Məhkəmə qərarları › İş №2-1(102)-2341/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2341/2021

28.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2341/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 28.12.2021 Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 2021-ci il 21 sentyabr tarixli, 2-1(103)-2091/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə Müdafiə Nazirliyinə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir.

2. Müdafiə Nazirliyi 2020-ci il 3 mart tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Müdafiə Nazirliyi bildirmişdir ki, döyüş əməliyyatları aparılan zaman N və N nömrəli hərbi hissələrdə İddiaçı hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat aşkar olunmadığına və Bakı şəhəri Xətai rayon məhkəməsinin 2017-ci il 24 noyabr tarixli qətnaməsində Müdafiə Nazirliyinin üzərin ə heç bir öhdəlik qoyulmadığına görə İddiaçı “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir.

3. İddiaçı ərizə ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir.

4. Cavabdeh 2020-ci il 6 oktyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarına əsasən veteran adı və müvafiq vəsiqələri şəxsin hal-hazır da xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq tələb olunan sənədlər (nizami hissə üzrə əmrdən çıxarışlar və ya arxiv arayışları mütləqdir) əsasında Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Xarici Kəşfiyyat, Xüsusi Dövlət Mühafizə, Dövlət Sərhəd, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri nəzdində yaradılmış komissiyaların rəyi ilə verilir. Odur ki, İddiaçı 805, N və N saylı hərbi hissələrdə xidmət keçməsini nəzərə alaraq, “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə baxılması üçün aidiyyəti üzrə Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəs iqələrin verilməsi üzrə komissiya”sına müraciət edilməsi məqsədəuyğundur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı 2020-ci il 19 oktyabr tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona müharibə veteranı statusu və vəsiqəsinin verilməsi vəzifəsinin hansı orqanın - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, yoxsa Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətinə aid olması və aidiyyəti orqanın üzərinə vəzifə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdehlər sırasından Azərbaycan Respublikası Müdafiə Nazirliyinin çıxarılmasını xahiş etmişdir. 7. 2021-ci il 20 may tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin prosessual iştirakına xi tam verilmiş, iddia tələbinin “İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməsi” kimi oxunması qərara alınmışdır. İddiaçının əsaslandırması:

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1986-cı il 2 may tarixdən 1988-ci il 30 iyun tarixədək SSRİ Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmət keçmişdir. 1990-cı ilin 21 noyabrında könüllü olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində olan N nömrəli hərbi hissəyə xidmət etmək üçün daxil olmuşdur. Bundan sonra, N nömrəli hərbi hissədə xidmət etmişdir. Xidmətini 1993-cü ilin avqust ayının 23-də N saylı alayda başa vurmuşdur. N saylı alayın komandiri kapitan Babayev olmuşdur. 2020-ci ilin mart ayında Bakı İnzibati Məh kəməsində Müdafiə Nazirliyinə qarşı veteran statusu və vəsiqəsinin verilməsi tələbi barədə iddia qaldırmışdır. Qarabağ uğrunda döyüşlərdə könüllü iştirak etdiyi üçün tələbinin Müdafiə Nazirliyinə deyil, Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətinə aid olduğu üçün məhkəmənin tövsiyəsi ilə ərizəni məhkəmədən geri götürərək 2020-ci ilin sentyabr ayında həm Müdafiə nazirliyinə, həm də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən şöbə rəisi polkovnik Əjdər Babazadənin 2020-ci il 6 oktyabr tarixli məktubu ilə ona Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyası"na müraciət etməsi tövsiyə edilmişdir. Cavabdehin etirazları:

9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 20 may tarixli, 2-1(112)-2192/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin tərkibində döyüş əməliyyatlarında könüllü iştirak etməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması əsassız olmuşdur.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qə rarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 21 sentyabr tarixli, 2-1(103)-2091/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 20 may tarixli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əm rlərdən çıxarışlar, və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. Müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunması faktı da tam sübuta yetirilməlidir. Belə ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada tərxis olmanı ehtiva edir. Tərxis barədə nizami hissə üzrə əmrin olmaması isə hərbi hissənin tərkibindən qanunla müəyyən edilmiş qaydada çıxmamanı təsdiq edir. Belə olduğu t əqdirdə kollegiya qeyd etmişdir ki, iddiaçının qanuni əsaslarla ordudan tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, 2017-ci ildə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair ərizə məhkəmənin 2(011)-9847/2017 saylı, 2017-ci il 24 noyabr tarixli qətnaməsi ilə təmin edilərək iddiaçının 1990-cı il 21 noyabr tarixdən 1993-cü il 23 avqust tarixədə k hərbi xidmət keçməsi və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etməsi faktı müəyyən edilmişdir. Hal-hazırda həmin qətnamə qüvvədədir. Qeyd edilən məhkəmə iclasında şahid qismində iştirak etmiş X3, X1 və X2 eyni məzmunlu izahatlar verərək iddiaçının onlarla birlikdə həqiqətən 1991-ci il 9 oktyabr tarixdən 1993-cü il 23 avqust tarixədək hərbi xidmət keçməsini və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə Cəbrayıl rayonu ərazisində iştirak etməsini təsdiq etmişlər. Hansı ki, həmin şahidlərdən X2 iddiaçı ilə birlikdə N saylı hərbi hissədə xidmətdə olduğu müddətdə 1992-ci il 15 dekabr tarixdə və 1993-cü il 31 dekabr tarixlərdə döyüş əməliyyatları zamanı baş əns ə və qapalı baş beyin zədəsi almış, bu səbəbdən 2 qrup müharibə əlilidir. Məhkəmənin istinad edilən qətnaməsi tərəfindən Bakı-İnzibati Məhkəməsinə təqdim edilərək iş materiallarına əlavə edilsə də, apellyasiya məhkəməsi qanuni qüvvədə olan həmin qətnaməni əsassız olaraq yetərli sübut kimi qəbul etməmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi qərarı onunla əsaslandırmışdır ki, iddiaçı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin 1-ci bəndində qeyd edilən şərtlərə malik deyil. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 2017-ci il tarixli, 9/2-19967 nömrəli məktubu ilə N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır. Həmçinin N nömrəli hərbi hissə ko mandirinin 1991-ci il və N nömrəli hərbi hissə komandirinin may 1994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Apellyasiya məhkəməsinin həmin mövqeyi yanlışdır. Xidmətdə olan hərbi hissə komandirlərinin səlahiyyətlərinə aid olan işləri görməməsi nəticəsində nizami hissə üzrə əmrlərin arxivə göndərilməməsi üzündən Müdafiə Nazirliyinin arxivində həmin sənədlərin aşkar edilməməsi iddiaçının hüququnun pozulması üçün əsas ola bilməz.

18. Apellyasiya məhkəməsi həmçinin də istinad edilən Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin qətnaməsinə də münasibət bildirərək belə yanaşmışdır ki, müharibə veteranı adının verilə bilməsi üçün şəxsin təkcə döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bunu nla yanaşı şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunması faktı da sübuta yetirilməlidir. Hesab edilməlidir ki, məhkəmə kollegiyasının həmin mövqeyi də düzgün deyildir. Belə ki, məhkəmə kollegiyasının istinad etdiyi Müdafiə Nazirliyinin ünvanladığı məktubların özündən də görünür ki, xidmətdə olduğu hərbi hissə komandirləri tərəfindən nizami hissə üzrə əmrlər Müdafiə Nazirliyinin Arxivinə daxil olmamışdır. Döyüş əməliyyatlarında könüllü olaraq özünümüdafiə dəstələrinin tərkibində iştirakı istinad edilən məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir. Lakin, Azərbaycan Respublikasının adından çıxarılmış qanuni qüvvədə olan məhkəmə qətnaməsi hazırkı iş üzrə məhkəmə kollegiyası tərəfindən tələbinə təsdiq edən sübut kimi qiymətləndirilməmişdir. Bununla yanaşı həmçinin də iddiaçının özünümüdafiə dəstələrinin tərkibinə döyüşə daxil olması və tərxis olunmasını səlahiyyətli şəxslər tərəfindən sənədləşdirilməməsi iddiaçının təqsiri deyil və hüququnun pozulması ilə nəticələnə bilməz. b. kassasiya şikayətinə etirazın dəlilləri

19. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Veteranlar haqqında” Qanunun: - 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar; - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

21. Azərbayc an Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən: - müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxuda rlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövl ət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədl ər əsasında; - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir; - bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xaric i Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

22. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəm əsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırı lmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

26. İddiaçı öz tələbinin əsası kimi onun döyüş əməliyyatlarında iştirak etməsi faktına əsaslana bilər. Lakin iddiaçı hər bir halda, cavabdehin onun qarşısında məhz iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir.

27. Yuxarıda istinad edilən Əsasnamənin tələbinə görə, Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövl ət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

28. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin 10-cu yarımbəndinin tələbinə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir;

29. Normaların məzmunundan göründüyü kimi, döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və m üvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilir. Başqa sözlə, iddiaçı döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etdiyi halda, hazırkı cavabdehə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı tələb irəli sürə bilərdi.

30. Hazırkı halda, iddiaçı döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etdiyinə deyil, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində olan və döyüş əməliyyatı aparan hərbi hissələrdə hərbi qulluqçu kimi xidmət etdiyinə əsaslandığından, o, hazırkı cavabdehin (Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlə t Xidmətinin) üzərinə iddia olunan məzmunda öhdəliyin qoyulmasını tələb edə, məhkəmə isə həmin məzmunda öhdəliyi buna səlahiyyəti olmayan inzibati orqanın üzərinə qoya bilməz.

31. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də təsbit olunmuş şərtlər iddiaçı tərəfindən hazırkı cavabdehə münasibətdə təmin olunmadığından, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.

32. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-c i il 21 sentyabr tarixli, 2-1(103)-2091/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar