Məhkəmə qərarları › İş №2-1(102)-2346/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2346/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2346/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı (13.3.1968-ci il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Na zirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1903/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1985-ci ildən xx.xx.1992-ci il tarixədək Azərbaycan Dövlət Neft Akademiyasında təhsil almış, xx.xx.1992-ci ildən “Xəzərdənizneftqazsənayesi” İstehsalat Birliyinin “Qum adası” DQİİ-yə 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə işə qəbul edimiş, xx.xx.1994-cü ildən mərkəzi mühəndis texnoloji xidmətə “B ahar” sahəsinə müvəqqəti olaraq 3-cü kateqoriyalı texnoloq vəzifəsinə keçirilmiş, xx.xx.1995-ci ildən 3 saylı əsaslı təmir quyusuna müvəqqəti 12 dərəcəli usta vəzifəsinə keçirilmişdir. xx.xx.1996-cı ildən mərkəzi mühəndis texnoloji xidmətə 12-ci dərəcəli buruq ustası vəzifəsinə keçirilmiş, xx.xx.1996-cı ildən neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında 5-ci dərəcəli qazmaçı köməkçisi peşəsinə keçirilmiş, xx.xx.2003-cü ildən Mərkəzi mühəndis texnoloji xidmətə 13-cü dərəcəli texnoloq vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü ildən Alətlər meydançasına 12-ci dərəcəli mexanik vəzifəsinə keçirilib, xx.xx.2006-cı ildən mərkəzi mühəndis texnoloji xidmətə 13-cü dərəcəli texnoloq vəzifəsinə keçirilmişdir. xx.xx.2006-cı ildən işdən azad edilib, xx.xx.2006-cı il tarixdən "xxxx" Şirkəti nə Qazma məhlulu opertaorun köməkçizi vəzifəsinə qəbul edilmiş, xx.xx.2008-ci il tarixdən Qazma məhlulu operatoru vəzifəsinə təyin edilib, xx.xx.2010-cu il tarixdən qazmaçı köməkçisi vəzifəsinə keçirilib, xx.xx.2010-cu il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, 01.2.2010-cu il tarixdən qazmaçı köməkçisi vəzifəsinə qəbul olunub, xx.xx.2013-cü il tarixdən qazmaçı vəzifəsinə keçirilmiş, xx.xx.2019-cu il tarixdən əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2019-cu il tarixdən "xxxx" MMC-yə Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə qazmaçı vəzifəsinə qəbul edilmiş, hal-hazırda işləməkdə davam edir.

2. İddiaçı ona 52 yaşından, yəni 13 mart 2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir.

3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsində 01 yanvar 2006-cı il tarixə qədər qeyd olunan işlərdə, həmçinin 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin, vəzifələrin siyahısı”na əasasən təqdim etdiyi əmək kitabçasında güzəştli iş stajının 01 yanvar 2006-cı il tarixə kimi 10 ildən az olması (9 il 9 ay 13 gün kimi hesablanaraq) səbəbi ilə güzəştli şərtl ərlə pensiya təyinatı mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a)birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 52 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə iddia qaldıraraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı ərizəsində göstərmişdir ki, o, 16 fevral 1961-cı ildə anadan olmuş, 24 fevral 2021-ci il tarixində ərizə ilə cavabdehə m üraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin sonuncu 02 dekabr 2020-ci il tarixli cavab məktubu ilə pensiya təyin olunmasından imtina edərək bunu onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında güzəştli iş stajı 2006-cı ilə kimi 10 ildən azdır (9 il 9 ay 13 gün), həmçinin, “Qum adası» X2 İdarəsində alətlər meydançasında mexanik vəzifəsi güzəştli peşələrin siyahısına düşmür. Halbuki, SOCAR-ın Qazma İşləri tresti tərəfindən verilmiş güzəştli staj haqqında arxiv arayışına əsasən iddiaçı əmək fəaliyyətini xx.xx.1992-ci il tarixindən başlayaraq xx.xx.2006-cı il tarixinə kimi davam etdirmişdir cəmi 13 il 10 ay 15 gün işləmiş, bunun da 10 il 8 ayını qazmaçı, təmir quyusunda usta, qazma üzrə mühəndis-texnoloq kimi güzəştl i pensiya hüququ verən peşə və vəzifələrdə çalışmışdır.

6. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək, iddiaçının güzəştli iş stajının olmadığı üçün iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5330/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 52 yaşdan xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən i stehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərar ilə təsdiq edilmiş qazmaçı köməkçisi 1100000a-11297, buruq ustası 1100000b-23196, bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər 1100000b-22247 kodları ilə iddiaçının güzəştli iş stajı 11 il, 01 ay, 01 gün təşkil edir. Onun, xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi əmək stajı vardır. İddiaçının 20 il sığorta stajı, eləcə də, 10 ildən çox xüsusi iş stajı olduğundan, iddiaçının həmin xüsusi iş stajı işlədiyi İdarə tərəfindən verilmiş arayışa əsasən müəyyən edildiyindən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən yaş hədd i 01 avqust 1997-ci il tarixdən başlayaraq hər il 6 ay olmaqla 01 avqust 2000-ci ilədək artırılmasını nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən təyin edilmişdir.

9. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1903/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: C.A.Yusifov-sədrlik edən, H.Ü.Həmidov və E.C.Kazımov) Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tam iş günü ərzində xüsusilə zərərli şəraitdə işlədiyinə görə qısa ldılmış iş rejimi ona şamil edilmiş, gündəlik süd məhsulları ilə təmin olunmuşdur. Zərərli işlərə görə əlavə haqq almışdır. İş şəraitinin zərərlilik dərəcəsi normativ sənədlərə uyğun olmuşdur. Bütün bunlar “Zərərli şəraitdə işlərlə bağlı imtiyazların təyin edilməsi üzrə Komissiya”-nın xx.xx.2020-ci il tarixli Aktı ilə təsdiq olunmuşdur. X1 daimi olaraq tam iş günü ərzində yerinə yetirdiyi işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 N-li siyahının Vİİİ Bölməsinin 1-ci bəndinin (1080A010) və XXİİ bölməsinin 1-ci bəndinin (********), 2-ci bəndinin (12202000, 12202000-17541) göstəricilərinə tam uyğundur.

12. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi ni və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərini iddiaçıya verilən imtinada göstərilənlər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 16. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respubl ikasının Qanunu: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;...

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbu l edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassa siya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

21. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azə rbaycana qarşı” işi üzrə).

22. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

23. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Əlavə olaraq, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin dəlili iddiaçının işlədiyi peşənin Azərbaycan Re spublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunmuş Siyahıda nəzərdə tutulmaması ilə bağlıdır.

25. Məhkəmə kollegiyası işin araşdırılmış hallarına əsasən hesab edir ki, apellyasiya instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının “Xəzərdənizneftqazsənayesi” İstehsalat Birliyinin “Qum adası” X2 İdarəsində xx.xx.1992-ci ildən xx.xx.2006-cı il tarixinə qədər idarədə işlədiyi 13 il, 10 ay, 15 gün iş stajının güzəştli iş stajı 11 il, 01 ay, 01 gün təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 1 saylı Siyahının “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində nəzərdə tutulan peşə və vəzifələrdə, o cümlədən: qazmaçı köməkçisi kimi 1100000a-11297 kodu üzrə, buruq ustası kod 1100000b-23196 kodu üzrə, (qeyd quyuların əsaslı təmiri üzrə ustalar 1100000b—23485 kodunda yer almışdır) 1 Siyahının bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndis-texnoloq 1100000b-22247 kodu ilə -11 il, 01 ay, 01 gün güzəştli iş stajı təşkil edir ki, bunun da xx.xx.2006-cı il tarixinə qədəri 10 ildən də çoxdur.

26. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrində, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanu nun 13-cü maddəsinin “b” bəndində təsbit olunmuş şərtlər iddiaçı tərəfindən ödənilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1903/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar