Məhkəmə qərarları › İş №2-1(102)-2340/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2340/2019

14.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2340/2019 14.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı inzibati iş üzrə QƏRAR (iş № 2-1(102)-2340/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, M.Səfərovanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı ona və qızlarına qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası nın xxxx 2019-cu il tarixli, 2-1(103)-889/2019 saylı qərarından İddiaçı və onun vəkili X1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, «cavabdehin üzərinə İddiaçı, ailə üzvləri olan, əri, 1963-cü il təvəllüdlü X1, qızları 2006-cı il təvəllüdlü X1, 2010-cu il təvəllüdlü X1, oğlanları 1996-cı il təvəllüdlü X1, 1998-ci il təvəllüdlü X1xxxx 2018-ci il tarixli vəsatətinin təmin edilərək qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulması, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ42/6 nömrəli, xxxx 201 8-ci il tarixli «qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarının və ondan verilmiş şikayətin təmin edilməməsi haqqında ***** saylı, xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-168/2019 saylı xxxx 2019-cu il tarixli qərardadı ilə iddia - Dövlət Miqrasiya Xidmətinin ***** nömrəli, xxxx 2018-ci il tarixli «qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarının və ondan verilmiş şikayətin təmin edilməməsi barədə **** saylı, xxxx 2018-ci il tarixli qərarın ləğv edilməsi və cavabdehin üzərinə əri 1963-cü il təvəllüdlü Azizullah Mohammadiyə, oğlanları 1996-cı il təvəllüdlü Fardin Mohammadiyə, 1998-ci il təvəllüdlü Farshid Mohammacdiyə qaçqın statusunun ve rilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulması hissələrində mümkün sayılmamışdır (hakim – M.Hacıbəyova). 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-168/2019 saylı xxxx 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir (hakim – M.Hacıbəyova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-887/2019 saylı qərarı ilə (sədrlik edən C.Yusifov, hakimlər V.Ağayev və A.Nuriyeva) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından İddiaçı və onun vəkili X1kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təm in edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, İddiaçı, ailə üzvləri olan, əri, 1963-cü il təvəllüdlü X1, qızları 2006-cı il təvəllüdlü X1, 2010-cu il təvəllüdlü X1, oğlanları 1996-cı il təvəllüdlü X1, 1998-ci il təvəllüdlü X1 qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulmasını tələb etmiş, məhkəmə tərəfindən bu hal nəzərə alınmamış, nəticədə qanunsuz və əsassız məhkəmə aktı qəbul edilmişdir. Tərəflərin izahatları İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəb ərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məhkəmə iclasının vaxtı və yeri ba rədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin mü əyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-887/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı barəsində ayrıca şəxsi iş açılmış, təqdim etdiyi sənədlər həmin işə əlavə edilmiş, onunla müsahibə keçirilərkən onun əri Əzizullahın xxxx 2013-cü il tarixdə ailə üzvləri ilə birlikdə qaçqın statusu almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etdiyi və barəsində xxxx 2014-cü il tarix li imtina qərarının qəbul edildiyi məlum olmuş, eyni zamanda, onların BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinə qaçqın statusunun alınması ilə bağlı müraciət etdikləri, lakin müraciətlərinə imtina cavabı verildiyi, həmçinin ötən müddət ərzində vətəndaşları olduqları ölkəyə qayıtmadıqları və söylədikləri məsələyə dair hər hansı yeni problemlərin yaranmadığı aydın olmuş, iddiaçı ilə aparılan müsahibə zamanı onun izahatlarına əsasən (işə əlavə olunmuşdur) o və ailə üzvləri vətəndaşı olduqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətinə və dini etiqadlarına görə təqib olunmamışlar, bütün prosedur hərəkətlər yerinə yetirildikdən sonra, iddiaçının şəxsi işi «Qaçqın» statusunun verilməsi haqqın da vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş və onun gətrdiyi dəlillər qanunvericiliyin tələbləri çərçivəsində qiymətləndirilmiş və yekunda müsahibə üzrə əldə olunan nəticələr əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən qaçqın statusunun verilməsindən imtina edilmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçının vəsatəti üzrə qanunvericilyin qeyd olunan tələbləri qaydasında hərtərəfli araşdırma aparılmış, müəyyən edilən faktlar və arqumentlər təhlil olunaraq qiymətləndirməsi aparılarkən təqib olunması ilə bağlı gətirdiyi dəlillərində ziddiyyətli və şübhəli məqamlar müəyyən edilmiş, aparılan müsahibənin nəticələri təqib qorxusuna uyğun gəlmədiyindən mötəbərlilik baxımından ona qaçqın statusunun verilməsi üçü n yetərli olmamış, bu səbəbdən də əsaslı olaraq onun vəsatətinin təmin edilməsindən imtina olunmuş, iddiaçı tərəfindən Əfqanıstandan qaçqın düşməsini və ona Azərbaycan Respublikasında qaçqın statusunun verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu mötəbər sübutlar və dəlillərlə öz təsdiqini tapmır, cavabdehin iş materiallarına əlavə edilmiş xxxx 2018-ci il tarixli imtina qərarına əsasən, onun tərəfindən iddiaçının qaçqın statusu verilməsi barədə vəsatəti qanunvericiliyin tələbləri qaydasında ətraflı araşdırılmış və nəticələri üzrə qiymətləndirmə keçiriməklə, qaçqın statusu verilməsindən imtina olunmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köç ürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən «Qaçqın» Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakim iyyəti orqanı müəyyənləşdirir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il xxxx tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəy yən edir. Həmin «Qayda»nın 1-ci bəndinin 3-cü abzasına əsasən «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin «Qayda»nın 7-9-cu bəndlrinə əsasən: «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs «Qaçqı n» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. «Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, ümumiyyətlə, iddiaçının yaşadığı ölkədə real təqibə məruz qalması və qalacağı ilə bağlı nə iddia ərizəs inin məzmununda, nə də ki cavabdeh tərəfindən onunla aparılan müsahibələrdə verdiyi izahatlarında (sual-cavablarda) inandırıcılıq müşahidə olunmur. Onun tərəfindən şərh edilən hallar səthi və bir-birini tamamlamayan, uydurucu mülahizələri özündə əks etdirməklə, ziddiyyətli məqamlarla zəngindir. Ən azından, bibisi oğlu tərəfindən onun üzərinə benzin tökülüb yandırılması və onun necə söndürülüb xəstəxanaya çatdırılması kimi halların hansı şəraitdə baş verməsi bəlli deyil, bəsitdir və ağlabatan görünmür. Odur ki, onun ziddiyyətliliyi və uyğunsuzluğu ilə seçilən mülahizələrinin mötəbər hesab edilə və ona qaçqın statusunun verilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmələr iş materiallarına istinbad etməklə iddia tələbinin təmin edilməməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qa ydasında baxan məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçının vəsatəti üzrə qanunvericilyin qeyd olunan tələbləri qaydasında hərtərəfli araşdırma aparıldığını, aparılan müsahibənin nəticələri təqib qorxusuna uyğun gəlmədiyindən mötəbərlilik baxımından ona qaçqın statusunun verilməsi üçün yetərli olmadığını, iddiaçı tərəfindən Əfqanıstandan qaçqın düşməsini və ona Azərbaycan Respublikasında qaçqın statusunun verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun mötəbər sübutlar və dəlillərlə öz təsdiqini tapmadığını, iddiaçının yaşadığı ölkədə real təqibə məruz qalması və qalacağı ilə bağlı nə iddia ərizəsinin məzmununda, nə də ki cavabdeh tərəfindən onunla aparılan müsahibələrdə verdiyi izahatlarında (sual-cavablarda) inandırıcılığın müşahidə olunmadığını, cavabdehin 30.04.2018-ci il tarixli imtina qərarı ilə, onun tərəfindən iddiaçının qaçqın statusu verilməsi barədə vəsatətinin qanunvericiliyin tələbləri qaydasında ətraflı araşdırılaraq, nəticələri üzrə qiymətləndirmə keçiriməklə, qaçqın statusu verilməsindən imtina olunduğunu nəzərə alaraq kassasiya şikayətinin bununla bağlı dəlillərini əsassız hesab edir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qayda sında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş,kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 21(103)-887/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-887/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar