Məhkəmə qərarları › İş №2-1(102)-2346/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2346/2019

10.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2346/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı «xxxx» ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: dövlət hesabına vəkillə təmin etmə. GİRİŞ HİSSƏ 10.09.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), X2, X1 ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı “yeni smetanın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-537/2019 saylı iş üzrə 24 aprel 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsa sən işə Ali Məhkəmənin binasında 10 sentyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1676/18 saylı, 07 noyabr 2018-ci il tarixli qərarı (hakim – A.A.Abdullayeva) ilə İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı cavabdeh tərəfindən obyektin enerji təchizatı şəbəkəsinə qoşulması üçün hazırladığı smetanın qanunsuz olduğundan ləğv edilməsi, işlərin həcmi və smeta dəyərinin qanuni əsaslar üzrə müəyyən edilməsi və yeni smeta hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-537/19 saylı, 20 fevral 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim - M.N.Tağızadə, hakimlər Ü.A.Mayılo v və K.N.Abiyeva) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1676/18 saylı iş üzrə qəbul etdiyi 07 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək həmin qərardan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, heç bir yerdə işləmir və maddi imkanı vəkil tutmaq üçün əlverişli deyildir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-537/2019 saylı, 24 aprel 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən və məruzəçi hakim - M.N.Tağızadə, hakimlər - Ü.A.Mayılov və K.N.Abiyeva) iddiaçının ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı kassasiya şikayəti verərək hə min qərardadın ləğv edilməsini və dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi onun maddi imkansızlığını nəzərə almayaraq məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışdır. Belə ki, o, heç bir yerdə işləmir və vəkil xidmətilərinə görə vəsait ödəmək imkanına malik deyildir. Zərdab rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş arayışla işsiz olduğu təsdiq olunur. Bundan başqa, məhkəmə daha əvvəllər onu dövlət hesabına vəkillə təmin etsə də, indi aztəmintalı olması barədə sübut təqdim edilmədiyinə istinad etmişdir. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxıl masını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası mə hkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasına dair ərizəsini təmin etməməkdə apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikasının İnzibati-Prossesual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.5-ci maddəsinə əsasən bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak ed ən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayə t qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin birinci hissəsinə əsasən məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası MPM-nin 67 və 423-cü maddələrinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 iyun 2002-ci il tarixli Qərarında göstərilir ki, Mülki Prosessual Məcəllənin 67-ci maddəsi və 423-cü maddəs inin “Şikayəti işdə vəkillə iştirak edən şəxs verə bilər” müddəası tətbiq olunarkən Azərbaycan Respublikası Konstitusiyasının 25, 60 və 61-ci maddələrinin, habelə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 20-ci maddəsinin müddəaları nəzərə alınmaqla, maddi vəsaitlərin olmamasına görə vəkilin təyin edilməsini xahiş edən işdə iştirak edən şəxslərin vəsatəti olduqda məhkəmə onların vəkillə təmin olunması məsələsini müzakirə etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan qanunvericilik normalarının müddəalarından göründüyü kimi proses iştirakçılarının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi həmin şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitlərinin olmadığının müəyyən olunmasından asılıdır. Hazırkı halda isə sübutetmə yükünün onun üzərində o lmasına baxmayaraq iddiaçı maddi imkanının aşağı olduğuna dair kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. İddiaçının işləmədiyini göstərən sənədlər özü-özlüyündə aztəminatlılığının təsdiqi üçün yetərli deyildir. Belə ki, iddiaçı hazırda özünə məxsus olan ticarət obyektinin enerji təchizatı şəbəkəsinə qoşlumasını təmin etmək üçün iddia qaldırmışdır. İddiaçıya məxsus ticarət obyektinin olması onun dövlət hesabına vəkillə təmin edilməni tələb edəcək qədər aztəminatlı olmadığına dəlalət edir. İddiaçının əvvəllər məhkəmə tərəfindən dövlət hesabına vəkillə təmin edilməsi halı da onun bundan sonra davamlı olaraq eyni qaydada dövlət vəsaiti hesabına vəkillə təmin edilməli olduğu mənasına da gəlmir. Məsələyə hər bir işin xüsusi hallarından çıxış etməklə qiymət verilməlidir. Bu mənada, iddiaç ı hazırkı iş üzrə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitə malik olmadığına dair sübutlar təqdim edə bilməmişdir. Bundan başqa, iddiaçının vəkilin xidmətlərindən istifadə etmək üçün hansısa hüquq məsləhətxanasına müraciət etdiyi və ondan göstəriləcək xidmət müqabilində tələb olunan məbləğ də bəlli deyildir. Bu isə onun imkanları nəzərə alınmaqla dövlət hesabına vəkillə təmin edilməsi məsələsinə qiymət verməyə də imkan vermir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-537/2019 saylı, 24 aprel 2019-cu il tarixli qərardadı dəyişdiril

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar