Məhkəmə qərarları › İş №2-1(102)-2343/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2343/2024

23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2343/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlak üzərində sərəncamvermə hüququnun məxsusluğu müəyyən edilmədən əmlakın siyahıya alınaraq satılmasının yolverilməzliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-204/2024 nömrəli, 16 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Vergi borcunun ödənilməsinə dair” bildirişlə müəyyən olunur ki, Cavabdeh MMCnin xx.xx.2021-ci il tarixinə ümumilikdə 3110943.56 manat, o cümlədən: vergilər üzrə 2160627.23 manat, maliyyyə sanksiyaları üzrə 100.00 manat, faizlər üzrə 950216.33 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0.00 manat borcu vardır.

2. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi m əqsədi ilə cavabdehə bildiriş göndərilmiş, borc məbləği ödənilmədiyindən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı tərəfindən vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. 3. 11 avqust 2021-ci il tarixdə qəbul edilmiş qərarda qeyd edilmişdir ki, vergi ödəyicisinin 652419,52 manat borcuna görə 654.00 manat məbləğində əmlakı siyahıya alınmış və əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Azərbaycan Respublikası İqtisadiy yat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 652419.52 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 654000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan vasitəsilə satılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi ni onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh MMC-nin dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən sığorta fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildir iş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2021-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2021-ci tarixə yaranan 1057405.99 manat borcuna görə ******* manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2021-ci tarixli **********8 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisas laşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-cİ maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 1057405.99 manat, Dövlət Sosial Müdafiə Fonduna 208.59 manat və İşsizlikdən sığorta fonduna 100.13 manat ödənilməmiş borcu qalmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2021-ci ta rixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 652419.52 manat ödənilməmiş borcu qalmışdır.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2987/2023 saylı, 23 may 2023-cü il qərarı ilə (hakim X2) iddia təmin edilmiş, Cavabdeh MMC xx.xx.2021-ci il tarixə yaranmış borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 652419.52 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 654000 manat dəyərində olan əmlakı (ünvan 1 ünvanında Blok-D-də və Blok-E-də yerləşən qeyri yaşayış sahələri) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) vasitəsilə satılması, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən borc tut ularaq dövlət büdcəsinə ödənilməsi, satışdan artıq qalan məbləğ Cavabdehnə qaytarılması qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh MMC-nin vergiləri tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca icra etməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən cavabdehə məxsus əmlak qanunda nəzərdə tutulmuş qaydada siyahıya alınsa da, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı borcunun tam şəkildə ödənilməsi təmin edilmədiyindən iddiaçı həmin borcların cavabdehin əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır.

8. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhk əməsinin İnzibati Kollegiyasının 2-1(103)-204/2024 nömrəli, 16 may 2024-cü il tarixli qərarı ilə (hakimlər X3 /məruzəçi/, X4 və X1) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)2987/2023 saylı, 23 may 2023-cü il tarixli qərarı ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməklə Cavabdeh MMC-in xx.xx.2021-ci il tarixə yaranmış borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 652419.52 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış ünvan 1 ünvanında Blok-D-də yerləşən, sahəsi 200 kv.m olan qeyri-yaşayış sahəsinin (752.000 manat dəyərində olan əmlak) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Az ərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) vasitəsilə satılması, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən borc tutularaq dövlət büdcəsinə ödənilməsi, satışdan artıq qalan məbləğin Cavabdehnə (VÖEN **********) qaytarılması qərara alınmışdır.

10. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin ünvan 2 ünvanında olan Blok-D və Blok-E-də yerləşən qeyriyaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən satılaraq borcun tutulmasına yönəlməsi qənaətinə gəlinsə də, keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə cavabdehə məxsus qeyri-yaşayış sahələrinin bazar qiymətinin 752.000 manat və 1.297,200 manat olması müəyyən edilmişdir. Odur ki, Cavabdeh xx.xx.2021-ci il tarixə yaranmış borc məbləğindən dövlə t büdcəsinə ödənilməmiş 652419.52 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlaklarından yalnız birinin-bazar dəyəri 752.000 manat məbləğində müəyyən edildiyindən digər əmlakın siyahıya alına bilməz.

11. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində Vergi Məcəlləsinin 89.1, 89.5-ci maddələrinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin mövqeyinin əsassız və qanunsuz olduğu qeyd edilir.

13. Bildirilir ki, işə baxan məhkəmə tərəfindən cavabdeh MMC-in qərar qəbul edilən anda dövlət büdcəsinə olan borcu və siyahıya alınmış əmlaklarını n cavabdehə məxsus olub olmaması araşdırılmamış, sadəcə olaraq iddiaçının iddia ərizəsini təkrarlayan apellyasiya şikayətində qeyd etdiklərinə əsasən qərar qəbul edilmişdir. Belə ki, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2021-ci tarixə yaranan 1057405.99 manat borcuna görə ******* manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2021-ci tarixli **********8 saylı Protokol tərtib edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 1057405.99 manat, Dövlət Sosial Müdafiə Fonduna 208.59 manat və İşsizlikdən sığorta fonduna 100.13 manat ödənilməmiş borcu qalmı şdır. Cavabdehin xx.xx.2021-ci tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 652419.52 manat ödənilməmiş borcu qalmışdır.

14. Apellyasiya instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, “İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən görünür ki, “Vergi borcunun ödənilməsinə dair” **********7 N-li bildirişə əsasən Cavabdeh MMC-nin (xx.xx.2021-ci il tarixinə ümumilikdə 3110943.56 manat, o cümlədən: vergilər üzrə 2160627.23 manat, maliyyə sanksiyaları üzrə 100.00 manat, faizlər üzrə 950216.33 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0.00 manat borcu vardır”.

15. İddiaçı tərəfindən işə baxan məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, məktuba əsasən də müəyyən edilir ki, Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixə şəxsi hesab vərəqəsi üzrə dövlət büdcəsinə ümumilikdə 2 630 024.39 manat, o cümlədən vergilər üzrə 1 511 904.15 manat, faiz üzrə 1 118 120.24 manat ödənilməmiş borcu vardır. İddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli məktubdan da aydın olur ki, cavabdeh barəsində xx.xx.2021-cü il tarixində qəbul edilmiş qərar üzrə xx.xx.2021-ci il tarixinə mövcud olmuş 652 419.52 manat ödənilməmiş borcu hazırki iş üzrə qərar qəbul edildiyi dövrdə artıq mövcud deyildi və cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir. Lakin, hazırda mübahisələndirilən qərarı qəbul etmiş Bakı Apellyasiya Məhkəməsi yuxarıda qeyd edilən halı da nəzərə almamış və maddi hüquq normalarının tələbləri bu hissədə də kobud surətdə pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilm əmişdir. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.... 18. “İnzibati icraat haqqında” A zərbaycan Respublikasının Qanunu: Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.... Maddə

17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.... Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

19. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər … 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət s osial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə

16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək... Maddə

23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır:... 23.1.15-1. Hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi il ə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək... Maddə

89. Əmlakın siyahıya alınması 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıy a alına bilər.... 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmla k (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak.... Maddə

90. Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası 90.1 Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siya hıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər.... 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının və zifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.

21. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********043600 nömrəli əmri ilə təsdiq edilmiş “Vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair” Qaydaları 6.10. siyahıya alma tədbiri ilə bağlı borclu vergi ödəyicisinin obyektinə getməzdən əvvəl siyahıya alınması üçün vergi ödəyicisinə məxsus daşınar və daşınmaz əmlakla r müəyyən edilir. Daşınar əmlakların operativ şəkildə müəyyən edilməsi məqsədilə vergi ödəyicisi barədə əlaqəli məlumatlar, hesabatlar, bəyannamə və keçirilmiş səyyar vergi yoxlaması məlumatları, dövlət orqanları və digər şəxslərdən əldə edilmiş məlumatlar, habelə digər mənbəyi bəlli məlumatlar əsas götürülür və bunun üçün aşağıdakı məlumatlardan (lakin bunlarla məhdudlaşmayan) istifadə edilir:... 6.10.5. Vergi orqanında vergi ödəyicisinin mülkiyyətində olan əmlakları barədə məlumatlar. 6.19. əmlakın siyahıya alınma prosesində bir neçə mütəxəssis iştirak edirsə, Protokolun və Siyahının müvafiq sətirlərində prosesdə iştirak edən hər mütəxəssisin soyadı, adı, atasının adı qeyd edilir və Protokol ilə Siyahı hər bir mütəxəssis tərəfindən ayrıca imzalanır. Daşınmaz əmlak və nəqliyyat vasitəs i siyahıya alındıqda ona dair mülkiyyət hüququnu təsdiq edən sənədlər, tikilidə tikintiyə icazə verilməsi barədə sənədlər siyahıya almaya dair materiallara əlavə edilməlidir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müva fiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yen i qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şika yətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmamalıdır.

26. Məhkəmə kollegiyası gəldiyi nəticəni aşağıdakı kimi şərh etməyi məqsədə müvafiq hesab edir.

27. Kassasiya şikayətinin dəlillərindən müəyyən edilir ki, cavabdeh qərarın ləğv edilməsi üçün iki arqument irəli sürmüşdür:

1. Vergi borcunun cavabdeh tərəfindən tam ödənilməsi;

2. Siyahıya alınmış əmlakın cavabdehə məxsus olub-olmam asının araşdırılmaması

28. Vergi borcunun tam ödənilməsi ilə bağlı kassatorun dəlilinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, bu halı təsdiq edən hər hansı mötəbər dəlil iş materialları ilə müəyyən edilmədiyindən bu dəlil qəbul edilə bilən deyildir.

29. Siyahıya alınmış əmlakın cavabdehə məxsus olub-olmamasının araşdırılmaması ilə bağlı kassasiya şikayətində əks edilmiş mövqeyə gəlincə məhkəmə kollegiyası bu hissədə cavabdehin dəlili ilə razılığını ifadə edir.

30. Belə ki, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini t əmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən, vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər.

31. Vergi Məcəlləsinin 89-cu maddəsinin müddəaları baxımından əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının məhdudlaşdırılmasını ehtiva edir. Belə məhdudlaşdırma nəticəsində vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququnu itirir, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir.

32. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli ********* *043600 nömrəli əmri ilə təsdiq edilmiş “Vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair” Qaydalarına əsasən, siyahıya alma tədbiri ilə bağlı borclu vergi ödəyicisinin obyektinə getməzdən əvvəl siyahıya alınması üçün vergi ödəyicisinə məxsus daşınar və daşınmaz əmlaklar müəyyən edilir. Daşınmaz əmlak və nəqliyyat vasitəsi siyahıya alındıqda ona dair mülkiyyət hüququnu təsdiq edən sənədlər, tikilidə tikintiyə icazə verilməsi barədə sənədlər siyahıya almaya dair materiallara əlavə edilməlidir.

33. İstinad olunan normaların hazırkı mübahisəyə münasibətdə tətbiqi zamanı nəzərə almaq lazımdır ki, vergi ödəyicisi yalnız mülkiyyət hüququ əsasında qeyd-şərtsiz ona məxsus olan əmlak üzərində sərəncam vermə səlahiyyətinə malik ola bilər. Bu baxımdan vergi orqanı tərəfindən vergi ödəyicisinin daşınmaz əmlakının siyahıya alınması yalnız o halda mümkündür ki, vergi ödəyicisi həmin əmlak üzərində sərəncam vermə səlahiyyətinə malikdir

34. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd qismində hüququn reyestrdə qeydiyyatına dair reyestrdən müvafiq çıxarış, qeydiyyat vəsiqəsi mülkiyyət hüququna dair şəhadətnamə və ya dövlət aktı (hüququn dövlət qeydiyyatına dair səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş müvafiq sənədlər) çıxış edir.

35. Beləliklə, daşınmaz əmlakın siyahıya alınması üçün: həmin əmlak vergi ödəyicisinin mülkiyyətində olmalıdır; onun həmin əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış olmalıdır; bu barədə müvafiq sənəd əlavə ol unmalıdır.

36. Başqa cür yanaşma, bir tərəfdən, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun reyestrdə dövlət qeydiyyatının bir institut kimi mahiyyətini, digər tərəfdən isə, həmin institutun mülki dövriyyənin təhlükəsizliyinin təmin olunması sahəsində əhəmiyyətini heçə endirmiş olardı.

37. Məhkəmə kollegiyası bildirir ki, siyahıya alınmış əmlakın vergi ödəyicisinin mülkiyyətində olmasını təsdiq edən hər hansı sənəd iş materialları ilə müəyyən edilmir, həmçinin iddiaçı da öz növbəsində həmin sənədləri sübut qismində məhkəməyə təqdim etməmişdir. Belə olan halda satılması tələb edilən əmlakın cavabdehin mülkiyyətində olmasına dair heç bir mötəbər sübut mövcud olmadığından iddiaçı hazırkı iddia tələbində haqlı sayıla bilməz.

38. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyas iya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia təmin olunmamalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2024-cü il tarixli, 21(103)-204/2024 saylı qərarı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddiası rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar