Məhkəmə qərarları › İş №2-1(102)-2340/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2340/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2340/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1364/2024 nömrəli, 7 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********260600 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Kameral vergi yoxlamasından sonra vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə müvafiq dövr üçün yenidən dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. Dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində xərc göstəriciləri 9650,52 manat artırılmış, eyni zamanda öncəki dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində f aiz xərcləri silinərək, 221.15-ci “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” sətrində qeyd edilmişdir. Nəticədə 126825,93 manat sənədlərlə təsdiqini tapmayan xərc uyğunsuzluğu yaranmışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********283000 nömrəli məktub göndərilərək, araşdırma üçün zəruri olan sənədlərin və ətraflı izahatın təqdim edilməsi tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən məktubda qeyd olunan müddət ərzində əsaslandırılmış izahat və zəruri sənədlər təqdim edilmədiyi üçün 2020-ci ilin mənfəət vergisi üzrə 46323,15 manat əlavə vergi məbləği hesablanmışd ır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 09 iyul 2021-ci il tarixli, **********036800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi orqanı İddiaçı MMC (VÖEN: **********) 2020-ci il üçün 46323.03 manat mənfəət vergisi hesablamışdır. Bununla bağlı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Apellyasiya Şurasına müraciət edərək MV-nin azaldılmasını və ya hesablamada Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarını tətbiq edilməsini xahiş etmişlər. Lakin, vergi orqanı azalma verməmişdir. Vergi orqanının hesablamasına görə onların illik dövriyyənin 58% dən çox hissəsi mənfəətlərini təşkil edir. Yəni 396550.17 x 58.4% = 231585.29 x 20% = 46317.05 manat. Belə çıxır ki, MMC 264919.71 manat vəsait sərf edərək 87.4 % ticarət əlavəsi edib 231585.29 manat mənfəət əldə etmiş və ya sərf etdiyi mal materialın bir hissəsini pulsuz əldə etmişdir. Yəni bütün illik dövriyyədə mal və xidmətlərin dəyəri eləcə də xərclərin cəmi birlikdə 264919.71 manat təşkil etmişdir. Məlumdur ki, belə ticarət əlavəsi və mal materialın pulsuz əldə edilməsi mümkün deyildir. İstifadə etdikləri mal-materiallar üçün sənədləri əldə etməyə çalışırlar (onlara təqdim edilən elektron qaimələrdə bu öz əksini tapır) və vergi ödəyicilərindən almağa üs tünlük verirlər. Lakin, elə materiallar var ki, onları “Sədərək”, “8-ci km”, “Dərnəgül” - ticarət mərkəzlərində ticarətlə məşğul olan qeyri-vergi ödəyicilərindən alırlar. Bu səbəbdən onlar MMC-yə sənəd təqdim edə bilmirlər.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-426/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********036800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qismən - 2020-ci il üzrə aparılmış əməliyyatlara görə vergi ödəyicisi tərəfindən bəyan edilmiş 11.747,41 manat məbləğində əlavə mənfəət vergisi istisna edilməklə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, qərarın düzgünlüyünün yoxlanılması məqsədilə iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 9/4223 nömrəli 07 iyul 2023-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən müəssisə tərəfindən 2020-ci il üzrə aparılmış əməliyyatlara görə 11.747,41 (13.218,34-1.470,93 (vergi ödəyicisi tərəfindən bəyan edilmiş)) manat məbləğində əlavə mənfəət vergisi hesablanmış, təqdim edilmiş iş materiallarında gəlirin əldə edilməsi ilə bağlı müəssisəyə dair xərc sənədləri (elektron qaimə fakturalar, yük gömrük bəyannamələri, əmə k haqqı ilə bağlı ödənişlər, rabitə xərcləri, bank xərcləri, ezamiyyə xərcləri və s.) tam şəkildə mövcud deyildir. Həmçinin qeyd edilmişdir ki, bir qism xərc sənədləri mövcuddur ki, həmin sənədlərin də, hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi), hər birində əks olunmuş məbləğ, hansı vergi ödəyiciləri tərəfindən təqdim (tərtib) edilməsi və təsərrüfat əməliyyatının məzmunu təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. Ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edildiyindən və işdəki sənədlərlə öz təsdiqini tapdığından məhkəmə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarının qismən iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1364/2024 nömrəli, 7 may 2024-cü il tarixli qərarı ilə (hakimlər: R.Səmədov /sədrlik edən və məruzəçi/, X.Cəmilova və P.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

9. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdehin kassasiya şikayət i onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas olmuş kameral vergi yoxlaması ilə bağlı bildiririk ki, vergi ödəyicisi tərəfindən 2020-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin gəlirlər bölməsində 219.3-cü “Xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq” sətrində 103.911,23 manat, xərclər bölməsində isə “Rezident üzrə faizlər” sətrində 118.000,0 manat qeyd edilməsinə baxmayaraq, bununla bağlı müvafiq əsaslandırılmış izahat, təsdiqedici sənədlər təqdim edilməmişdir.

11. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2020-ci il ərzində təqdim edilmiş elektron qaimə faktura üzrə 145.900 manat iş görüldüyü, pərakəndə əməliyyatlarının olmadığı, ƏDV bəyannamələrinə əsasən 396.550,17 manat təqdimetmə dövriyyəsinin olduğu müəyyən edilmişdir. Mənfi məzənnə fərq məbləği mənfəət vergisi bəyannaməsi üzrə ümumi gəlirlərin təqribən 1/3 hissəsini təşkil etmiş, bank və digər baza məlumatları əsasında valyuta üzrə məzənnə dəyişməsi halları aşkar edilməmişdir.

12. Həmçinin, həmin ildə Çin və Türkiyədən cəmi 27.208,81 manat faktiki (invoys) dəyər üzrə mal idxal edilmiş, elektron qaimə 1 Vergi Məcəlləsinin 37.1-ci, 37.2-ci, 83.7-ci və 130-cu maddələri manat faktiki (invoys) dəyər üzrə mal idxal edilmiş, elektron qaimə faktura üzrə 46.518,88 manat xərc əldə edilmiş, bank məxaric təyinatı üzrə kredit üzrə faiz ödənişləri aşkar olunmamışdır.

13. Bildirir ki, hesablamaların əsasları barədə cavabdeh tərəfindən etiraz (sübutlar əlavə edilməklə), “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021-ci il tarixli **********228300 nömrəli qərar və etibarnamə üzrə səlahiyyətli nümayəndənin izahatı məhkəməyə təqdim edilməsinə baxmayaraq, sübutların qiymətləndirilməsi zamanı nə birinci instansiya məhkəməsində, nə də ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən nəzərə alınmamışdır. Bununla da İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinin tələbləri pozulmuşdur.

14. Ekspertin gəldiyi nəticə ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, vergi ödəyicisi mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq əlaqəli məlumatlar, analoji vergi ödəyicisinin məlumatl arı, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı (əlavə və dəyişikliklər xx.xx.2003-cü il tarixli 42 nömrəli qərar) ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq hesablana bilər.

15. Bundan əlavə, ekspert rəyində qeyd olunan “Cəmiyyətə gəlirlərə nisbətən 20% rentabellik səviyyəsi nəzərə alınmaqla təqdim edilmiş mənfəət vergisi bəyannamələrinə əsasən müəyyən edilmiş dövriyyə ilə verginin hesablanmalı olması” dəlili ekspertin ekspertiza tədqiqatı aparmaqla gəldiyi nəticə kimi qəbul etmək olmaz. Ona görə ki, “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021-ci il tarixli **********228300 nömrəli qərardan, v ergi ödəyicisinin səlahiyyətli nümayəndəsinin araşdırmaya təqdim etdiyi izahatından və məhkəməyə təqdim olunan iddia ərizəsindən izahatından və məhkəməyə təqdim olunan iddia ərizəsindən göründüyü kimi vergi ödəyicisinin şikayətinin əsas dəlili “Cəmiyyətə gəlirlərə nisbətən 20% rentabellik səviyyəsi nəzərə alınmaqla təqdim edilmiş mənfəət vergisi bəyannamələrinə əsasən müəyyən edilmiş dövriyyə ilə verginin hesablanmalı olması” olmuşdur.

16. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU

17. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə il ə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edi lən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(103)-1364/2024 saylı qərarla, birinci instansiya məhkəməsinin iddia tələbinin qismən təmin edilməsi, iddiaçının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********036800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qismən - 2020-ci il üzrə aparılmış əməliyyatlara görə vergi ödəyicisi tərəfindən bəyan edilmiş 11.747,41 manat məbləğində əlavə mənfəət vergisi istisna edilməklə ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi barədə xx.xx.2023-cü il ta rixli, 2-1(112)-426/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasına, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsinə dair nəticəsinə gələrkən, sözügedən qərarda göstərmişdir ki, “işin birinci instansiya icraatı zamanı qərarın düzgünlüyünün yoxlanılması məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 9/4223 nömrəli 07 iyul 2023-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən müəssisə tərəfindən 2020-ci il üzrə aparılmış əməliyyatlara görə 11.747,41 (13.218,34-1.470,93 (vergi ödəyicisi tərəfindən bəyan edilmiş)) manat məbləğində əlavə mənfəət vergisi hesablanmış, təqdim edilmiş iş materiallarında gə lirin əldə edilməsi ilə bağlı müəssisəyə dair xərc sənədləri (elektron qaimə-fakturalar, yük gömrük bəyannamələri, əmək haqqı ilə bağlı ödənişlər, rabitə xərcləri, bank xərcləri, ezamiyyə xərcləri və s.) tam şəkildə mövcud deyildir. Həmçinin qeyd edilmişdir ki, bir qism xərc sənədləri mövcuddur ki, həmin sənədlərin də, hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi), hər birində əks olunmuş məbləğ, hansı vergi ödəyiciləri tərəfindən təqdim (tərtib) edilməsi və təsərrüfat əməliyyatının məzmunu təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. Göründüyü kimi müvafiq ekspert rəyinə əsasən vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə aparılmış əməliyyatlara görə 11.747,41 (13.218,34-1.470,93 (vergi ödəyicisi tərəfindən bəyan edilmiş) manat məbləğində əlavə mənfəət verg isi hesablandığı öz təsdiqini tapmışdır.”

21. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının xx.xx.2024-cü il tarixli qərarının əsaslandırıcı hissəsindən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə yuxarıda göstərilmiş nəticəyə gələrkən faktiki olaraq yalnız Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin 9/4223 nömrəli, 07 iyul 2023-cü il tarixli rəyinə əsaslanmış, hər hansı bir digər sübut növündən istifadə etməmişdir.

22. Halbuki iş materiallarında tədqiq edilməli yetərincə sübutlar olmuş, lakin apellyasiya instansiyası məhkəməsi həmin sübutları araşdırmamış və onlara hüquqi qiymət verməmişdir.

23. Məhkəmə kollegiyası ilk öncə birinci instansiya məhkəməsi tərəfindən ekspert qarşısında qoyulmuş suallara və iş üzrə verilmiş ekspert rəyinə münasibət bildirməyi zəruri hesab edir, belə ki, məlum olduğu kimi ekspert qarşısında 8 sual qoyulmuşdur ki, onlardan birinci, ikinci, üçüncü və səkkizinci sualları hüquqi qiymətləndirmə xarakteri daşıdığından, onların cavabını ümumiyyətlə məhkəmə özü, yəni ekspertin müdaxiləsi olmadan hüquqi qiymət verməlidir.

24. Digər tərəfdən ekspert rəyində göstərir ki, iddiaçının mənfəətinin, gəlir vergisi xərc sənədləri təqdim edilmədiyindən, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülməklə hesablandı, lakin ekspertiza təyin edilməsi barədə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadında (iş İ cild, 205-206-cı səhifələri) məhkəmə tərəfindən ekspertin qarşısında belə məqsəd qoyulmamışdır.

25. Məhkəmə kollegiyası hesab edir ki, bunlar ondan irəli gəlir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda artıq göstərildiyi kimi, işdə olan digər mötəbər sübutları ümumiyyətlə araşdırmamışdır.

26. Belə ki, işin İ cildinin 140-151-ci səhifələrində olan “mənfəət vergisinin bəyannaməsin”də 142, 148-ci səhifələrində göstərilmiş bir sıra rəqəmlər xüsusi diqqət çəkir. Yəni, 142-ci səhifədə mövcud olan 219.3 sətrində (xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq”) məbləğ 0,00 manat yazılmışdır. Burada ekspert rəyində öz əksini tapmış 2020-ci il ərzində Çin və Türkiyədən cəmi 27.208,81 manat məbləğində faktiki (invoys) dəyər üzrə mal idxal edilməsi məsəl əsini qeyd etməyi yerinə düşər.

27. Həmin səhifənin 221.4 sətrində (“malın dəyəri”) məbləğ 78.695,31 manat olaraq yazılmış, 221.15 sətrində (“bilavasitə malların təqdim (işlərin görülməsi, xidmətlərin göstərilməsi) bağlı sair xərclər”) məbləğ 0,00 manat qeyd edilmişdir.

28. Sözügedən bəyannamənin 219.3 sətrində (“xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq”) məbləğ 103.911,23 manat yazılmışdır. Bəyannamənin 220 sətrində (“Çıxılmalardan sonra ümumi gəlir”) məbləğ 292.598,94 manatdır.

29. Bəyannamənin 221.4 sətrində (“malın dəyəri”) məbləğ 87.751,07 manat göstərilmişdir.

30. Bəyannamənin 221.15 sətrində (“Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) məbləğ 118.000,0 manat yazılmışdır.

31. Bununla əlaqədar məhkəmə koll egiyası xüsusi olaraq qeyd edir ki, yuxarıda göstərilmiş rəqəmlər (onların nədən yaranması, sonrakı gedişata, nəyə əsasən müəyyən edilməsi) məhkəmə tərəfindən ümumiyyətlə araşdırma predmeti olmamışdır.

32. Yəni, apellyasiya məhkəməsi məhkəmə iclaslarında iştirak etmiş tərəflərin nümayəndələrindən sözügedən məsələlərlə bağlı heç bir izahat almamış, bir tərəfin bu rəqəmləri belə yazmasının, digər tərəfin isə bununla razılaşmasının səbəblərini aydınlaşdırmamış, yuxarıda artıq göstərildiyi kimi, adıçəkilən məsələnin araşdırılmasını tam olaraq ekspertin səlahiyyətinə vermişdir.

33. Halbuki İPM-in 1.2-ci maddəsinə istinadən, MPM-in 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymə t verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Eyni zamanda MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

35. Həmçinin İPM-in 58.7-ci maddəsinə müvafiq olaraq, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

36. Bütün bunlar onu deməyə əsas verir ki, hazırkı mübahisə üzrə verginin hesablanmasının səbəbi başqa və məhkəmə (faktiki olaraq yalnız ekspertin rəyinə əsaslanması) araşdırılmasının həmin səbəblə üzvü əlaqəsi yoxdur.

37. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edil məli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

38. İşə təkrar baxacaq apellyasiya instansiyası məhkəməsi 103.911 manat məzənnə fərqinin nədən əmələ gəlməsini, 118.000 manat məbləğində xərcin nə olması, yəni haradan yaranmasını və cavabdeh tərəfindən malın dəyəri 9.650 manat məbləğində nə üçün azaldılmasını araşdırmalı, həmçinin sözügedən məsələlər işə birinci dəfə baxan apellyasiya məhkəməsi tərəfindən araşdırılmadan nədən “şərti rentabellik” verginin hesablanmasında tətbiq edilmişdir.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 may 2024-cü il tarixli, 21(103)-1364/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar