Məhkəmə qərarları › İş №2-1(102)-2342/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2342/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2342/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iş illərinin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı 12.04.2012-ci il tarixdən 01.11.2016-cı il tarixədək olan dövr üzrə yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2101/2021 nömrəli iş üzrə 21.09.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 15 dekabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək pensiyanın yenidən hesablanmasını xahiş etmişdir.

2. Cavabdeh 2020-ci il 01 may tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən İdarəyə daxil olmuş 07 oktyabr 2019-cu il tarixli 43/2019 nömrəli y eni məlumat vərəqəsinə əsasən əmək pensiyası keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanması nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 8661,66 manat məbləğində fərq 2019-cu ilin noyabr ayından etibarən həmin Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinə uyğun qaydada hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildirilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 6 fevral 2018-ci il tarixli 2-1 (103)-298/2018 nömrəli məhkəmə qərarında İdarənin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06.02.2018-ci il tarixli, 2-1(103)-298/2018 saylı qərarı əsasında 1 saylı Bakı İnzibatiİqti sadi Məhkəməsinin tərəfindən verilmiş 26.11.2018-ci il tarixli, 2-1(81)-1009/2018 saylı icra sənədinin tam şəkildə icra edilərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 07.10.2019-cu il tarixli, 43/2019 saylı yeni məlumat vərəqəsinə əsasən pensiyanın Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” 388 nömrəli Fərmanının qəbul edildiyi 25.02.2011-ci il tarixdən yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

4. İddiaçının iddia tələbi onunla əsas landırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)1009/2018 nömrəli, 26.11.2018-ci il tarixli icra sənədinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təminat xərcliyi barədə 07.10.2019-cu il tarixli 43/2019 saylı yeni məlumat vərəqəsi tərtib edilmiş, 1000-180/00324/021800 nömrəli, 08.10.2019-cu il tarixli məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)4009/2018 nömrəli 26.11.2018-ci il tarixli icra sənədi yalnız Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin g ücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” 25.02.2011-ci il tarixli 388 nömrəli Fərmanı dair hissədə icra edilmiş, həmin Fərmanda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 29.02.2019-cı il tarixli 810 saylı və 24.01.2017-ci il tarixli 1207 saylı Fərmanlarına dair hissələrdə isə icra edilməmişdir. Həmçinin məhkəmənin qanuni qüvvəsini almış qərarı əsasında verilmiş icra sənədində artımın 2011ci il tarixdən hesablanması barədə birbaşa göstəriş olmasına baxmayaraq, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.11-c i maddəsinə istinad etməklə artımı yalnız əvvəlki 3 il üçün hesablamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunmuş məlumat vərəqəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 12.04.2012-ci il tarixdən ona pensiya təyin edilmişdir. Həmçinin pensiyanın yenidən hesablanması ilə əlaqədar olaraq ərizə ilə aidiyyəti qurumlara 2014-cü ilin sonunda, iddia ərizəsi ilə 2015-ci ilin əvvəlində 1 saylı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

5. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06.02.2018-ci il tarixli, 2-1(103)-298/2018 saylı qərarı əsasında 1 saylı Bakı İnzib ati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 26.11.2018-ci il tarixli, 2-1(81)-1009/2018 saylı icra sənədi üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 07.10.2019-cu il tarixli, 43/2019 saylı yeni məlumat vərəqəsi nəzərə alınmaqla 12.04.2012-ci il tarixdən 01.11.2016-cı il tarixədək olan dövr ərzində yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.

6. Birinci instansiya məhkəməsinin 11.09.2020-ci il tarixli, 2-1(112)4103/2020 nömrəli (sədrlik edən hakim Şəlalə Həsənova) qərarı ilə iddianın təmin edilməsi, iddiaçıya Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 06 fevral tarixli, 2-1(103)-298/2018 saylı qərarı əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 2018-ci il 26 noyabr tarixli, 2-1(81)-1009/2018 saylı icra sənədi üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2019-cu il 07 oktyabr tarixli, 43/2019 saylı yeni məlumat vərəqəsi nəzərə alınmaqla 2012-ci il 12 aprel tarixdən 2016-cı il 01 noyabr tarixədək olan dövr ərzində yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməsi qərara almışdır.

7. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, hesab etmişdir ki, cavabdeh yeni məlumat vərəqəsinə əsasən iddiaçının pensiyasını yenidən hesablayarkən «Əmək pensiyaları haqqında» Qanununun 2017-ci il 01 iyul tarixdən qüvvədə olan 32.1-1 və 37.7-ci maddələrinə istinad etmişdir. Halbuki, iddiaçının yeni məlumat vərəqəsinə əsasən pensiya almaq hüququ 2017-c i il 01 iyul tarixdən əvvəl yaranmışdır. 2017-ci il 01 iyul tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanununun 32.1-ci maddəsinə əsasən isə yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. 2017-ci il 01 iyul tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği ödənilir. Beləliklə, iddiaçıya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin tərəfindən verilmiş 2018-ci il 26 noyabr tarixli, 2-1(81)-1009/2018 saylı icra sənədi üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2019-cu il 07 oktyabr tarixli, 43/2019 saylı yeni məlumat vərəqəsi nəzərə alınmaqla 2012-ci il 12 aprel tarixdən 2016-cı il 01 noyabr tarixədək olan dövr ərzində yaranmış fərqin hesablanmasına hər hansı məhdudiyyət nəzərdə tutulmadığından cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı hesab edilə bilməz.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 11.09.2020-ci il tarixli, 2-1(112)-4103/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.01.2021-ci il tarixli, 2-1(103)-354/2021 nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Rəşad Həsənov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 11.09.2020-ci il tarixli, 2-1(112)-4103/2020 nömrəli qərarının ləğv edilməsi, iddianın rədd edilməsi qərara alınmışdır.

10. Apellyasiya instansiya məhkəməsi həmin nəticəyə gələrkən hesab etmişdir ki, məhkəmə kollegiyası iddiaçının pensiya hüququnun 2017-ci il 01 iyul tarixədək yaranıb, əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etdiyini, buna görə də “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin müddəalarının ona da tətbiq edilməli olmasını, buna müvafiq olaraq cavabdeh inzibati orqan tərəfindən ötən dövr üzrə alınmamış pensiya məbləğlərinin - 2016-cı il 01 noyabr - 2019-cu il 01 noyabr tarixlər üzrə fərq məbləğinin hesablanaraq hissə-hissə iddiaçının pensiyasının üzərinə əlavə olunmaqla ödənildiyini nəzərə alaraq hesab etmişdir ki, hazırkı vəziyyətdə iddiaçının 2012-ci il 12 aprel tarixdən 2016-cı il 01 noyabr tarixədək olan dövr üzrə də (ötən dövr üzrə ikinci üç il üçün) yaranmış fərqin hesablanaraq ödənilməsi barədə tələbi əsassızdır və təmin oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 27.01.2021-ci il tarixli, 2-1(103)-354/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsindəki icraat

12. Ali Məhkəmənin İnzibati Kollegiyasının 25.05.2021-ci il tarixli, 21(102)-889/2021 nömrəli (hakimlər İlqar Hüseynov - sədrlik edən və məruzəçi, Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov) qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 27.01.2021-ci il tarixli, 2-1(103)-354/2021 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

13. Ali Məhkəmə həmin nəticəyə gələrkən qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam və hər tərəfli araşdırmadan həmin qərardada istinad etməkdə haqlı olmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəm əsi iddiaçının əmək pensiyası hüququnun 2017-ci il 1 iyul tarixədək yaranması ilə yanaşı, həm də onun pensiya hüququnun reallaşdırılması üçün səlahiyyətli orqana həmin tarixədək müraciət etdiyinə dair dəlillərini də nəzərə almalı idi. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

14. Apellyasiya instansiyası məhkəməsinin 21.09.2021-ci il tarixli, 21(103)-2101/2021 nömrəli (hakimlər Səadət Bəktaşi - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Aida Hüseyn) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 11.09.2020-ci il tarixli, 2-1(112)-4103/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi AR Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanların 2.2 və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər”.

17. AR Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddət i və təminat xərdiyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün AR DSMF-yə göndərilir. Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müd afiə Fonduna təqdim olunur.

18. İddiaçının adına yenidən məlumat vərəqi tərtib edilərək 07.10.2019ca il tarixdə Filiala daxil olmuşdur. Həmin məlumat vərəqində əlavə olaraq təminat xərcliyinə digər əlavələr daxil edilmişdir. Filial tərəfindən AR Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən ƏPQ-nin aşağıda qeyd edilən maddələrinin tələbinə uyğun olaraq tam şəkildə icra edilmişdir. ƏPQ-nun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətl ərə təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə görə, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1 -1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Bildirir ki, iddiaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq son 3 il olmaqla əmək pensiyası Filial tərəfindən ödənilmişdir.

19. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin 21.09.2021-ci il tarixli, 2-1(103)-2101/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikası Konstitusiyası: Maddə

38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsi zliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

21. «Əmək pensiyaları haqqında» Qanun: Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli Qərardadının: Qanunvericiliyin yuxarıda göstərilən müddəalarından göründüyü kimi 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, 01.07.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), 01.07.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır.

23. İnzibati Prosessual Məcəllə:

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübu tlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.4. Kass asiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlan ılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətindəki dəlilləri əsassızdır.

28. Belə ki, iş materiallarından olan idarənin iddiaçının 28.11.2019-cu il tarixli ərizəsinə cavab olaraq verdiyi 23.01.2020-ci il tarixli, **********9 nömrəli məktubdan görünür ki, ona aid 07 oktyabr 2019-cu il tarixli, 43/2019 nömrəli yeni məlumat vərəqəsinə əsasən əmək p ensiyası keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 8661,66 manat məbləğində fərq 2019-cu ilin noyabr ayından etibarən həmin Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinə uyğun qaydada hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Məl umat üçün bildirilmişdir ki, yuxarıda qeyd olunan məlumat vərəqəsində vəzifə maaşı: 220,00 manat; rütbə maaşı: 127,00 manat; xidmət illərinə görə vəzifə və rütbə maaşı 15 faizi miqdarında əlavəsi - 52,05 manat; digər növ əlavəsi - 480,95 manat; ərzaq payı əvəzinə kompensasiya 32,00 manat olmaqla cəmi təminat xərcliyi 912,00 manat göstərilmişdir.

29. Bundan başqa iş materiallarında olan idarənin iddiaçının 06.03.2020ci il tarixli ərizəsinə cavab olaraq verdiyi 01.05.2020-ci il tarixli, **********6 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən İdarəyə daxil olmuş 7 oktyabr 2019-cu il tarixli 43/2019 nömrəli yeni məlumat vərəqəsinə əsasən əmək pensiyası keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikas ı Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanılması nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 8661,66 manat məbləğində fərq 2019-cu ilin noyabr ayından etibarən həmin Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinə uyğun qaydada hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq ka rt hesabına köçürülür. Əlavə olaraq bildirilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 fevral 2018-ci il tarixli 2-1 (103)-298/2018 nömrəli məhkəmə qərarında İdarənin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır.

30. İş materiallarında olan iddiaçıya aid pensiya işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 56 №-li, 31.03.2012-ci il tarixli məlumat vərəqəsinə əsasən İddiaçı 24.10.2009-cu ildən hesablanmaqla 13.04.2012-ci il tarixli qərarla yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 43/2019 №-li, 07.10.2019-cu il tarixli məlumat vərəqəsinə əsasən İddiaçı pensiyası yenidən hesablanmışdır.

31. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanın da DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 18.11.2019-cu il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, 43/2019 №-li, 07.10.2019-cu il tarixli məlumat vərəqəsinə əsasən İddiaçı pensiyası yenidən hesablanarkən alınmamış pensiya məbləğləri üzrə ötən dövrlər kimi 01.11.2016- 01.11.2019-cu illər nəzərə alınmışdır. İddiaçı hazırkı pensiya məbləği 271,55 manat yenidən hesablanaraq 512,02 manat olmuşdur.

32. Qərarın 20-ci bəndində («Əmək pensiyaları haqqında» Qanunun 32.11, 37.7-ci maddələri) qeyd edilən Qanunun müddəalarından görünür ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, 01.07.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya mə bləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), 01.07.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır.

33. Qeyd edilən qanun normasının qəbul edilməsi ilə əmək pensiyaçılarının hüquqi vəziyyətlərinə təsir edən yeni məzmunda normativ tənzimləmələr həyata keçirilmişdir. Bu yeni normanın əmək pensiyası hüquqları 2017-ci il 01 iyul tarixdən sonra yaranan şəxslərə münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, həmin tarixədək hüquqlarının yaranmasına baxmayaraq pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün qanunvericilikdə dəyişiklik edilənədək müraciət etməmiş, başqa sözlə, hüquqlarını reallaş dırmamış şəxslərin hüquqlarının həyata keçirilməsinə münasibətdə bu normanın tətbiq edilməsinin mümkünlüyü məsələsinə aydınlıq gətirilməlidir. Bunun üçün isə ilk növbədə dövlətin sosial təminat hüququ sahəsində qanunvericilik tənzimləmələri həyata keçirərkən nəzərə almalı olduğu prinsiplərə diqqət yetirilməlidir.

34. Ali Məhkəmənin İnzibati kollegiyası qərara almışdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

35. Qanunveric iliyin, o cümlədən Qərardadın tələblərindən göründüyü kimi müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış olsa belə, əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

36. Cavabdeh iddiaçının əmək pensiyası hüququnun pensiyanın son üç ilə görə ödənildiyini təsdiq edir. Eyni zamanda, hesab edir ki, təyin edilmiş pensiyanın son üç ildən əvvəlki dövr üçün ödənilməsi normaların tələbinə ziddir.

37. Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “iddiaçının əmək pensiyası hüququ 2017-ci il 01 iyul tarixdən əvvəl yaranmaqla yanaşı, o, bu hüququn reallaşdırılması üçün də həmin tarixdən əvvəl inzibati orqana müraciət etmişdir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət təkcə bilavasitə pensiya təyin edən orqana deyil, həm də əmək pensiyası hüququnun reallaşdırılması (pensiyanın təyin edilməsi və ya təyin edilmiş pensiyanın yenidən hesablanması) prosesində buna səlahiyyətli olan digər inzibati orqana – hazırkı halda, təminat xərcliyinə dair məlumatın verilməsi üçün qulluq etdiyi orqanın müvafiq qurumuna müraciətdən gedir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 3-cü bəndinə əsasən, bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir.”

38. Beləliklə yuxarıda qeyd edilən normanın məzmunundan göründüyü kimi, hərbi qulluqçuların əmək pensiyasının yenidən hesablanması ilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar iddiaçının xidmət etdiyi orqan tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli, təqdim olunmuş məlumatlar əsasında da əmək pensiyası adıçəkilən qurum tərəfindən yenidən hesablanmalıdır.

39. Göründüyü kimi müvafiq məlumat vərəqi Fonda təqdim edilmədən iddiaçının birbaşa olaraq Fonda müraciət etməsi səmərəli hüquq müdafiə vasitəsi kimi çıxış etmir.

40. İddiaçı qeyd etmişdir ki, ona əmək pensiyası təyin edilməsi məqsədi ilə təminat xərcliyi barədə məlumatın verilməsi üçün xidmət etdiyi orqanın müvafiq qurumuna 2017-ci il 1 iyul tarixdən əvvəl müraciət etmiş, onun müraciəti təmin olunmadığından həmin orqana qarşı məhkəmədə iddia qaldırmış, məhkəmənin qərarı ilə iddia təmin edilmiş, iddiaçıya pensiya təyin edilməsi üçün hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəx slərlə İş Departamentinə göndərməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

41. İddiaçı 2017-ci il 1 iyul tarixdən əvvəl inzibati orqana müraciət etmişdir.

42. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, həmin müraciət öz mahiyyətinə görə bilavasitə əmək pensiyası hüququnun reallaşdırılmasının tərkibi hissəsi olduğundan və iddiaçının sosial təminat hüququna təminat verən Dövlətin səlahiyyətli orqanına edildiyindən iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyasının ödənilməsi şərtlərini müəyyən edən müddəaları 2017-ci il 1 iyul tarixədək qüvvədə olmuş redaksiyada tətbiq olunmalıdır.

43. Bu səbəbdən də ona 12.04.2012-ci il tarixdən 01.11.2016-cı il tarixədək olan dövr ərzində ödənilməli olan məbləğ müvafiq dövrdə qüvvədə olan sənədlərə əsasən (əmrlərə) hes ablanmalıdır.

44. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 21.09.2021-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.09.2021-ci il tarixli, 2-1(103)-2101/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar