Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2347/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraatın dayandırılması barədə qərardadın mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti) “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1524 /2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-203/2021 nömrəli, 2 noyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı ünvan 1 ünvanda yerləşən, iddiaçının faktiki sahiblik və istifadəsində olmuş torpaq sahəsinin daş hasarının və üzərindəki sökülmüş tikililərin bərpa edilməsi və 0.06 ha torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunmaqla iddiaçıya qaytarılması, yaxud iddiaçıya vurulmuş ******* (bir milyon) manat ziyana görə iddiaçıya həmin məbləğdə kompensasiya ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilmə si tələbinə və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 02 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamının ləğv edilməsi tələbinə ayrıca icraatda və yeni nömrə verilərək baxılması, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs Bakı şəhər İcra Hakimiyyəti işə cəlb edilməklə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 2 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamının ləğv edilməsi barədə iddia tələbinə 2-1(112)-203/2021 sayı altında baxılması qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, sahiblik və istifadəsində olmuş 0.06 ha torpaq sahəsindən məhrum olunma və üzərindəki tikililərin qanunsuz sökülməsi ilə əlaqədar ona vurulmuş ******* (bi r milyon manat) real zərərin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, iddiaçının faktiki sahiblik və istifadəsində olmuş torpaq sahəsinin daş hasarının və üzərindəki sökülmüş tikililərin bərpa edilməsi və 0.06 ha torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunmaqla iddiaçıya qaytarılması, yaxud iddiaçıya vurulmuş ******* (bir milyon) manat ziyana görə iddiaçıya həmin məbləğdə kompensasiya ödənilməsi vəzifəsinin iş üzrə cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 02 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. iddiaçının əsaslandırması:
4. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 2204 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən iddiaçıya Bakı şəhəri Binəqədi rayonu, 9A mikrorayon, Mir Cəlal küçəsi 55A saylı binanın qarşısında fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrıldıqdan sonra iddiaçı tərəfindən torpaq sahəsinin ətrafı daş hasarla hasarlanmışdır. Qeyd olunan torpaq sahəsində iddiaçı tərəfindən 2000-ci ildə birmərtəbəli, ümumi sahəsi 15 kv.metrdən ibarət 1 otaqlı fərdi yaşayış evi və ümumi sahəsi 68 kv.metrdən ibarət təsərrüfat təyinatlı yardımçı tikililər-əl damı, ayaqyolu, 2 ə dəd üstü örtülü çardaq tikilmiş və iddiaçı həmin evə pasport qeydiyyatına düşmüşdür. İddiaçı 2000-ci ildən həmin evdə yaşamaqla kommunal xərcləri ödəmişdir. Qeyd olunan torpaq sahəsi 2000-ci ildən fasiləsiz və mübahisəsiz olaraq iddiaçının istifadəsində olmuşdur. birinci instansiya məhkəməsindəki icraat
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12381/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim A.A.Abdullayeva) Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs Bakı şəhər İcra Hakimiyyəti işə cəlb edilməklə ünvan 1 ünvanda yerləşən, iddiaçının faktiki sahiblik və istifadəsində olmuş torpaq sahəsinin daş hasarının və üzərindəki sökülmüş tikililərin bərpa edilməsi və 0.06 ha torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunmaqla iddiaçıya qaytarılması, yaxud iddiaçıya vurulmuş ******* (bir milyon) manat ziyana görə iddiaçıya həmin məbləğdə kompensasiya ödənilməsi vəzifəsinin iş üzrə cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi tələbi barədə 21(112)-12381/2021 saylı inzibati işin icraatı Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs Bakı şəhər İcra Hakimiyyəti işə cəlb edilməklə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 02 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamının ləğv edilməsi barədə 2-1(112)203/2021 saylı iş üzrə çıxarılmış xx.xx.2021-ci il tarixli yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılmışdır.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, haz ırda digər inzibati məhkəmə icraatında iddiaçının ona qaytarılmasını və yaxud əvəzində kompensasiya ödənilməsini tələb etdiyi torpaq sahəsinin iddiaçıya ayrılması barədə sərəncamın ləğv edilməsinə dair sərəncamın qanuniliyi mübahisələndirilir. Hazırki iddia tələbi isə birbaşa cavabdeh inzibati orqanın həmin torpaq sahəsi ilə bağlı qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olduğundan, iş üzrə icraat digər inzibati məhkəmə icraatında mübahisələndirilən “İddiaçı Binəqədi rayonu, Mir Cəlal küçəsi 55 saylı binanın qarşısında fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılması barədə Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 2204 saylı sərəncamının ləğv edilməsi barədə” Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 02 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamının ləğv edilməsi tələbinə dair inzibati işin həllindən asılıdır.
7. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və inzibati iş üzrə məhkəmə baxışının davam etdirilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1524/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qərardadı ilə (hakimlər S.İ.Bəktaşi - sədrlik edən və məruzəçi, A.S.Hüseynov və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiy a məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və inzibati iş üzrə məhkəmə baxışının davam etdirilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
11. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya torpaq ayırmaya dair sərəncam cavabdeh tərəfindən ləğv edilməmişdən əvvəl yəni, 10 aprel 2019-cu il tarixdə iddiaçının istifadəsində olan həmin torpaq sahəsinin daş hasarı, üstündə tikilmiş ev, yardımçı tikililər qanuni əsas olmadan Binəqədi rayon icra hakimiyyətinin göstərişinə əsasən tamamilə sökülmüş və torpaq sahəsi boşaldılaraq iddiaçıdan alınmış və sonradan həmin torpaq sahəsi ictimai par k salınması üçün ayrılmış əraziyə birləşdirilmişdir. Halbuki məhkəmə prosesinin başlanğıcında iş üzrə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edilərək mübahisə predmeti olan həmin torpaq sahəsi ilə bağlı hər hansı bir əməliyyatın (torpağın özgəninkiləşdirilməsi, icarəyə, istifadəyə verilməsi və yaxud torpaqla bağlı hər hansı bir mülki əqd bağlanması və yaxud da torpağa hər hansı bir hüquqla bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması) aparılmasının cavabdeh Binəqədi rayon icra hakimiyyətinə və onun tabeliyində olan Mənzil Kommunal Təsərrüfat Birliyinə qadağan edilməsi barədə qərardad çıxarılması xahiş edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-2965/2019 nömrəli qərardadı ilə ərizə təmin edilm iş, bundan sonra cavabdeh tərəfindən uzun müddət mübahisələndirilmiş həmin qərardadda Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(102)-1521/2020 saylı qərarı ilə qismən dəyişiklik edilərək torpaq sahəsi ilə bağlı hər hansı bir əməliyyatın aparılması cavabdeh Binəqədi rayon icra hakimiyyətinə qadağan edilmişdir (həmin qərar apellyasiya məhkəməsinə təqdim olunmuşdur). Lakin buna baxmayaraq cavabdeh məhkəmənin həmin qərarına məhəl qoymayaraq Binəqədi rayon icra hakimiyyətinin sərəncamı ilə mülkiyyətinə verilən torpaq sahəsi üzərində tikililəri şifahi olaraq verdiyi qanunsuz göstərişi əsasında əraziyə cəlb edilmiş texnika və işçi qüvvəsi vasitəsi ilə sökdürərək torpaq sahəsi zorla boşaldılmışdır. Həmin tikililərin söküntüsünə və torpaq sahəsinin boşaldılmasına rəhbərl iyi Binəqədi rayon icra hakimiyyətinin rəhbər işçiləri etmişlər və mülkiyyətində olan torpaq sahəsi üzərində tikililərin sökülməsi görüntülü qeydə alınmaqla, eyni zamanda fotoşəkilləri çəkilib inzibati məhkəmə icraatının aparıldığı birinci instansiya məhkəməsinə təqdim olunmuşdur.
12. İddiaçıya dəymiş ziyanın hesablanması üçün iddiaçı tərəfindən Bakı şəhərində fəaliyyət göstərən “Qiymətləndirmə və Audit" MMC-yə ərizə ilə müraciət olunmuş, torpaq sahəsindəki tikililərin söküləsi və torpaq sahəsindən məhrum edilməsi nəticəsində iddiaçıya 1000000,0 (bir milyon) manat real maddi zərər dəyməsi müəyyən edilmişdir.
13. Hal-hazırda hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən kompensasiya tələbinə dair işin icraatının dayandırılması Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsini n 37-ci maddəsinin tələblərinə əsasən tamamilə qanunsuz və əsassız olmuşdur. Belə ki, həmin normaya əsasən hər iki tələbə eyni vaxtda bir icraatda baxılmalı idi, bu tələblər törəmə olub biri-birindən irəli gələn tələblərdir, bu işlərin ayrılması və kompensasiya tələbinə ayrıca icraatda baxılması iş üzrə yenidən növbəti süründürməçilik hesab olunmalıdır, halbuki bundan əvvəl məhkəmə icraatı zamanı hədsiz süründürməçiliyə yol verilmiş, məhkəmə iclasları dəfələrlə əsassız və lüzumsuz olaraq təxirə alınmış, subyektiv səbəblər üzündən işə baxılması uzadılmış, sübutların araşdırılması ağlabatan müddətdə təmin edilməmişdir. Bütün bunlardan sonra hazırkı vəziyyətdə 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq iddia tələbləri üzrə yekun məhkəmə aktı çıxarılmamışdır. Halbuki bu tələblər bir-biri ilə sıx ba ğlı olmuş, onlara ayrı-ayrılıqda baxılması iş üzrə obyektiv və ədalətli qərar qəbul edilməsinə mənfi təsir göstərə bilər. Həmçinin onu da qeyd etmək lazımdır ki, bir halda ki, məhkəmə tərəfindən sərəncamın ləğv edilməsi tələbi təmin olunmamışdırsa, hesab edir ki, bu gün icraatı dayandırılmış kompensasiya tələbi üzrə məhkəmə icraatının davam etdirilməsinə heç bir ehtiyac qalmır. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə 7.1. Mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
91. Ali Məhkəmə müba hisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxl aya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. İddiaçı kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə versə də, işin materiallarına görə şikayət məhkəmə aktının iddiaçıya rəsmi təqdim edildiyi vaxtdan 10 gün müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamışdır.
19. İPM-in 7.1-ci maddəsinin tələbinə görə, mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi day andıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır.
20. Normanın məzmunundan göründüyü kimi, qanunverici iş üzrə icraatın dayandırılmasını məhkəmənin diskresion səlahiyyətinə aid etmişdir. Məhkəmə isə bu səlahiyyəti həmin normanın tələblərinə uyğun həyata keçirməli, mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğunu müəyyən etməlidir.
21. Hazırkı halda, apellyasiya instansiyası məhkəməsi digər mübahisə üzrə nəticədən - “İddiaçı Binəqədi rayonu, Mir Cəlal küçəsi 55 saylı binanın qarşısında fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahə si ayrılması barədə Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 2204 saylı sərəncamının ləğv edilməsi barədə” Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 02 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamının ləğv edilməsindən və ya iddiaçının həmin məzmunda tələbinin rədd edilməsindən hazırkı mübahisənin taleyinin asılılığını təsdiq edən halları qərardadında göstərməmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, əvvəla, Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 2204 saylı sərəncamı iddiaçı üçün əlverişli (qanuni və ya qanunsuz) inzibati aktdır və onun ləğvinin hüquqi nəticələri, o cümlədən kompensasiya almaq hüququ “İnzibati icraat haqqında” Qanunun 67 və 68-ci maddələrində təsbit olunmuşdur.
23. Digər tərəfdən, hə tta “İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılması barədə Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 2204 saylı sərəncamının ləğv edilməsi barədə” Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 02 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamının ləğv edilməsinə dair tələbin rədd edildiyi, bununla da sərəncam öz qüvvəsini saxladığı halda belə, bu, iddiaçıya məxsus tikililərin sökülməsində ifadə olunan hərəkətlərə özü-özlüyündə qanuni qüvvə vermir.
24. Məhkəmə kollegiyası, həmçinin İPM-in 7.1-ci maddəsinin ikinci cümləsinin tələbinə əsasən qeyd edir ki, iş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır.
25. Beləliklə, apellyasiya instan siyası məhkəməsi iş üzrə icraatın dayandırılması ilə bağlı səlahiyyətini 7.1-ci maddəsinin tələb və məqsədinə uyğun qaydada həyata keçirmədiyindən, buradan, həm də işin hallarının araşdırılması prinsipinin tələblərini təmin etmədiyindən apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1524/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.