Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2347/2024 20.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 aprel 2024-cü il tarixli, 2-1(103)-737/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1956-cı il təvəllüdlü iddiaçı, əmək kitabçasına əsasən, 1973-2015-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuş, o cümlədən xx.xx.1984-cü il tarixdən xx.xx.1986cı il tarixədək Azərbaycan SSR Meyvə Təsərrüfatı Nazirliyinin Meyvə və tərəvəz məhsullarının tədarükü və təchizatı Baş İdarəsinin Meyvə və tərəvəz məhsullarının ümumittifaq fonduna tədarükü və təchizatı şöbəsində iqtisadçı, xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək Azərbaycan Respublikası Meyvə Tərəvəz Təsərrüfatı Nazirliyinin ləğv edilməsi nəticəsində yaradılmış Dövlət Aqrarsənaye Komitəsinin Meyvə və Kartof İstehsalı və Emalı Baş İdarəsinin Təchizat şöbəsində, Meyvə, Tərəvəz, Kartof və Üzüm İstehsalı Baş İdarəsinin İqtisadi təhlil və perspektiv inkişaf sahəsi şöbəsində iqtisadçı, xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Dövlət Aqrarsənaye Komitəsinin “Azərkəndkimya” Təmir-tikinti idarəsində böyük mühasib, xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Abşeron rayonu üzrə X2 dövlət vergi müfəttişi, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Binəqədi rayonu üzrə X3 böyük dövlət vergi müfəttişi, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Nizami rayonu üzrə Vergilər İdarəsində böyük dövlət vergi müfəttişi vəzifələrində işləmişdir.
2. İddiaçı cavabdehə müraciət edərək, ona dövlət qulluqçusu kimi yaşa görə əmək pe nsiyasının təyin olunmasını xahiş etmişdir.
3. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina etdiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, təqdim edilən sənədlərə əsasən, iddiaçının dövlət qulluğunda iş stajı 15 ildən az (10 il 2 ay 9 gün) təşkil edir. Bu səbəbdən də ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə qədər Azərbaycan SSR Meyvə Təsərrüfatı Nazirliyində meyvə-tərəvəz tədarükü və təchizatı şöbəsində iqtisadçı, xx.xx.1986-cı ildə Azərbay can Respublikası Meyvə Tərəvəz Təsərrüfatı Nazirliyinin ləğv edilməsi nəticəsində yaradılmış Dövlət Aqrarsənaye Komitəsində iqtisadçı, xx.xx.1988-ci ildən köçürmə yolu ilə yeni yaradılmış İqtisadi təhlil şöbəsində aparıcı iqtisadçı, xx.xx.1989-cu ildən köçürmə yolu ilə Azərbaycan Respublikası Dövlət Aqrarsənaye Komitəsinin Azəraqrarsənaye məlumat Mərkəzində 1-ci dərəcəli iqtisadi vəzifələrində, xx.xx.1991-ci ildən xx.xx.2002-ci ilədək X2 böyük dövlət vergi müfəttişi vəzifəsində işlədiyi 18 ildən artıq müddət nəzərə alınaraq ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini işin hallarına uyğun əsaslandıraraq dövlət qulluğunda işlədiyi müddətin 18 ildən çox olduğunu, ca vabdehin imtinasını qanunsuz hesab etdiyini bildirmişdir.
6. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçının dövlət qulluğundakı iş stajı 15 ildən az təşkil edir. Belə ki, iddiaçının işləmiş olduğu peşələr Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dən dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması barədə siyahı”dakı peşələ rlə tam uyğunluq təşkil etmir. İddiaçı siyahının 1.5 və 1.8-ci bəndlərində Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında və rayon aqrar-sənaye birliklərinin aparatında olan peşələrə istinad etsə də, öz əmək fəaliyyətini həmin aparatlarda həyata keçirməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim: Miminat Hacıbəyova) 20 oktyabr 2021-ci il tarixli, 2-1(112)-5660/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə qədər Azərbaycan SSR Meyvə Təsərrüfatı Nazirliyində Meyvə tərəvəz tədarükü və təchizatı şöbəsində iqtisadçı, xx.xx.1986-cı ildə Azərbaycan Respublikası Meyvə Tərəvəz Təsərrüfatı Nazirliyinin ləğv edilməsi nəticəsində yaradılmış Dövlət Aqrarsənaye Komitəsində iqtisadçı, xx.xx.1988-ci ildə köçürmə yolu ilə yeni yaradılmış İqtisadi təhlil şöbəsində aparıcı iqtisadçı, xx.xx.1991-ci ildən xx.xx.1996-cı ilədək Aqrarsənaye Komitəsinin Azərkimya idarəsində böyük mühasib (mütəxəssis), xx.xx.1996-cı ildən xx.xx.2002-ci ilədək X2 böyük dövlət vergi müfəttişi vəzifələrində işlədiyi 15 ildən artıq müddət nəzərə alınaraq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsi cavabdehin üzərinə qoyulmuş, iddia tələbi qalan (Azərbaycan Respublikası Dövlət Aqrarsənaye Komitəsinin Azəraqrarsənaye məlumat və təbliğat mərkəzində işlədiyi müddətin nəzərə alınması) hissədə təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun, “Dövlət qulluğu haqqında” Qanunun, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edi lmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na istinad edərək qeyd etmişdir ki, iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək işlədiyi Azəraqrarsənaye məlumat və təbliğat mərkəzi dövlət orqanının tabeliyində olan qurum olsa da, dövlət orqanı deyil. Bu səbəbdən də bu qurumda işlədiyi dövr dövlət qulluğ u sayıla bilməz. İddiaçının ərizəsində göstərdiyi digər dövrlər isə dövlət qulluğu olmaqla əmək pensiyasının təyin edilməsində nəzərə alınmalıdır.
9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Apellyasiya instansiyası məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1981-ci il tarixli, 299 nömrəli qərarı ilə “Azərbaycan SSR Nazirlər Soveti yanında kənd təsərrüfatının aqrokimyəvi xidmətləri üzrə X4 haqqında Əsasnamə” təsdiq edilmişdir. Qeyd edilən Əsasnaməyə əsasən Azərbaycan SSR X1 Xidmət İstehsalat Elm Birliyi təsərrü fat hesablı qurum olduğu üçün həmin Birlik dövlət orqanı hesab edilmir. Lakin sözügedən Əsasnamənin nə zaman qüvvədən düşməsini və Azərbaycan SSR Aqrar Sənaye Komitəsi Aqrokimyəvi Xidmətlər üzrə Respublika İstehsalat Elm Birliyinin 1991-1996-cı illərdə hüquqi statusunu (dövlət büdcəsindən maliyyələşməsini, dövlət orqanı statusuna malik olmasını) müəyyən etmək mümkün olmadığı üçün iddiaçının həmin illərdə işlədiyi müddətin dövlət qulluğu stajı hesablanarkən nəzərə alınıb-alınmaması barədə münasibət bildirilməsi imkan xaricindədir. Yuxarıda adıçəkilən Siyahının 2.11-ci bəndində (xx.xx.1991-ci il tarixdən xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları yanında olan orqanın aparatında mövcud olan vəzifələr İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu nda göstərilən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları yanında orqanın aparatında dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmışdır. 1991-1996-cı illərdə Aqrokimyəvi Xidmətlər üzrə Respublika İstehsalat Elm Birliyi Azərbaycan SSR Aqrar Sənaye Komitəsinin yanında dövlət orqanı statusuna malik qurum olduğu və Təmir tikinti idarəsi həmin birliyin aparatının strukturunda nəzərdə tutulduğu halda qeyd edilən illər dövlət qulluğu stajına daxil edilə bilər.
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aida Hüseyn /sədrlik edən və məruzəçi/, Vüsalə Baxışova və Mirzə Tağızadə) 20 aprel 2023-cü il tarixli, 2-1(103)-55/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən – iddianın tə min edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin olunmamasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Nigar Rəsulbəyova /məruzəçi/, Kəmaləddin Bədəlov və İlqar Hüseynov) 28 sentyabr 2023cü il tarixli, 2-1(102)-2032/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
15. Kassasiya instansiyası m əhkəməsi qeyd etmişdir ki, cavabdehin imtinasının, eləcə də kassasiya şikayətinin dəlilinə əsasən iddiaçının dövlət qulluqçusu kimi stajı 15 ildən azdır (10 il 2 ay 9 gün). Lakin iş üzrə cavabdehin konkret olaraq iddiaçının işlədiyi hansı illərin dövlət qulluqçusu kimi iş stajına əlavə edilməsinə dair xüsusat göstərilməmiş, apellyasiya instansiyası məhkəməsi də işin qeyd edilən halını, yəni mübahisələndirilməyən 10 il 2 ay 9 gün dövlət qulluqçusu stajının hansı dövrü əhatə etməsini dəqiqləşdirməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin təmin etdiyi, apellyasiya instansiyası məhkəməsinin də dəyişdirmədən saxladığı iddianın təmin edilən hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının dövlət qulluğu stajı 16 il 4 aydan çoxdur. Lakin apellyasiya instansiyası məhkəməsi həmin illərin hansı əsasla dövlət qulluğu stajına aid edilməsini qərarında əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi sorğu ilə Azərbaycan Respublikasının Dövlət Arxivinə müraciət edib iddiaçının işləmiş olduğu təşkilat və müəssisələrlə bağlı müvafiq sənədləri əldə edib iş materiallarına əlavə etsə də, həmin sənədlərin məzmununa istinad etməmiş, iddiaçının işlədiyi vəzifələrin dövlət qulluğuna aid edilib-edilməsi ilə bağlı müvafiq araşdırma aparmamışdır. Mübahisələndirilən məhkəmə qərarında Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət q ulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na istinad olunsa da, iddiaçının işlədiyi vəzifələrin həmin Siyahıya əsasən uyğunlaşdırılması müəyyən edilməmiş, apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarını sadalamaqla kifayətlənmiş və öz qərarını lazımı qaydada əsaslandırmamışdır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Apellyasiya instansiyası məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il t arixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.15-ci bəndində Azərbaycan SSR nazirliklərinin, dövlət komitələrinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. 1984-1986-cı illərdə Azərbaycan SSR Meyvə-Tərəvəz Təsərrüfatı Nazi rliyində Meyvə və tərəvəz məhsullarının tədarükü və təchizatı baş idarəsinin Meyvə və tərəvəz məhsullarının ümumittifaq fonduna tədarükü və təchizatı şöbəsində iqtisadçı vəzifəsində iş müddəti ilə bağlı bildirilir ki, “Azərbaycan SSR MeyvəTərəvəz Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təşkili məsələləri haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 6 may 1981-ci il tarixli, 215 nömrəli Qərarına 1 nömrəli Əlavədə Nazirliyin mərkəzi aparatının strukturunda Meyvə və tərəvəz məhsullarının tədarükü və təchizatı baş idarəsi, o cümlədən həmin idarənin tərkibində Meyvə və tərəvəz məhsullarının ümumittifaq fonduna tədarükü və təchizatı şöbəsi nəzərdə tutulmuşdur. 1986-1989-cu illərdə Azərbaycan SSR X5 Komitəsinin Meyvə və Kartof İstehsalı və Emalı Baş İdarəsində və Meyvə, Tərəvəz, Kartof və Üzüm İste hsalı Baş İdarəsində iqtisadçı vəzifəsində iş müddəti ilə bağlı bildirilir ki, “Azərbaycan SSR X5 Komitəsinin strukturunun və say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 22 yanvar 1986-cı il tarixli, 31 nömrəli Qərarına 1 nömrəli Əlavədə - Komitənin mərkəzi aparatının strukturunda Meyvə və Tərəvəz İstehsalı və Emalı Baş İdarəsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən 1984-1986-cı illərdə Azərbaycan SSR Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyində və 1986-1989-cu illərdə Azərbaycan SSR X5 Komitəsinin Meyvə və Kartof İstehsalı və Emalı Baş İdarəsində və Meyvə, Tərəvəz, Kartof və Üzüm İstehsalı Baş İdarəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. 19911996-cı illərdə Aqrokimyəvi Xidmətlər üzrə Respublika İstehsalat Elm Birliyinin Tə mir tikinti idarəsində böyük mühasib vəzifəsində iş müddəti ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin 11 sentyabr 1991-ci il tarixli, 823 nömrəli əmri ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin strukturu təsdiqlənmişdir. Həmin əmrin 3 nömrəli Əlavəsində “Azərkəndkimya” Respublika İstehsalat-Elm Birliyi Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin tabeliyindəki birlik və təşkilatların siyahısında nəzərdə tutulmuşdur. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin 18 may 1993-cü il tarixli 367 nömrəli, 17 dekabr 1993-cü il tarixli 906 nömrəli və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 21 dekabr 1995-ci il tarixli, 510 nömrəli əmrlərində müəyyən olu nmuşdur ki, “Azərkəndkimya” Respublika İstehsalat-Elm Birliyi Nazirliyin tabeliyində birlik statusunda fəaliyyət göstərmişdir. Qeyd edilən Siyahının 2.11-ci bəndində (xx.xx.1991-ci il tarixdən xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları yanında olan orqanın aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmış, lakin həmin Siyahıda mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində birlik və təşkilatlarda mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Müvafiq uyğunlaşdırılma aparılmadığından 1991-1996-cı illərdə Aqrokimyəvi Xidmətlər üzrə Respublika İstehsalat Elm Birliyinin Təmir tikinti idarəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesa blanarkən nəzərə alınmır. 1996-2002-ci illərdə Azərbaycan Respublikasının X2 dövlət vergi müfəttişi və böyük dövlət vergi müfəttişi vəzifələrində iş müddəti ilə bağlı bildirilir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci maddəsinə əsasən dövlət qulluğunun xüsusi növü xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmədir. “Dövlət vergi orqanlarında xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən vergi orqanlarında xidmət Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları sisteminə daxil olan vergi orqanlarının funksiya və məqsədlərini öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Qeyd edilənlərə əsasən, 1996-2002-ci illərdə Azər baycan Respublikasının X2 dövlət vergi müfəttişi və böyük dövlət vergi müfəttişi vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Əlavə olaraq bildirilir ki, 1973-1974-cü illərdə Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyində fəhlə, 1978-1979-cu illərdə mağazada müdir, satıcı, 1979-1982-ci illərdə Saatlı kooperativ ticarət idarəsində tədarükçü, 1982-1984-cü illərdə Saatlı rayon istehlak cəmiyyətində mühasib, 2003-2004cü illərdə “Saatlı” şirkətində mühasib, 2005-2007-ci illərdə “Azərdənizneftinşaat” trestində baş mühasibin müavini, baş mühasib, 2007-2015-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətində baş mühasib, baş mühasib-şöbə rəisi vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.
17. Bakı Apellyasiya Məhkə məsinin İnzibati Kollegiyasının (hakimlər: Pərviz Hüseynov /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Şərafət Məmmədova) 17 aprel 2024-cü il tarixli, 2-1(103)-737/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia təmin edilməmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarında qeyd olunan göstərişlərə uyğun olaraq verilmiş məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin 11 sentyabr 1991-ci il tarixli, 823 nömrəli əmri ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin strukturu təsdiqlənmiş, həmin əmrin 3 nömrəli Əlavəsində “Azərkəndkimya” Respublika İstehsalat-Elm Birliyi Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin tabeliyindəki birlik və təşkilatların siyahısında nəzərdə tutulmuşdur. Qeyd olunan əmr və onun əlavələrinin təsdiq edilmiş surətləri Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən məhkəmə sorğusuna əsasən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmişdir. Müvafiq Siyahıda mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində birlik və təşkilatlarda mövcud olmuş vəzifələr nəzərdə tutulmadığı üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin göstərilən məktubunda iddiaçının 1991-1996-cı illərdə Aqrokimyəvi Xidmətlər üzrə Respublika İstehsalat Elm Birliyinin Təmir tikinti idarəsində iş müd dətinin dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmadığı qeyd olunmuşdur. Beləliklə, iddiaçının yalnız 1984-1986-cı illərdə Azərbaycan SSR Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyində, 1986-1989-cu illərdə Azərbaycan SSR X5 Komitəsinin Meyvə və Kartof İstehsalı və Emalı Baş İdarəsində və Meyvə, Tərəvəz, Kartof və Üzüm İstehsalı Baş İdarəsində, 1996-2002-ci illərdə Azərbaycan Respublikasının X2 dövlət vergi müfəttişi və böyük dövlət vergi müfəttişi vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Qeyd olunanlara əsasən, iddiaçının dövlət qulluğu vəzifəsində qulluq stajı 11 il 01 ay 12 gün təşkil edir, yəni 15 ildən azdır (xx.xx.1984- xx.xx.1986, xx.xx.1986-xx.xx.1989, xx.xx.1996-xx.xx.2002). Bu səbəbdən də iddiaçının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Ona görə də iddia tələbi əsassızdır və təmin edilməməlidir.
19. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
20. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, iddiaçının kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.0.1. Əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərl ə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış q adınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqaniz min funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); Maddə 20.11. Bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğin in 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Maddə 20.11-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı ol duğu halda yaranır. 23. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Maddə 23.2-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tə rəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişd irilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə kassasiya instansiyası məhkə məsinin göstərişlərinin icrası baxımından zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qanunun 7-ci, 20.1.7-ci və 20.11-ci maddələrinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.
31. Yuxarıda istinad edilən normalar baxımından iddiaçının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: müvafiq yaşa çatmalı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il ümumi stajı, həmçinin dövlət qulluğu vəzifəsində ən azı 15 il qulluq stajı olmalıdır.
32. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından iddiaçının dövlət qulluğu vəzifəsində ən azı 15 il qulluq stajının mövcud olduğu görünmür.
33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya dövlət qulluqçusu kimi yaş görə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin iddiaçıya münasibətdə ödənilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət v ə mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
34. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun və əsaslıdır. Bu baxımdan kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 aprel 2024-cü il tarixli, 21(103)-737/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qə