tarixli 776 nömrəli Fərmanı: Bənd 2. hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilmişdir.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-c il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
44. Kassasiya şikayəti v axtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
45. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
46. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin 31.08.2021-ci il tarixli qərarı və qərardan həm iddiaçı həm də cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərindəki dəlillərlə əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin 30 iyul 2019-cu il tarixli 186 nö mrəli “arxiv arayışı”na əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivində saxlanılan sənədlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Katibliyinin 13 iyun 1978-ci il tarixli 15 saylı qərarına əsasən Bərdə Rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsinə təsdiq edilmişdir.
47. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bərdə Rayon İcra Hakimiyyəti başçısının Aparatının 09 avqust 2019-cu il tarixli 3/740 nömrəli arayışına əsasən İddiaçı 01 iyul 1976-cı il tarixdən 31 avqust 1977-ci il tarixədək Bərdə Rayon Partiya Komitəsində sənaye və nəqliyyat şöbəsinin müdiri, 31 avqust 1977-ci il tarixdən 10 aprel 1978-ci il tarixədək ümumi şöbə müdiri vəzifəsində işləmişdir.
48. Eyni z amanda apellyasiya məhkəməsinin qərarında göstərilmişdir ki, "cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 11 sentyabr 2019-cu il tarixli məktubuna əsasən DSMF Bakı şəhəri Nəsimi rayon şöbəsi tərəfindən Sizə (ərizəçi İddiaçı) 15 fevral 2006-cı il tarixdə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Müraciətinizə əsasən Sizə aid pensiya işinə dair sənədlər həmin şöbədən İdarəyə gətirilərək əmək pensiyanızın hesablanmasının düzgün olub-olmaması İdarə tərəfindən araşdırılmışdır. Nəticədə əmək pensiyanız 1 mart 2018-ci il tarixdən etibarən 781,56 manat müəyyən edilmiş və keçmiş dövr üzrə yenidən hesablanmışdır. 1 sentyabr 2019-cu il tarixdən «Dövlət qulluqçularının vəzifə maaşının müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əlaqədar İdarəyə daxil olmuş aylıq vəzifə maaşlarına əsasən əmək pensiyanız yenidən hesablanaraq 1.047,51 manat məbləğində müəyyən edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, inzibati və yardımçı vəzifələr tutan, habelə 18 oktyabr 1991-ci il tarixdən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 18 oktyabr 1991-ci il tarixədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyalarının üzərinə qulluq stajına görə əlavə hesablanması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixl i 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş müvafiq siyahısının 1.8-ci bəndinə əsasən şəhər (rayon) xalq nəzarəti komitəsinin aparatında komitənin sədri vəzifəsi rayon, şəhər icra hakimiyyəti başçısı aparatının bölmə rəhbəri vəzifəsinə uyğunlaşdırılmışdır. Həmin Fərmanın 2-ci bəndinə əsasən bu siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən həmin qanun icra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında dövlə t qulluğu keçən qulluqçulara şamil edilir. Sözügedən Qanunun 2.5-ci maddəsinə uyğun olaraq «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunu müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir."
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən hazırkı qərarın 37-43 bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol verməmişdir.
50. Hazırkı iş birinci dəfə Ali Məhkəmənin baxışında olarkən, Ali Məhkəmənin qərarında hüquqi göstəriş ondan ibarət olmuşdur ki, “Hazırkı iş üzrə iddiaçı müxtəlif vəzifələrdə, o cümlədən 01.07.1976-cı il tarixdən 31.08.19 77-ci il tarixədək Bərdə rayon Partiya Komitəsində sənaye və nəqliyyat şöbəsinin müdiri, 31.08.1977-ci il tarixdən 10.04.1978-ci il tarixədək ümumi şöbənin müdiri vəzifələrində işləmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi isə iddiaçının işlədiyi dövrdə qeyd edilən əlavələri, mükafatları və müavinəti alıb-almamasına dair müvafiq sübutlar olmadan və bu barədə araşdırma aparmadan qərar qəbul edilmişdir. Belə olan halda, ilk növbədə, apellyasiya instansiya məhkəməsi iddiaçıya hansı dövr və hansı vəzifə üzrə dövlət məvacibindən pensiya hesablandığını müəyyən etməlidir. Daha sonra isə, həmin dövrdə iddiaçının qeyd olunan əlavələri, mükafatları və müavinəti alıb-almamasını müəyyən etməli (müvafiq sorğular verməklə), bunun əsasında qərar qəbul etməlidir.”
51. Apellyasiya məhkəməsi tərəfi ndən işə təkrar baxıldığı zaman Ali Məhkəmənin sözügedən hüquqi göstərişi icra edilərkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mükafat, müavinət və ixtisas dərəcəsinə görə əlavə pul məbləğlərini alması barədə müvafiq arayışları, sənəd-sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş iddiaçının nümayəndəsi izahatında qeyd edilən dövrlər üzrə mükafat, müavinət və ixtisas dərəcəsinə görə iddiaçının əlavə pul məbləğlərini almadığını bildirmişdir.
52. Bu baxımdan apellyasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-c il tarixli qərarına haqlı olaraq istinad etmiş, belə ki, həmin qərarda qeyd edilmişdir ki, “...şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.”
53. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sözügedən qərarının yuxarıda göstərilmiş müddəalarına istinad edib, iddiaçı tərəfindən mükafat, müavinat və ixtisas dərəcəsinə görə əlavə pul məbləğlərinin almamasını müəyyən etdiyi halda, iddianın həmin hissəsində düzgün nəticəyə gələrək belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 21(112)-323/2020 nömrəli qərarı qismən - il ərzində ödənilməli olan 3 aylıq vəzifə maaşı məbləğində mükafat, 1 aylıq v əzifə maaşı məbləğində müavinət və ixtisas dərəcəsinə görə əlavə pul məbləğləri nəzərə alınmaqla yenidən hesablanması hissəsində ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir. Lakin iddiaçıya əmək pensiyasının dövlət qulluqçularına hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 %-i məbləğində əlavə haqq nəzərə alınmaqla yenidən hesablanması və yaranmış müvafiq fərq məbləğinin qanunla müəyyənləşdirilmiş qaydada ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlanılması hissəsində yanlış nəticəyə gəlmişdir. Belə ki, sözügedən vəzifə maaşına 15% məbləğində əlavə haqqın alınması da sübuta yetirilməmişdir.
54. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, cavabdehin kassasiya şikayəti isə təmi n edilməli, apellyasiya instansiyası məhkəməsinin 31.08.2021-ci il tarixli qərarı qismən, yəni “Qərar - İddiaçı əmək pensiyasının dövlət qulluqçularına hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 %-i məbləğində əlavə haqq nəzərə alınmaqla yenidən hesablanması və yaranmış müvafiq fərq məbləğinin qanunla müəyyənləşdirilmiş qaydada ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın” hissəsində ləğv edilməli, qərarın həmin hissəsinə aid yeni qərar qəbul edilməli, iddiaçının iddiasının sözügedən hissəsi rədd edilməli, apellyasiya məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
55. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddi açının kassasiya şikayəti təmin edilməsin. Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31.08.2021-ci il tarixli, 2-1(103)1565/2021 nömrəli qərarı qismən, yəni “Qərar - İddiaçı əmək pensiyasının dövlət qulluqçularına hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 %-i məbləğində əlavə haqq nəzərə alınmaqla yenidən hesablanması və yaranmış müvafiq fərq məbləğinin qanunla müəyyənləşdirilmiş qaydada ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın” hissəsində ləğv edilsin. Qərarın həmin hissəsinə aid yeni qərar qabul edilsin. İddiaçının iddiasının sözügedən hissəsi rədd edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31.08.2021-ci il tarixli, 2-1(103)1565/2021 nömrəli qəra rı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.