Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2345/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası “X” Nəşriyyatının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbə nümayəndəliyi,X10, X11 və X12) iş üzrə QƏRAR (Açar söz:torpaq sahəsinə dair plan-ölçünün etibarsız hesab edilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi Nümayəndə və vəkili X7, üçüncü şəxs Abbasbəyli Nigar Helmi qızının vəkili X1 iştirakı ilə İddiaçı “Azərbaycan” Nəşriyyatının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbə nümayəndəliyi, X10, X11 və Abbasbəyli Nigar Helmi qızı) «Torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməsi» tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-579/2019 saylı 27 mart 2019-cu il tarixli qərarından üçüncü şəxs Abbasbəyli Nigar Helmi qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 11.12.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddia çı “X” Nəşriyyatı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbə nümayəndəliyi, X12 üçüncü şəxs qismində cəlb olunmaqla “Abbasbəyli Nigar Helmi qızına verilmiş **********17 nömrəli və ona digər torpaq sahələrinin planı və ölçülərinin verilməsinə əsas olmuş əvvəllər X4 və X5 verilmiş **********18 və **********15 reyestr nömrəli torpaq sahələrinin planı və ölçülərinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 06 may 1980-ci il tarixli, 195 saylı qərarı ilə N ardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsi “X” Nəşriyyatına (hazırda“X” Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün ayrılmışdır. Bununla bağlı Abşeron ZDS İK tərəfindən 20 fevral 1981-ci il tarixli “X9 X26” verilmişdir. X25 20 fevral 1981-ci il tarixdə dövlət aktlarının qeydiyyatı kitabında 64 nömrə ilə qeydə alınmışdır. “X” Nəşriyyatının yardımçı təsərrüfatı Sabunçu rayonun inzibati ərazisində, kənd təsərrüfatı təyinatlı 15 ha ölçüdə torpaq sahəsində yerləşir və həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının qanuni istifadəsindədir. Yuxarıda göstərilən hallar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli 2(102)-6123/2016 saylı qərarı ilə müəyyən edilmişdir. Həmçinin “X” Nəşriyyatının yardımçı təsərrüfatının y erləşdiyi 15 ha ölçüdə torpaq sahəsi Maştağa Südçülük-Tərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsində göstərilmişdir. Hal-hazırda iddiaçıya məlum olmuşdur ki, X12 adına Nardaran qəsəbəsi 3-cü sahə, yer 132 ilkin qeydiyyata alınmış 0.25 ha, X10 tərəfindən bağışlanmış 0.25 ha və X11 tərəfindən bağışlanmış 0.25 ha torpaq sahələri üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydyyata alınaraq ona **********17, **********18 və **********15 reyestr nömrəli çıxarışlar və həmin reyestr nömrələri olan torpaq sahələrinin planı və ölçüləri verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********17, **********18 və **********15 reyestr nömrəli çıxarışlarda torpaq sahələrinin olduğu yer Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi kimi göstərilmişdir. Həmin torpaq sahələrinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları kimi göstərilməklə, xüsusi mülkiyyətə verildiyi qeyd edilmişdir. Lakin, X12 və həmin torpaq sahələrinin əvvəlki mülkiyyətçiləri olmuş X4 və X5 verilmiş torpaq sahələrinin planı və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatları “X” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşür. Mübahisəli torpaq sahələri Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin 2005-ci il tarixli qərarları ilə “X” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsindən heç bir halda ayrıla bilməzdi. Belə ki, “ X15” Azərbaycan Respublikasının Qanununa əsasən 01 yanvar 2001-ci il tarixdən İcra Hakimiyyəti orqanları tərəfindən vətəndaşlara bağ sahələri üçün torpaqayırma səlahiyyətləri nəzərdə tutulmamışdır. Halbuki, iddiaçıya verilmiş 20 fevral 1981-ci il tarixli X9 X23 15 ha ölçüdə torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpağı kimi göstərilmişdir. Bundan başqa həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının qanuni istifadəsindədir və hasara alınmışdır. Belə olan halda torpaqayırma səlahiyyəti olmayan Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən 2005-ci il tarixdə “X” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi dövlət mülkiyyətində olmaqla iddiaçının qanuni istifadəsində olan 15 ha ölçüdə torpaq sahəsindən ayrılması və həmin torpağın rey estrdə qeydiyyatı yalnız təəcüb doğurur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin işçilərinin texniki səhvləri və yaxud vəzifələrindən sui-istifadələri nəticəsində verilmiş torpaq sahələrinin planı və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatları qanunsuz və əsassız olaraq “X” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşmüşdür. Belə olan halda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi torpaq sahələrinin planı və ölçüləri etibarsız hesab edilməlidir. Lakin, “X” Nəşriyyatının müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidm ətinin 1 saylı Bakı Ərazi İdarəsi müxtəlif bəhanələr gətirərək yaranmış vəziyyətin aradan qaldırılması ilə əlaqədar heç bir tədbir görməmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı tələbinin maddi hüquqi əsası olaraq Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü bəndinə, 10-cu maddəsinin 1, 4 və 5-ci bəndlərinə, 48ci maddəsinin 4-cü bəndinə, 82-ci maddəsinə, 110-cu maddəsinə istinad etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3195/2018 saylı, 16 noyabr 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, X12 verilmiş **********17 nömrəli və ona digər torpaq sahələrinin planı və ölçülərinin verilməsinə əsas olmuş əvvəllər X4 və X5 verilmiş **********18 və **********15 reyestr nömrəli torpaq sahələrinin planı və ölçüləri etibarsız hesab edilmişdir. Həmin qərardan 3-cü şəxs Abbasbəyli Nigar Helmi qızı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 13 fevral 2019-cu il tarixli qərardadı ilə X10 və X11 üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-579/2019 saylı 27 mart 2019-cu il tarixli qərarı ilə 3-cü şəxs Abbasbəyli Nigar Helmi qızının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzi bati-İqtisadi Məhkəməsinin 2-1(82)3195/2018 saylı, 16 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, X12 verilmiş **********17 nömrəli və ona digər torpaq sahələrinin planı və ölçülərinin verilməsinə əsas olmuş əvvəllər X4 və X5 verilmiş **********18 və **********15 reyestr nömrəli torpaq sahələrinin planı və ölçülərində göstərilmiş torpaq sahəsinin koordinatları Azərbaycan Respublikası Nazirlər Sovetinin 06 may 1980-ci il tarixli, 195 saylı qərarı ilə Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsi “X” Nəşriyyatına (indiki “X” Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün ayrılmış torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi öz təsdiqini tapmışdır. Belə ki, «X» Nəşriyyatı tərəfindən həmin torpaq sahəsi üzərində hüquql arın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehə inzibati orqana müraciət edilərkən, cavabdeh **********04 saylı, 06 iyul 2017-ci il tarixli Bildirişi ilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edərək İdarənin elektron kadastr baza məlumatlarına əsasən tərəfinizdən göstərilən torpaq sahəsinin koordinatları daxilində digər fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan torpaq sahələri və fərdi yaşayış evlərinin mövcudluğuna istinad edilmişdir. Göründüyü kimi, X12 adına **********17 reyestr sayı ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahəsinin kənd təsərrüfatı məqsədləri ilə 1981-ci ildən ayrılmış və «X» Nəşriyyatının qanuni istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşdüyünü, iddiaçının və üçüncü şəxs X12 naturada eyni torpaq sahəsinə iddialı olduğunu təsdiq edir. Başqa sözlə, “xxxx” MMC tərəfindən birinci instansiya məhkəməsinə verilmiş mütəxəssis rəyində qeyd olunan hallar, faktiki olaraq cavabdeh inzibati orqan tərəfindən də təsdiq edilmişdir. Həmçinin AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti iddiaçının adına verilmiş “X9 aid Dövlət aktı”nın, ona dair ilkin sənədlərin mövcudluğunu qəbul etmiş, dolayısı ilə X25nda iddiaçıya ayrılmış torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə bağlı məlumatı olduğu halda X12 verilmiş **********17 nömrəli və ona digər torpaq sahələrinin planı və ölçülərinin verilməsinə əsas olmuş əvvəllər X4 və X5 verilmiş **********18 və **********15 nömrəli torpaq sahəsinin plan və ölçüləri tərtib edilərək verilmişdi r. Həmin plan-ölçülərin tərtibi zamanı həmin torpaq sahəslərinin koordinatlarının müəyyən edilməsi üçün əsas olan ayrıc aktı, istinad nöqtələri göstərilmiş torpağın yerləşmə sxemi və mərz nişanları qoyulmuş torpağın təhvil verilməsi barədə akt arxiv qovluğunda aşkar edilməmişdir. Lakin buna baxmayaraq, həmin torpaq sahələrinə plan-ölçülər tərtib olunarkən həmin torpaq sahələrinə göstərilən koordinatlar Azərbaycan Nəşriyyatına məxsus torpaq sahəsinin koordinatlarının daxilinə düşmüşdür və bu barədə (Azərbaycan Nəşriyyatına məxsus torpaq sahəsinin koordinatları) Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə arxiv sənədləri əsasında məlum idi. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-579/2019 saylı 27 mart 2019-cu il tarixli qərarından üçüncü şəxs X12 ka ssasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçı iddia tələbinin əsası kimi ona ayrılmış 15 ha torpaq sahəsinin sxemini özündə əks etdirən Abşeron rayonu keçmiş Məştağa südçülük-tərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsini təqdim etmişdir. Layihədə iddiaçının iddia etdiyi 15 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilməsə də, işə baxmış məhkəmələr üçüncü şəxsin təqdim etdiyi dəlil və sübutları nəzərə almadan iddianın təmin edilməsinə dair qərar qəbul etmişlər. Bundan əlavə, torpaq sahələrinin plan və ölçüsü inzibati akt hesab edilmədiyinə görə bu iddiaya inzibati-iqtisad məhkəməsində baxıla bilməzdi. Lakin işə baxan məhkəmələr iddianın mümkünlük və aidiyyət məsələsinə düzgün h üquqi qiymət verməmiş, prosessual hüquq normalarının tələblərini pozmuşlar. Bundan əlavə, iddiaçı İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüş, məhkəmələr isə bu hala qiymət verməmişdir. Bundan əlavə, məhkəmələr ilkin mülkiyyətçilərin prosesdə iştirakını təmin etməmiş, onları formal olaraq icraata cəlb etmişlər. Həmçinin məhkəmə nəzərə almamışdır ki, mübahisələndirilən plan və ölçülər qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında verilmişdir.Bundan əlavə, işə baxan məhkəmə üçüncü şəxsin torpaqğı ilə mübahisələndirilən torpaqların üst-üstə düşməsinə dair “xxxx” MMC-nin rəyini əsas sübut kimi qəbul etmiş, üçüncü şəxs tərəfindən təqdim edilmiş “xxxx” MMC-nin rəyinə və təqdim olunan xəritələri əsassız olaraq mətəbər sübut kimi qəbul etməmiş, xxxx” MMC-nin rəyi ilə “xxxx” MMC-nin rəyi arasında olan ziddiyyətlərin aradan qaldırılması üçün torpaqşünaslıq ekspertizanın təyin edilməsinə dair üçüncü şəxsin vəsatətini əsassız rədd etmiş, yerli baxışın keçirilməsinə dair vəsatəti təmin etsə də, sonradan yerli baxışa getməkdən imtina etmişdir. Bundan əlavə, Sabunçu rayon Nardaran qəsəbə nümayəndəliyi səlahiyyəti qanunla nəzərdə tutulmadığı halda üçüncü şəxslərə mübahisəli torpaq sahələrini ayırmışdır. Naradaran qəsəbə nümayəndəliyi tərəfindən üçüncü şəxslərə Sabunçu rayonu, Nardaran qəsəbəsində fərdi yaşayış evinin tikintisi məqsədləri ilə torpaq sahəsinin ayrılmasına dair qərarlar (səlahiyyətləri olmadığı halda) verilsə də, qərarlardan çıxarışlarda ayrılması nəzərdə tutulmuş torpaq sahələrinin qeyd olunan normanın tələbinə müvafiq olaraq, yerində naturada ayrılma sına və vətəndaşlara təhkim edilməsinə dair ilkin ayrıc aktları işin materiallarına əlavə edilməmişdir. Məhkəmə araşdırmasına təqdim olunmuş «Torpaq sahələrinin» yerləşmə cizgisi isə latın qrafikası ilə yazılmaqla, sonradan tərtib olunmuşdur. Kassator İPM-nin 11.1, 11.2, 15.1, 28.1, 35.1, 38.1, 48.2, 50.0.6, 64.1, 69.3, 87-ci maddələrinə, MPM-nin 6, 9, 14.1, 14.3, 19.2.3, 21, 22.5, 81, 82.3, 88, 204, 178.1, 217.1, 217.3-cü maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-579/2019 saylı 27 mart 2019-cu il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Na rdaran qəsəbə nümayəndəliyi, X10, X11 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə və vəkili X13 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-579/2019 saylı 27 mart 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X12 vəkili X12 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-579/2019 saylı 27 mart 2019-cu il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-579/2019 saylı 27 mart 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razıl aşmayaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçının iddia tələbinin əsasını o təşkil edir ki, X12 və həmin torpaq sahələrinin əvvəlki mülkiyyətçiləri olmuş X4 və X5 verilmiş torpaq sahələrinin planı və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatları “X” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşür. İddiaçı iddia tələbinin əsası kimi, Azərbaycan Respublikası Nazirlər Sovetinin 06 may 1980-ci il tarixli, 195 saylı qərarına (“X” Nəşriyyatına (hazırda“X” Nəşriyyatı) Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsinin yardımçı təsərrüfat yaradılması üçün ayrılması barədə), bununla bağlı Abşeron ZDS İK tərəfindən verilmiş 20 fevral 1981-ci il tarixli “X9 X26”na, “X” Nəşriyyatının yardımçı təsərrüfatının yerl əşdiyi 15 ha ölçüdə torpaq sahəsində Maştağa Südçülük-Tərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli 2(102)-6123/2016 saylı qərarına istinad etmişdir. X12 və həmin torpaq sahələrinin əvvəlki mülkiyyətçiləri olmuş X4 və X5 verilmiş torpaq sahələrinin əsasını 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 noyabr 2014-cü il tarixli, 2-1(81)-4870/2014 saylı qərarı təşkil edir. Belə ki, həmin qərarla Sabunçu rayon İcra Hakimiyyəti Nardaran Qəsəbəsi üzə Nümayəndəliyi Aparatının 02/169 saylı, 26 aprel 2005-ci il tarixli qərarına və faktiki vəziyyətə (mövcud vəziyyətdə) uyğun olaraq sahəsi 2500 kv/m sahə 3 yer 132 torpaq sahəsinin X2, 02/121 saylı 24 mart 2005-ci il tarixli qər arına və faktiki vəziyyətə (mövcud vəziyyətdə) uyğun olaraq sahəsi 2500 kv/m sahə 3 yer 127 X3, 02/129 saylı, 27 mart 2005-ci il tarixli qərarına və faktiki vəziyyətə (mövcud vəziyyətdə) uyğun olaraq sahəsi 2500 kvm sahə 3, yer 132 torpaq sahəsi Abbasbəyli Nigar Helmi qızının adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bunlara müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar X4 RX Seriyalı, ******* nömrəli,16.12.2014-cü il tarixdə qeydiyyata alınmış ********** qeydiyyat nömrəli, X3 adına RX seriyalı ******* nömrəli, 16.12.2014-cü il tarixdə qeydiyyata alınmış ********** qeydiyyat nöməli və X12 RX seriyalı ******* nömrəli, 16.12.2014-cü il tarixdə qeydiyyata alınmış ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Eləcə də X3 **********15 reyestr nömrəli, X2 **********18 reyestr nömrəli və X12 adına **********17 reyestr nömrəli torpaq sahələrinin plan-ölçüləri tərtib edilmişdir. 10.04.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən X10 ********** qeydiyyat nömrəli dövlət reysterindən çıxarışa əsasən mülkiyyətində olan Ünvan1 ünvanında yerləşən 0.25 ha torpaq sahəsini hədiyyə alan X12 bağışlamışdır. X12 Ünvan1 ünvanında yerləşən 0.25 ha torpaq sahəsinə xüsusi mükiyyət hüququ 19.09.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Həmçinin, 10.04.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən X8 ********** qeydiyyat nöməli dövlət reysterindən çıxarışa əsasən mülkiyyətində olan Ünvan1 yerləşən 0.25 ha torpaq sahəsini hədiyyə alan X12 bağışlamışdır. X12 Ünvan1 yerləşən 0.25 ha torpaq sahəsinə xüsusi mükiyyət hüququ 19.09.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Hazırkı iş üzrə iddia tələbinə qiymət verilməsi baxımından müəyyən edilməli olan məsələ X12 və həmin torpaq sahələrinin əvvəlki mülkiyyətçiləri olmuş X4 və X5 verilmiş torpaq sahələrinin planı və ölçülərində g östərilən əsas döngə nöqtələrinin koordinatlarının “X” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşüb-düşməməsidir. İlk növbədə iddiaçı tərəfindən təqdim edilmiş hüquq müəyyənedici sənədlərdə iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları öz əksini tapmamışdır. İş materiallarında iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatlarını özündə əks etdirən iki mütəxəssis rəyi mövcuddur: “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyi və “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyi. “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən iddiaçının istiadəsində olan torpaq sahəsi Bakı dairəvi avtomobil yolundan Hüseyniyyə Məscidinə qədər uzanan asfalt örtüklü avtomobil yolundan şərq tərəfə 218.8 m məsafədən başlayaraq, Bakı dairəvi avtomobil yolu boyu, Bakı dairəvi avtomobil yolunun cənubunda yerləşməklə şərqə tərəf 300 m, cənuba tərəf 500 m xətti ölçülərə malik ərazidə yerləşir. Həmçinin mütəxəssis rəyində 15 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Mütəxəssis rəyinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.04.2018-cii l tarixli 21(82)-2233/2018 saylı məktubuna əsasən aparıldığı qeyd olunmuşdur. Lakin iş materiallarında sözügedən məktub yoxdur. Bundan əlavə, birinci instansiya məhkəməsində aparılan iş üzrə icraatın nömrəsi 2-1(82)-3195/2018 olmuş, mütəxəssis rəyində isə iş nömrəsi kimi 2-1(82)-2233/2018 göstərilmişdir. Üçüncü şəxsin birinci instansiya məhkəməsinə təqdim etdiyi etirazında qeyd edilmişdir ki, iddiaçı eyni tələblə eyni cavabdehə, üçüncü şəxsə və digər şəxslərə qarşı daha öncə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, çıxarışların ləğv edilməsini tələb etmiş, iş E.M. icraatına verilmiş (2-1(82)-2233/2018 saylı iş) və işlə əlaqədar olaraq 19.04.2018-ci il tarixdə sərəncam göndərilmiş, üçüncü şəxs tərəfindən hətta məhkəməyə etiraz təqdim edilmiş, lakin 2-1(82)-2233/2018 saylı iş üzrə icraat barədə daha sonra məlumat əldə edilməmişdir. Qeyd edilənlərə əsasən belə bir nəticəyə gəlmək olur ki, sözügedən mütəxəssis rəyi başqa icraat ilə əlaqədar əldə edilmiş, lakin iş materiallarında 2-1(82)-2233/2018 saylı iş üzrə icraatın nəticəsi barədə hər hansı məlumat mövcud deyildir və işə baxan apellyasiya instansiya məhkəməsi bu hala qiymət verməmişdir. Belə ki, əgər 2-1(82)-2233/2018 saylı və 2-1(82)-3195/2018 saylı işlər üzrə icraat eyni tə rəflər arasında və eyni tələblər ilə bağlı olmuşsa, bunun nəticəsi barədə məlumat əldə edilməli idi.Belə ki, iddiaçı əvvəlki iddia tələbindən imtina etmişsə və bu səbəbdən icraata xitam verilmişsə, onda eyni əsasla eyni tərəflərə qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etməsi yolverilməzdir. Əgər 21(82)-2233/2018 saylı iş üzrə icraat davam edirsə, o zaman sözügedən icraatlar birləşdirilməli idi. İş materiallarına olan digər mütəxəssis rəyi isə üçüncü şəxs X12 vəkili sorğusuna əsasən əldə edilmiş mütəxəssis rəyidir(“xxxx” MMC tərəfindən verilmiş) və həmin rəy ilə “Azərbaycan” Nəşriyyatına məxsus 15 ha torpaq sahəsinin koordinatları müəyyən edilmiş, lakin “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyində və “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyində öz əksini tapmış iddiaçıya m əxsus torpaq sahəsinin koordinatları arasında ziddiyyət vardır. Üçüncü şəxs X12 həm birinci instansiya məhkəməsində, həm apellyasiya instasniya məhkəməsində vəsatət verərək tərəflərə məxsus torpaq sahələrinin üst-üstə düşməsinin müəyyən edilməsi, o cümlədən mütəxəssis rəyləri arasındakı ziddiyyətlərin aradan qaldırılması üçün məhkəmə torpaqşünaslıq ekspertizanın keçirilməsini, mübahisəli torpaq sahələrinə yerli baxışın keçirilməsini xahiş etmiş, lakin hər iki məhkəmə vəsatətləri təmin etməmişdir. Həmçinin iş üzrə cavabdeh də vəsatət verərək ekspertizanın keçirilməsini tələb etmişdir. Belə ki, birinci instansiya məhkəməsi 28.09.2018-ci il tarixli məhkəmə iclasında vəsatətləri rədd etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli 2(102)-6123/20 16 saylı qərarına istinad edərək bildirmişdir ki, qeyd olunan məsələlərə aydınlıq gətirildiyindən vəsatətin təmin edilməsinə ehtiyac yoxdur. Birinci instansiya məhkəməsi “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyini mötəbər hesab etmiş, apellyasiya instansiya məhkəməsi də bu mövqe ilə razılaşmışdır. Halbuki, məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli 2(102)-6123/2016 saylı qərarı ilə bağlı qeyd edilməlidir ki, həmin iş üzrə tərəflər «X» Nəşriyyatı, X14, X16 olmuş, hazırkı iş üzrə üçüncü şəxslər və cavabdeh həmin iş üzrə tərəf olmadığından o qərarla müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıya bilməz. Əlavə olaraq, işə baxan apellyasiya instansiya məhkəməsi öz qərarının əsaslandırmasında qeyd et mişdir ki, “«X» Nəşriyyatı tərəfindən həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehə inzibati orqana müraciət edilərkən, cavabdeh **********04 saylı, 06 iyul 2017-ci il tarixli Bildirişi ilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edərək İdarənin elektron kadastr baza məlumatlarına əsasən “«X» Nəşriyyatı göstərilən torpaq sahəsinin koordinatları daxilində digər fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan torpaq sahələri və fərdi yaşayış evlərinin mövcudluğunaistinad edilmişdir. Göründüyü kimi, X12 adına **********17 reyestr sayı ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahəsinin kənd təsərrüfatı məqsədləri ilə 1981-ci ildən ayrılmış və «X» Nəşriyyatının qanu ni istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşdüyünü, iddiaçının və üçüncü şəxs X12 naturada eyni torpaq sahəsinə iddialı olduğunu təsdiq edir. Başqa sözlə, “xxxx” MMC tərəfindən birinci instansiya məhkəməsinə verilmiş mütəxəssis rəyində qeyd olunan hallar, faktiki olaraq cavabdeh inzibati orqan tərəfindən də təsdiq edilmişdir. Eləcə də, iş materiallarına əlavə edilmiş AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********96 saylı, 05 iyun 2017-ci il tarixli “X” Nəşriyyatına ünvanladığı məktubda bildirilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 06 may 1980-ci il tarilxi 195 nömrəli qərarı ilə Б 000369 nömrəli “X9 aid Dövlət aktı” əsasında “X” nəşriyyatına yardımçı kənd təsərrüfatının yaradılması məqsədilə ayrılmış 15,0 ha torpaq sahəsinin döngə nöqtələ rinin koordinatlarının müəyyən edilməsi barədə 24.05.2017-ci il tarixli 7/08 nömrəli məktuba AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. Arxivdə aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, həmin qərar əsasında “X” nəşriyyatına Б 000369 nömrəli “X9 aid Dövlət aktı”na dair ilkin sənədlər mövcuddur. Məsələ ilə bağlı DƏDRX-in müvafiq ərazi idarəsinə müraciət edilməsi məqsədəmüvafiqdir. Tərtib ediləcək çıxarışla birgə onun ayrılmaz hissəsi olan “Torpaq sahəsinin plan və ölçüsü” sənədi sizə təqdim olunacaq və həmin sənəddə torpaq sahəsinə dair məlumatlar öz əksini tapacaqdır. Göründüyü kimi, cavabdehlə bir qəbildən olan AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti iddiaçının adına verilmiş “X9 aid Dövlət aktı”nın, ona dair ilkin sənədlərin mövcudluğunu qəbul etmiş, dolayısı ilə X25nda iddiaçıya ayrılmış torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə bağlı məlumatı olduğu halda Abbasbəyli Nigar Helmi qızına verilmiş **********17 nömrəli və ona digər torpaq sahələrinin planı və ölçülərinin verilməsinə əsas olmuş əvvəllər X4 və X5 verilmiş **********18 və **********15 nömrəli torpaq sahəsinin plan və ölçüləri tərtib edilərək verilmişdir. Həmin plan-ölçülərin tərtibi zamanı həmin torpaq sahələrinin koordinatlarının müəyyən edilməsi üçün əsas olan ayrıc aktı, istinad nöqtələri göstərilmiş torpağın yerləşmə sxemi və mərz nişanları qoyulmuş torpağın təhvil verilməsi barədə akt arxiv qovluğunda aşkar edilməmişdir. Lakin buna baxmayaraq, həmin torpaq sahələrinə plan-ölçülər tərtib olunarkən həmin torpaq sahələrin ə göstərilən koordinatlar Azərbaycan Nəşriyyatına məxsus torpaq sahəsinin koordinatlarının daxilinə düşmüşdür və bu barədə (Azərbaycan Nəşriyyatına məxsus torpaq sahəsinin koordinatları) Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə arxiv sənədləri əsasında məlum idi.” İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göründüyü kimi, işə baxan məhkəmələr iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi istiqamətində araşdırma aparmadan, tərəflərin verdiyi vəsatətləri əsassız olaraq rədd edərək, iş üzrə “xxxx” MMC-nin təqdim etdiyi rəyə, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016cı il tarixli 2(102)-6123/2016 saylı qərarına, cavabdehin imtina məktubunda qeyd etdiklərinə istinad etməklə iddiaçı və üçüncü şəxslərə məxsus torpaq sahələrinin üst-üstə düşməsi nəticəsinə gəlmişlər. Halbuki, işə baxan məhkəmələr iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi istiqamətində ətraflı araşdırma aparmalı, bu barədə məlumatın əldə edilməsi mümkün olan müvafiq dövlət orqanlarına sorğular verməli, torpaq sahələrinin yerləşdiyi yerlərə yerində baxış keçirməli, əldə edilmiş məlumatlar əsasında ekspertiza təyin etməli idi. Bundan əlavə, iddiaçıya məxsus olduğu iddia edilən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı torpaqlara aid olmuş, üçüncü şəx sə verilmiş torpaq sahələri isə yaşayış məntəqələrinin torpaqlarına aiddir. İşə baxan aşağı instansiya məhkəmələri tərəflərə məxsus torpaq sahələrinin kateqoriyalarının müəyyən edilməsi istiqmətində də hər hansı araşdırma aparmamışlar. Bundan əlavə, apellyasiya instansiya məhkəməsi öz qərarının əsaslandırmasında üçüncü şəxslər X12, X4, X5 torpaq sahəsi ayrılması barədə Sabunçu rayon icra X6 üzə Nümayəndəliyinin qərarlarına münasibətdə qeyd etmişdir ki, Sabunçu rayon Nardaran qəsəbə nümayəndəliyi səlahiyyəti qanunla nəzərdə tutulmadığı halda üçüncü şəxslərə mübahisəli torpaq sahələrini ayırmışdır. Naradaran qəsəbə nümayəndəliyi tərəfindən üçüncü şəxslərə Sabunçu rayonu, Nardaran qəsəbəsində fərdi yaşayış evinin tikintisi məqsədləri ilə torpaq sahəsinin ayrılmasına dair qərarlar (səlahiyyətl əri olmadığı halda) verilsə də, qərarlardan çıxarışlarda ayrılması nəzərdə tutulmuş torpaq sahələrinin qeyd olunan normanın tələbinə müvafiq olaraq, yerində naturada ayrılmasına və vətəndaşlara təhkim edilməsinə dair ilkin ayrıc aktları işin materiallarına əlavə edilməmişdir. Məhkəmə araşdırmasına təqdim olunmuş «Torpaq sahələrinin» yerləşmə cizgisi isə latın qrafikası ilə yazılmaqla, sonradan tərtib olunmuşdur. Halbuki, işə baxan apellyasiya instansiya məhkəməsi üçüncü şəxslər Abbasbəyli Nigar Helmi qızına, X4, X5 məxsus torpaq sahələrinə dair plan-ölçü və çıxarışların 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 noyabr 2014-cü il tarixli, 2-1(81)-4870/2014 saylı qərarı əsasında verildiyini nəzərə almamış, həmin məhkəmə qərarı ilə müəyyən edilmiş hallara yenidən qiymət vermişdir. Azərba ycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, üçüncü şəxsin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. İşə təkrar baxan apellyasiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi istiqamətində araşdırma aparmalı, bu barədə məlumatın əldə edilməsi mümkün olan müvafiq dövlət orqanlarına sorğular verməli, torpaq sahəl ərinin yerləşdiyi yerlərə yerində baxış keçirməli, əldə edilmiş məlumatlar əsasında ekspertiza təyin etməli, torpaq sahələrinin kateqoriyasının müəyyən edilməsi istiqamətində araşdırma aparmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxsin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-579/2019 saylı 27 mart 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-2345/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2345/2019
11.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver