Məhkəmə qərarları › İş №2-1(102)-2343/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2343/2023

17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2343/2023 17.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X12 Qeydiyyatı İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mümkünsüz iddia; təsisçilər sırasından çıxarılma və reyestrdə dəyişiklik edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1968-cü il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X12 Qeydiyyatı İdarəsinə qarşı “iddiaçının təsisçilər sırasından çıxarılması və reyestrdə dəyişiklik edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.*4.2*23-cü il tarixli, 2-1(1*3)-1349/2*23 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 26.*1.2*22-ci il tarixdə cavabdehə müraciət edərək "xxxx" MTK-nın təsisçilərindən olan X3 ona və digər təsisçilərə qarşı zərərin tərəflərindən subsidiar qaydada ödənilməsinə dair məhkəmədə iddia qaldırdığını, iddia tələbinin Yasamal Rayon Məhkəməsində təmin olunduğunu, həmin qətnamədən verilən şikayətin Bakı Apellyasiya Məhkəməsinin icraatında olmasını və "xxxx" MTK-nın 2 təsisçisinin məhkəmə mübahisələri dövründə vəfat etməsi səbəbindən dayandırılmasını bildirmiş dir. Daha sonra ərizəsində göstərmişdir ki, "xxxx" MTK-nın 6 təsisçisindən biri olsa da, nizamnamə kapitalındakı pay (maya dəyəri) tərəfindən ödənilməmişdir. Eyni zamanda, MTK-nın idarəçiliyində iştirak etməmiş, heç bir qərar onun iştirakı ilə qəbul edilməmişdir. Ümumiyyətlə, Nizamnamə kapitalındakı pay heç bir üzv (namizəd) tərəfindən ödənilməmişdir. Hazırda MTK-nın 3 təsisçisi ölmüş, 1 təsisçisi isə ölkədən getmişdir. Ona görə də onun təsisçilikdən çıxarılmağına dair prosedurları icra etmək, ümumi yığıncağı keçirmək və sənədləri cavabdehə təqdim etmək mümkünsüzdür.

2. Göstərilən səbəbdən onun adının "xxxx" MTK-nın təsisçiləri sırasından çıxarılmağa dair cavabdehə müraciət etmişdir. Həmçinin müraciətində göstərmişdir ki, 2**1*2**559892** saylı “çıxarış”dan görünür ki, "xxxx" Mənzil Tikint i Kooperativinin (VÖEN 1***552991) nizamnamə kapitalının miqdarı olan maya elan edilmişdir. Lakin nizamnamə kapitalındakı pay (maya dəyəri) ödənilməmişdir. Bunu cavabdehin 29.1*.2*2*-ci il tarixli müraciətinə verdiyi cavabdan da görmək olar. Belə ki, cavab məktubundan görünür ki, qeydiyyat qovluğunda "xxxx" Mənzil-Tikinti Kooperativinin (VÖEN 1***552991) nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd aşkar edilməmişdir. İddiaçı göstərilənlərə əsasən "xxxx" Mənzil-Tikinti Kooperativinin təsisçiləri sırasından çıxarılmasına dair qərar qəbul edilməsini və bu barədə reyestr məlumatlarında dəyişiklik edilməsinin qeydə alınmasını xahiş etmişdir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 1*.*2.2*22-ci il tarixli məktubda “X12 qeydiyyatı və dövlət reyestri haqqında” Qanununun 9-cu, 12.12- ci, Mülki Məcəllənin 111.3.1 və 111.3.3-cü, 112.1-ci maddələrinə, “Notariat haqqında” Qanunun 17-ci maddəsinə istinad edilərək qeyd edilmişdir ki, vəfat etmiş təsisçilərin vərəsələrinin kooperativin yeni üzvləri kimi reyestrə daxil edilməsi faktı qeydə alındıqdan sonra kooperativin üzvlüyündən çıxarılma faktı üçün müvafiq sənədlərlə X12 qeydiyyatı idarəsinə müraciət edilməlidir. Beləliklə, qanunvericiliyin tələblərindən də göründüyü kimi Dövlət Vergi Xidmətinə öz təşəbbüsü ilə X12 reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün hüquqi şəxsin dövlət reyestrində dəyişiklik edilməsi və iddiaçının adının "xxxx" MTK-nın dövlət reyestrindən çıxarılması mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adının "Vüsal-S” Mənzil Tikinti Kooperativinin təsisçiləri sırasından, həmçinin reyestrdən çıxarılması və bu barədə X12 reyestrində dəyişiklik edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırılması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Milli Gəlirlər Baş İdarəsinin X12 qeydiyyatı idarəsi tərəfindən verilən "xxxx" MTK-nın 13.1*.2*2*-ci il tarixli “çıxarış”ından görünür ki, nizamnamə kapitalındakı miqdar elan edilmişdir, yəni ödənilməmişdir. Cavabdehin iddiaçının 26.*1.2*22-ci il tarixli müraciətinə verdiyi 1* fevral 2*22-ci il tarixli cavab məktubundan görünür ki, onun adının "xxxx" MTK-nın dövlət reyestrindən çıxarılmasından imtina edilmişdir. Bakı Apellyasiya Məhkəmə sinin 15.12.2*21-ci il tarixli qərardadından görünür ki, iddiaçılar X3 "xxxx" MTK-nın təsisçilərinə qarşı “pul” tələbinə dair mülki iş üzrə icraat cavabdehlər X9 və X1 ölümü ilə əlaqədar olaraq həmin şəxslərin hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Cavabdehin etirazları:

6. Cavabdeh iddiaya dair etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 112.1-ci maddəsinə əsasən kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan v ə kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir. Həmçinin ilk növbədə Kooperativin üzvlərinin vəfat etməsi ilə əlaqədar təsis payı üzərində vərəsəlik hüququ müəyyən edilməlidir. Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 17-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi dövlət notariusunun səlahiyyətinə aid edilmişdir. Qanunvericiliyin tələbindən göründüyü kimi vəfat etmiş təsisçilərin vərəsələrinin kooperativin yeni üzvləri kimi reyestrə daxil edilməsi faktı qeydə alındıqdan sonra kooperativin üzvlüyündən çıxarılma faktı üçün qeyd edilən müvafiq sənədlərlə X12 qeydiyyatı idarəsinə müraciət edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Bakı İnzibati Məhkəməsinin 15.11.2*22-ci il tarixli, 2-1(112)-68*9/2*22 nöm rəli qərardadı ilə iddia tələbi "təsisçilər sırasından çıxarılma” hissəsində mümkün sayılmamışdır.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə şəxsin kooperativ üzvlərinin sırasından çıxarılması kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Qeyd edilən məsələ ilə əlaqədar təsisçilər və ya təsisçilərlə hüquqi şəxs arasında olan mübahisələrə mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya məhkəmələri tərəfindən baxılır. Belə ki, şəxsin təsisçilər sırasından çıxarılması məsələsi inzibati mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə tədqiqatının predmeti ola bilməz. Çünki, qeyd edilənlər mülki (korporativ) hüquq münasibətlərindən meydana gəlməklə, mülki mühakimə icraatı qaydasında baxılan işlərin predmet i ola bilər. Başqa sözlə, iddiaçının ərizəsinin faktiki əsasını təşkil edən dəlillərə (təsisçilərin ölməsi, ümumi yığıncağın səlahiyyətli olmaması və s.) həmin icraat çərçivəsində araşdırılmaqla hüquqi qiymət verilə bilər. İddiaçı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə kommersiya məhkəməsində həll etmək hüququ vardır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab etmişdir ki, iddia “təsisçilər sırasından çıxarılma” hissəsində mümkün sayılmamalıdır.

9. Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2*22-ci il tarixli, 2-1(112)-68*9/2*22 nömrəli qərarı ilə iddiaçının “X12 reyestrində dəyişiklik edilməsi” barədə iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

10. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)68*9/2*22 saylı 15.11.2*22-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.*4.2*23-cü il tarixli, 2-1(1*3)1349/2*23 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-68*9/2*22 saylı 15.11.2*22-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbi ümumi yığıncaqda həll olunmalı məsələ olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılan deyildir.

13. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddianın “təsisçilər sırasından çıxarı lma” hissəsində mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21.12.2*21-ci il tarixli qərarına, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə istinad edilərək qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin mövqeyinə görə kooperativ üzvlüyündən çıxma hər hansı şərtlə məhdudlaşdırılmamışdır. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olduğundan, qanunvericilikdə onun üzvlərinin də kooperativdən azad şəkildə çıxa biləcəyi nəzərdə tutulmuşdur.

15. İddiaçı İnzibati orqan tərəfindən hüququnun pozulduğunu, yəni “qanunçuluq prinsipi”nə əməl edilmədiyini gördükdən sonra məhkəməyə müraciət etmişdir. Lakin, məhkəmə tərəfindən də mövcud olan qanunlar rəhbər tutulmamış, tətbiq edilməli hüquq tətbiq edilməmişdir.

16. Bakı Apellyasiya məhkəməsi iş üzrə qərar qəbul edərkən nəzərə almamışdır ki, X2 mərhum X4 hüquqi varisi qismində tanınmasına etiraz etdiyindən, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 2(**4)-28/2*22 saylı, 29 iyul 2*22-ci il tarixli qərardadı ilə onun X4 hüquqi varisi qismində prosesdə iştirakına xitam verilmiş və X4 hüquqi varisi müəyyən edilənədək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan 2(**4)28/2*22 saylı mülki işin icraatı dayandırılmışdır. Yasamal rayon məhkəməsinin 28.*2.2*23cü il tarixli, 2(**4)- 14/2*23 saylı qərardadı ilə dayandırma qərardadının qəbul olunmasından 6 (altı) ay müddət keçdiyi ndən, həmin müddət ərzində iddiaçı X4 vərəsələri müəyyən edilmədiyindən və mirasın qəbulu imkanı itirildiyindən mülki iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi "xxxx" MTK-nın təsisçilərindən biri olan X4 vəfat etməsindən sonra, onun hüquqi varisi müəyyən edilməmişdir. Halbuki, cavabdehin hazırki iddia ərizəsinə etirazının əsasını o təşkil etmişdir ki, "xxxx" MTK-nın vəfat etmiş təsisçilərinin vərəsələri müəyyən edilsin, ümumi yığıncağın səlahiyyətləri çərçivəsində üzvlərin təsisçilikdən çıxması həll olunsun. Yuxarıda da izah edildiyi kimi, hazırki iş üzrə bu mümkünsüzdür.

17. Məhkəmə, həmçinin nəzərə almamışdır ki, iddia tələbi iki hissədən ibarət idi. Birinci tələb iddiaçının adının "xxxx" MTK-nın təsisçilər sırasından, həmçinin reyestrindən çıxarılması, ikinci tələb isə həmin çıx arılma barədə X12 reyestrində müvafiq dəyişiklik edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi. Bakı İnzibati məhkəməsi birinci tələbi mümkünsüz saymışdır ki, (bu barədə qərardad qəbul edilib və hazırda həmin qərardad mübahisələndirilir) bu tələb "xxxx" MTK-nın təsisçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir və kommersiya məhkəməsində baxılmalıdır. Halbuki, "xxxx" MTKnın 6 (altı) təsisçisindən 3 (üçü) vəfat etdiyinə görə ümumi yığıncağın çağırılması və səlahiyyətli olması mümkünsüzdür. Digər tərəfdən isə məhkəmə nəzərə almamışdır ki, birinci tələb mümkünsüz hesab edildiyi təqdirdə, ikinci tələbin heç bir mahiyyəti qalmır və onun təmin edilməməsinin əsaslandırılması əhəmiyyətsiz olur.

18. Şikayətdə, həmçinin “X12 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qan ununun 9.4-cü maddəsinə istinad edilərək qeyd edilmişdir ki, "xxxx" MTKnın bütün digər təsisçiləri kimi İddiaçı tərəfindən də Nizamnamə kapitalının miqdarı - təsisçi haqqı ödənilməmişdir. Həmin vəziyyət bu günə kimi davam edir. Lakin, cavabdeh Nizamnamə kapitalının miqdarı ödənilmədən *2.*8.2**5-ci ildə dövlət qeydiyyatından keçirdiyi "xxxx" MTK- nın reyestr məlumatlarında növbəti dəyişikliyi edərkən qanunu pozmuşdur. Belə ki, *2.*8.2**5-ci ildə qeydiyyatdan keçirilmiş "xxxx" MTK-nın təsisçiləri sırasında X5 və X14 olduğu halda, *6.*9.2**5-də onlar İddiaçı və X1* ilə əvəzlənmişdir. Bu dəyişiklik isə Nizamnamə kapitalının miqdarı - təsis haqqı ödənilmədən cavabdeh tərəfindən qeydiyyata alınmışdır.

19. Bundan əlavə, 1*.*4.2*13-cü il tarixdə yenidən "xxxx" MTK-nın qeydiyyat məlumatlarında cav abdeh tərəfindən dəyişiklik aparılmış, Nəsimi rayon məhkəməsinin 2(**6)-2896/2*12 saylı, 1*.*9.2*12-ci il tarixli qətnaməsi üzrə təsisçi X6 məxsus 4*% pay haqqının ½ hissəsi, yəni 2* % paya mülkiyyət hüququ X7 adına rəsmiləşdirilmiş - keçirilmişdir. Hansi ki, cavabdeh yenidən "xxxx" MTK-nın təsisçilərindən Nizamnamə kapitalının miqdarının ödənilməsini tələb etməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

20. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

111. Kooperativdə idarəetmə 111.1. Kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahid ə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Müşahidə şurasının və ya icra orqanının üzvü oxşar kooperativin üzvü ola bilməz. Kooperativin üzvü eyni zamanda müşahidə şurasının üzvü və idarə heyətinin və ya kooperativin sədri ola bilməz. 111.2. Kooperativin idarəetmə orqanlarının səlahiyyətləri və onların qərarlar qəbul etməsi qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. 111.3. Kooperativ üzvlərinin ümumi yığıncağını n müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 111.3.1. kooperativin nizamnaməsini dəyişdirmək; 111.3.2. kooperativin müşahidə şurasını yaratmaq və onun üzvlərinin səlahiyyətlərinə xitam vermək, habelə kooperativin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə xitam vermək, bir şərtlə ki, kooperativin nizamnaməsinə görə bu hüquq onun müşahidə şurasına verilmiş olmasın; 111.3.3. kooperativ üzvlərini qəbul etmək və çıxarmaq; 111.3.4. kooperativin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək və zərəri bölüşdürmək; 111.3.5. kooperativin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək; 111.3.5-1. bu Məcəllənin 49-1.2-ci maddəsində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək; 111.3.6. kooperativin nizamnaməsi ilə ümumi yığıncağın müstəsna səlahiyyətinə başqa məsələlərin həlli də aid edilə bilər.... Maddə

112. Kooperativdə üzvlüyə xitam verilməsi və payın keçməsi 112.1. Kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir. 112.2. Kooperativin üzvü kooperativin nizamnaməsi ilə ona həvalə olunmuş vəzifələri icra etmədikdə və ya lazımınca icra etmədikdə, habelə kooperativin nizamnaməsi ilə nəzərdə tutulan başqa hallarda ümumi yığıncağı n qərarı ilə kooperativdən çıxarıla bilər. Kooperativdən çıxarılmış kooperativ üzvünün bu Məcəllənin 112.1-ci maddəsinə uyğun olaraq, payını və kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişləri almaq hüququ vardır. 112.3. Əgər kooperativin nizamnaməsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativin üzvü öz payını və ya onun bir hissəsini kooperativin digər üzvünə verə bilər. Payın (onun bir hissəsinin) kooperativ üzvü olmayan fiziki şəxsə verilməsinə yalnız kooperativin razılığı ilə yol verilir. Belə halda kooperativin digər üzvləri həmin payı (onun bir hissəsini) almaqda üstünlük hüququna malikdirlər. Əgər kooperativin üzvləri kooperativin nizamnaməsində nəzərdə tutulan müddət ərzində öz üstünlük hüququndan istifadə etməzlərsə, pay üçüncü şəxsə özgəninkiləşdirilə bilər. 112.4. Kooperativin üzvü öldükdə onun vərəsələri, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativ üzvlüyünə qəbul edilə bilərlər. Əks halda kooperativin ölmüş üzvünün payının dəyəri kooperativ tərəfindən onun vərəsələrinə ödənilir.

22. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikay ət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1* gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bil ər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəm əsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

26. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın ə saslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

27. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlü k şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

28. Hazırkı mübahisəyə münasibətdə iddiaçının tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunmur.

29. Yuxarıda istinad edilən qanunvericilik normalarının tələbindən göründüyü kimi, şəxsin kooperativ üzvlərinin sırasından çıxarılması kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Qeyd edilən məsələ ilə əlaqədar təsisçilər və ya təsisçilərlə hüquqi şəxs arasında olan mübahisələrə mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq komm ersiya məhkəmələri tərəfindən baxılır. Belə ki, şəxsin təsisçilər sırasından çıxarılması məsələsi inzibati mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə tədqiqatının predmeti ola bilməz. Çünki, qeyd edilənlər mülki (korporativ) hüquq münasibətlərindən meydana gəlməklə, mülki mühakimə icraatı qaydasında baxılan işlərin predmeti ola bilər. Başqa sözlə, iddiaçının ərizəsinin faktiki əsasını təşkil edən dəlillərə (təsisçilərin ölməsi, ümumi yığıncağın səlahiyyətli olmaması və s.) həmin icraat çərçivəsində araşdırılmaqla hüquqi qiymət verilə bilər.

30. Kassasiya şikayətinin oxşar dəlilləri ilə bağlı apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, həmin dəlillər iddia ərizəsi ilə eynilik təşkil etməklə iş materialları ilə təkzib olunduğu üçün qəbul edilmir, formal xarakt er daşımaqla yanaşı, qərardadın ləğv edilməsi və sözügedən iddia tələbinin mümkün sayılması üçün heç bir əsas yaratmır.

31. Beləliklə, iddiaçının İPM-in 35.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur.

32. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.*4.2*23-cü il tarixli, 21(1*3)-1349/2*23 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar