Məhkəmə qərarları › İş №2-1(102)-2343/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2343/2021

28.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2343/2021 28.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa g örə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 10 sentyabr tarixli, 2-1(103)-1816/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1960-cı il 13 mart tarixdə anadan olmuşdur. O, 1980-ci il 23 avqust tarixdə Bakı Plan Uçot Texnikumuna daxil olmuş, 1982-ci il 5 iyul tarixdə həmin texnikumu bitirmişdir. Əmək fəaliyyətinə 1977-ci il 6 dekabr tarixdə başlamışdır. o, 1977-ci il 6 dekabr tarixdən 1979-cu il 19 avqust tarixədək 219 nömrəli mağazada kiçik satıcı, 1982-ci il 1 avqust tarixdən mühasib kimi işə qəbul olmuş, 1986-cı il 11 iyun tarixdən işdən azad olunmuş, 1986-cı il 26 dekabr tarix dən mühasib kimi işə qəbul olmuş, 1997-ci il 26 dekabr tarixdə işdən azad olunmuş, 1998-ci il 16 fevral tarixdə 18 №-li maddi-mexaniki təchizat şöbəsinə 2 №-li anbara anbardır keçirilmiş, 1998-ci il 1 dekabr tarixdən idarə aparatının mühasibat şöbəsinə 10-cu dərəcəli mühasib vəzifəsinə keçirilmiş, 2009-cu il 6 yanvar tarixdən neft məhsullarının qəbulu, saxlanması və göndərilməsi üzrə 10 №-li sexin təsərrüfat qrupuna 5-ci dərəcəli anbardar keçirilmiş, 2009-cu il 13 aprel tarixdən həmin sexin neft məhsullarının yüklənməsi estakadasına 4-cü dərəcəli əmtəə operatoru peşəsinə keçirilmiş, 2010-cu il 3 may tarixdən həmin estakadada 4-cü dərəcəli süzücü-tökücü (doldurucu) peşəsinə keçirilmiş, 2010-ci il 11 oktyabr tarixdən həmin estakadada 4-cü dərəcəli əmtəə operatoru peşəsinə keçirilmiş, 2014-cü il 18 aprel tarixdən təzə ştat cədvəlinə əsasən neft məhsullarının qəbulu, saxlanması və göndərilməsi üzrə 10 №-li sahənin neft məhsullarının yüklənməsi estakadasında 4-cü dərəcəli əmtəə operatoru sayılmış, 2015-ci il 10 iyul tarixdən neft məhsullarının qəbulu, saxlanılması və göndərilməsi üzrə 10 №-li sahənin neft məhsullarının yüklənməsi estakadasına 4-cü dərəcəli süzücütökücü (doldurucu) peşəsinə keçirilmiş və hal-hazırda həmin vəzifədə işləməkdədir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh 2020-ci il 8 sentyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, mərkəzi filiala təqdim edilən 1979-cu il 3 sentyabr tarixli, İT-İ seriyalı, ******* nö mrəli əmək kitabçasında qeyd olunan 2010-cu il 3 may - 2010-cu il 11 oktyabr tarixləri arasındakı dövr ərzində və 2015-ci il 10 iyul tarixdən bu günədək “Heydər Əliyev adına Bakı X2”nda işlədiyi süzücü-tökücü peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı hissəsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində (10.5) nəzərdə tutulmamışdır. Bu səbəbdən də, onun güzəştli iş stajı 10 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 2020-ci il 16 noyabr tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin üzərinə 2019-cu il 9 mart tarixdən ona pensiya təyinatı aparılması barədə inzibati akt qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 2019-cu il 13 mart tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 1 aprel tarixli, 2-1(112)-2689/2021 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1960-cı il 13 mart tarixdə anadan olmuşdur. Əmək fəaliyyətinə 1977-ci il 6 dekabr tarixdə başlamışdır. 1980-ci il 23 avqust tarixdə Bakı Plan Uçot Texnikumuna daxil olmuş, 1982-ci il 5 iyul tarixdə həmin texnikumu bitirmişdir. 1998-ci il 6 yanvar tarixdən 1998-ci il 10 fevral tarixədək, 2009cu il 13 aprel tarixdən 2010-cu il 3 may tarixədək, 2010-cu il 11 oktyabr tarixdən 2015ci il 10 iyul tarixədək əmtəə operatoru vəzifəsində işləmişdir. Bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siy ahısı”nın 10.5.1-ci bəndinə uyğundur. 2010-cu il 3 may tarixdən 2010-cu il 11 oktyabr tarixədək və 2015-ci il 10 iyul tarixdən bu günədək süzücü-tökücü (qablaşdırıcı) vəzifəsində işləyir. Bu peşə də, yuxarıda göstərilən Qərarın 10.5.2-ci bəndində göstərilən xammalın, yarımfabrikatların və hazır məhsulun, reagentlərin, absorbentlərin, katalizatorların və yanacağın, neft tələlərinin və quruducu kameraların doldurulub-boşaldılması, yarılması, qablaşdırılması və nəql edilməsi ilə məşğul olan fəhlələr kateqoriyasındakı peşənin funksiyaları hazırda Heydər Əliyev adına X1 süzücü-tökücü (doldurucu) peşəsi ilə eyni funksiyalara malikdir. Beləliklə, onun mart 2019-cu il tarixinə 20 ildən artıq ümumi stajı və 10 ildən artıq xüsusi stajı vardır. Bunları nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti nin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt “ASAN xidmət” Mərkəzi vasitəsi ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına göndərmişdir. Ona cavab yazan Mərkəzi Filial 2015-ci il 10 iyul tarixdən bu günədək “Heydər Əliyev adına Bakı Neft Emalı” Zavodunda işlədiyi süzücü-tökücü peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və güzəştlərin siyahısı”nın 10.5-ci bəndində nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli stajı 10 ildən az təşkil edir. Bununla da, onlar 2020-ci il 13 mart tarixdə zavodun direktoru tərəfindən verilmiş arayışı nəzərə a lmamışlar. Hesab etmişdir ki, cavabdehin imtinası əsassızdır və ona 2019-cu il 9 mart tarixdən pensiya təyinatı aparılmalı və bu barədə məhkəmə aktı qəbul olunmaqla cavabdehin üzərinə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi qoyulmalıdır. Cavabdehin etirazları:

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 2 aprel tarixli, 2-1(112)-2689/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 2019-cu il 13 mart tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarına əlavə edilmiş Heydər Əliyev adına X2 tərəfindən verilmiş 2020-ci il 13 mart tarixli, SOCAR**********80930442X00001 nömrəli arayışa əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.5.2-ci bəndində göstərilən xammalın, yarımfabrikatların və hazır məhsulun, reagentlərin, absorbentlərin, katalizatorların və yanacağın, neft tələlərinin və quruducu kameraları doldurub-boşaldılması, doğranması, yarılması, qablaşdırılması və nəql edilməsi ilə məşğul olan fəhlələr kateqoriyasındakı peşənin funksiyaları hazırda Heydər Əliyev adına X1 süzücü-tökücü peşəsi ilə eyni funksiyalara mali kdir. Göründüyü kimi, iddiaçının məhkəməyə təqdim etdiyi işlədiyi peşənin xarakteri barədə arayış, cavabdehin imtina məktubunda gətirdiyi arqumenti əsassız edir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 10 sentyabr tarixli, 2-1(103)-1816/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 2 aprel tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan peşələrə uyğun olması barədə Heydər Əliyev adına Bakı X2nun verdiyi arayışlar əsaslı dəlil kimi qəbul edilə bilməz. Çünki güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin adları dəqiq olaraq siyahıda qeyd edilmişdir və iddiaçının işlədiyi vəzifələr həmin siyahıda nəzərdə tutulan vəzifələrə uyğun deyildir. Həmçinin məhkəmə kollegiyası iş materiallarına əlavə edilmiş iddiaçı ilə işəgötürən Heydər Əliyev adına Bakı X2 arasında bağlanmış 2010-cu il 8 oktyabr tarixli əmək müqaviləsinə edilmiş 2012-ci il 27 yanvar; 2015-ci il 10 iyul; 2016-cı il 22 aprel; 2018-ci il 4 yanvar; 2018-ci il 6 mart; 2019-cu il 3 sentyabr və 2020- ci il 7 yanvar tarixli dəyişikliklərə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, işəgötürən həmin dəyişikliklərdə iddiaçının zərərli işlərdə işləməsini və buna görə ona 8 faiz əlavələr ödənilməsini qeyd etsə də, bu halın mövcudluğu da iddiaçıya güzəştli şərtlə pensiya təyin edilməsi üçün əsas ola bilməz. Çünki iddiaçının işlədiyi vəzifələr birbaşa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Eyni zamanda, yalnız əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər və hər hansı p eşə adının siyahıda nəzərdə tutulan peşə adlarına işəgötürənin öz mülahizəsinə əsasən uyğunlaşdırılması və bu uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas götürülməsi yolverilməzdir. Yuxarıda qeyd edilənlərə əsasən hazırkı iş üzrə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdehin imtinası iddiaçının qanunla müəyyən edilmiş hüquqlarını pozmamışdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə iddiaçının 2010-cu il 3 may - 2010-cu il 11 oktyabr tarixləri arasındakı dövr ərzində və 2015-ci il 10 iyul tarixdən bu günə kimi Heydər Əliyev adına Bakı X1 işlədiyi süzücü-tökücü peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmadığını əsas gətirərək cavabdehin apellyasiya şikayətinin təmin etmişdir. Halbuki, həmin vəzifə adıçəkilən Siyahının 10.5.2 bəndinin a) yarımbəndindəki fəhlələr: xammalın, yarımfabrikatların və hazır məhsulun, reagentlərin, absorbentlərin, katalizatorların və yanacağın, neft tələlərinin və quruducu kameraların doldurubboşaldılmasında, doğranmasında, yarılmasında, qablaşdırılmasında və nəql edilməsində məşğul olan fəhlələr vəzifələrinə uyğundur. Belə ki, 2019-cu il 9 aprel tarixli SOCAR **********81200601A00025 nömrəli arayışda iddiaçının 1998-ci il 6 yanvar tarixdən indiyədək Heydər Əliyev adına X1 işlədiyi, onun əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajının 10 il, 00 ay, 02 gün təşkil etdiyi qeyd olunmuşdur. Həmin müəssisə tərəfindən verilmiş 2020-ci il 13 mart tarixli, SOCAR**********80930442X00001 nömrəli arayışda iddiaçının sahələrdə əmək funksiyalarını yerinə yetirdiyi peşələrin süzücü-tökücü (doldurucu) peşəsinin icrasının izahı açıqlama şəklində təqdim edilərək göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Fəhlə peşələri və işlərin vahid tarifixtisas sorğu kitabçasının” 1-ci hissəsində qeyd olunduğu kimi neft məhsullarının qəbulu və yüklənməsi sahəsində, neft məhsullarının qəbulu və göndərilməsi üzrə istehsalatın neft məhsullarının doldurma eskadrasında və hazır neft məhsulunun doldurulub-boşaldılması ilə məşğul olan süzücü-tökücü (doldurucu) fəhlə peşəsində işləyən müddətdə sadalanan funksiyaları həyata keçirir; benzin, kerosin, neft yağlarının və digər neft məhsullarının, yağlı antiseptiklərin, müxtəlif qatı maddələrin, maye ammiakın, xlorun, paraxlorbenzol-sulfit turşusunun, akril emulsiyasının, piyli spirtlərin, heksaxloranın, perhidrolun, xlorofosun, zəhərli kimyəvi emulsiyaların müxtəlif anbarlara qəbulu, məhsulun avtomat və yarımavtomat maşınlardan müxtəlif taraya süzülməsini, vaqon-çənlərin dəmiryolu estakadalarının süzücü dayanacaqlarının altında düzülməsi, süzücü şlanqların çənlərin ağzına buraxılması; sürgülərin açılması və bağlanması, vaqon–çənlərin mə hsul artığından təmizlənməsi; çən və kommunikasiyaların qızdırılması işini icra edir, süzülən və doldurulan məhsulların uçotunu aparır və məsuliyyət daşıyır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.5.2 bəndində göstərilən xammalın, yarımfabrikatların və hazır məhsulun, reagentlərin, absorbentlərin, katalizatorların və yanacağın, neft tələlərinin və quruducu kameraların doldurub-boşaldılması, doğranması, yarılması, qablaşdırılması və nəql edilməsi ilə məşğul olan fəhlələr kateqoriyasındakı peşənin funksiyaları hazırda Heydər Əliyev adına X 1 süzücü-tökücü peşəsi ilə eyni funksiyaya malikdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubunda qeyd olunmuşdur ki, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşə adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunma sından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 11 avqust tarixli, 2-1(102)-1375/2021 nömrəli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bölməsinin 21.5-ci bəndində sadalanan vəzifə adları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 1997-ci il 11 iyun tarixli, 20-3 nömrəli və 1999-cu il 28 iyun tarixli, 14-7 nömrəli qərarla rı ilə təsdiq edilmiş “Metropoliten sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası” və “Metropoliten sahəsi üzrə qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu kitabçasında (hissə 56-2)” qeyd edilən vəzifə adlarının heç biri eyni deyildir və görülən işin (xidmətin) xüsusiyyətləri əsasında vəzifələrin adlarının uyğunlaşdırılması mümkündür. b. kassasiya şikayətinə etirazın dəlilləri

17. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Hesab edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 10 sentyabr tarixli qərarı qanuni və əsaslıdır. Belə ki, iddiaçının güzəştli iş stajı tələb olunandan az müddət təşkil etmişdir. İnzibati orqan da imtinanı bu əsasla vermişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. İ nzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göst ərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Şikayətdə apellyas iya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, iddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan peşələrə uyğun olması barədə Heydər Əliyev adına Bakı X2nun verdiyi a rayışlar əsaslı dəlil kimi qəbul edilə bilməz. Çünki güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin adları dəqiq olaraq siyahıda qeyd edilmişdir və iddiaçının işlədiyi vəzifələr həmin siyahıda nəzərdə tutulan vəzifələrə uyğun deyildir.

23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni və bu nəticəyə dair əsaslandırmasını İPM-in 12.1, 12.2 58.7 və 82-ci maddələrinin tələbələrinə uyğun hesab etmir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, neftin, qazın, qaz kondensatının emalı texnoloji prosesdir və bu proses müxtəlif istehsalat sahələrində və müxtəlif metod və üsullarla həyata keçirilə bilər.

24. Məhkəmə kollegiyası, məhz bu kimi halları nəzərə alaraq oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında da qeyd etmişdir ki, əgər i ddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional v əzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Belə ki, işin, vəzifənin və peşənin adının müəyyən və ya təyin edilməsi məhkəmənin səlahiyyətinə aid deyil.

25. Buna görə də, apellyasiya instansiyası məhkəməsi qeyd olunan texnoloji prosesdə iddiaçının icra etdiyi işin xarakterinə, habelə işlədiyi müəssisənin fəaliyyət istiqamətinə dair işdə olan sübutları, xüsusilə də iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş yazılı məlumatları xidməti vəzifəsinə görə tam və hərtərəfli araşdırmalı, yalnız bundan sonra onları qiymətləndirməli idi.

26. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apell yasiya instansiyası məhkəməsinə göndərilməlidir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 10 sentyabr tarixli, 2-1(103)-1816/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar