Məhkəmə qərarları › İş №2-1(102)-2346/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2346/2024

01.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2346/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 01.11.2024 hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (106)143/2024 nömrəli, 8 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Səyyar Vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********148661 nömrəli qərara əsasən, İddiaçı MMC-də Vergi Məcələsinin 38.3.5-ci maddəsinə əsasən 2018-ci ilin iyun ayından 2021-ci il may ayınadək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır. 2. “Səyyar Vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********148732 nömrəli aktdan görünür ki, 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-c i il tarixli, **********148661 saylı qərarına əsasən 8 saylı Ərazi Vergilər idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin baş dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X3 tərəfindən İddiaçı MMC-i üzrə vergi məcəlləsinin 38.3.5 maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. 3. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********152980 nömrəli qərardan görünür ki, İddiaçı MMC-də aparılmış növbədənkə nar səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib olunmuş xx.xx.2021-ci il tarixli **********148732 nömrəli “Səyyar vergi yoxlaması” Aktına əsasən vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinə (iddiaçıya) ümumilikdə 317732,27 manat əlavə vergilərin hesablanması və 162587.87 manat maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021ci il tarixli, **********152980 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İmişli Rayon icra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 127 saylı Sərəncamına əs asən İddiaçı MMC-yə rayonun Qaradonlu və Gövhərli kəndləri ərazisində yerləşən ümumi sahəsi 80.30 ha olan torpaq sahəsində qum-çınqıl materiallarının çıxarılmasına icazə verilmiş və qeyd olunan torpaq sahəsində “Dağ-mədən işlərinin inkişaf planı” razılaşdırılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin DağMədən ayrılması haqqında xx.xx.2018-ci il tarixli, 01045 saylı Aktına əsasən İmişli rayonunun inzibati ərazisində İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən qum-çınqıl yatağında Markşeyder planı üzərində 5 sahə künc nöqtələri ilə nömrələnmiş 80.3 hektar ərazi 5 il müddətində qum-çınqıl hasilatının həyata keçirilməsi məqsədilə MMC-nin istifadəsinə verilmişdir. Bundan əlavə, qeyd olunan torpaq sahəsində qum-çınqıl hasilatına dair MMC-yə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza idarəsi tərəfindən Ekoloji pasport da təqdim olunmuşdur. Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi tərəfindən verilmiş lisenziyaya əsasən İddiaçı MMC-yə imişli rayonunun ərazisində yerləşən “İmişli” qum-çınqıl yatağı ünvanında dağ-mədən işlərinin həyata keçirilməsinə icazə verilmişdir. İddiaçı MMC fəaliyyət göstərdiyi dövr ərzində qanunla həmin fəaliyyət üzrə müəyyənləşdirilmiş vergini ödəmiş, müvafiq bəyannamələri vaxtı-vaxtında vergi orqanına təqdim etmişdir. Yaxın vaxtlarda vergi orqanı tərəfindən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və öd ənilməsi) növbədənkənar səyyar vergi yoxlaması təyin edilərək keçirilmişdir. Yoxlamanın nəticəsi kimi, vergi ödəyicisinin (iddiaçının) vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. Cəmiyyətin həmin qərardan sonralar məlumatı olmuşdur. Qərar üzrə iddiaçıya vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin və inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə verilmişdir. Tələbnaməyə əsasən əlavə hesablanmış vergilərə görə 187811,0 manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası 162587,87 manat müəyyən edilmişdir. Cavabdehin hərəkətləri qanunsuzdur. Belə ki, yuxarıda qeyd edildiyi kimi cəmiyyət tərəfindən bütü n vergilər və məcburi ödənişlər vaxtı-vaxtında ödənilmişdir. Cəmiyyət tərəfindən hər hansı pozuntuya yol verilməmişdir. Buna görə həmin qərardan şikayət ərizəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilərək həmin qərarın ləğv edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 31 may 2022-ci il tarixli, **********189100 saylı qərarı ilə İddiaçı MMC fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlaması barədə Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2022-ci il tarixli inzibati şikayətlərinin baxılmamış saxlanılması qərara alınmışdır. Dövlət Vergi Xidməti hesab etmişdir ki, vergi orqanı tərəfindən səyyar vergi yoxlaması aktı əsaslı və etibarlı hesab edilərək, Vergi ödəyicisinin və ya sığortaedəni n vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********152980 saylı qərar qəbul edilmişdir. Qərar vergi ödəyicisi tərəfindən heç bir irad bildirilmədən imzalanıb bir nüsxəsi qəbul edilmişdir. Vergi ödəyicisi inzibati şikayətin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 3 ay müddəti buraxmaqla, xx.xx.2022-ci il tarixdə vergi orqanına müraciət etmiş, inzibati şikayətin verilməsi müddətinin buraxılması və müddətin buraxılmasının səbəbinin üzrlü olması ilə bağlı Dövlət Vergi Xidmətinə heç birtəsdiqedici sənəd təqdim etməmişdir. Qeyd olunanlarla bağlı, şikayətin verilməsi müddətinin buraxılması səbəbinin üzrlü olduğunu təsdiq edən sənədlərin xx.xx.2022-ci il tarixədə k təqdim edilməsi barədə vergi ödəyicisinin elektron qutusuna xx.xx.2022-ci il tarixli **********084500 nömrəli məktub göndərmiş, lakin qeyd olunan sənədlər araşdırmaya təqdim edilməmişdir. Bununla əlaqədar olaraq qeyd etmək istəyirik ki, mübahisələndirilən qərarın surətini əldə etdikdən sonra dərhal şikayəti ərizəsi ilə Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilmiş və cəmiyyət tərəfindən müddət ötürülməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergilər və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3-cü maddəsinə əsasən heç kəsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz (maddə 3.8.). Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmışdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin (maddə 3.9.). Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir (maddə 3.11.).Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir verg i ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2003-cü il tarixli Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hə min Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Göstərilənləri və Azərbaycan Respublikası İPM-nin 2.2.1-ci və 33-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmədən cavabdeh Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsinin xx.xx.2021-ci il tarixli, **********152980 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Şirvan inzibati Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, e-2-1 (120)-631/2023 nömrəli qərarı ilə (hakim A.Hüseynova) iddianın qismən təmin edilməsi, Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı MMC-də aparılmış növbədənkənar səyyar vergi yoxlamasının nəticələrinə dair qəbul etdiyi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********152980 nömrəli Qərarı mənfəət vergisi üzrə əlavə hesablanmış 6865,50 manat və həmin məbləğin 50%-i miqdarında, yəni 23432,75 manat məbləğində tətbiq edilmiş maliyyə sanksiyası, əlavə dəyər vergisi üzrə əlavə hesablanmış 211261,76 manat və həmin məbləğin 50%-i miqdarında, yəni 105630,88 manat məbləğində tətbiq edilmiş maliyyə sanksiyası, həmçinin 2020-ci ildə muzdla işləyənləri ödəmə mənbəyində t utulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə əlavə hesablanmış 114,88 manat və həmin məbləğinin 50%-i miqdarında tətbiq edilmiş 57,44 manat maliyyə sanksiyası hissəsində qismən ləğv edilməsi, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ

22. Hesab №AZ34CTRE********************) köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi orqanı tərəfindən İddiaçı MMC-də xx.xx.2018-xx.xx.2021-ci il vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması həmin dövr üzrə cəmiyyətin fəaliyyətini real əks etdirən mühasibatlıq sənədləri əsasında aparılmamışdır.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

9. Şirvan Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(106)-143/2024 'mrəli, 8 may 2024-cü il tarixli qərarı ilə (hakimlər: F.Hüseynov /sədrlik edən və əruzəçi/, S.Həsənov və T.Kərimov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxla nılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (VÖEN **********) tərəfindən Vergi Məcəlləsinin 71-ci maddəsinin tələblərinə uyğun vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən uçot sənədləri qanunvericiliklə müəyyən olunmuş qaydada aparılmamış, səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə aylıq material hesabatlarını, aylıq daxili kassa hesabatlarını, daxili istehsal hesabatları, yerin təkindən çıxarılmış çınqıl qumun həcmi və onun emalı prosesində qüvvədə olan normativlərə əsasən alınmış mal çeşidləri (qum, qırma daş, şeben, çınqıl, otsep) barədə daxili istehsal hesabatlarını, habelə gəlirlərin əldə edilməsi ilə bağlı xərclərin uçotu aparılmamışdır. Emal olunmuş mal çeşidləri üzrə məhsul vahidlərinin kalkulyasiyası tərtib olunmamışdır.

13. Vergi Məcəlləsinin 45-ci maddəsinin tələblərinə əsasən mütəxəssis dəvət edilmişdir. Yoxlama ilə əhatə olunan dövr üzrə cəmiyyət tərəfindən "xxxx" ASC-dən (VÖEN **********) 443053 manat dəyərində 4922811,14 kv. saat elektrik enerjisi alaraq istehsalata sərf edilmişdir. Cəmiyyətdə yerin təkindən çınqıl və qum qarışığının çıxarılması və onun emalı və çeşidlənməsi prosesində istifadə etdiyi qurğu və avadanlıqlar yalnız elektrik enerjisindən istifadə etməklə işlənilmişdir. Ona görə də mütəxəssis tərəfindən avadanlıqların istehsal gücü və enerji sərfiyyatı nəzərə alınmaqla istehsal həcmi müəyyən edilmişdir. Göründüyü kimi, sərf edilmiş elektrik enerjisi sərfiyyatı əsasında məhsulların istehsal həcminin hesablanması məhsulun maya dəyərinin kalkulyasiyasının tərtib olunma prinsiplərinə uyğun olmadığını və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmadığını dəlillər əsassız olmuşdur. Belə ki, "xxxx" MMC tərəfindən Vergi Məcəlləsinin 71-ci maddəsinin tələblərinə uyğun vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən uçot sənədləri qanunvericiliklə müəyyən olunmuş qaydada aparılmamış, emal olunmuş mal çeşidləri üzrə məhsul vahidlərinin kalkulyasiyası tərtib olunmamışdır. Yoxlama i lə əhatə olunan dövrdə cəmiyyət tərəfindən mal çeşidlərinin satışı zamanı kəskin qiymət fərqlərinin müəyyən edilməsi, çınqıl və qumun satışı zamanı bazar qiymətlərinə uyğunluğunun müəyyən edilməsi üçün VM-nin 44-cü maddəsinin tələblərinə əsasən yoxlamaya ekspert dəvət olunmuşdur. Ekspert tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə satılmış mal çeşidlərin bazar qiyməti haqqında rəy yoxlamaya təqdim olunmuşdur. Mütəxəssis və ekspert rəyləri vergi ödəyicisinin rəhbəri tanış edilmiş, onun tərəfindən hər hansı narazılıq bildirilmədiyindən, vergilərin hesablanmasında həmin rəylərin məlumatlarından istifadə edilmişdir.

14. Həmçinin qeyd etməyi zəruri hesab edirik ki, Ali Məhkəmənin “Qafqaz-B.T” firmasının Lokal Gəlirlər Baş idarəsinə qarşı olan xx.xx.2017-ci il tarixli qərarında mütəxəssis rəyi ilə elektrik enerjisi əsas götürülməklə istehsal həcminin müəyyən edilə bilməsinin mümkünlüyü qeyd edilmiş və qəbul edilmişdir.

15. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “iddiaçının nümayəndəsi tərəfindən təqdim edilən 4 saylı X4 ******* saylı ambulator kitabdan çıxarışına əsasən İddiaçı MMC-nin direktoru X5 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Dispanserdə “sol tərəfli bronxopnevmaniya, sorulma forası” diaqnozu ilə müalicə almışdır, iddiaçının şikayətinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 31 may 2022-ci il tarixli inzibati şikayətin baxılmamış saxlanılması haqqında **********189100 nömrəli qərarın surətindən görünür ki, İddiaçı MMC fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlaması barədə Dövlət Verg i Xidmətinə verdiyi xx.xx.2022-ci il tarixli inzibati şikayətlərinin baxılmamış saxlanılması qərara alınmışdır. Qərarın göndərilməsi barədə sənəd məhkəməyə təqdim edilməmişdir, iddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçı tərəfin gətirdiyi dəlilləri nəzərə alaraq, mübahisələndirilən inzibati akt üzrə prosessual müddətin buraxılmasının səbəblərini üzrlü sayır və buraxılmış prosessual müddətin bərpa olunmasını məqsədəuyğun hesab edir. İddiaçının iddia ərizəsinə əlavə edərək təqdim etdiyi mübahisələndirilən qərarda ümumiyyətlə Cəmiyyətin nümayəndəsinin qərarı qəbul etməsi barədə qeyd və imzasının olmaması, vergi orqanının təqdim etdiyi qərar nüsxəsində isə müvafiq qrafada Cəmiyyətin direktoru X2 adının və qarşısında imzanın olması, eyni zamand a qeyd olunan sənədlərə vizual baxış zamanı imzaların fərqli olması qərarın vergi ödəyicisinin nümayəndəsinə şəxsən təqdim edilməsi ilə bağlı cavabdehin dəlillərinin əsaslı olmadığını deməyə əsas verir.

16. Məhkəmə kollegiyası tərəfin yekun məhkəmə qərarının şübhə doğurmaması hüququnu kobud şəkildə pozmuşdur. Belə ki, məhkəmə kollegiyası bir tərəfdən inzibati şikayətin baxılmaması qərarına istinad etmiş, digər tərəfdən həmin qərarın iddiaçıya verilmədiyi fikrini irəli sürmüş, daha sonra isə məsuliyyət qərarının iddiaçıya şəxsən verilmədiyi arqumentini sübut etmək üçün ehtimalları və şəxsi fərziyyələrindən istifadə etmişdir. Xüsusi bilik tələb etdiyi halda imzaların vizual baxış əsasında müəyyən edilməsi hesab edirik ki, yolverilməzdir. Digər tərəfdən hansı sənədlər ilə məsuliyyət qərarında olan imzaların vizual baxış əsasında fərqliliyin müəyyən edilməsi də qeyri-müəyyən olaraq qalmışdır. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.

17. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU

18. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 14.6.3. Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açı q mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: Maddə 14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir. Maddə 14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır. Maddə 14.6.3.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müq avilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Maddə 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunverici liklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüququdur. Maddə 36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisi nin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Maddə 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək səyyar vergi yoxlaması dayandırılır. Maddə 67.1. bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi)istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obye ktinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır.

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətin də müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati m übahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məlum olduğu kimi, İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, **********152980 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir.

23. Şirvan inzibati Məhkəməsinin 2-1(120)-631 /2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə qərarın mübahisələndirilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir.

24. Cavabdeh onun qərarının mübahisələndirilməsi üçün iddiaçı tərəfindən İPM ilə müəyyən edilmiş prosessual müddətin buraxılmasını bildirir.

24. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsassızdır, belə ki, iddiaçının kassasiya şikayəti verdiyi “etiraz və mülahizələrə əlavə” adlı sənəddən, həmçinin iş materiallarından göründüyü kimi, cavabdehin xx.xx.2021-ci il tarixli **********152980 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə haqqınd a” Qərarından iddiaçının verdiyi ilk şikayət xx.xx.2022-ci il tarixində olmuşdur. Bunun səbəbi isə ondan irəli gəlmişdir ki, qərar barəsində iddiaçıda heç bir məlumat olmamış, qərar rəsmi qaydada təqdim edilməmiş və İddiaçı MMC-nin direktoru X5 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Dispanserdə “sol tərəfli bronxopnevmaniya, sorulma forması” diaqnozu ilə müalicə aldığından, müalicənin sonlarına yaxın müəssisənin şəxsi vərəqəsi ilə tanış olduğu zaman, belə bir qərarın mövcudluğu barəsində şəxsi vərəqədə olan qeydlər əsasında məlumatlı olmuşdur. İddiaçı tərəfindən verilmiş şikayətin nəticəsi olmadığından, yəni şikayətə baxılmanın nəticəsi olaraq qəbul olunmuş qərar iddiaçıya göndərilmədiyindən, iddiaçı xx.xx.2022-ci il tarixli şikayət ərizəsi ilə cavabdehin apellyasiya şurasına müraciət etdi və şikayətin təmin olunmaması barəsində şifahi məlumat əldə etdikdən dərhal sonra, iddiaçı xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etdi.

25. Bununla yanaşı vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş mübahisələndirilən inzibati aktın nüsxəsində İddiaçı MMC-nin direktoru X2 adının qarşısında olan imzanın ona məxsus olmaması müəyyən edilmişdir. Belə ki, onun adından təqdim edilmiş imzanın, iş materiallarında olan imzalardan, o cümlədən vəkilə verdiyi etibarnamədə olan imzadan kəskin fərqlənməsi vizual olaraq müşahidə olunur. Eyni zamanda cavabdeh məhkəməyə, mübahisəli qərarın iddiaçı tərəfindən alınmasını təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir.

26. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisəyə münasibə tdə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2021-ci il tarixli, **********14866 nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) açıqlamamış, diskresion səlahiyyətlərindən niyə məhz bu formada istifadə etməsinin səbəblərini əsaslandırmamışdır. Bu mənada növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiy i qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Odur ki, cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.

27. Məhkəmə kollegiyası cavabdehin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq qeyd edir ki, bu dəlillər əsassız olmaqla qanunvericiliyin müddəaları ilə ziddiyyət təşkil edir.

28. Belə ki, İPM-in 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Başqa sözlə, hazırkı halda s übutetmə yükü cavabdehin üzərindədir. Məhz cavabdeh mübahisələndirilən inzibati aktın əsaslandığı faktların mövcudluğunu sübut etməlidir.

29. Belə ki, inzibati qanunvericiliyin tələbi baxımından, vergi orqanının inzibati icraat zamanı (bu halda növbədənkənar səyyar vergi yoxlaması aparılarkən və müvafiq qərar qəbul edilərkən) işin hallarını obyektiv araşdırmaq vəzifəsi vardır (“İnzibati icraat haqqında" Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir, inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“inzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi).

30. Yəni, cavabdeh əldə etdiyi məlumatların həqiqiliyini araşdırmalı, məlumatlar əsasında alıcıları müəyyən etməli, izahatlar almalı, Vergi Məcəlləsi ilə ona verilmiş səlahiyyət çərçivəsində əlavə araşdırma aparmalı idi (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi).

31. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “Səyyar Vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********148661 nömrəli qərardan görünür ki, İddiaçı MMC-də Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən 2018-ci ilin iyun ayından 2021-ci il may ayınadək olan fəaliyyət dövrü üzrə ve rgilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır. “Vergi yoxlamasının həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********148737 nömrəli, xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər İdarəsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 36-cı, 37-ci və 42-ci maddələrini əsas tutaraq “Səyyar vergi yoxlamasının aparılması üçün zəruri olan sənədlərin təqdim olunması”nı İddiaçı MMC-dən tələb etmişdir. xx.xx.2021-ci il tarixli “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” olan protokoldan görünür ki, İddiaçı MMC-dən ilkin mühasibat sənədləri 99 vərə q və sənədlərin adı və sayı barədə 1 vərəq siyahı əlavə olunmuş 1 qovluqda qablaşdırılmış sənədlər götürülmüşdür. İddiaçı MMC-nin direktoru X5 aktı və protokolu imzalayaraq surətlərini almışdır.

32. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “Səyyar Vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********148732 nömrəli akta əsasən, 8 saylı Ərazi Vergilər idarəsinin xx.xx.2021-ci il tarixli, **********148661 saylı qərarına əsasən 8 saylı Ərazi Vergilər idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin baş dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X3 tərəfindən İddiaçı MMC-i üzrə vergi məcəlləsinin 38.3.5 maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesab lanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Növbədənkənar səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2021-ci il tarixli **********148732 nömrəli “Səyyar vergi yoxlaması” Aktı ilə rəsmiləşdirilmişdir. Həmin akta görə vergi yoxlaması nəticəsində İddiaçı MMC tərəfindən mənfəət vergisinin 46865,50 manat, o cümlədən 2018-ci il üzrə 5507,93 manat və 2020-ci il üzrə 41357,57 manat azaldılması, əlavə dəyər vergisinin 211261,76 manat, o cümlədən 2018-ci il üzrə 54672,64 manat, 2019-cu il üzrə 829,20 manat, 2020-ci il üzrə 142854,94 manat və 2021-ci il üzrə 12904,98 manat azaldılması, torpaq vergisinin 54960,00 manat, o cümlədən 2019-cu il üzrə 18320,00 manat, 2020-ci il üzrə 18320,00 manat və 2021-ci il üzrə 18320,00 manat azaldılması, əmlak vergisinin 1590,13 manat, o cümlədən 2018-ci il üzrə 145,68 manat, 2019-cu il üzrə 1327,98 manat və 2020-ci il üzrə 1116,47 manat azaldılması, ödəmə mənbəyində tutulan verginin 2940 manat, o cümlədən 2018-ci il üzrə 840,00 manat, 2019-cu il üzrə 1240,00 manat, 2020-ci il üzrə 420,00 manat və 2021-ci il üzrə 420,00 manat azaldılması, 2020-ci ildə muzdla işləyənləri ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqının 114,88 manat azaldılması, habelə əlavə dəyər vergisinin 25581,11 manat, o cümlədən 2018-ci il üzrə 17906,72 manat, 2019-cu il üzrə 1987,52 manat, 2020ci il üzrə 5686,88 manat artıq hesablanması, mənfəət vergisinin 2019-cu ildə 4338,62 manat artıq hesablanması müəyyən olunmuş, Azərba ycan Respublikası Vergi Məcəlləsinin 58-ci maddəsinin 1-ci bəndinə əsasən mənfəət vergisinin 46865,50 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 23432,75 manat məbləğində, əlavə dəyər vergisinin 211261,76 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 105630,88 manat məbləğində, torpaq vergisinin 54960,00 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 27480,00 manat məbləğində, əmlak vergisinin 1590,13 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 795,07 manat məbləğində, ödəmə mənbəyində tutulan verginin 2940 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 1470,00 manat məbləğində, muzdla işləyənləri ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqının 114,88 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 57,44 manat məbləğində, ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin vergi orqanına təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 57-ci maddəsinin 1-ci bəndinə əsasən 240,00 manat, təqdim olunmuş mallara görə 6963,42 manat ƏDV-nin gec ödənilməsinə görə Vergi Məcəlləsinin 58-ci maddəsinin 6-cı bəndinə əsasən 3481,71 manat məblğində maliyyə sanksiyasının tətbiq olunması təklif edilmişdir. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********152980 nömrəli qərardan görünü r ki, "xxxx" MMC-də aparılmış növbədənkənar səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib olunmuş xx.xx.2021-ci il tarixli **********148732 nömrəli “Səyyar vergi yoxlaması” Aktına əsasən vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinə (iddiaçıya) ümumilikdə 317732,27 manat əlavə vergilərin hesablanması və 162587.87 manat maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır.

33. Qeyd edilməlidir ki, səyyar vergi yoxlaması zamanı istehsal edilmiş məhsulların həcminin aylar üzrə elektrik enerjisinin sərfinə, avadanlığın istehsal gücünə uyğun müəyyənləşdirilməsi üçün mütəxəssisi yoxlama prosesinə cəlb edilmiş və cavabdeh orqan iddiaçı barədə müvafiq qərar qəbul edərkən mütəxəssis rəyinə əsaslanaraq iddiaçını ve rgi məsuliyyətinə cəlb etmişdir.

34. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi düzgün olaraq qərarında göstərmişdir ki, hər hansı bir vergi ödəyicisinin (fiziki və hüquqi şəxsin) gəlirlərinin elektrik enerjisinin sərfiyyatına görə hesablanması və yoxlanılması vergi qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmamışdır. Yəni gəlirlərinin belə metodla hesablanması hər hansı maddi və prosessual hüquq normasına əsaslanmadığından qanuni sayıla bilməz. Eyni zamanda qeyd edilməlidir ki, Vergi Məcəlləsinin “Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi Qaydaları” adlanan 67-ci maddəsi mövcuddur ki, həmin hüquq norması 67.1-67.15-ci maddələrini əhatə edir.

35. Həmin maddəyə əsasən vergi yoxlamasının aparılması zamanı vergitutma obyektinin müəyyənləşdirilm əsi hər hansı səbəblərdən mümkün olmadıqda, ödənilməli olan verginin məbləği əlaqəli məlumatlardan istifadə edilməklə hesablana bilər.

36. Lakin hazırkı mübahisəyə münasibətdə vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada deyil, həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki həmin Məcəllənin 67-ci maddəsinin tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsasların mövcud olduğu cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə və iş üzrə materiallarla təsdiq olunmur.

37. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olma dığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları»nın 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir.

39. Yəni, Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əməl olunmadan, cavabdeh tərəfindən birbaşa olaraq həmin Məcəllənin 83.9-cu maddəsinə istinadən Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixi 55 saylı Qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarfna əsasən şərti rentabellik norması tətbiq edilməklə vergi ödəyicisinə əlavə vergi məbləği hesablanmışdır.

40. Lakin diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin, habelə 67.14-cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini, yəni verginin şərti rentabellik tətbiq edilməklə hesablanması qaydasının tətbiqini zəruri edən hüquqi əsasların və halların mövcudluğu cavabdeh tərəfindən əsaslandırılmamış, həmçinin məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməyə, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmağa borcludur. Başqa sözlə bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz.

41. Lakin hazırkı mübahisəyə münasibətdə vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada deyil, həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki həmin Məcəllənin 67-ci maddəsinin tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsasların mövcud olduğu cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə və iş üzrə materiallarla təsdiq olunmur.

42. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə g örə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.

43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları»nın 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir.

44. Vergi Məcəlləsinin 67-ci maddəsinin' tələblərinə əməl olunmadan, cavabdeh tərəfindən birbaş a olaraq həmin Məcəllənin 83.9-cu maddəsinə istinadən Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixi 55 saylı Qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən şərti rentabellik norması tətbiq edilməklə vergi ödəyicisinə vergi məbləği hesablanmışdır.

45. Lakin diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin, habelə 67.14-cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini, yəni verginin şərti rentabellik tətbiq edilməklə hesablanması qaydasının tətbiqini zəruri edən hüquqi əsasların və halların mövcudluğu cavabdeh tərəfindən əsaslandırılmamış, həmçinin məhkəmə tərəfindən də müəyyən edilməmişdir.

46. Bütün yuxarıda göstərilənlərə əsa sən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 may 2024-cü il tarixli, 2-1(106)143/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar