Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2346/2023 15.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi haqqında şəhadətnamə verilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasının tanınması və şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 2-1(103)-1128/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Rusiya Federasiyası Moskva şəhəri Moskva Dövlət Sosial Universiteti tərəfindən verilmiş, apostil edilmiş ИВС № ******* nömrəli, 13 qeydiyyat nömrəli, xx.xx.2002-ci il tarixli diplomun və apostil edilmiş notarial qaydada tərcümə təsdiq olunmuş diploma əlavənin surətindən görünür ki, iddiaçıya diploma əlavədə göstərilən tədris yükünü yerinə yetirmiş və ona Dövlət attestasiya komissiyasının xx.xx.2002-ci il tarixli qərarına əsasən “Sosial pedaqoq müəllim-psixoloq” ixtisası üzrə bakalavr diplomu verilmişdir.
2. İddiaçı diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında şəhadə tnamənin verilməsi üçün cavabdehə müraciət etmişdir.
3. Cavabdehin xx.xx.2021-ci il tarixli, NA00002499 “Xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyin (nostrifikasiyasının) müəyyən edilməsi barədə” qərarın surətindən görünür ki, ərizəçinin ali təhsil aldığı müəssisənin Bakı filialının qanunsuz fəaliyyət göstərdiyi məlum olmuşdur. Belə ki, sözügedən təhsil müəssisəsi onun fəaliyyətinə xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərmişdir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın İ hissəsinə əsasən, ali təhsil müəssisəsi – ali təhsil verən və Tərəfin səlahiyyətli qurumu tərəfindən tanınan müəssisədir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 16.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununa uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıd ır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunanlara əsasən qərara alınmışdır ki, ərizəçinin xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. Moskva Dövlət Sosial Universitetinin sosial pedoqoq müəllim psixoloq ixtisasını bitirərək əldə etdiyi ИВС ******* saylı diplomun tanınması və ekvivalentliyi (nostrifikasiyasının) müəyyən edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 14 may 2002-ci itlarixdə Dövlət Atestasiya Komissiyasının qərarı ilə Moskva Dövlət Sosial Universitetinin sosial pedaqoq müəllim psixoloq ixtisasını bitirərək ИВС ******* saylı diplom almışdır. Diplomu 10 iyun 2002-ci ildə almışdır. 30 avqust 2021-ci il tarixində cavabdeh TKTA NA 00002499 saylı qərarla onun xarici dövlətlərin ali təhsil ixtisasının tanınması və ekvivalentliyinin (nostrikifasiyasının) müəyyən edilməsi barədə qərar vermişdir. Qərarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6, 3.7-ci bəndlərinə istinad edərək diplomu tanımaqdan imtina etmişdir. Hesab edir ki, yuxarıda qəbul edilmiş qayda 13 may 2003-cü ildə qəbul edildiyi halda, o, universitetə 1998-ci ildə daxil olmuş, 2002-ci ilin iyun ayında isə bitirmişdir. Qanunvericiliyin tələblərinə əsasən isə hüquqi aktların şəxsin vəziyyətini ağırlaşdırdığı halda geriyə qüvvəsi yoxdur.
6. Cavabdeh məhkəməyə iddiaya dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, imtina qanuni və əsaslı olmuşdur. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom üzrə ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı müraciət edən zaman elektron ərizəsində sözügedən təhsil müəssisəsinin Bakı filialında təhsil aldığını qeyd etmişdir. Lakin onun nə diplomunda, nə də ki diploma əlavəsində, o cümlədən hər hansı digər rəsmi sənəddə (məs: arayış və s.) onun Bakı filialında təhsil alması faktı öz əksini tapmamışdır. İddiaçının sərhəd məlumatlarının yoxlanılması zamanı isə tədris müddətində Rusiya Federasiyasında ümumən olmadığı məlum olmuşdur. Bu səbəbdən də, həmin ölkə ərazisində olmadan tədris yükünün mənimsənilməsi qeyri-mümkün hesab edilmişdir. İddia ərizəsində qeyd edilən iddiaçının Bakı filialında təhsil almasına münasibətdə isə sözügedən filial Azərbaycan Respublikasında fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmədən - qanunsuz olaraq fəaliyyət göstərmişdir. Həmin dövrdə qüvvədə olmuş AR Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 1.5-ci bəndinə əsasən, xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Eyni zamanda, həmin dövrdə qüvvədə olmuş AR Prezidentinin 4 oktyabr 1997-ci il tarixli, 637 nömrəli fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”na əsasən ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhs il və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır. Bundan əlavə, Azərbaycan Respublikasının da qoşulduğu "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın, habelə “Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş “Avropa regionu üzrə tanınma Təlimatı’nın 3-cü hissəsinə əsasən qeyd olunur ki, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müsəssisənin qanunvericiliyin tələb lərinə uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olub-olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərdən aydın olur ki, iddiaçıya məxsus olan diplomun tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir.
7. Bakı İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2-1(112)-2448/2022 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmiş, Moskva Dövlət Sosial Universiteti tərəfindən İddiaçı verilmiş ИВС № ******* nömrəli ali təhsil haqqında əldə etdiyi bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən (nostrifikasiya) olunması öhdəliyi cavabdehə həvalə edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının təhsil aldığı Universitetin Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi dövrdə mövcu d olmuş və hazırkı qanunvericilikdə Rusiya Federasiyasında qeydiyyata alınmış ali təhsil müəssisəsinin Azərbaycan Respublikasında fəaliyyət göstərməsi üçün lisenziya tələbi nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli fərmanı ilə xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı təsdiq edilmişdir. Həmin siyahıda, eləcə də, Prezidentin “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" xx.xx.2002-ci il tarixli fərmanında xarici təhsil müəssisələrinin ölkəmizdə fəaliyyəti üçün lisenziya alması nəzərdə tutulmamışdır. O cümlədən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003 tarixli 64 saylı qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ix tisasların tanınması və ekvivalentliliyinin müəyyən edilməsi (nostrifikasiya) qaydaları”nda da Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici Universitetin lisenziyasının olmaması nostrifikasiyadan imtina edilməsinin əsası kimi nəzərdə tutulmamışdır. Hətta lisenziya tələb olunsa idi, belə, bu xarici təhsil müəssisəsinin filialı üçün tələb oluna bilərdi.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 2-1(103)-1128/2023 nömrəli qərarı ilə (hakimlər: Ş.Məmmədova - sədrlik edən və məruzəçi, C.Yusifov və P.Hüseynov) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilərək iddia rədd edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində və apellyasiya baxışı zamanı izahatında bildirmişdir ki, Moskva Dövlət Sosial Universitetində ali təhsil alması ilə bağlı əldə etdiyi ИВС ******* saylı diplom üzrə 1998-2002-ci illərdə qiyabi təhsil almışdır. Lakin iddiaçıya təqdim olunan diplom əlavəsinin birinci bəndində onun təhsil aldığı proqram üzrə əyani təhsilalma formasında təhsilin normativ müddətinin 5 (beş) il olması göstərilmişdir ki, iddiaçıya təqdim olunan diplom əlavəsindən onun 19982002-ci illərdə, yəni 4 il müddətində, universitet tərəfindən əyani təhsil alan şəxslər üçün müəyyən edilmiş normativ müddətdən 1 il az müddətində təhsil alması müəyyən edilir. İddiaçı məhkəmə Kollegiyasının sualına cavabında təhsilini qiyabi aldığını, lakin diplomuna əlavədə niyə əyani şöbə üzrə və təhsil müddəti 5 illik olduğu halda 4 il təhsil aldığını özü də bilmədiyini, təhsilini Bakı şəhərində aldığını, lakin təhsil aldığ müəssisənin, yaxud Firmanın adını dəqiq söyləyə bilmədiyini, həmçinin, təhsil aldığı tələbə yoldaşlarından kimin isə adını söyləyə bilməyəcəyini, ümumiyyətlə Rusiya şəhərində olmadığını bildirmişdir.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində qeyd edilir ki, işdə olan iddiaçının müraciə tinə əsasən Rusiya Dövlət Sosial Universiteti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, İ-5825 nömrəli məktubun surətindən görünür ki, iddiaçı həqiqətən də, Moskva Dövlət Sosial Universitetinin “ Sosial pedaqogika” - 050711.65 ixtisası üzrə tələbəsi olmuşdur. Ona “Sosial pedaqogika” ixtisası üzrə “ Sosial pedaqoq. Pedaqoq - psixoloq” ixtisas dərəcəsi və xx.xx.2002-ci il tarixli, 13 qeydiyyat nömrəli H B C ******* saylı diplom verilmişdir.
14. Məhkəmə işin halları ilə bağlı qeyd etmişdir ki, iddiaçının təhsil aldığı Universitetin Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi dövrdə mövcud olmuş və hazırkı qanunvericilikdə Rusiya Federasiyasında qeydiyyata alınmış ali təhsil müəssisəsinin Azərbaycan Respublikasında fəaliyyət göstərməsi üçün lisenziya tələbi nəzərdə tutulmamışdır. Azərb aycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003 tarixli 64 saylı qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliliyinin müəyyən edilməsi (nostrifikasiya) qaydaları”nda da Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici Universitetin lisenziyasının olmaması nostrifıkasiyadan imtina edilməsinin əsası kimi nəzərdə tutulmamışdır.
15. Belə ki, iş materiallarına əlavə olunmuş hazırki mübahisənin predmeti olan Universitetin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən qəbul edilmiş 2-1(102)-882/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, “işin halları araşdırılarkən müəyyən edilmişdir ki, Universitetin Bakıdakı fəaliyyəti filial deyil, səyyar sessiyalar formas ında həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli xx-xx-1841/16 saylı məktubundan görünür ki, Moskva Dövlət Sosial Universitetində qiyabi təhsil alan tələbələrin, Universitetin Bakıda yerləşən tədris-məsləhət məntəqəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar səyyar sessiyalarının müvəqqəti olaraq "Bilik" Elm -Sosial Mərkəzinin (işdə olan vergi orqanının arayışına əsasən həmin Mərkəz 1998-ci ildə dövlət qeydiyyatına alınmışdır) nəzdində təşkil edilməsi barədə məlumat nəzərə alınmışdır. Səyyar sessiya isə filialdan fərqli olaraq mahiyyətinə görə fəaliyyət göstərdiyi ölkənin tənzimləyici müdaxiləsini tələb etməyən bir formadır.
16. Sözügedən qərarda əlavə olaraq göstərilmişdir ki, Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universit etindən (keçmiş adı Moskva Dövlət Sosial Universiteti) 2006-cı ilədək məzun olmuş və əldə etdiyi xarici ali təhsil ixtisasının tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş 56 ərizəçinin xarici ali təhsil ixtisası ölkə ərazisində tanınmış və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edilmişdir.
17. Bakı Apellyasiya Məhkəməsi çıxarmış olduğu qərarın 35-ci bəndində göstərmişdir ki, guya iddiaçı iddia ərizəsində qiyabi təhsil almasını göstərmişdir, lakin iddia ərizəsində iddiaçının bu barədə heç bir cümləsi yoxdur, iddiaçı dəfələrlə Bakı Apellyasiya Məhkəməsində əyani təhsil aldığını göstərmişdir və təhsil aldığı yerin, müəllimlərin adlarını və fotoşəkillərini göstərmişdir. Tələbə yoldaşlarının fotoşəkillərini məhkəməyə təqdim etmiş, lakin sədrlik edən həmin fotoşəkilləri işə əlavə etməkdən imtina etmişdir.
18. İddiaçı 14 may 2002-ci il tarixində Dövlət Attestasiya Komissiyasının qərarı ilə Moskva Dövlət Sosial Universitetinin sosial pedaqoq müəllim psixoloq ixtisasını bitirərək H B C ******* saylı diplomu alandan dərhal sonra Milli Aviasiya Akademiyasına daxil olaraq 19 il həmin akademiyada ixtisası üzrə işləmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilmə sinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütü n hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının t ələblərinə riayət edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
24. Hazırkı işdə iddiaçının hüquqi marağı ona məxsus diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə yönəlmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi iddiaçının iddiasının rədd olunması nəticəsinə gələrkən qərarında göstərmişdir ki, “məhkəmə araşdırması zamanı təqdim və tədqiq edilmiş sübutlar ziddiyyətli olmaqla, bu ziddiyyətlərin inzibati məhkəmə icraatında aradan qaldırılması mümkün olmadığından məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarından çıxış edərək iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaətini əsaslı və işin faktiki hallarına uyğun hesab etmir.”
26. Həmçinin a pellyasiya məhkəməsinin sözügedən qərarında yazılmışdır ki, “Məhkəmə Kollegiyası Beynəlxalq sosial təhsil Mərkəzi barədə ona görə araşdırma aparmamışdır ki, iddiaçı təhsilini Beynəlxalq sosial təhsil Mərkəzində aldığını iddia etməmişdir. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddianı təmin edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən qəbul edilmiş 21(102)- 882/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında digər göstərilənlərə, yəni-Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universitetindən (keçmiş adı Moskva Dövlət Sosial Universiteti) 2006-cı ilədək məzun olmuş və əldə etdiyi xarici ali təhsil ixtisasının tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş 56 ərizəçinin xarici ali təhsil ixtisası ölkə ərazisində tanınması na və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edilməsinə istinad edilməsinə əsaslanmışdır. Bununla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı iddiaçı təhsil aldığı tələbə yoldaşlarından kimin isə adını söyləyə bilməyəcəyini bildirmişdir. Məhkəmə Kollegiyası bu səbəbdən işin obyektiv araşdırılması baxımından iddiaçının təhsil aldığını iddia etdiyi dövr üzrə tələbələrdən şahid qismində məhkəmədə dindirilməsi yönündə də araşdırma aparmamışdır.”
27. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən, özünün də qərarında göstərdiyi iş üzrə təqdim edilmiş bir çox sübutların və işin hallarının ziddiyyətli olması səbəbindən, eləcə də digər səbəblərdən araşdı rmamış, nəticə etibarı ilə də onlara hüquqi qiymət verməmişdir.
28. Bununla da apellyasiya məhkəməsi, məhkəmə kollegiyasının qənaətinə görə İPM-in 12.1, 12.2, 13-cü maddələrinin tələblərini pozmuşdur.
29. Belə ki, İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
30. Həmin məcəllənin 12.2-ci maddəsində deyilir ki, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
31. Həmin məcəllənin 12.3-cü maddəsinə görə məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
32. Həmin məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
33. Lakin yuxarıda artıq göstərildiyi kimi, apellyasiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarından göründüyü kimi, apellyasiya məhkəməsi tərəfindən işin ziddiyyətli m əqamlarının tam və hərtərəfli araşdırılması istiqamətində ümumiyyətlə iş görülməmişdir.
34. Belə ki, apellyasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, “Qeyd edilənlənlərə münasibətdə məhkəmə Kollegiyası diqqətə çəkir ki, əvvəla iddiaçı təhsilini qiyabi aldığını bildirsə də, iddiaçıya təqdim olunan diplom əlavəsinin birinci bəndində onun təhsil aldığı proqram üzrə əyani təhsilalma formasında təhsilin normativ müddətinin 5 (beş) il olması göstərilmişdir. İkincisi, iddiaçı təhsilini Bakı şəhərində aldığını, lakin təhsil aldığ müəssisənin, yaxud Firmanın adını dəqiq söyləyə bilmədiyini, həmçinin, təhsil aldığı tələbə yoldaşlarından kimin isə adını söyləyə bilməyəcəyini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası iddiaçının Bakı şəhərində, hansı təhsil müəssisəsində və hansı qa ydada təhsil almasını müəyyən edə bilməmişdir.”
35. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia ərizəsində, onun qiyabi qaydada təhsil alması yazılmamışdır.
36. Halbuki apellyasiya məhkəməsinin 13 iyun 2023-cü il tarixli məhkəmə iclasının protokolundan (iş səh. 173-175) görünür ki, iddiaçı həmin tarixdə keçirilmiş məhkəmə iclasında təhsilini qiyabi aldığını, diplom əlavəsinə niyə təhsil müddətinin 5 il və əyani yazıldığının səbəbini bilmədiyini, normativləri ödədiyi üçün 4 il təhsil aldığını, oxuduğu təhsil müəssisəsinin “Gənclikdə” yerləşən müəllimlər institutunda yer götürdüyünü və onların orada dərs keçdiyini bildirmişdir.
37. Lakin apellyasiya məhkəməsi işin ziddiyyətli hesab olunan bu məqamlarını araşdırmamış, yəni bu barədə iddiaçının oxuduğu təhsil müə ssisəsinə sorğu göndərməmişdir.
38. Halbuki apellyasiya məhkəməsi öz qərarında yazmışdır ki, “iddiaçının müraciətinə əsasən Rusiya Dövlət Sosial Universiteti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, U-3139 nömrəli məktubun tərcümə olunmuş surətindən görünür ki, X2 həqiqətən də, Moskva Dövlət Sosial Universitetinin tələbəsidir. İddiaçı "Sosial pedaqoq. Pedaqoqpsixoloq” ixtisası təqdim olunmuşdur və xx.xx.2002-ci il tarixli, 13 qeydiyyat nömrəli HBC ******* saylı diplom verilmişdir. Əlavə olaraq məlumat verərək bildirirlər ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ali təhsil sahəsində əməkdaşlıq haqqında dövlətlərarası razılaşmaya, Moskva Dövlət sosial Universiteti ilə "Texnoloq" elmi istehsal şirkəti arasında 12 iyul 1996-cı ildə bağlanan müştərək fəaliyyət haqqınd a müqaviləyə müvafiq olaraq Azərbaycan Respublikası, Bakı şəhərinin Firmasının bazasında 298 saylı 29 iyul 1996-cı il tarixli Əmrə əsasən Beynəlxalq sosial təhsil Mərkəzi (VKM) BSTM açılmışdır. 2002-ci ildə Beynəlxalq sosial təhsil Mərkəzi (VKM) BSTM-nin adı dəyişdirilərək, Bakı şəhərində Beynəlxalq sosial təhsil Mərkəzi (VKM) BSTM-nin nümayəndəliyi olaraq adlandırılmışdır. Məktubda həmçinin, bildirilmişdir ki, RDSU-nin işlərinin nomenklaturasına müvafiq olaraq dərs cədvəlinin saxlanması müddəti - 1 il, məqbul imtahan cədvəllərinin saxlanması müddəti isə 5 il təşkil edir. Bununla əlaqədar olaraq məşğələ keçirən müəllimlərə məlumatın təqdim olunması mümkün deyildir.”
39. Bundan başqa iş materiallarında (iş səh. 16-18) iddiaçının oxuduğu təhsil müəssisəsinin, onun müxtəlif fənlər üzrə aldığı qiymətlər barədə arayış da mövcuddur ki, bununla bağlı da həmin təhsil müəssisəsinə sorğu göndərilməlidir.
40. Həmçinin məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli fərmanı ilə xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı təsdiq edilmişdir. Həmin siyahıda, eləcə də, Prezidentin “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" xx.xx.2002-ci il tarixli fərmanında xarici təhsil müəssisələrinin ölkəmizdə fəaliyyəti üçün lisenziya alması nəzərdə tutulmamışdır. O cümlədən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003 tarixli 64 saylı qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrif ikasiya) qaydaları”nda da Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici Universitetin lisenziyasının olmaması nostrifikasiyadan imtina edilməsinin əsası kimi nəzərdə tutulmamışdır.
41. Eyni zamanda iş materiallarına əlavə olunmuş hazırki mübahisənin predmeti olan Universitetin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən qəbul edilmiş 2-1(102)-882/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, “işin halları araşdırılarkən müəyyən edilmişdir ki, Universitetin Bakıdakı fəaliyyəti filial deyil, səyyar sessiyalar formasında həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli xx-xx-1841/16 saylı məktubundan görünür ki, Moskva Dövlət Sosial Universitetində qiyabi təhsil alan tələbələrin, Universitetin Bakıda yerləşən tədris-məsləhət məntəqəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar səyyar sessiyalarının müvəqqəti olaraq "Bilik" Elm-Sosial Mərkəzinin (işdə olan vergi orqanının arayışına əsasən həmin Mərkəz 1998-ci ildə dövlət qeydiyyatına alınmışdır) nəzdində təşkil edilməsi barədə məlumat nəzərə alınmışdır. Səyyar sessiya isə filialdan fərqli olaraq mahiyyətinə görə fəaliyyət göstərdiyi ölkənin tənzimləyici müdaxiləsini tələb etməyən bir formadır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, işdə olan Təhsildə Keyfiyyət Agentliyinin məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli 00-05333/TKTA və 00-05-334/ TKTA nömrəli məktublarından görünür ki, Azərbaycan Respublikası ərazisində fəaliyyətinə i cazə verilmiş ali təhsil müəssisələrinin siyahısında “Bilik” Elm-Sosial Mərkəzi yer almamışdır. Həmçinin, Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universitetinin (keçmiş adı Moskva Dövlət Sosial Universiteti) Bakıda yerləşən hüquqi əsası olmayan filialının fəaliyyətinin dayandırılması ilə əlaqədar bu filialın bazasında qiyabi təhsil alan tələbələrin səyyar sessiyalarının “Bilik” Elm-Sosial Mərkəzi nəzdində təşkil edilməsi barədə hər hansı məlumat və sənəd aşkarlanmamışdır.”
42. Sözügedən qərarda həmçinin əlavə olaraq göstərilmişdir ki, “Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universitetindən (keçmiş adı Moskva Dövlət Sosial Universiteti) 2006-cı ilədək məzun olmuş və əldə etdiyi xarici ali təhsil ixtisasının tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmi ş 56 ərizəçinin xarici ali təhsil ixtisası ölkə ərazisində tanınmış və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edilmişdir.”
43. Lakin apellyasiya məhkəməsi sözügedən istiqamətdə də ümumiyyətlə araşdırma aparmamış, halbuki iddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, təhsil aldığı yerin, müəllimlərin adlarını və fotoşəkillərini, tələbə yoldaşlarının fotoşəkillərini göstərsə də, apellyasiya məhkəməsi həmin sənədləri işə əlavə etməkdən imtina etmişdir.
44. Həmçinin iddiaçı kassasiya şikayətində, oxuduğu təhsil müəssisəsindən diplomu alandan dərhal sonra Milli Aviasiya Akademiyasına daxil olaraq 19 il həmin akademiyada ixtisası üzrə işləmişdir.
45. Lakin apellyasiya məhkəməsi tərəfindən sözügedən fakt “İnzibati icraat haqqında” Qanunun 12, 13-cü maddələrinin təl əbləri baxımından tam və hərtərəfli araşdırılmamış və nəzərə alınmamışdır.
46. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 21(103)-1128/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.