Məhkəmə qərarları › İş №2-1(102)-2343/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2343/2025

28.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2343/2025 28.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü, mübahisələndirmə haqqında iddianın xüsusi mümkünlük şərti, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qa rşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 aprel 2025-ci il tarixli, 2-1(106)-180/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********151595 nömrəli qərarından, 29 iyun 2022-ci il tarixli, **********153294 nömrəli səyyar vergi yoxlaması aktından və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********159510 nömrəli qərardan müəyyən olunur ki, İddiaçı MMCnin sahibkarlıq fəaliyyəti üzrə xx.xx.2018-ci il tarixdə n xx.xx.2021-ci il tarixədək olan dövr əhatə olunmaqla növbəti səyyar vergi yoxlaması təyin edilmiş, yoxlama 02 dekabr 2021-ci il tarixdə başlanmış və 29 iyun 2022-ci il tarixdə başa çatdırılaraq, nəticəsi 29 iyun 2022-ci il tarixli, **********153294 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin akta əsasən vergi yoxlaması nəticəsində vergilərin ümumilikdə 83970,62 manat azaldılması, 390,36 manat artıq hesablanması, o cümlədən mənfəət vergisinin 2018-ci ildə 24082,98 manat, 2019-cu ildə 1950,90 manat, 2020-ci ildə 41906,10 manat olmaqla, ümümilikdə 67939,98 manat azaldılması, əlavə dəyər vergisinin 16030,64 manat azaldılması və 390,36 manat artıq hesablanması müəyyən olunmuş, vergi hesabatını vaxtında təqdim etmədiyinə görə tətbiq olunması təklif edilən 320 manat maliy yə sanksiyası ilə birlikdə vergi ödəyicisinə 42305,33 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuş, qeyd olunan məbləğlərə müvafiq olaraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********159510 nömrəli qərar qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********159510 saylı qərarın ləğv edilməsi barədə qər аr çıхаrılmаsını хаhiş еtmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli, **********151595 saylı qərara əsasən 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı MMC üzrə səyyar vergi yoxlaması həyata keçirilmişdir. Yoxlama gedişində və nəticəsində tərtib edilən akta onu aldadaraq imza etdirilmiş və latın qrafikası ilə oxumağı və yazmağı bilmədiyi üçün vəkilə müraciət edib bu barədə məlumat almışdır. Vergi yoxlayıcısı Əhədli Nizami tərəfindən ona təqdim edilmiş SVY aktı müəssisə rəhbərinə tanış edilmədən, hər hansı məlumat verilmədən imzalatdırılmışdır. Daha sonra müəssisə rəhbəri tərəfindən vəkilə müraciət edilmiş, işin faktiki halları barədə məlumat almışdır. Həmin yoxlamanın nəticəsində 83970,62 manatadək vergi və 42305,33 maliyyə sanksiyası hesablanm ışdır. Yoxlamanın qanunsuz hesab edilməsinin hüquqi əsaları kimi qeyd etmək istəyir ki, səyyar vergi yoxlaması 30 gün müddətinə keçirilə bilər. Yəni yoxlama müddəti xx.xx.2022-ci ildə bitməli olduğu halda həmin müddətdən 12 gün keçdikdən sonra vergi orqanı tərəfindən yoxlamanın müvəqqəti dayandırlması barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması bitdikdən sonra həmin qərarın qəbul edilməsi Vergi Məcəlləsinin müddəaları ilə ziddiyyət təşkil edir. Yəni vergi orqanı tərəfindən həmin dayandırma qərarı səyyar vergi yoxlaması bitməzdən öncə qəbul edilərək müəssisəyə təqdim edilməli idi. Bu isə vergi orqanı tərəfindən prosessual pozuntu edilməsinə dəlalət edir. Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər h ansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Digər hal isə ondan ibarətdir ki, SVY aktında qeyd edilmiş xx.xx.2022-ci il tarixli “Ekspertizanın təyin edilməsi haqqında” qərara əsasən “Azərekspertiza” Birliyindən ekspert kimi X9 iştirak etmişdir. X9 vergi orqanının əməkdaşı olan Əliyev Şakirin qardaşı oğludur. Bu isə həmin ekspertin neytrallığı olmayan şəxs olmasına dəlalət edir. Halbuki, ekspert tərəfsiz və iş üzrə maraqlı olmayan bir şəxs olmalıdır. Həmçinin vergi orqanı tərəfindən təqdim edilmiş SVY aktının 10-cu səhifəsində yoxlamanın əhatə etdiyi dövr ərzində (2018-2020-ci illər) mənfəət vergisinin ümumilikdə 67939,98 manat azaldığının müəyyən edilməsi göstərilmişdir. Bu barədə bildirmək istəyir ki, tərəfindən sənədlər təqdim edilmiş və həmin hesablamanın hansı əsaslarla aparıldığı onlara məlum olmamışdır. Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Ve rgi Məcəlləsinin tələblərinə görə səyyar vergi yoxlaması təyin edilməsi qaydaları pozulmuşdur. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. xx.xx.2021-ci il tarixdə yoxlama başlamış və xx.xx.2022 tarixdə başa çatmışdır. Yoxlama aktı xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmişdir. Yoxlama müddəti VM-nin 38.2 maddəsinə əsasən 30 gün müəyyən edilmişdirsə də, müəssisədə yoxlama müddəti xx.xx.2022-ci il tarixdə qüvvəsini almış VM tələbləri nəzərə alınmaqla vergi yoxlaması aparılmışdır. SVY müddəti xx.xx.2022-ci il tarixində başa çatmasına baxmayaraq akt tərtib edilməmiş, imtina müddətləri hesablanmamış və qərar çıxarılmamışdır. Yoxlama müddəti 119 gün sonra yekunlaşdırılmış və xx.xx.2022-ci il tarixdə qərar çıxarılmışdır.

4. Cavabdehin iddiaya qarşı dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı MMC-də yoxlama “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********151595 nömrəli Qərarı əsasında aparılmışdır. Yoxlama zamanı lazımi sənədlər müəssisənin rəhbəri X2 təqdim edilməklə səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixdə başlanmışdır. Yoxlama cəmiyyətin direktoru X1 iştirakı ilə və onun yoxlamaya təqdim etdiyi ilkin mühasibat sənədləri, cəmiyyətin bank hesabı və əməliyyatları haqqında alınmış məlumatlar, idxal-ixrac əməliyyatarı haqqında məlumatlar, vergi ödəyicisinin vergi orqanında olan baza məlumatları və yoxlamaya cəlb olunmuş ekspert tərəfindən təqdim olunmuş rəy əsasında aparılmışdır. Belə ki, cəmiyyət yoxlamanın əhatə etdiyi dövr ərzində ərzaqlıq və toxumluq kartofun, yapışdırılmış kağız kisələrin, “Taba tape” adlı eni 4.5 sm olan rulonlarda, polipropilendən hazırlanmış, özüyapışan, yapışqan hissəsi sintetik kauçuk əsaslı lentin, motosikl üçün rezin şin və motosikl üçün rezin kamerin idxalı və satışı, həmçinin təzə kartofun ixracı ilə məşğul olmuşdur. Vergi ödəyicisi tərəfindən malların satışını təsdiq edən sənədlərin mövcud olmaması səbəbindən yoxlamaya təqdim olunmamışdır. Müəssisə rəhbərinin yoxlamaya təqdim etdiyi izahat və məlumata əsasən malların idxal olunduğu ayda pərakəndə qaydada satıldığı, növbəti aylara və illərə qalıq qalmadığı bildirilmişdir. İxrac olunan mallar əhalidən tədarük olunmuşdur. Malların satış qiymətləri barədə məlumat və təsdiqedici sənədlər təqdim olunmadığı üçün, həmçinin vergi öd əyicisinin fəaliyyətinə analoji vergi ödəyicisi müəyyən edilmədiyi üçün həmin malların bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə yoxlamaya ekspert dəvət edilməsi zərurəti yaranmışdır. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Ekspertizanın təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********154116 nömrəli qərarı əsasında “Azərekspertiza” Birliyindən ekspert kimi X9 dəvət edilmişdir. “Azərekspertiza” Birliyinin xx.xx.2022-ci il tarixli, 14 nömrəli məktubu ilə ekspert rəyi təqdim olunmuşdur. Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların və sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” xx.xx.2022-ci il tarixli, **********153558 nömrəli qərar əsasında yoxlamanın müddəti 30 (otuz) iş günü artırılmış, yoxlamaya ekspert dəvət edildiyi üçün yoxlama müvəqqəti təxirə salınmış, VM-nin 49.1.3-cü maddəsinə əsasən “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2022ci il tarixli, **********159418 nömrəli qərar əsasında əlavə vergi yoxlaması tədbirləri keçirilmiş və qeyd olunan qərarlar vergi ödəyicisinə təqdim edilmişdir. Yoxlamanın nəticəsi xx.xx.2022-ci il tarixli, **********153294 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş, yoxlama aktı vergi ödəyicisinin rəhbəri X4 tərəfindən imza edilməklə qəbul edilmişdir. Daha sonra VM-nin 49.1.1-ci maddəsinə əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə m əsuliyyətə cəlb edilməsi haqında” xx.xx.2022-ci il tarixli, **********159510 nömrəli qərar çıxarılmışdır. Vergi yoxlaması nəticəsində vergilərin ümumilikdə 83970,62 manat azaldılması, 390,36 manat artıq hesablanması müəyyən edilmişdir, o cümlədən 16030,64 manat əlavə dəyər vergisinin azaldılması; 390,36 manat artıq hesablanması 67939,98 manat mənfəət vergisinin azaldılması; Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ümumilikdə 42305,33 manat, o cümlədən ƏDV-nin azaldılmasına görə 8015,34 manat, mənfəət vergisinin azaldılmasına görə 33969,99 manat, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə 320,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmi şdir. Yoxlama ilə əlavə hesablanmış vəsaitin 70094,48 manatının aidiyyəti üzrə dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir. Mənfəət vergisi üzrə: - Vergi ödəyicisi tərəfindən malların satışı və satış qiymətləri barədə təsdiqedici sənədlərin olmaması səbəbindən yoxlamaya təqdim olunmamışdır. Yoxlama zamanı müəssisənin gəlirləri idxal olunan malların həcminə yoxlamaya cəlb edilmiş ekspert tərəfindən həmin mallar üçün müəyyənləşdirilən qiymətlər (bazar qiymətləri) tətbiq edilməklə müəyyənləşdirilmişdir. Aparılmış hesablamalarla mənfəət vergisinin 2018-ci ildə 24082,98 manat, 2019-cu ildə 1950,90 manat, 2020-ci ildə 41906,1 manat olmaqla, ümumilikdə mənfəət vergisinin 67939,98 manat azaldılması müəyyən edilmişdir. ƏDV üzrə: - Yoxlama ilə vergi tutulan əməliyyatların vaxtı illər üzrə həmin ild ə qüvvədə olan vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri (vergi ödəyici tərəfindən təqdim olunan izahat və məlumatlar nəzərə alınmaqla) nəzərə alınmaqla müəyənləşdirilmişdir. Vergi ödəyicisi idxal olunan ərzaqlıq kartofun satışı üzrə ƏDV-yə cəlb edilən, idxal olunan toxumluq kartofun satışı üzrə ƏDVdən azad edilən və təzə kartofun ixracı üzrə ƏDV-yə “0” dərəcə ilə cəlb olunan əməliyyatlar aparmışdır. Qeyd olunan əməliyyatlar üzrə dövriyyələrin müəyyənləşdirilməsi zamanı yoxlamaya cəlb edilmiş ekspert tərəfindən təqdim edilmiş bazar qiymətləri barədə məlumatlar nəzərə alınmışdır. Əvəzləşdirilən ƏDV Vergi Məcəlləsinin 170-ci və 175-ci maddələrinin tələbləri nəzərə alınmaqla müəyyən edilmişdir. Yoxlamanın əhatə etdiyi dövr ərzində ƏDV-dən azad olunan əməliyyatların həcminin 44218,8 manat, ƏDV-yə 18% dərəcə ilə cəlb olunan əməliyyatların həcminin 15712,5 manat azaldılması, əvəzləşdirilən ƏDV məbləğinin 12812,1 manat artıq hesablanması nəticəsində büdcəyə çatası ƏDV məbləğinin 15640,3 manat azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Qeyd olunan sonuncu maddəyə və onun həqiqi mahiyyətini ortaya qoyan məzmununa diqqət edilmiş olarsa aydın olacaqdır ki, vergi orqanının səyyar vergi yoxlamasını yalnız vergi orqanı üçün müəyyən edilmiş iş günlərində həyata keçirmək imkanı olacaqdır. Belə olan halda 30 gün ifadəsini təqvim günü kimi qəbul etmiş olsaq, o zaman 30 gün ərzində olan qeyri-iş günlərində yoxlamanın keçirilməsi təbii ki, imkansız olacaqdır. Nəzərə alsaq ki, vergi orqanı üçün beş günlük iş həftəsi müəyyən edilmişdir ki, bu halda da qeyri-iş günləri hesab edilən bayram günlərini hətta nəzərə almasaq belə, təqvim ayı üzrə şənbə-bazar günləri 8 (səkkiz) gün təşkil edir. Nəticə etibarı ilə yoxlamanın həyata keçirilməsi üçün müəyyən edilmiş 30 gün müddətin 1/3 hissəsi yoxlamanın həyata keçirilməsi müddətinə aid olmadığı üçün yoxlamanın orta hesabla 22 gün davam etməsi mümkündür. Halbuki, qanunverici orqan Vergi Məcəlləsinin 38.2-ci maddəsində günlərdə ifadə olunan müddəti təyin edərkən həmin günləri yoxlamanın həyata keçirilməsi üçün imkan müddəti kimi müəyyən etmişdir. Həmçinin Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödə yicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********151595 nömrəli Qərarına əsasən İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr əhatə olunmaqla növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama 02 dekabr 2021-ci il tarixdə başlanmış və 29 iyun 2022-ci il tarixdə başa çatdırılaraq, nəticəsi 29 iyun 2022-ci il tarixli, **********153294 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi yuxarıda qeyd olunan maddi hüquq norması düzgün t ətbiq edilmişdir. Belə ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın xx.xx.2021-ci il tarixdə qəbul olunmasını və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin yoxlandığı dövrün xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə etməsini nəzərə alsaq, vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətinin yoxlanılması və Vergi Məcəlləsinin 36.3-cü maddəsinin tələblərinin pozulmaması aydın görünməkdədir.

5. Daha sonra iddiaçı buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermiş, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1331/2023 saylı, 11 aprel 2023-cü il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, prosessual müddət İddiaçı MMC-yə münasibətdə bərpa edilmişdir.

6. Eyni zamanda iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, Şirva n İnzibati Məhkəməsinin 2-1(120)-1331/2023 saylı, 11 aprel 2023-cü il tarixli qərardadı ilə iddia tələbi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********159510 nömrəli qərarının ləğv edilməsi kimi qəbul edilmişdir.

7. Şirvan İnzibati Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2- 1(120)-411/2024 nömrəli qərarı ilə (hakim X5) iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş “Vergi ö dəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********159510 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən qərar əlverişsiz inzibati akt olmaqla qanunazidd sayılmalıdır. Həmçinin, məhkəmənin qənaətinə görə mübahisələndirilən qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun ödənilməsi öhdəliyini yaradır. Halbuki, Vergi Məcəlləsinin 3-cü maddəsinə əsasən heç kəsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergiləri n xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz (maddə 3.8.). Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmışdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin (maddə 3.9.). Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.

9. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

10. İş apellyasiya instansiya məhkəməsinin icraatında olan zaman iddiaçı iddia tələbinin dəqiq ləşdiriməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, iddia tələbi mübahisələndirilən qərarın Vergi Məcəlləsini 57.1-ci maddəsinə əsasən hesablanmış 320 manat məbləğ istisna olmaqla qalan hissədə ləğv olunması kimi qəbul edilmişdir.

11. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 aprel 2025-ci il tarixli, 2-1(106)-180/2025 nömrəli qərarı ilə (hakimlər X3 (məruzəçi), X6 və X8) apelyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 21(120)-411/2024 nömrəli qərarı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********159510 nömrəli qərarı üzrə tətbiq edilmiş 320 manat maliyyə sanksiyasının ləğv edilməsi hissəsində dəyişdirilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********159510 nömrəli qərarı Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən tətbiq edilmiş 320 manat maliyyə sanksiyası istisna olmaqla, qalan hissədə ləğv edilmişdir.

12. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 29 iyun 2022-ci il tarixli səyyar vergi yoxlaması aktından və “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, sözügedən qərarla bütün vergi növləri üzrə oktyabr 2018-oktyabr 2021 tarixləri aralığı üzrə vergi dövrünün yoxlanılması qərara alınmışdır. Bununla da Vergi Məcəlləsinin 36.3-cü maddəsinin tələblərinə zidd olaraq əlavə dəyər vergisi üzrə borc xx.xx.2018-ci il tarixdən hesablanmalı olduğ u halda, 2018-ci ilin oktyabr ayından hesablanmışdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən mübahisələndirilən qərarla Vergi Məcəlləsini 57.1-ci maddəsinə əsasən tətbiq edilmiş 320 manat maliyyə sanksiyasının əsaslı olubolmaması araşdırılmamış, müvafiq ekspertiza tədqiqatı zamanı da həmin məsələyə qiymət verilməmiş, buna baxmayaraq məhkəmə qərar qəbul edərkən mübahisələndirilən qərarın bütövlükdə ləğv edilməsi qənaətinə gəlsə də, bunun hüquqi əsasını öz qərarında göstərməmişdir. Buna baxmayaraq, iddiaçının apellyasiya baxışı zamanı mübahisələndirilən qərarın 320 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi ilə bağlı tələbin dəqiqləşdirilməsi barədə müvafiq ərizə təqdim etməsi birinc i instansiya məhkəməsinin qərarının dəyişdirilməsini zəruri edir.

13. Cavabdeh tərəfindən mübahisələndirilən iddia müddəti ilə əlaqədar dəlilə isə apellyasiya instansiya məhkəməsi münasibət bildirərkən qeyd etmişdir ki, Cəmiyyətin rəhbəri X4 xx.xx.2022-ci il tarixdən 4 ay müddətində qandamar sisteminin xəstəliyindən müalicə almış, nəhayət xx.xx.2022-ci il tarixdə vəkillə hüquqi yardım müqaviləsi bağlamış və xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia ərizəsi təqdim etmişdir. Həmçinin Cəmiyyətin rəhbərinin 1968-ci il təvəllüdlü olması onun latın qrafikalı əlifba ilə yazıb-oxuya bilməməsi barədə dəlilinin inandırıcı olmasına dəlalət edir. Bu yanaşma həm də ondan qaynaqlanır ki, sözügedən şəxs mübahisələndirilən qərarın surətini alması barədə qeydi kiril qrafikalı hərflərlə yazmışdır.

14. Cavabd eh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh Vergi Məcəlləsinin 16.1.3, 67-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 35.1 və 38.1-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

16. Belə ki, mübahisə predmeti olan xx.xx.2022-ci il tarixli, **********159510 saylı qərar iddiaçı tərəfindən imzalanaraq tanış edilmiş və qeyd olunan qərarın bir nüsxəsi ona təqdim olunmuşdur. Yəni qeyd olunan hesablamalara dair mübahisələndirilən qərar üzrə müddət axımı və şikayət verilmə müddəti də elə həmin xx.xx.2022-ci il tarixindən başlanılır. İddiaçının xx.xx.2022-ci il ta rixdə mübahisə predmeti ilə bağlı iddia ərizəsini məhkəməyə təqdim etdiyini nəzərə alsaq, iddiaçı tərəfindən iddia ərizəsinin təqdim olunması üçün müəyyən olunmuş iddia müddətinin (İnzibati aktın təqdim olunduğu vaxtdan 30 gün) ötürülməsi faktı birmənalı şəkildə təsdiqini tapır. İddiaçı tərəfindən mübahisələndirilən inzibati akt 5 ay sonra, yəni xx.xx.2022-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edilməklə, iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür.

17. Bundan əlavə apellyasiya instansiya məhkəməsi Vergi Məcəlləsinin normalarını işin faktiki hallarına uyğun olaraq düzgün tətbiq etməmiş, nəticədə təhrif edilmiş əsaslarla yanlış qənaətə gəlmişdir. Həmçinin, Məhkəmə barəsində şikayət olunan qərarında qeyd edir ki, göründüyü kimi hər üç ekspert rəyində mübahisələndirilən qərarla mənfəət vergisinin və əlavə dəyər vergisinin düzgün hesablanmadığı müəyyən olunmuşdur. Belə ki, məhkəmə icraatı zamanı 3 sayda ekspertiza keçirilmiş hər üç ekspertiza üzrə eyni rəyləri təkrarlamaqla ümumi şablon münasibət bildirlərmişdir. Bütün rəylər oxşar olduğundan hakim qəbul etdiyi qərarın hüquqi və faktiki əsasını təşkil edən ekspert rəylərini qiymətləndirməli olduğu halda qiymətləndirməmişdir. Hakimin mötəbər sübut hesab etdiyi ekspert rəyini qiymətləndirməməsi sadə şəkildə qərardan da görünməkdədir. Hakim mötəbər sübut hesab etdiyi ekspert rəyinin mötəbərliyini sadəcə bir cümlə ilə ifadə etmiş və həmin rəy üzrə təqdim etdiyimiz etirazın dəlillərinə münasibət bildirməmiş və qəti şəkildə sübutun qiymətləndirilməsindən qanunsuz və əsassız olaraq çəkinmişdir. Halbuki prosessual qanunvericilik tələb edir ki, hakim təqdim olunmuş bütün sübutlara, dəlillərə və arqumentlərə münasibət bildirməli, mötəbər hesab etdiyi sübutun mötəbərliyini əsaslandıran halları sadalamalı və əsaslandırmalıdır. Əks təqdirdə sübut qiymətləndirilməmiş statusda qalaraq qəbul edilmiş məhkəmə aktının şübhə doğurmamaq hüququnu pozur. b. kassasiya şikayətinə etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia m übahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət v erildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlay ır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Ape llyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın mümkünlüyü ilə bağlı məsələ lazımi qaydada araşdırılmamışdır.

23. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddia müddətlərinə riayət edilib-edilməməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya ma hiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.

24. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci mad dəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

25. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (pu blik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

26. Hazırki iş üzrə iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirilmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-in 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcə llənin 38.1-ci maddəsi) əməl olunmalıdır.

28. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür.

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxl amalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialar da iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

30. Beləliklə, göründüyü kimi iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir.

31. Hazırki halda iddiaçı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********159510 nömrəli qərarını Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən tətbiq edilmiş 320 manat maliyyə sanksiyası istisna olmaqla mübahisələndirir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisə üzrə mübahisə predmeti ola n xx.xx.2022-ci il tarixli, **********159510 saylı qərar iddiaçı tərəfindən imzalanaraq tanış edilmiş və qeyd olunan qərarın bir nüsxəsi ona təqdim olunmuşdur. Yəni qeyd olunan hesablamalara dair mübahisələndirilən qərar üzrə müddət axımı və şikayət verilmə müddəti də elə həmin xx.xx.2022-ci il tarixindən başlanılmışdır.

33. İddiaçı qeyd edilən qərarı məhkəmə qaydasında mübahisələndirilməsi üçün xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da İPM-də müəyyən edilmiş 30 günlük iddia müddətini ötürmüşdür. İddiaçı iddia müddətinin bərpa edilməsi barədə birinci instansiya məhkəməsinə vəsatət vermiş, Şirvan İnzibati Məhkəməsi həmin vəsatəti təmin etmişdir.

34. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində eyni zamanda müddətin əsassız olaraq bərpa edilməsi məsələsinə toxunulmuş, şikayətin bu dəlilinə qiymət verən apellyasiya instansiya məhkəməsi isə öz növbəsində cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş tibbi sənədlərdə Cəmiyyətin rəhbəri X1 xx.xx.2022-ci il tarixdən 4 ay müddətində qandamar sisteminin xəstəliyindən müalicə aldığı aydın görünür. Müalicəsi bitdikdən sonra iddiaçı xx.xx.2022-ci il tarixdə vəkillə hüquqi yardım müqaviləsi bağlamış və xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia ərizəsi təqdim etmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini üzrlü səbəbdən ötürmüşdür.

35. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində də apellyasiya şikayətində olduğu kimi iddiaçı tərəfindən iddia müddətinin ötürlməsi ilə bağlı məsələ mübahisə edilir.

36. Mə hkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə söykənərək qeyd edir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

37. Ona görə də hazırkı vəziyyətdə kassasiya şikayətində mübahisə edilən iddia müddəti ilə əlaqədar məsələyə iddianın mahiyyətindən əvvəl baxılaraq qiymət verilməlidir.

38. Yuxarıda da qeyd edildiyi kimi inzibati orqan tərəfindən qəbul edilmiş qərar xx.xx.2022-ci il tarixdə iddiaçıya təqdim edilmişdir (iddiaçı özü də təqdim etmənin xx.xx.20 22-ci il tarixdə aparılmasını inkar etmir). Həmin inzibati aktdan məhkəməyə şikayət İPM-də mübahisələndirilmə haqqında iddialar üçün müəyyən edilmiş 30 günlük müddət ötürüldükdən sonra, yəni xx.xx.2022-ci il tarixdə verilmişdir. İddiaçı iddia müddətinin ötürülmə əsası kimi 4 ay müddətində onun davamlı olaraq tibbi müalicə alması ilə əlaqələndirmiş, eyni zamanda kassasiya şikayətinə qarşı verilmiş etirazda da bu halla əlaqədar sənədlər əlavə etmişdir.

39. Məhkəmə kollegiyası etiraza əlavə edilmiş sənədlərlə əlaqədar bildirir ki, həmin sənədlər iddiaçının ambulator tibbi kartasında olan məlumatlardır. Həmin kartada iddiaçının stasionar qaydada deyil, məhz ambulator qaydada müalicə olması ilə əlaqədar məlumatlar əks olunmuşdur (Ambulator müalicə, xəstənin gün ərzində müayinə olunub müalicə al dıqdan sonra evə qayıtdığı bir müalicə növüdür. Bu, xəstəxanada qalmağı tələb etməyən, daha çox yüngül və orta dərəcəli xəstəliklər üçün effektiv olan bir müalicə modelidir).

40. Eyni zamanda ambulator tibbi kartasından görünür ki, iddiaçı səhhəti ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə tibb müəssisəsinə müraciət etmişdir. Qeyd edilən tarixdən sonra iddiaçının səhhəti ilə əlaqədar olaraq tibb müəssisəsinə müraciət etməsi ilə bağlı hər hansı məlumat mövcud deyildir.

41. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı qanunla müəyyən edilmiş 30 günlük iddia müddətini ötürmüşdür. Hüquq nəzəriyyəsinə əsasən ötürülmüş iddia müddəti o halda bərpa edilə bilər ki, müddətin ötürülməsi iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) baş ve rsin. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə müddətin ötürülməsi iddiaçının şəxsiyyəti ilə əlaqədar olan hallarla bağlı olmadığından məhkəmələr iddia müddətinin üzrlü səbəbdən ötürülməsi ilə bağlı səhv nəticəyə gəlmişlər.

42. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan q aldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. 43. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi q aydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərə findən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 2021).

45. Deryan Türkiyəyə qarşı iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ər izənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33).

46. Yuxarıda qeyd edilən bütün halları ümumiləşdirən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən ötürdüyündən iddia mümkün iddia kimi qəbul edilə və mahiyyəti üzrə qiymət verilə bilməz. Başqa sözlə hazırkı iddia tələbi iddia müddətinin ötürülmə əsası ilə mümkünsüz iddiadır.

47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 aprel 2025-ci il tarixli, 21(106)-180/2025 saylı qərarı ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” mümkün sayılmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar