Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2344/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə mülkiyyət hüququnun qeydiyyata alınması; işin hallarının hərtərəfli araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 26.09.2024 hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçının mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrin də qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)575/2024 nömrəli, 7 may 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı adına ünvan 1 ünvanındakı 24 nömrəli mənzilə dair xidməti order verilmişdir.
2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hazırkı İddiaçı ünvanlanmış 16 oktyabr 2020-ci il tarixli məktubunda bildirilir ki, ehtiyatda olan hərbi qulluqçu İddiaçı Məmmədli oğluna Yasamal rayonu İcra Hakimiyyəti tərəfindən 1999-cu ildə ünvan 2 ünvanına (hal-hazırda mənzildə məcburi köçkün ailəsi yaşayır) order verilmişdir.
3. Bakı şəhəri Yasamal RİH-in müvafiq so rğuya cavab olaraq məhkəməyə ünvanlanmış 3 iyul 2023-cü il tarixli məktubunda bildirilir ki, Yasamal RİH-in 29 yanvar 1999-cu il tarixli 67 nömrəli sərəncamı, həmin sərəncamın verilməsinə əsas olmuş sənədlər və 16 fevral 1999-cu il tarixli 030723 nömrəli order mövcud qanunvericiliyə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı Filialına göndərildiyindən, qeyd olunan sərəncam, həmin sərəncamın verilməsinə əsas olmuş sənədlər və order RİHdə aşkar olunmamışdır. Qeyd olunanlarla bağlı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı Filialına müraciət edilməsi tövsiyə olunur.
4. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından alınmış 9 iyun 2023-cü il tarixli məktubla Bakı şəhəri Yasamal RİH-in 29 yanvar 1999-cu il tarixli 67 saylı sərəncamının surəti məhkəməyə təqdim olunmuşdur. Məktubda müvafiq orderlərin Dövlət Arxivinin Bakı Filialında saxlanılmadığı bildirilmişdir.
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ünvan 5 ünvanlanmış 16 oktyabr 2020-ci il tarixli məktubunda bildirilir ki, ehtiyatda olan hərbi qulluqçu İddiaçı Yasamal RİH tərəfindən 1999-cu ildə Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış massivi, 129 saylı evin 24 saylı mənzilinə (hal-hazırda məcburi köçkün yaşayır) order verilmişdir.
6. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin 24 saylı mənzilinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdeh orqana müraciət etmiş lakin həmin müraciətdən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icra at
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin 24 saylı mənzili Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin 29 yanvar 1999-cu il tarixli 67 nömrəli sərəncamına əsasən 16 fevral 1999-ci il tarixli 030723 nömrəli orderi ilə iddiaçının istifadəsinə verilmişdir. Sözügedən orderdə daşınmaz əmlakın istifadəsi üçün verilmiş siyahıda iddiaçının da adı qeyd edilmiş, bununla da Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin 24 saylı mənzilin iddiaçının istifadəsinə veril məsi faktı öz təsdiqini tapmışdır. Qeyd olunmalıdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin 24 saylı mənzilinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə rəsmi olaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunsa da, cavabdeh tərəfindən 20 dekabr 2022-ci il tarixli **********23 nömrəli cavabına əsasən çıxarışın verilməsindən imtina edilmişdir. İmtina məktubunda bildirilmişdir ki, qeyd olunan mənzilə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Bakı şəhəri Yasamal RİH tərəfindən verilmiş 29 yanvar 1999-cu il tarixli 67 saylı sərəncamına əsasən 16 fevral 1999-ci il tarixli 030723 nömrəli orderin təqdim olunmasına baxmayaraq, iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin 24 saylı mənzilinin dövlət qeydiyyatına alınmaması qanunsuzdur. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilmiş sözügedən orderin notarial təsdiq sənədinə əsasən 16 fevral 1999-cu il tarixdə təqdim edilmiş 030723 nömrəli order əsasında Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin 24 saylı mənzilinin iddiaçının istifadəsinə veril məsi faktı ilə bağlı olan sənədin surətinin düzgünlüyü təsdiq edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Elektron X1 çıxarışa əsasən 29 yanvar 1999-ci il tarixdə 67 nömrəli Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin 24 saylı mənzilinin üzvləri siyahısında iddiaçının də adının qeyd edilməsi və Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin 24 saylı mənzilin onun istifadəsinə verilməsi faktı həmin mənzilin dövlət qeydiyyatına alınmasını zəruri edir. Nəzərə alınmalıdır ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» 29 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müva fiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Bununla yanaşı, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1- dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Göründüyü kimi, bütün qanuni tələblər iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin 24 saylı mənzilin onun adına rəsmiləşdirilməsini şərtləndirir. Belə olduğu halda, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin iddiaçıya məxsus əmlakın dövlət qeydiyyatına almasından imtina edilməsi onun hüquqlarının pozulmasının bariz nümunəsidir.
9. Bakı İnzibati Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2-1(112)-5621/2023 saylı qərarı ilə (hakim R.Kərimli) İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası rədd edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, mənzildə hazırda məcburi köçkün ailəsinin məskunlaşması belə deməyə əsas verir ki, iddiaçı və ailə üzvləri hazırda həmin mənzildə faktiki olaraq yaşamırl ar. Bununla da mənzildə yaşayan 18 yaşı tamam olmuş şəxslərin müvafiq razılıq verməsi real görünmür. Mənzilə dair orderdə istinad olunan Yasamal RİH-in 29 yanvar 1999-cu il tarixli 67 nömrəli sərəncamında orderlər əsasında mənzillər ayrılmış şəxslərin adları qeyd olunmadığından, sərəncama əlavə kimi müvafiq siyahı əldə olunmadığından, iddiaçıya mənzil ayrılması barədə 030723 nömrəli 16 fevral 1999-cu il tarixli orderin mötəbərliyi tam təsdiqini tapmır. Müvafiq mənzil iddiaçıya orderə əsasən 16 fevral 1999-cu il tarixdə, yəni “Azərbaycan Respublikası mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli 463 nömrəli Qanunu qüvvəyə mindikdən sonra ayrılmışdır. Belə olan halda, məhkəmə hesab etmişdir ki, İddiaçı ünvan 1 ünvanındakı 24 nömrəli mənz ilinə mülkiyyət hüququ yaranmış olmuş və bu hüquq qeydiyyata alına bilməz. Qeyd olunanlara görə məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunvericiliyin, o cümlədən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15.1.1-ci maddəsinin tələblərinə zidd qiymətləndirilmir
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-575/2024 nömrəli, 7 may 2024-cü il tarixli qərarı ilə (hakimlər: R.Səmədov sədrlik edən və məruzəçi, X.Cəmilova və E.Əliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməs inin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin 24 saylı mənzili Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin 29 yanvar 1999-cu il tarixli 67 nömrəli sərəncamına əsasən 16 fevral 1999-ci il tarixli 030723 nömrəli orderi ilə iddiaçının istifadəsinə verilmişdir. Sözügedən orderdə daşınmaz əmlakın istifa dəsi üçün verilmiş siyahıda iddiaçının da adı qeyd edilmiş, bununla da Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin 24 saylı mənzilin iddiaçının istifadəsinə verilməsi faktı öz təsdiqini tapmışdır.
16. Qeyd olunmalıdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin 24 saylı mənzilinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə rəsmi olaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunsa da, cavabdeh tərəfindən 20 dekabr 2022-ci il tarixli **********23 nömrəli cavabına əsasən çıxarışın verilməsindən imtina edilmişdir.
17. İmtina məktubunda bildirilmişdir ki, qeyd olunan mənzilə dair «Daşınmaz əmlakın dövlət reyestri h aqqında» Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1- dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Bakı şəhəri Yasamal RİH tərəfindən verilmiş 29 yanvar 1999-cu il tarixli 67 saylı sərəncamına əsasən 16 fevral 1999-ci il tarixli 030723 nömrəli orderin təqdim olunmasına baxmayaraq, iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin 24 saylı mənzilinin dövlət qeydiyyatına alınmaması qanunsuzdur. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilmiş sözügedən orderin notarial təsdiq sənədinə əsas ən 16 fevral 1999-cu il tarixdə təqdim edilmiş 030723 nömrəli order əsasında Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin 24 saylı mənzilinin iddiaçının istifadəsinə verilməsi faktı ilə bağlı olan sənədin surətinin düzgünlüyü təsdiq edilmişdir.
18. Həmçinin, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Elektron X1 çıxarışa əsasən 29 yanvar 1999-ci il tarixdə 67 nömrəli Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin 24 saylı mənzilinin üzvləri siyahısında iddiaçının də adının qeyd edilməsi və Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin 24 saylı mənzilin onun istifadəsinə verilməsi faktı həmin mənzilin dövlət qeydiyyatına alınmasını zəruri edir.
19. Nəzərə alınmalıdır ki, «Daş ınmaz əmlakın dövlət reyestri haqqında» 29 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Bununla yanaşı, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.11-cimaddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1- dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.
20. Göründüyü kimi, bütün qanuni tələblər iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin 24 saylı mənzilin onun adına rəsmiləşdirilməsini şərtləndirir. Belə olduğu halda, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin iddiaçıya məxsus əmlakın dövlət qeydiyyatına almasından imtina edilməsi onun hüquqlarının pozulmasının bariz nümunəsidir.
21. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı i şə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Al i Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə ( həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanıla caqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(103)-575/2024 saylı qərarla, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiasının təmin edilməməsi barədə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 21(112)-5621/2023 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsinə dair nəticəsinə gələrkən qərarında bunu onunla əsaslandırmışdır ki, “mənzildə hazırda məcburi köçkün ailə sinin məskunlaşması belə deməyə əsas verir ki, iddiaçı və ailə üzvləri hazırda həmin mənzildə faktiki olaraq yaşamırlar. Bununla da mənzildə yaşayan 18 yaşı tamam olmuş şəxslərin müvafiq razılıq verməsi real görünmür. - mənzilə dair orderdə istinad olunan Yasamal RİH-in 29 yanvar 1999-cu il tarixli, 67 nömrəli sərəncamında orderlər əsasında mənzillər ayrılmış şəxslərin adları qeyd olunmadığından, sərəncama əlavə kimi müvafiq siyahı əldə olunmadığından, iddiaçıya mənzil ayrılması barədə 030723 nömrəli 16 fevral 1999-cu il tarixli orderin mötəbərliyi tam təsdiqini tapmır. - müvafiq mənzil iddiaçıya orderə əsasən 16 fevral 1999-cu il tarixdə, yəni “Azərbaycan Respublikası mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli 463 nömrəli Qanunu qüvv əyə mindikdən sonra ayrılmışdır. - “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsində dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxslərin yaşadıqları mənzilləri (evləri) əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ təsbit edilmişdir. Göründüyü kimi şəxsin həmin mənzildə yaşaması faktı qanunla birbaşa olaraq mənzilin mülkiyyətə keçirilməsinin əsas şərti kimi nəzərdə tutulmuşdur.”
26. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası ilk öncə apellyasiya instansiyası məhkəməsinin yuxarıda göstərilmiş əsaslandırılmasında mövcud olan ziddiyyətləri qeyd etməyi zəruri hesab edir.
27. Belə ki, apellyasiya məhkəməsi qərarında “... iddiaçıya mənzil ayrılması barədə 030723 nömrəli, 16 fevral 1999-cu il tarixli orderin mötəbərliyi tam təsdiqini tapmır”, vurğuladığı halda, qərarında eyni zamanda göstərir ki, “...müvafiq mənzil iddiaçıya orderə əsasən 16 fevral 1999-cu il tarixdə, yəni “Azərbaycan Respublikası mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli, 463 nömrəli qanun qüvvəyə mindikdən sonra ayrılmışdır.”
28. Belə olan halda apellyasiya məhkəməsi sözügedən məsələnin İPM-in 12.1-ci maddəsinə görə tam və hərtərəfli araşdırmalı və məhz bundan sonra yekun nəticəyə gəlməli idi, lakin apellyasiya məhkəməsi bunu etməmiş, mübahisənin həll olunmasına səthi və formal yanaşmışdır.
29. Belə, işin 7-ci səhifəsində adıçəkilən orderin notarius tərəfindən təsdiq olunmuş (kserosurət şəklində olan), işin 14-cü səhifəsində isə orderin kserosurətinin notarius tərəfindən, əsli şəklində olan, yəni canlı formada təsdiq olunmuş orderin kserosurəti var.
30. Bununla yanaşı işin 15-ci səhifəsindəki Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 7756 saylı məktubda göstərilmişdir ki, “...ehtiyatda olan hərbi qulluqçu İddiaçı Yasamal Rayonu İcra Hakimiyyəti tərəfindən 1999-cu ildə ünvan 2 ünvana (hal-hazırda mənzildə məcburi köçkün ailəsi yaşayır) order verilmişdir.
31. Eyni zamanda işin 21-ci səhifəsində olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli, 3-48-2F/2-04050/2023 saylı birinci instansiya məhkəməsinə göndərdiyi məktubunda deyilir ki, “...vətəndaşlara mənzillərə dair verilən orderlər, o cümlədən, xx.xx.1999-cu il tarixli, 030723 saylı orderi Dövlət Arxivinin Bakı Filialında sax lanılmır.”
32. Başqa sözlə Dövlət arxivi həmin məktubda iddiaçıya məxsus orderin mövcud olmamasını yazmır, sadəcə olaraq bildirir ki, ümumiyyətlə vətəndaşlara mənzillərə dair verilən orderlər Dövlət Arxivinin Bakı filialında saxlanılmır.
33. Həmçinin Yasamal rayon İcra Hakimiyyətinin Başçısı 03 iyul 2023-cü il tarixli, 521/2-1038/23 saylı 1-ci instansiya məhkəməsinə ünvanladığı məktubunda göstərir ki, sözügedən order Rayon İcra Hakimiyyətində aşkar edilməmişdir, çünki xx.xx.1999-cu il tarixli, 67 nömrəli sərəncam, həmin sərəncamın verilməsinə əsas olmuş sənədlər, o cümlədən adıçəkilən order qanunvericiliyə əsasən mülki arxiv idarəsinin Bakı Filialına göndərilmişdir (iş səh. 23).
34. Digər tərəfdən iş materiallarında olan (iş səh 75) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xi dməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Bakı Apellyasiya Məhkəməsinə göndərdiyi xx.xx.2024cü il tarixli məktubunda göstərilir ki, “...ünvan 6 ünvanında çox sayda mənzillər qeydiyyata alınmışdır.”
35. Eyni zamanda həmin idarə sözügedən məktubuna adıçəkilən ünvanda dövlət qeydiyyatına alınmış mənzillərin 28 vərəqdən ibarət olan sənəd toplusunu da göndərmişdir.
36. Başqa sözlə, məcburi köçkünlərin mübahisə predmeti olan mənzildə yaşamaları cavabdehin sözügedən imtinası üçün əsas ola bilməz.
37. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fizi ki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaş ına olmasın.
38. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus sözügedən orderin əslinin işdə mövcud olmadığı və buna görə də onun mötəbərliyinin tam təsdiq olmadığı qənaətinə gəlmişsə, apellyasiya məhkəməsi üçün şübhə doğuran məsələnin həll edilməsi üçün orderi təsdiqləmiş 6 saylı Bakı “Asan Xidmət” mərkəzindəki Notariat ofisinə sorğu göndərmək kifayətdir ki, işin bu halına dair həqiqət üzə çıxacaqdır.
39. Lakin apellyasiya məhkəməsi hazırkı mübahisəni həll edərkən, belə bir sorğu ilə Notariat ofisinə müraciət etməmiş, bunun nəticəsində də İPM-in 12.1, 58.7-ci maddələrini pozaraq, iş üzrə yalnış qərar qəbul etmişdir.
40. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya sı məhkəməsinin inzibati kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 may 2024-cü il tarixli, 21(103)-575/2024 nömrəli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.