Məhkəmə qərarları › İş №2-1(102)-2344/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2344/2019

06.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2344/2019 06.08.2019 ALİ MƏHKƏMƏ 2-1(102)-2344/19 İşin icraata qəbul edilməməsi barədə QƏRARDAD Bakı şəhəri 03 iyul 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Zakir Quliyev cavabdeh ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin kasasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdeh ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Goradil bağ massivindəki 1802 saylı bağ sahəsinin iddiaçının adına özəlləşdirilməsinə və bu barədə çıxarışın verilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Cavabdeh ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi vəsatət ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Mə hkəməsinin 2-1(81)950/2018 saylı iş üzrə Binəqədi rayon İcra Hakimiyyətinin, AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin və X1 üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2-1(81)950/2018 saylı qərardadı ilə X1, X2 və Bakı şəhər İcra Hakimiyyətinin üçüncü şəxs qismində cəlb edilməsi, digər üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə cavabdeh orqanın vəsatətinin rədd edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 may 2019-cu il tarixli 2-1(103)-1204/18 saylı qərardadı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 14 mart 20 19-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 may 2019-cu il tarixli qərardadından narazı qalan cavabdehhəmin qərardaddan kasasiya şikayəti vermişdir. Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Həmin Məcəllənin 28.5-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, qanunvericiliyin tələblərindən göründüyü kimi inzibati prosessual qanunvericilik üçüncü şəxslərin işə cəlb olunmasını iki əsasla, məhz həmin şəxslərin vəsatəti və ya xidməti vəzifəsinə uyğun olaraq məhkəmənin öz təşəbbüsü ilə şərtləndirir, prosessual qanunvericilik nə iddiaçı, nə d ə cavabdeh tərəfə üçüncü şəxslərin işə cəlb olunmasına dair vəsatət təqdim etməsini məhdudlaşdırmır. Beləliklə maddənin məzmununa və mahiyyətinə görə işə üçüncü şəxs özünün ərizəsi əsasında cəlb edilmədikdə o, şikayət verə bilər. Hazırkı halda isə cavabdehin bu hüquqa malik olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Yəni üçüncü şəxsin işə cəlb edilib-edilməməsi onun özündən başqa, nə iddiaçının, nə də cavabdehin hər hansı bir hüququnu pozmur ki, qərardaddan onlar şikayət verə bilsinlər. Bütün yuxarıda göstərilənlərə əsasən kasasiya şikayəti mümkün sayılmamalı, onun icraata qəbuldan imtina edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1, 28.5 və 96-cı maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh ƏMDK yanında DƏDRX -nin 1 saylı Bakı Ərazi İdarəsinin kasasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Bakı Apelyasiya Məhkəməsinə geri qaytarılsın. Ali Məhkəmənin hakimi Zakir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar