Məhkəmə qərarları › İş №2-1(102)-2348/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2348/2019

17.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2348/2019 17.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı şəhəri İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRAR Açar sözlər: dövlət ehtiyacları ilə əlaqədar əmlakın alınmasına görə ödənilən kompensasiya GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), X4, X2 ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə İddiaçı Bakı şəhəri İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı kompensasiya ödənilməklə mənzilin boşaldılması təl əbinə dair ilk iddia ərizəsi, cavabdehlərin iddiaçıya qarşı kompensasiya ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-938/2019 saylı iş üzrə 25 aprel 2019-ci il tarixli qərarından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17 sentyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Bakı şəhəri İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilin dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehlərə 97.906 manat məbləğdə (əlavə xərclər nəzərə alınmaqla) kompensasiya ödənilməklə mənzilin boşaldı lması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər də məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, iddiaçıdan ünvan 2 ünvanda yerləşən evə haqq 97.800 manat + 20% əlavə haqq = 19.560 manat + 10% çətinliklə bağlı ödəniş = 9.780 = 127.140 manat məbləğdə kompensasiyanın alınaraq onlara verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-156/2019 saylı, 07 fevral 2019-cu il tarixli qərarı (hakim – E.Q.Məmmədov) ilə ilkin iddia təmin edilərək ünvan 1 ünvanda yerləşən mənzilə sahibliyin alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilmiş, ünvan 1 ünvanda yerləşən mənzilin dövlət ehtiyacları ilə alınması ilə bağlı cavabdehlərə 97906 (doxsan yeddi min doqquz yüz altı manat) məbləğində kompensasiya ödənilərək cavabdehlər tərəfindən ünvan 1 ünvanda yerləşən mənzilin boşaldılması qərara alınmış, qarşılıqlı iddia isə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-938/2019 saylı, 25 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – V.M.Məmmədov, hakimlər – S.S.Seyidova və İ.B.Əhmədov) cavabdehlərin apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-156/2019 saylı, 07 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 aprel 2019-cu il tarixli qərarını ləğv edib, ilkin iddianın mümkün sayılmaması, yaxud işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiya məhkəməsi tam və hərtərəfli araşdırma aparmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, ilk öncə qeyd edilməlidir ki, hər iki məhkəmə instansiyası tərəfindən işə məhkəmə aidiyyəti pozulmaqla baxılmışdır. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibatiiqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Hazırkı mübahisə inzibati hüquq münasibətləri ilə bağlı yaranmış mübahisə deyildir. Məhkəmə işi İPM-in 2.7-ci maddəsinə aid etsə də, qeyd edilən iddia tələbi inzibati mübahisə anlayışını özündə ehtiva etmir. İddianın hüquqi əsasını publik hüquq sahəsinə aid normalar yox, mülki qanunvericilik və oradan törəyən Mənzil Məcəlləsi, habelə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun normaları təşkil edir ki, bu hal özü də həmin iddianın publik hüquq sahəsinə aid olmasını istisna edir. Məhkəmələr həm də cavabdehlərin könüllü alqı-satqı ilə bağlı qaydalara riayət edilməməsi barədə dəlillərini müzakirə etmədən ilkin iddianı əsassız olaraq təmin etmişlər. Bundan başqa, kompensasiyanın məbləğini yetərli hesab edərkən də məhkəmə cavabdehlərin bununla bağlı dəlillərinə qiymət verməmiş, düzgün olmayaraq əsas kimi “xxxx” MMC tərəfindən 2015-ci il tarixdə hazırlanmış “Daşınmaz əmlakın qiymətləndirilməsi ba rədə” hesabata istinad etmişdir. Lakin göstərilən hesabatda ümumiyyətlə, təklif edilən 96000 manat kompensasiyanın hansı hissəsinin mövcud evin bazar qiymətinə, hansı hissəsinin həmin bazar qiymətinə hesablanmış 20 faiz əlavəyə və Qanunun 56-cı maddəsində göstərilən və nəzərə alınmalı olan xərclərə aid olması müəyyən edilmədiyi halda, məhkəmənin həmin rəyə istinad etməsi özlüyündə tam əsassız və qanunsuz olmuşdur. Tərəflərin izahatları İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Kollegiya gəlməyən tərəflərin iştirak ı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsi nin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Bakı şəhəri Yasamal rayonu Mustafa Sübhi küçəsi 5-ci dalanda yerləşən 1 nömrəli evin ümumi sahəsi 89,32 kv.m. təşkil edən 1/3 hissəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. AR Nazirlər Kabinetinin «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» 16.02.2018-ci il tarixli 51 nömrəli qərarına əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1.130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2.010 yaşayış və q eyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi Yasamal RİH müəyyən edilmişdir. Qərarla iddiaçıya tapşırılmışdır ki, göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə AR Nazirlər Kabinetinə təkliflər təqdim etsin. Qərarın icrası məqsədilə iddiaçı «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun tələblərinə uyğun olaraq Daşınmaz əmlakın alınması qrupunu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədilə «xxxx» MMC-ni müstəqil qiymətləndirici qismində cəlb etmişdir. Cavabdeh1 mülkiyyətində olan ev AR Nazirlər Kabinetinin 16.12.2018-ci il tarixli Qərarının təsiri altına düşür. Könüllü alqı-satqı yolu ilə cavabdehə məxsus daşınmaz əmlakın satın alınmasına razılıq barədə alan orqan qismində iddiaçı tərəfindən bildiriş göndərilmiş, müstəqil qiymətləndirici «xxxx» MMC müqayisə metodlu araşdırma nəticəsində tərtib etdiyi Qiymətləndirmə hesabatı ilə cavabdehin mülkiyyətində olan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar mövcud bazar qiymətini «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunu və «Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 07.12.2007-ci il tarixli 506-VİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası P rezidentinin 26.12.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə hesablayaraq, ona 97.906 manat (əsas sahə 46,77 kv.m. x 1.500 manat = 70.155 manat + sanitar qovşağı 2,39 kv.m. x 800 manat = 1.912 manat, yeni tikili dəhliz 10,85 kv.m. x 1.300 manat = 14.105 manat + yeni tikili otaq 6,42 kv.m. x 1.300 manat = 8.346 manat + talvar 11,88 kv.m. x 150 manat = 1.782 manat + pilləkən 1,38 kv.m. x 400 manat = 552 manat + beton döşəmə 1,62 kv.m. x 15 manat = 54 manat + 1.000 manat iki aylıq kirayə haqqı) məbləğdə kompensasiya ödənilməli olduğunu müəyyən etmiş, alan orqan qismində iddiaçı cavabdehə həmin məbləğdə kompensasiyanı ödəməyə hazır olduğunu bildirmiş, cavabdehlər təklif olunan kompensasiyanı almaqdan imtina etmiş (29.06.2018-ci il tarixli akt) və iddi açı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 sifarişi ilə “xxxx” MMC tərəfindən tərtib edilmiş Daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatla da Bakı şəhəri Yasamal rayonu Mustafa Sübhi küçəsi 5-ci dalan 1 saylı fərdi yaşayış evinin 13.09.2018-ci il tarixə bazar dəyəri 97.800 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkıyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki M əcəlləsinin: 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır; 246.1-ci maddəsinə görə, bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanu nu ilə müəyyən edilmiş qaydada qəbul edilir; 248.1-ci maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. 248.2-ci maddəsinə görə, alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün edilir: 248.2.1. torpağın alınmasının «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmasının; 248.2.2. alınan torpağa sahibliyin «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının; 248.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun: 4.1-ci maddəsinə əsasən, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər; 6.1-ci maddəsinə görə, torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra - alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınması nı konkret halda dövlətin adından icra edir; 19.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 18-ci maddəsinə uyğun olaraq təqdim edilmiş torpağın alınması təklifi və bununla bağlı sənədləri, habelə məqsədəuyğun hesab etdiyi digər sənədləri araşdırdıqdan sonra alan orqanın təklifini tam və ya qismən nəzərə almaqla, torpağın dövlət ehtiyacları üçün alınması barədə qərar qəbul edə bilər; 19.3-cü maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanının torpağın alınması haqqında qərarı ilə alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılır; 20.1-ci maddəsinə əsasən, torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən: 20.1.1. həmin torpaq alınan torpaq kimi tanınır; 20.1.2. alınan torpaqda yaşayan və ya ondan istifadə edən, bu Qanunun 11-ci maddəsinin müddəalarına əsasən siyahıya alınmış şəxslər alınmanın təsirinə məruz qalan hesab edilir; 20.1.3. alan orqan alınan torpağın alınması ilə bağlı tələb olunan tədbirləri yerinə yetirmək öhdəliyini daşıyır; 20.1.4. köçürülmə planı və (və ya) təlimatı tələb olunan hallarda, alan orqan onların alınmanın təsirinə məruz qalan şəxslərlə məsləhətləşməklə ağlabatan müddətdə hazırlanmasını təmin etmək öhdəliyini daşıyır; 20.1.5. alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara ödəniləcək kompensasiyanın müəyyən edilməsi məqsədilə alınan torpağın və həmin torpaqda yerləşən tikililərin (inşası başa çatdırılmamı ş tikililər də daxil olmaqla), məhsulun, bitkilərin, bütün digər təbii əşyaların və tikilmiş əmlakın qiymətləndirilməsində qiymətləndirmə komissiyasına kömək etmək öhdəliyini daşıyır; 20.1.6. alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır; 20.1.7. alan orqan kompensasiyanın ödənilməsi məqsədilə aidiyyəti dövlət orqanlarından vəsait almaq üçün zəruri sənədləri hazırlamaq öhdəliyini daşıyır; 22.1-ci maddəsinə görə, alınma prosesini həyata keçirmək məqsədilə alan orqan müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələrinin də daxil olduğu tərkibdə torpağın alınması qrupunu (qruplarını) təşkil edir; 24.1-ci maddəsinə əsasən, müstəqil qiymətləndirici hər bir torpaq və digər əm lakın qiymətləndirilməsinə dair təkliflərini bütün müvafiq sənədlərlə birlikdə qiymətləndirmə komissiyasına və nəzarət orqanına təqdim edir; 30.1-ci maddəsinə görə, alan orqan bu Qanunun 7.3.1-7.3.4-cü maddələrində nəzərdə tutulmuş alınmanın təsirinə məruz qalan şəxslərin alınan torpaqla bağlı hüquqlarını bu fəsildə müəyyən edilmiş qaydada danışıq (könüllü alqı-satqı) yolu ilə əldə edə bilər; 31.1-ci maddəsinə əsasən, torpağın alınması barədə bu Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş qərar qəbul edildikdən sonra alan orqan bu Qanunun 7.3.1-7.3.4-cü maddəsində nəzərdə tutulmuş şəxslərə həmin torpaqlar üzərində hüquqların danışıq (könüllü alqı-satqı) yolu ilə satın alınmasına razılığı barədə bildiriş göndərir; 52.1-ci maddəsinə görə, alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər; 52.2-ci maddəsinə əsasən, alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün verilir: 52.2.1. torpağın alınmasının bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olmasının; 52.2.2. alınan torpağa sahibliyin bu Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının; 52.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin; 53-cü maddəsinə görə, alan orqanın bu Qanunun 52-ci maddəsində nəzərdə tutulmuş qaydada etdiyi müraciətindən sonra torpağa sahibliyin əldə edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməyərək sahiblikdən imtina etmək istəməyən şəxslər b arəsində icra haqqında qanunvericiliyin müvafiq müddəaları tətbiq olunur. Kollegiya apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, Cavabdeh1 mülkiyyətində olan daşınmaz əmlak AR Nazirlər Kabinetinin «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» qərarının təsiri altına düşür, Qərarla alan orqan kimi iddiaçı müəyyən edilmiş, iddiaçı əmlakın qiymətləndirilməsi məqsədilə müstəqil qiymətləndirici cəlb etmiş, müstəqil qiymətləndirici Cavabdeh1 mülkiyyətində olan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müəyyən məbləğdə kompensasiya ödənilməli olduğunu müəyyən etmiş, alan orqan qismində iddiaçı cavabdehlərə həmin məbləğdə kompensasiyanı ödəməyə hazır olduğunu bildirmiş, lakin cavabdehlər təklif olunan kompensasiyanı almaqdan imtina etmişlər, qanunvericiliyə əsasən torpağın alınmasının «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun tələblərinə uyğun olması, alınan torpağa sahibliyin «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun tələblərinə uyğun olaraq əldə olunması və alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növü və məbləği alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəmə tərəfindən təsdiq olunur. Bundan əlavə, «xxxx» MMC-nin tərtib etdiyi Qiymətləndirmə hesabatı ilə müəyyən etdiyi 97.906 manat “xxxx” MMC-nin gəldiyi nəticə kimi 97.800 manatdan çoxdur. Cavabdehlərin 97.800 manata 20% əlavə haqq + 10% çətinliklə bağlı ödənişin əlavə edilməsi barədə qarşılıqlı iddianın dəlilləri də əsassız olmuşdur. Belə ki, mövcud inzibati praktikaya əsasən hər kv.m-ə görə ödənilən 1.500 manat bütün kompensasiya növləri, o cümlədən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunu və «Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 07.12.2007-ci il tarixli 506-VİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan əlavələri ehtiva edir. Bu baxımdan, kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, iddiaçı tərəfdən cavabdehlərin əmlakına müdaxilə qanuni olmuş, mübahisəli əmlakın əvəzi ödənilərkən cəmiyyətin maraqları ilə şəxsin maraqları arasın da lazımi tarazlıq gözlənilmiş, alınan əmlakın əvəzinə cavabdehlərə son illərin formalaşmış məhkəmə təcrübəsinə də uyğun ağlabatan məbləğdə kompensasiya ödənilmişdir. İşə məhkəmə aidiyyətinə dair qanunvericiliyin tələbləri pozulmaqla baxıldığına dair kassasiya şikayətinin dəlilləri də əsassızdır. Bununla bağlı olaraq apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, əmlak tələbinə dair hazırkı ilk iddia fiziki şəxslərə qarşı qaldırılsa da, mübahisəyə inzibati mühakimə icraatı qaydasında baxılmalıdır. Belə ki, mübahisənin predmeti və ona tətbiq olunan hüquq normaları ümumi (publik) hüquq sahəsinə aid olduğundan, bu növ iddialara inzibati mühakimə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqa nların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Oxşar hüquqi situasiya kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10.04.2015-ci il tarixli 4 nömrəli Qərarının 10.4-cü bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ŞTM-nin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilənlərə əsasən kolle giya hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Ona görə də, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-938/2019 saylı iş üzrə 25 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar