Məhkəmə qərarları › İş №2-1(102)-2344/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2344/2022

13.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2344/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə 57 yaşdan əmək pensiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı (xx.xx.1960-ci il, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial M üdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş dövr üçün yaranmış məbləğin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 21(103)-1264/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1977-1982-ci illərdə mühəndis mexanik ixtisası üzrə təhsil almış, xx.xx.1982-xx.xx.1984-cü illərdə hərbi xidmətdə olmuşdur. Əmək kitabçasındakı qeydlərə əsasən xx.xx.1982-xx.xx.1982, xx.xx.1984-xx.xx.1998-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuş, həmçinin xx.xx.2000-ci il tarixdən hal-hazıradək işləyir.

2. Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 2 iyun 2020-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, “S.M.Kirov adına X1 ordenli maşınqayırma zavodu” arxiv fondunda mühafizə əmr kitablarında İddiaçı (əmr № 334/k, 29 may 1984-cü il) İsti zərərli iş şəraiti ilə dəqiq döymə sexinə istehsalat sahəsinə usta təyin edildiyi; (əmr № 946/k, 10 dekabr 1988-ci il) İsti zərərli iş şəraiti ilə texniki baxış üzrə sex rəisinin müavini; (əmr № 347/k, 10 iyun 1992-ci il) Dəqiq döymə sexinə müvəqqəti sex rəisi keçirildiyi; (əmr № 61/k, 06 fevral 1995-ci il) Dəqiq döymə sahəsinə isti zərərli iş şəraiti ilə sahə rəisi keçirildiyi; (əmr № 439, 01 dekabr 1998-ci il) ştatın ixtisara düşməsi ilə əlaq ədar işdən azad olunduğu qeyd olunmuşdur.

3. İddiaçı 21 avqust 2020-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, təqdim edilən xx.xx.1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (10 il 11 ay 11 gün) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 39600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22415,91 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 2 yanvar 2017-ci ildən 57 yaşı tamam olan gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi və keçmiş dövr üçün yaranmış pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1 977-1982-ci illərdə əyani formada ali təhsil alaraq mühəndis mexanik ixtisasına yiyələnmişdir. Təhsildən sonra göndəriş əsasında 17 avqust 1982-ci ildən Bakı maşınqayırma zavodunda (keçmiş Kirov adına maşınqayırma zavodu) əmək fəaliyyətinə başlamışdır. 30 noyabr 1982-ci ildən 26 aprel 1984-cü ilədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra 01 iyun 1984-cü ildən yenidən həmin zavodun Dəqiq döymə sexində isti əmək şəraitində 05 dekabr 1988-ci ilədək usta, sonra isə 15 noyabr 1998-ci ilədək sex rəisinin müavini və sex rəisi vəzifələrində işləmişdir. O, güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən isti və zərərli işlərdə 14 ildən artıq işləmişdir. 01 yanvar 2006-cı ilədək, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minən günədək təhsil aldığı müddət və hərbi xidmət müddəti daxil edilməklə 26 ildən artıq əmək stajı vardır. Güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ olduğuna görə pensiyanın təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. İdarə 23 sentyabr 2020-ci il tarixli məktubla “əmək pensiyasının təyin edilməsi üçün tələb olunan güzəştli iş stajının 12 il 6 ay olmamasını və pensiya kapitalının cəmi 22415,91 təşkil etməsini” əsas gətirərək ona pensiya təyin edilməsindən imtina etmişdir. Həmin məktubu 12 oktyabr 2020-ci ildə poçt vasitəsi ilə almışdır. O, bu imtinanı əsassız hesab edir. Belə ki, o, güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən “usta” və sex rəisinin müavini, sex rəisi vəzifələrində zərərli əmək şəraitində 14 ildən artıq işləmişdir. Bu peşədə işləməyi ona imkan verir ki, güzəştli şərtlərlə pensiyaya çıxsın. Bu vəzifələrdə 12 il 6 ay işləyən kişilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahıya uyğun olaraq 57 yaşı tamam olduqda güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vardır. O, xx xxxxxx 1960-cı ildə anadan olmuşdur. Onun 57 yaşı 02 yanvar 2017-ci ildə tamam olmuşdur və həmin gündən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ yaranmışdır. Onun xx.xx.2006-cı ilədək əmək stajı isə 26 ildən artıqdır. Onun işlədiyi vəzifələr 2 nömrəli siyahıya aid olan vəzifələrdir. “2 nömrəli Siyahı”da (Metal emalı bölməsi) usta vəzifəsi şifrə (kod) 2150200b-23187, sex rəisi və müavini şifrə (kod) 2150200-24125 qeyd edilmişdir. O, isti və zərərli əmək şəraitində yuxarıda qeyd olunm uş vəzifələrdə 14 ildən artıq işləmişdir.

7. Cavabdeh iddia tələbinə etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən xx.xx.1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi onun güzəştli iş stajı 12 il 6 aydan az (10 il 11 ay 11 gün) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 39600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya ka pitalı cəmi 23578,26 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

8. Məhkəmə sorğularına cavab olaraq daxil olmuş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, DA01434-2022 saylı cavab məktubu ilə İddiaçı "xxxx" ASC-də işləməsi barədə sənədlərin (arxiv kitablarına əsasən şəxsi məlumatları əks etdirən kartoçka T-2, 1984,1993,1998-ci illərə dair şəxsi heyət üzrə əmrlərin) təsdiq olunmuş ksero surətini təqdim edilmiş və eyni zamanda arxiv fondunun 1988,1992,1995-ci illərə dair şəxsi heyət üzrə əmr kitabları arxivə dövlət mühafizəsinə verilmədiyi qeyd edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim A.P.O ruczadə) 21 dekabr 2021-ci il tarixli, 21(112)-2276/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “iddiaçının dəqiq döymə sexində işlədiyi usta, sex rəisi və sahə rəisi peşələri 2 nömrəli Siyahıda nəzərdə tutulsa da, İsti zərərli iş şəraiti ilə texniki xidmət üzrə sex rəisinin müavini peşəsi həmin Siyahıda təsbit edilməmişdir. Siyahının XİV bölməsində (Metal emalı) “sex rəisləri və onların istehsalat və istehsalatın hazırlanması üzrə müavinləri” (kod 2150100b—24125) nəzərdə tutulmuşdur ki, iddiaçının isə nə əmək kitabçasından, nə də iş yeri tərəfindən verilmiş arayışda istehsalat və istehsalatın hazırlanması üzrə sex rəisinin müavini işləməsi müəyyən edilmir. Belə olan halda iddiaçı 10 il 11 ay 11 gün güzəştli iş stajına malik olur ki, bu da ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün kifayət etmir”.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/ İ.A.İbrahimli və C.A.Yusifov) 2-1(103)-1264/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2-1(112)-2276/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə, iddia tələbi qismən təmin edilərək iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, “ Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinin tələbi nəzərə alınmaqla, müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki üç il üçün, yəni, xx.xx.2017-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmaqla, ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

13. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi əmək stajının və 12 il 06 aydan artıq güzəştli iş stajı olduğundan, güzəştli iş stajı ilə bağlı çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabineti qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıda öz əksini tapdığından, həmçinin bununla bağlı iddiaçının iş yerindən məlumat (arayış) təqdim edildiyindən cavabdeh inzibati orqanının imtinas ının əsasları mövcud qanunvericilik normalarına zidd, əsassız və qanunsuz olmuşdur. Bundan başqa, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması tələbi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd olunan müddəa “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə xx.xx.2017-ci il tarixdə əlavə edilmişdir və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir.

14. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya inzibati işi yenidən araşdırılma sı üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı tərəfindən təqdim edilən xx.xx.1982-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi onun güzəştli iş stajı 12 il 6 aydan az (10 il 11 ay 11 gün) təşkil etmişdir.

16. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 39600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta his səsində qeydə alınan pensiya kapitalı cəmi 23578,26 manat təşkil etmişdir.

17. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

18. Bakı inzibati məhkəməsi haqlı olaraq qeyd edilən əsaslarla iddia tələbini təmin etməmişdir. 19. xx.xx.2017-ci il tarixədək, güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün yalnız iki şərt (yaş və staj) nəzərdə tutulsa da, yuxarıda qeyd edilən dəyişikliklər qüvvəyə mindikdən sonra (xx.xx.2017) “pensiya kapitalı” kimi adlanan yeni şərt əlavə edilmişdir. xx.xx.2017-ci il tarixdən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün hər üç şərt (yaş, staj və pensiya kapitalı) mövcud olmalıdır.”

20. Beləliklə apellyasiya instansiyası məhkəməsi q ərar qəbul edərkən “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8, 1.0.18, 9.1-ci, İnzibati Prosessual Məcəllənin 12.1 və 58.7-ci maddələrinin tələblərini pozmuşdur.

21. Qeyd olunanları nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq su rətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

24. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin "b" bəndi əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

25. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya h əmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: 21500000 XİV Metal emalı, 2150100b—24125 “sex rəisləri və onların istehsalat və istehsalatın hazırlanması üzrə müavinləri. 2

7. İnzibati Prosessual Məcəllə (İPM): A) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. B) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 13 2.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkə mənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

28. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Cavabdehin kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 30. cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahi səli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hə rtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

35. Kassatorun əsas dəlili ondan ibarətdir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (10 il 11 ay 11 gün) təşkil etmiş, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir.

36. Göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş arayışa əsasən “keçmiş S.M.Kirov adına X1 Ordenli Maşınqayırma zavodunun ştat cədvəlində Dəmirçi presləmə istehsalatının Dəqiq döymə sexində zərərli iş şəraitli sex rəisi, həmçinin sex rəis inin müavini vəzifələri olmuşdur. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə Dəmirçi presləmə istehsalatı, Xİ-ci bölmənin 2-ci hissəsinin “b” bəndinə əsasən sex rəisi, sex rəisinin müavini vəzifələri zərərli iş şəraitində işləyən kateqoriyalara aiddir. Zərərli iş şəraitli Dəqiq döymə sexində olan dəzgah və digər texniki avadanlıqları istehsalata hazırlatmaq üçün onlara “texniki xidmət üzrə sex rəisinin müavini” vəzifəsi rəhbərlik edir.

37. Beləliklə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarından müəyyən edilir ki, sex rəisinin müavini vəzifəsi zərərli iş şəra itində işləyən kateqoriyalara aid edilmiş və müvafiq Siyahıda öz əksini tapmışdır. İddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan artıq olmuşdur.

38. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və güzəştli iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. İddiaçı 1 yanvar 2006-cı il tarixə kimi 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajını tamamlamışdır. Bu şərtlərin ödənilməsi isə ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsin in b) bəndinə əsasən, 57 yaşının tamam olduğu vaxtdan, yəni 2 yanvar 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

39. Bununla belə, məhkəmə kollegiyası iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı cavabdehin kassasiya şikayətində t əkrarlanmış dəlilinə dair əlavə olaraq aşağıdakıları qeyd edir.

40. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən qazandığından, həmin qanunla isə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı şərtinin ödənilməsi tələb edilmədiyindən, pensiya kapitalı ilə bağlı cavabdehin dəlili əsaslı sayıla bilməz.

41. Beləliklə, məhkəmə kollegiyası şikayətdə qeyd edilən dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

24. Apellyasiya instansiyası məhkəməsini n qərarı hazırki qərarın 23-27(a)-ci bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.

25. Ona görə də, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1264/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar