Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2343/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı XXXnin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2343/19 Bakı şəhəri 06 noyabr 2019-cu il 06.11.2019 Açar sözlər: qacqın statusunun verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı vəkili XXXun iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 aprel 2019-cu il tarixli, 2-1(103)-1034/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin İQ-104/1 saylı, 17 avqust 2018-ci il tarixli qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarın, onun şikayət instansiyasının 16 oktyabr 2018-ci il tarixli, 280 saylı inzibati şikayətin təmin edilməməsi barədə qərarın ləğvi olunması və iddiaçının vəsatətini təmin edərək ona qaçqın statusunun verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 1997-ci ildə X1 vilayətinin, Beisut rayonunun Dahanepey kəndində doğulmuş, həzara etnik qrupuna mənsub olub, dini təriqəti şi ədir. Ailəsinin maddi çətinliyi səbəbindən cəmi 12 illik təhsil almış, əvvəlcə ayaqqabı mağazasında satıcı işləmiş, daha sonra qohumu ilə birlikdə öz ayaqqabı mağazasını açmış və orada işləmişdir. Subaydır, bacı və qardaşları və ata-anası Kabulda yaşayırlar. İddiaçı və qohumunun ayaqqabı mağazasının yaxınlığından digər bir ayaqqabı mağazası olmuş, həmin mağaza sahibi ilə iddiaçının qohumu arasında mübahisə yaranmış və onun qohumunu yaraladığından digər mağazanın sahibini həbs olunmuşdur. İddiaçı, həmin şəxsə qarşı ifadə verdiyi üçün onun ailə üzvləri tərəfindən təhdidlərə məruz qalmış, həmçinin digər mağazanın sahibi həbsdən çıxdıqdan sonra təkrar olaraq iddiaçının qohumuna hücum edərək ona xəsarətlər yetirir. İddiaçının atası oğluna da zərər veriləcəyindən qorxduğu üçün onu Azərbaycana gö ndərir. Beləliklə, iddiaçı təhdidlərdən qorunmaq üçün 18 mart 2018-ci il tarixdə Azərbaycana gəlmiş və qaçqın statusu alınması üçün 21 may 2018-ci il tarixdə cavabdehə müraciət etmiş, sonuncu isə iddiaçı ilə müsahibə apararaq ona qaçqın statusunun verilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin qərarı qanuni və əsaslı deyildir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2-1(81)492/2019 saylı qərarı ilə (hakim Aygün Abdullayeva) iddia təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, cavabdeh mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edil məsi, iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 aprel 2019-cu il tarixli, 2-1(103)-1034/2019 saylı qərarı ilə (sədrlik edən hakim Səriyyə Seyidova, hakimlər Vidadi Məmmədov və İlham Bayramov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunan əsasları öz qərarında da göstərmiş və bildirmişdir ki, iddiaçının qaçqın statusu alınması üçün əsas gətirdiyi hallar ehtimal üzərində qurulmuş və həmin hallarla bağlı hər hansı mötəbər sübut nə cavabdeh orqana, nə də məhkəməyə təqdim olunmamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Qaçqın və məcburi köç künlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 1, 10, 12, 13, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1, 68.2-ci maddələriilə əsaslandırmışdır Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək, onun ləğv, iddia tələblərinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində iddia ərizəsində sadaladığı halları və tətbiq edilməli maddi hüquq normalarını təkrarlamış və cavabdeh tərəfindən hansı maddi hüquq normalarının pozulduğu barədə bildirməklə öz tələblərini irəli sürmüşdür. İddiaçı tərəfindən yol verilən maddi hüquq pozuntusu kimi gös tərilmişdir ki, cavabdeh tərəfindən işin mühüm faktları müəyyən edilməmiş və iş üzrə mühüm faktların mötəbərliliyi qiymətləndirilməmişdir. İş üzrə mühüm fakt iddiaçının müəyyən sosial qrupa mənsubiyyətinə və digər bir şəxsə qarşı ifadə verdiyinə görə həmin şəxs və onun qohumları tərəfindən təqib edilməsi riskidir. Həmçinin, cavabdeh qaçqın anlayışının maddi-hüquq şərtlərini iddiaçıya düzgün tətbiq etməmişdir. 1951-ci il “Qaçqınların statusu haqqında” Konvensiyada və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində müəyyən edilmiş qaçqın anlayışına əsasən, qaçqın statusunun verilməsi üçün ilkin tələb edilən zəruri maddi-hüquq element əsaslı təqib qorxusudur. Cavabdeh əsassız olaraq iddiaçının işində əsaslı təqib qorxusu olmaması nəticəsinə gəlmiş, iddiaçının müsahibəsində bildirdiyi məlumatları yetərli səviyyədə araşdırmamışdır. Halbuki, iddiaçı işin mühüm faktları, yəni onun təqibə məruz qalmasını təsdiq edən xüsusartlar barədə müfəssəl izahatlart verib və onun verdiyi izahatlar mötəbərdir. Buna görə də həmin izahatlar iş üzrə müəyyən edilmiş fakt kimi qəbul edilməlidir. Kassasiya şikayətində göstərilən dəlilin hüquqi əsası kimi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1, 9, “Qaçqınların statusu haqqında” Konvensiyanın 1, “Qaçqınların statusu haqqında” Protokolun 1, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 3, 8, 13-ci maddələrinə istinad olunmuşdur. T ərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı Əfqanıstan İslam Respublikasının vətəndaşıdı r, Azərbaycan Respublikasında “qaçqın” statusu almaq üçün cavabdehə müraciət etmiş, müraciətini onunla əsaslandırmışdır ki, iddiaçı işlədiyi dükanın qonşuluğunda tacik və puştun millətindən olan şəxslərin də dükanlarının olduğunu, həzara olduqları üçün həmin şəxslər tərəfindən təhqirlərə məruz qaldıqlarını və XXXın XXX adlı dükan qonşusu tərəfindən bıçaqlandığını qeyd etmiş, XXX mühakimə olunaraq iki il azadlıqdan məhrum edilmiş, buna görə də XXXin ailə üzvləri tərəfindən təhdid olunur. XXX azadlığa çıxandan sonra XXXa silahlı hücum edərək onu yaralamış, bu hadisədən sonra gələcəkdə öz həyatı üçün də təhlükə olacağından ehtiyat etdiyindən və atasının məsləhəti ilə Əfqanıstanı tərk edərək 18 mart 2018-ci il tarixdə Azərbaycana gəlmişdir. Cavabdeh onun müraciətini təmin etməkdən imtina etdiy i üçün hazırda məhkəməyə müraciət etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Apellyasiya məhkəməsinin nəticəsinə görə, iddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə onun qaçqın statusu alması üçün gətirdiyi hallar hər hansı bir mötəbər sübuta əsaslanmayan ehtimallar üzərində qurulduğundan, mübahisə predmeti olan inzibati aktın ləğv edilməsi üçün heç bir əsas mövcud deyildir. Bu mövqeyi mübahisələndirən iddiaçının dəlillərinin mahiyyətinə görə, onun əsaslı təqib qorxusu ilə üzləşdiyi hallara dair verdiyi müsahibə cavabdeh tərəfindən düzgün qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən dəlillə razılaşmadığını bildirir. “Qaçqınların statusu haqqında” Konvensiyanın 1-ci maddəsinin 2-ci hissəsinə əsasən, 1951-ci il yanvarın 1-dək baş vermiş hadisələr nəticəsində və irqi, diniəlamət, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubiyyət və ya siyasi əqidə üzündən təqib qurbanı olmaq barədə tam əsaslı ehtiyatlara görə vətəndaşı olduğu ölkədən kənardadır və həmin ölkənin himayəsindən istifadə edə bilmir və ya bu cür ehtiyatlar üzündən istifadə etmək istəmir: və ya müəyyən vətəndaşlığı olmadan və həmin hadisələr nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalaraq bu cür ehtiyatlar üzündən oraya qayıda bilmir. “Qaçqınların statusu haqqında” 1967-ci il tarixli Protokolun giriş hissəsinə əsasən, deyilir ki, 1951-ci il iyulun 28-də Cenevrədə imzalanmış Qaçqınların statusu haqqında Konvensiyanın yalnız 1951-ci ilin yanvarın 1-dək baş vermiş hadisələr nəticəsində qaçqına çevrilmiş şəxslərə şamil olunduğunu nəzərə alaraq, Konvensiya qəbul edildikdən sonra qaçqınlara aid yeni vəziyyətlərin yarandığını və ona görə də buna aidiyyatı olan qaçqınların Konvensiyanın təsirindən kənarda qala bilməsini nəzərə alara q, Konvensiyada verilən tərifə uyğun gələn bütün qaçqınlarım göstərilən 1951-ci il 1 yanvar tarixindən asılı olmayaraq bərarbər statusa malik olması lüzumu nəzərə alınaraq, aşağıdakılar barədə razılığa gəlmişlər: Bu Protokolun məqsədləri üçün “qaçqın” termini altında bu maddənin 3-cü bəndinin tətbiqi ilə bağlı hallar istisna olmaqla, Konvensiyanın 1 A(2) maddəsinin tərifini “ 1951-ci ilin yanvarın 1-dək baş vermiş hadisələr nəticəsində” sözləri və “...həmin hadisələr nəticəsində” sözlərini çıxmaq şərti ilə uyğun gələn hər bir şəxs üçün nəzərdə tutulur. (maddə 1, bənd 2) “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, mil liyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Beləliklə, şikayətdə də sadalanmış normaların məzmunu kimlərə qaçqın statusunun verilməli olduğunun əhatə dairəsini müəyyən edir: - irqi əlamətinə görə; - milliyyətinə görə; - dini etiqadına görə; - müəyyən sosial qrupa mənsubluğuna görə; - siyasi əqidəsinə görə. Göründüyü kimi istər daxili qanunvericilik, istərsə də beynəlxal q hüquq bütün qrupları deyil, dairəsi konkret şəkildə müəyyən edilmiş şəxslərə “qaçqın” statusunun verilməli olmasını müəyyən etmişdir. Müddəaların tələblərinin, yəni iddiaçının vəziyyətinin həqiqətən “qaçqın” anlayışı ilə əhatə edilən şərtlərə cavab verilməsinin müəyyən edilməsi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydalarının” tələblərinə uyğun olaraq müsahibə aparılmışdır. İstinad edilən Qaydaların: - 1-ci bəndinə əsasən, «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də da xil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir; - 7-ci bəndinə əsasən, «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır; - 8-ci bəndinə əsasən, müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məluma t verməlidir. Müsahibə nəticəsində cavabdeh inandırıcılığın qiymətləndirilməsi zamanı iddiaçının bildirdiklərinin bir qisminin sübuta yetirildiyi, lakin vətəndaşı olduğu ölkədə heç bir sosial grupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətinə, milliyətinə və dini etiqadına görə təqib olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçı müsahibə zamanı qohumunun ayaqqabı mağazasının yaxınlığından digər bir ayaqqabı mağazasının sahibi ilə münaqişə olduğu, həmin şəxsə qarşı ifadə verdiyi üçün onun ailə üzvləri tərəfindən təhdidlərə məruz qaldığını, həmçinin digər mağazanın sahini həbsdən çıxdıqdan sonra təkrar olaraq iddiaçının qohumuna hücum edərək ona xəsarətlər yetirdiyini və atasının qorxduğu üçün onu Azərbaycana göndərdiyini bildirmişdir. Bunlar isə onun söylədiklərini təqi bə məruz qalması ilə bağlı inandırıcılıq baxımından şübhə altına almışdır. Cavabdehin mübahisələndirilən qərarında bildirilmiş mövqeyi və onunla razılaşan apellyasiya məhkəməsinin nəticəsi yuxarıda istinad edilmiş “qaçqın” statusu anlayışı ilə müəyyən edilmiş şərtlərin mövcud olmamasına düzgün olaraq əsaslanmış və məhkəmə kollegiyası bu nəticə ilə razılaşdığını qeyd edir. Beləliklə, iddiaçının irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və siyasi əqidəsinə görə təqibə məruz qalması müəyyən edilmədiyindən, onun “qaçqın” statusunun alınmasından imtinası qanunamüvafiq hesab edilməlidir. Məhkəmə kollegiyası iddiaçının sığınacaq, inzibati icraat, pis rəftara məruz qalmamaq, şəxsi həyata hörmət, səmərəli vasitələr hüququ pozulması ilə bağlı dəlilini “qaçqın” s tatusunun verilməsindən imtinaya dair gəlinmiş nəticəni yuxarıda göstərilənlərə əsasən əsassız hesab edir və apellyasiya məhkəməsinin qərarının nəticəvi hissəsinə təsir etməyən digər dəlillərin əlavə olaraq qiymətləndirilməsini zəruri hesab etmir. Bu baxımından İnsan Hüquqiları üzrə Avropa Məhkəməsinin ifadə edilmiş mövqeyinə görə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın “Ədalətli məhkəmə araşdırması hüququnu” nəzərdə tutan 6-ci maddəsinin 1-ci bəndinin tələbləri məhkəmə qərarlarında hər arqumentə ətraflı cavab tələb etmək kimi başa düşülə bilməz. “Van de Hurk v. The Netherlands” işi üzrə (N 16034/90) qəbul etdiyi 19 aprel 1994cü il tarixli qərarında həmin məhkəmə göstərmişdir ki, məhkəmələr hər hansı suala ətraflı cavab verməyə borclu deyillər, lakin əgər təqdim edilmiş dəlil işin nəticələri üçün önəmlidirsə, məhkəmə həmin dəlillə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarına münasibətdə apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin hesab edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının qaçqın statusunun verilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, belə inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur. Cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunmuş, cavabd ehin imtinası qanuna zidd deyil və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə a pellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 aprel 2019-cu il tarixli, 2-1(103)-1034/2019saylı qərarı dəyişdirilmədən saxlanısın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-2343/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2343/2019
06.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver