Məhkəmə qərarları › İş №2-1(102)-2342/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2342/2019

11.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2342/2019 11.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X7 Departamentinin X3 qarşı iş üzrə Açar söz: məcburi sosial sığorta haqları üzrə borcun tutulması. GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil və cavabdeh X2 iştirakı ilə İddiаçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X7 Departamentinin cavabdeh X3 qarşı borcun tutulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 may 2019-cu il tarixli, 2-1(103)-655/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasə n işə Ali Məhkəmənin binasında 11.09.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Cavabdeh X5 fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi AR Vergilər Nazirliyində 18.04.2012-ci il tarixdə qeydiyyatdan keçmişdir. Cavabdehin 01.04.2018-ci il tarixinə 997 manat məcburi dövlət sosial sığorta haqları üzrə borcu yaranmışdır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon Şöbəsi tərəfindən cavabdehə borcun ödənilməsinə dair 01.06.2018-ci il tarixli bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon Şöbəsi iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 997 manat məbləğində məcburi dövlət so sial sığorta haqları üzrə yaranmış borcunun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon Şöbəsinin xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3716/2018 saylı 12.12.2018-ci il tarixli qərardadla “cavabdehin fəaliyyətinin dayandırılması” hissəsində iş üzrə icraata xitam verilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh fəaliyyətini dayandırdığından cavabdehin fəaliyyətinin dayandırılması” hissəsində iş üzrə icraata xitam verilməlidir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2-1(81)3716/2018 saylı qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə hesab etmişdir ki, qanu nvericiliyin tələblərinə əsasən cavabdeh məcburi dövlət sosial siğorta haqqını ödəməli olduğu halda, qanunla üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş və məcburi dövlət sosial siğorta haqqı üzrə borcunu vaxtında ödəməmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-655/2019 saylı 05.04.2019-cu il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon Şöbəsi əsl iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X7 Departementi ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-655/2019 saylı 17.05.2019-cu il tarixli qərardadına əsas ən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2-1(81)- 3716/2018 saylı qərarı ləğv edilərək iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-655/2019 saylı 17.05.2019-cu il tarixli qərardadından iddiaçı Vergilər Nazirliyi yanında Bakı şəhəri X7 Departamenti kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə “Sosial Sığorta haqqında “Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin 2-ci hissəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. “Sosial sığorta haqqında Azərbaycan R espublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360VQD nömrəli Qanununun tətbiqi və “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21.12.2018-ci il tarixli 421 nömrəli Fərmanının 4.4-cü bəndinə əsasən “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanının 2.3-cü bəndində Qanunun 18-ci maddəsinin ikinci hissəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur. Eyni zamanda Vergi Məcəlləsinin 01.01.2019-cu il tarixindən qüvvəyə minmiş 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları,vergilərin ödənilməsi qaydaları(ödənilməsi mənbələri istisna olmaqla),vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri,vergi nəzarətinin forma və metodları,vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən(hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. “Hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması” barədə vergi orqanı tər əfindən iddianın qaldırılması imkanı ilə bağlı kassator bildirir ki, Vergi Məcəlləsinin 23.1.6-cı maddəsinə əsasən müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin,faizlərin,maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək və 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin,tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması,yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin,tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması,yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin edilməsi məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barəd ə məhkəmədə iddia qaldırmaq vergi orqanının hüquqlarına aid edilmişdir. Bu hüquqları həyata keçirərkən borclu(dövlət büdcəsi qarşısında öhdəliyi yaranan)vergi ödəyicisi ilə bağlı ortaya çıxan hüquq münasibətlərində vergi orqanı əlbəttə ki,dövlət büdcəsinə vergi daxil olmalarını təmin etməyə məsul olan subyekt olaraq kreditor kimi çıxış edir. Beləliklə işə baxan məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Kassator Vergi Məcəlləsinin 1.4, 23.1.15-1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 26, 402, 403.1, 404.1.2, 405.0.2-ci maddələrinə, İPM-nin 90.1-ci maddəsinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)655/2019 saylı 17.05.2019-cu il tarixli qərardadının ləğv edilib işin təkrar baxılması üçün apellyasiya instansiyası mə hkəməsinə qaytarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-655/2019 saylı 17.05.2019-cu il tarixli qərardadının ləğv edilib işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-655/2019 saylı 17.05.2019-cu il tarixli qərarda dı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, cavabdeh X5 fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi AR Vergilər Nazirliyində 18.04.2012-ci il tarixdə qeydiyyatdan keçmişdir. Cavabdehin 01.04.2018-ci il tarixinə 997 manat məcburi dövlət sosial sığorta haqları üzrə borcu yaranmışdır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon Şöbəsi tərəfindən cavabdehə borcun ödənilməsinə dair 01.06.2018-ci il tarixli bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon Şöbəsi iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cav abdehin 997 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrı yaranmış borcun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon Şöbəsinin xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3716/2018 saylı 12.12.2018-ci il tarixli qərardadla “cavabdehin fəaliyyətinin dayandırılması” hissəsində iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 21.12.2018-ci il tarixli 421 nömrəli Fərmanının 4.4-cü bəndinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni Azərbaycan Respublikasının Vergilər Nazirliyi hə yata keçirir (“Sosial Sığorta haqqında “Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin 2-ci hissəsi). Buna görə də, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-513/2019 saylı 29.03.2019-cu il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş İdarəsi əsl iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X7 Departementi ilə əvəz edilmişdir. Beləliklə, hazırkı iş üzrə iddia tələbi 997 məbləğində borcun onun əmlakı hesabına iddiaçının xeyrinə tutulmasıdır. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 01.01.2019-cu il tarixədək qüvvədə olan (iddia ərizəsi məhkəməyə təqdim edildiyi vaxtda qüvvədə olan) “Sos ial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin 9-cu abzasına əsasən məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırmaq hüququ var idi. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Qanunla “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin 9-cu abzası ləğv edilmiş və Azərbaycan Respublikası Prezidentinin 21.12.2018-ci il tarixli 421 nömrəli Fərmanının 4.4-cü bəndinə əsasən məcburi dövlət sosial sığo rta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməninin həyata keçirilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyinə həvalə edilmişdir. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikd ən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 23.1.6. müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının vəzifəsidir. Vergi orqanlarının qeyd olunan vəzifələrinin həyata keçirilməsi üçün vergi qanunvericiliyində vergilərin tam və vaxtında ödənilməsinin təmin edilməsi üçün bir sıra tədbirlər nəzərdə tutulmuşdur. Belə ki, Vergi Məcəlləsinin 65.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsin ə dair vergi ödəyicisinə bildiriş göndərir. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə, bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Həmin Məcəllənin 65.2.1-ci maddəsinə əsasən, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə a lınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir. Həmin Məcəllənin 89.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Göründüyü kimi, qanunvericiliyə əsasən borcların dövlət büdcəsinə ödənilməsini təmin etmək üçün müxtəlif üsullar nəzərdə tutulmuşdur. “İnzibati icraat haqqında” 82.1-ci maddəsinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanun una əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən, tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. “İcra haqqında ” Qanunun 6.1.8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarları icra sənədi hesab olunur. Göründüyü kimi, vergi orqanlarının icra orqanlarına pul tələblərinin ödənilməsi ilə bağlı icra sənədi sayılan qərar qəbul etmək səlahiyyəti vardır və məhkəmə qərarı olmadan həmin icra sənədi əsasında pul tələblərinin ödənilməsini təmin edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 13 sentyabr 2011-ci il tarixli qərarında da qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzi bati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz. Yuxarıda sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası qeyd edir ki,məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı kimi 01.01.2019-cu il tarixdən Vergilər Nazirliyi müəyyən edilmişdir. Yuxarıda sadalanan hüquq normalarının tələblərindən də açıq-aşkar göründüyü kimi vergi orqanlarının da ümumi şəkildə əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsini tələb etmək imkanı nəzərdə tutulmamışdır. Belə ki, vergi orqanının hazırkı iddia ilə cavabdehdən dövlət sosial sığorta haqqı üzrə debitor borcunun ödənilməsi məqsədinə nail olmaq istəyirsə, bu halda qanunvericilik icra orqanlarına pul tələblərinin ödənilməsi ilə bağlı icra sənədi sayılan qərar qəbul etmək səlahiyyətini vergi orqanına vermişdir. Digər tərəfdən vergi orqanı sığortaedənin əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi məqsədinə nail olmaq olmaq istəyirsə, bu halda Vergi Məcəlləsinin 90.1-ci maddəsinin tələbinə əsasən sığortaedənin əmlakını siyahıya aldıqdan sonra 30 gün müddətində əgər borc üzrə öhdəlik yerinə yetirlməyibsə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Halbuki, hazırkı iş üzrə iddiaçı olan vergi orqanı cavabdehin əmlakını siyahıya almamış və və həmin əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət etməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, məcburi dövlət sosial sığortası sahəsində idarəetməninin həyata keçirən orqanının sığortaedənin məcburi dövlət sosial siğorta haqları üzrə yaranmış borcunun onun əmlakı hesabına tutulmasına dair iddia ilə məhkəməyə müraciət etmək hüququ təsbit edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1,1.2,1.4,2.1,6.1,6.2, və 7 –ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdırki, mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır(1.1). İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamas ını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir(1.2). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur(1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir(1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır(2.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etm ədiyi yoxlanılmalıdır(6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun(6.2). İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, Ali Məhkəmənin X1 sadalanlara hüquqi qiymət verərək hesab edirki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardad ı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olaraq qəbul edilmişdir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası hesab edirki,iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-513/19 saylı 19 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X7 Departementi kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-655/2019 saylı 17 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar