Məhkəmə qərarları › İş №2-1(102)-2347/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2347/2019

04.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2347/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2347/19 Bakı şəhəri 04 sentyabr 2019-cu il 04.09.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinin nümayəndəsi XXXnin və vəkili İsmayıl Əhmədin iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinin baş direktorunun müavini XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 mart 2019-cu il tarixli, 2-1(103)-899/2019 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı firması (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 14 dekabr 2018-ci il tarixli “Tələbin icraya yönəldilməsi haqqında” qərarının ləğv edilməsi və iddiaçıya hesablanmış 62.095,43 manat əsas və 120 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 62.215,43 manat vergi borcunun silin məsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı həmçinin, məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək müvəqqəti xarakterli müdafiə tədbiri kimi vergi orqanı tərəfindən iddiaçıya hesablanmış vergi borcunun 105% həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulması istisna olmaqla, mübahisələndirilən vergi borcu ilə bağlı iddiaçının bank hesabında olan pul vəsaitlərinin tutulması və ya alınması ilə bağlı sərəncamların qoyulmasının cavabdehə qadağan edilməsi, qoyulduğu təqdirdə icra edilməməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı ərizəsində bildirmişdir ki, firma hüquqi şəxs kimi qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçdikdən sonra vergi ödəyicisi kimi qeydiyyata alınmış və üzərinə düşən vergi öhdəliklərini vaxtında və tam olaraq yerinə yetirmişdir. Buna baxmayaraq, cavabdeh firmanın barəsində əlavə vergilər hesablamış və onun “xxxx” ASC-də olan AZ04PAHA40030AZNHC********** saylı hesablaşma hesabına qanunsuz olaraq 11 yanvar 2019-cu il tarixli, **********8A saylı sərəncam qoymuşdur. Sərəncam iddiaçı üçün işçilərinin maaşlarını ödəyə bilməməsi, habelə digər vergi ödəyiciləri qarşısında öhdəliklərinin icra olunmaması kimi arzuolunmaz nəticələr yaratmış və onun fəaliyyətinə ziyan vurmuşdur. İddiaçı hesab etmişdir ki, iş üzrə gələcəkdə qəbul olunacaq qərarın icrasının təmin edilməsi məqsədi ilə cavabdehin sərəncamının icrasının dayandırılması vacibdir. Cavabdeh ərizəy ə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 yanvar 2019-cu il tarixli, 2-1(82)1093/2019 saylı qərardadı ilə (hakim Etibar Mustafayev) iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, vergi qanunvericiliyi vergi orqanı tərəfindən vergi ödəyicisinə hesablanmış vergi borcları məhkəmə mübahisəsinin predmetidirsə, mübahisəyə baxıldığı dövrdə əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasının təmin olunmasını vergi ödəyicisinin vəzifəsi kimi müəyyən etmişdir. İddiaçının məxaric əməliyyatları üzrə sərəncamın qoyulması ziddiyyətli maraqların tarazlığını təmin edir və həmin sərəncamın qoyulması qadağan edilə bilməz. Lakin, həmin sərəncam istisna olmaqla vergi orqanının mübahisələndirilən qərarlarının icrasına yönələn digər hərəkətlər iddiaçının vəsaitinin onun hesabından silinməsi ilə nəticələnə, yaxud onun hesabına pul vəsaitinin daxil olmasına mane ola bilər ki, qərarın iddiaçının xeyrinə olacağı təqdirdə onun hüquqlarının qorunması mümkün olmaya və ya xeyli dərəcədə çətinləşə bilər. Həmin qəradaddan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin rədd edilməsi barədə qərardad olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 mart 2019-cu il tarixli, 2-1(103)-899/2019 saylı qərardadı ilə (sədrlik edən Elmira Nağıyeva, hakimlər Vüsalə B axışova və Həmid Həmidov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilərək müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə qismən təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək vergi orqanı tərəfindən mübahisələndirilən vergi borcu ilə əlaqədar 62.215,43 manat borcun iddiaçının Azərbaycan Respublikasının bütün banklarında olan hesablarına pul vəsaiti ilə bağlı sərəncamların qoyulması cavabdehə qadağan edilmişdir. Məhkəmə kollegiyasının qərarı ilə, iş üzrə yekun məhkəmə qərarı qəbul edilib qanuni qüvvəyə minənə kimi cavabdehin 24 iyul 2015-ci il tarixli, **********937200 saylı qərarına əsasən hesablanmış vergilər və maliyyə sanksiyası üzrə ümumi 62.215,43 manat məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xari ci valyutada cari və digər hesablarında məxaric əməliyyatlarının aparılması iddiaçıya qadağan edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən hesablanmış vergi borcu ilə əlaqədar 62.215,43 manat vəsaitin iddiaçının Azərbaycan Respublikasındakı bütün banklarda olan hesablarına pul vəsaiti ilə bağlı sərəncamların qoyulması cavabdehə, hesablanmış vergi və maliyyə sansksiyası məbləğinin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarından məxaric əməliyyatlarının aparılması isə iddiaçıya qadağan olunmalıdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-2, 65.2, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1, 40.3, 41.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan cavabdeh kassasiya şikayəti verərək onun qismən ləğv edilməsi və iddiaçının ərizəsinin təmin edilmiş hissədə rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsi iddiaçı müəssisənin bank hesablarına sərəncamların qoyulmasını vergi orqanına, mübahisələndirilən vergi borcunun 105 faizi həcmində məxaric əməliyyatlarının aparılmasını isə iddiaçıya qadağan etmişdir. Bununla apellyasiya məhkəməsi cavabdehə bütün sərəncamların qoyulmasını qadağan etmişdir ki, bu da qanunvericiliklə vergi üçün müəyyən edilmiş hüquqların məhdudlaşdırılması deməkdir. Cavabdeh həmçinin qeyd etmişdir ki, vergi orqanının hesabladığı vergilərin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması qanunvericiliklə vergi ödəyicisinin vəzifəsinə deyil, vergi orqanlarının hüquqlarına aid edilmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.6, 23.1.7, 65.2, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1, 43.1-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 62-ci maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərardadında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən 24 iyul 2015-ci il tarixdə kameral vergi yoxlaması aparılmış, iddiaçıya vergi orqanı tərəfindən aparılmış yoxlama nəticəsində 188,8 manat məbləğində vergi borcu müəyyən edilmişdir. Cavabdeh tərəfindən 24 iyul 2015-ci il tarixdə kameral vergi yoxlaması aparılmış, yoxlama nəticəsində 188,8 manat məbləğində vergi borcu müəyyən edilmişdir. Cavabdeh tərəfindən 14 dekabr 2018-ci il tarixli “Tələbin icraya yönəldilməsi haqqında” Qərar qəbul edilmiş və qərar icra olunması üçün Xəzər rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Həmin qərarda iddiaçı tərəfindən 62.095,43 manat əsas, 0 manat faiz, 120 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 62.215,43 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericiliklə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkarın 24 iyul 2015-ci il tarixli, **********937200 saylı qərarı 14 dekabr 2018-ci il tarixdən icraya yönəlmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərardadın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Kassasiya baxışının predmetini müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ilə bağlı məsələ təşkil edir və məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İPM-nin: - 40.1-ci maddəsinə əsasən, maraqlı şəxs izibati aktın (…) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonar – müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər; - 40.2-ci maddəsinə əs asən, ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Bu müddəaların tələblərindən göründüyü kimi, müvəqqəti xarakterli müdafiə tədbiri inzibati aktın mübahisələndirilməsinə dair iddia olduqda bilavasitə onun icrasının dayandırılmasına yönələ bilər, digər iddia növlərinə münasibətdə isə irəli sürülmüş iddia tələbinin mahiyyətindən asılı olaraq iddiaçının hüquqularının qorunması məqsədilə iddianın təmininə yönəlmiş tədbir kimi qiymətləndirilmişdir. Həmin Məcəllənin 41-ci maddəsi xüsusi olaraq inzibati aktın icrasının dayandırılması ilə bağlı qaydaları müəyyən etmiş, Məcəllənin 43-cü maddəsi isə digər iddia növlərinə münasibətdə müdafiə tədbirlərinin tətbiqinin əsaslarını müəyyən etmişdir. Lakin hər iki maddələrdə işin fakt iki və hüquqi hallarının ilkin araşdırılması (Məcəllənin 41.2 və 43.1.2-ci maddələri) müəyyən edilmişdir. Maddələrdən bəlli olur ki, ilk olaraq iddiaçının hansı növ və hansı mahiyyətli iddia qaldırdığı müəyyən olunmalıdır, çünki bu, hansı qaydaları rəhbər tutmaqla müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq olunacağını müəyyən edir və onun məqsədi iddianın təmin edilməsinə yönəlmişdir. İşə əlavə edilmiş iddia ərizəsinin surətindən göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən vergi borcunun tutulmasına dair qəbul edilmiş qərarı mübahisələndirilmişdir. Müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizədəngöründüyü kimi, iddiaçı bilavasitə iddia tələbinin mahiyyətini təşkil edən borc məbləği həddində onun bank hesablarına qoyulmuş sərəncamların icrasının dayandırılmasını xahiş etmişdir. Verg i ödəyicisinin bank hesablarına sərəncamların qoyulması qaydası aşağıdakı kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra mətndə - Vergi Məcəlləsi): - 23.1.7-ci maddəsinə əsasən, vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək vergi orqanının hüququna aid edilmişdir; - 65.2-ci maddəsinə əsasən, (...) vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir; - 65.2.1-ci maddəsinə əsasən isə, vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: - vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə ş ikayət verilmədikdə (65.2.1.2); - məhkəmənin müvafiq qərarı olduqda həmin qərara uyğun olaraq (65.2.1.3); Sadalanmış müddəalardan göründüyü kimi, vergi orqanı tərəfindən bank hesablarına iki növ sərəncamların qoyulması müəyyən edilmişdir: 1) borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması; 2) borc məbləğinin dövlət büdcəsinə alınması. İşin hallarına görə, iddiaçının bank hesablarına borc məbləğinin alınması barədə sərəncam qoyulmuş, eyni zamanda iddiaçı tərəfindən həmin borc məbləğinin alınması ilə bağlı qəbul edilmiş qərar məhkəmə qaydasında mübahisələndirilmişdir. Qeyd edilmiş hal isə artıq Vergi Məcəlləsinin 65.2.2-ci maddəsinin tələblərinin tətbiqini zəruri etmişdir. Vergi Məcəlləsinin: - 65.2.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalar ı üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verildikdə kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarına uyğun olaraq və bu Məcəllənin 65.2.1.3-cü maddəsinə əsasən verilmiş sərəncamın icrasını təmin edir. Maddənin tələbləri belə izah olunur ki, vergi ödəyicisi tərəfində müvafiq hesablaşma ilə bağlı məhkəməyə şikayət verildikdə, kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs vergi orqanı tərəfindən verilmiş sərəncamı yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda həmin qərara uyğun olaraq icra etməlidir. Qanunvericiliyin göstərilmiş tələbinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi bu hissədə dü zgün olan nəticəyə gəlmişdir. Belə ki, tətbiq edilməsi zəruri hesab olunan tədbirlə iddiaçının hüquqlarının qorunması ilə dövlət büdcəsinə ödənişlərin həyata keçirilməsi arasında tarazlığı apararkən, iddiaçının hüquqlarının qorunması daha üstün hesab edilməlidir. Çünki əgər iddia təmin edilməzsə, cavabdeh qanunvericiliklə ona verilmiş imkanlardan istifadə etməklə müvafiq məbləğlərin alınmasını təmin edə bilər. Lakin mübahisələndirilən məbləğlərlə bağlı məhkəmə araşdırmasının mövcudluğu anında cavabdeh tərəfindən borc məbləğlərinin alınması iddiaçının məhkəmə müdafiəsi hüququnu əhəmiyyətsiz edir. Kassasiya şikayətində bildirilmiş digər dəlilə münasibətdə məhkəmə kollegiaysı qeyd edir ki, Vergi Məcəlləsinin 65.2-ci maddəsində vergi üzrə borcların alınması qaydasında vergi orqanına münasibətd ə, habelə 16.1.11-2-ci maddədə vergi ödəyicisinə münasibətdə məhkəmə mübahisə predmetini təşkil edən məbləğlə bağlı əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin edilməsi nəzərdə tutulmuşdur. Vergi orqanının bu hüququnun təmin edilməsi iddianın təmin olunmadığı təqdirdə dövlət büdcəsinə müvafiq vəsaitin ödənilməsinə yönəldilmiş hərəkət kimi qiymətləndirilməli və bununla da həm iddiaçının hüquqularının qorunması, eyni zamanda həm iddiaçının, həm də vergi orqanının öz vəzifələrinin icrasının yerinə yetirilməsini mümkün edəcəkdir. Bu müddəalara əsaslanmaqla artıq formalaşmış məhkəmə təcrübəsində də mübahisələndirilən məbləğin105 faizi həcmindəməxaric əməliyyatları üzrə dondur ulması istisna olmaqla müvəqqəti xarakterli müdafiə tədbiri kimi digər sərəncamların qoyulması vergi orqanına qadağan edilir. İddiaçının təqdim etdiyi müvəqətti xarakterli müdafiə haqqında ərizədən də göründüyü kimi, iddiaçı cavabdehin belə hüquqa malik olmasını qəbul etməklə, bu hüquq istisna edilməklə digər sərəncamların qoyulmasının qadağan olunmasını xahiş etmişdir. Lakin apellyasiya məhkəsi iddiaçını arzuladığı hüquqi nəticədən kənara çıxmaqla, iddiaçının üzərinə müvafiq vəzifəni qoymuşdur. Məhkəmə kollegiyası cavabdehin bu hissədə bildirdiyi dəlili ilə razılaşaraq hesab edir ki, apellasiya məhkəməsinin bu hissədə qərardadı dəyişdirilməklə, iddiaçının milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verirmək hüququ cavabdehdə saxlanılmaldıır. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Həmin Məcəllənin 96.9-cı maddəinə görə isə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə qismən uyğun qəbul edilməmişdir və kassasiya şikayət ində göstərilmiş dəlillər qərardadın dəyişdirilməsi üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinin baş direktorunun müavini XXX tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 mart 2019-cu il tarixli, 2-1(103)-899/2019 saylı qərardadıdəyişdirilsin. İşə mahiyyəti üzrə baxılıb qurtaranadək vergi orqanı tərəfindən mübahisələndirilən vergi borcu ilə əlaqədar 62.215,43 manat borcun iddiaçının milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 fai zi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam vermək hüququ istisna olmaqla, Azərbaycan Respublikasının bütün banklarında olan hesablarına pul vəsaiti ilə bağlı sərəncamların qoyulması cavabdehə qadağan edilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar