Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2348/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (pul tələbi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1682/2021 nömrəli iş üzrə 30.08.2021-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kasasiya şikayətlərinə əsasən işə 15 dekabr 2021-ci il tarixdə yazılı icraat qaydasında bax araq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 2002-ci il 01 avqust 2005-ci il 01 fevral tarixləri üçün vəzifə və hərbi rütbəyə görə maaşına ikiqat, 2015-ci il 01 iyul - 2017-ci il 07 oktyabr tarixləri üçün qatyarım məbləğinin hesablanaraq ona ödənilməsini xahiş etmişdir.
2. Cavabdeh 2019-cu il 27 avqust tarixli, 21/K-3384 saylı məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin tərkibində həqiqi hərbi xidmətdə olduğu 2004-cü il 01 avqust tarixdən 2005-ci il 14 sentyabr tarixədək müddətdə vəzifə və hərbi rütbəyə görə maaşların ikiqat məbləğdə ödənişi aparılmamışdır. Belə ki, həmin dövrdə bununla bağlı hər hansı bir əmr mövcud olmamış, həmçinin Dövlət Təhlükəsizlik Xidmətind ə (keçmiş Milli Təhlükəsizlik Nazirliyi) həqiqi hərbi xidmətdə olduğu 2015-ci il 01 iyul tarixdən 2017-ci il 07 oktyabr tarixədək müddətdə vəzifə və hərbi rütbəyə görə maaşların ikiqat məbləğdə ödənilməsi ilə bağlı aidiyyəti əmrlərdə (xidməti müddətinin bir günü gün yarım hesablanması istisna olmaqla) adı keçmədiyi əsas göstərilməklə müraciətin təmin edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı 2002-ci il 01 avqust - 2005-ci il 01 fevral tarixləri üçün vəzifə və hərbi rütbəyə görə maaşına ikiqat, 2015-ci il 01 iyul - 2017-ci il 07 oktyabr tarixləri üçün qatyarım məbləğinin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
4. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1993-cü il 06 may - 2017-ci il 05 oktyabr tarixlərdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (Prezident yanında Xüsusi İdarədə, Hərbi əks-kəşfiyyat xidmətində, Milli Təhlükəsizlik Nazirliyində, Dövlət Təhlükəsizliyi Xidmətində) xidmət etmişdir. 2017-ci il 05 oktyabr tarixdə “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (yaşa görə) əsasən xidmətdən ehtiyata buraxılmış (hərbi rütbəsi-mayor, yuxarı yaş həddi - 48 yaş), 2017-ci il 19 noyabr tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyətinin siyahısından çıxarılmışdır.
5. Ehtiyata buraxıldığı 2017-ci il 05 oktyabr tarixi də daxil olmaqla, 2017ci il 08 oktyabr tarixədək xidmət yerində olaraq vəzifəsinin (baş əməliyyat müvəkkili) icrasını davam etdirmiş, məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və məlumat daşıyıcıları ilə işləmişdir. Xidmətinin təxminən 20 ilini bilavasitə ön müdafiə mövqelərində keçirmişdir. Müharibə və Silahlı Qüvvələr veteranıdır. O, 2002-ci il 01 avqust - 2005-ci il 01 fevral tarixlərdə döyüş şəraitində olan Dövlət Təhlükəsizliyi Xidməti İİİ Bİ-nin (Hərbi Əks kəşfiyyat xidmətinin) N saylı briqada üzrə bölməsində xidmət etməklə hərbi hissənin Tərtər rayonunun Səhləbad kəndində yerləşən divizionuna, 2015-ci il 01 iyul - 2017-ci il 07 oktyabr tarixlərdə İİİ Bİ İdarənin Artilleriya birləşmələri üzrə şöbəsində (Ağcabədi rayonu) xidmət etməklə döyüş mövqeyində yerləşən 922, N saylı hərbi hissələrə əməliyyat xidməti göstə rmişdir. Döyüş bölgəsində olduqlarına görə 2002-ci il 01 avqust - 2005-ci il 01 fevral tarixlərdə N saylı hərbi hissənin hərbi qulluqçularına vəzifə və rütbəyə görə maaşa ikiqat (İİİ Bİ N saylı hərbi hissə üzrə bölməsi əməkdaşlarına 2002-ci il 01 avqust tarixədək xidməti illər bir gün iki gün hesablanmış, eyni zamanda vəzifə və rütbə maaşına ikiqat əlavə verilmişdir. 2002-ci il 01 avqust tarixdə səbəbsiz olaraq DTX-MTN tərəfindən kəsilmişdir), 922, N saylı hərbi hissələrin hərbi qulluqçularına vəzifə və rütbəyə görə maaşa qatyarım məbləğdə ödəniş aparılmışdır. Belə ki, həmin hərbi hissələrin divizion və bölmələri ön müdafiə mövqelərində yerləşmişlər. Əməliyyat xidməti göstərərək həmin divizion və bölmələrə mütəmadi olaraq getmiş, əməliyyat xidməti göstərmişdir. Həmin tarixlər üçün ona döyü ş bölgəsində xidmətinə görə müvafiq olaraq ikiqat və qatyarım vəzifə və rütbə maaşının verilməsi üçün DTX-ya müraciət etmişdir. İddiaçıya “müraciətinizdə qaldırdığınız məsələnin həlli cavabdeh tərəfindən mümkün sayılmır” cavabı verilmişdir. Cavabdan görünür ki, 2015-ci il 01 iyul - 2017-ci il 07 oktyabr tarixləri üçün xidmət müddətinin bir günü gün yarım kimi hesablanmışdır. Lakin buna görə müvafiq olaraq qatyarım əlavə verilməyib. Əməliyyat xidməti göstərdiyi N və N saylı hərbi hissələrin şəxsi heyətinə, döyüş mövqelərində yerləşdiyi üçün bir gün, gün yarım kimi hesablanmış və o, həmin hərbi hissələrlə birlikdə xidmət apardığı üçün bu güzəşt ona aid edilmişdir. Lakin, DTX-dan fərqli olaraq, N və N saylı hərbi hissələrinin şəxsi heyətinə vəzifə və hərbi rütbəyə qat yarım maaşı hesablanmış, ona isə müvafiq artım verilməmişdir. Döyüş bölgəsində xidmət etdiyi 2002-ci il 01 avqust tarixdən 2005-ci il 01 fevral tarixədək bir günü üç gün (bir ay üç ay) hesablanmaqla güzəştli şərtlərlə xidmət illərinə aid edilməlidir.
6. Azərbaycan Respublikasının “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” 2004-cü il 05 avqust tarixli Qanununun 20.1 maddəsinə əsasən, kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi “Hərbi qulluqçuların” statusu haqqında, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli, 631 saylı qərarının 01 iyul 2005-ci il tarixədək qüvvədə olmuş 2-ci bəndinin a yarımbəndinə əsasən, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq hərbi xidmət qulluqçularına, daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təmin olunması üçün xidmətin bir ayı üç ay sayılmaqla uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin (bundan sonra mətndə birinci instansiya məhkəməsi) 11.06.2020-ci il tarixli, 2-1(112)-344/2020 nömrəli (sədrlik edən hakim Fərid Mədətli) qərarı ilə iddianın rədd edilməsi qərara almışdır.
8. Birinci instansiya məhkəməsi N nömrəli hərbi hissənin (1-ci divizion istisna olmaqla) qeyd edilən dövrdə Müdafiə Nazirinin əmri ilə döyüş şəraitində olan hərbi hissə hesab edilmədiyini və hərbi hissənin şəxsi heyətində pul təminatının birqat həcmdə ödənildiyin i nəzərə alaraq iddiaçının ona 2002-ci il 01 avqust - 2005-ci il 01 fevral tarixləri üçün vəzifə və hərbi rütbəyə görə maaşına ikiqat, 2015-ci il 01 iyul - 2017-ci il 07 oktyabr tarixləri üçün qat yarım məbləğin hesablanaraq ödənilməsinin əsaslı olmadığı nəticəsinə gəlmişdir.
12. N nömrəli hərbi hissənin (1-ci divizion istisna olmaqla) qeyd edilən dövrdə Müdafiə Nazirinin əmri ilə döyüş şəraitində olan hərbi hissə hesab edilməməsi ilə yanaşı, həmçinin iddiaçının 2015-ci il 01 iyul - 2017-ci il 07 oktyabr tarixlərdə Dövlət Təhlükəsizlik Xidmətinin müvafiq struktur bölməsində xidmət müddəti 2016-cı il 01 yanvar tarixindən etibarən bir günü gün yarım kimi hesablandığından, həmin hərbi hissənin adının keçmiş Milli Təhlükəsizlik Nazirliyinin qüvvədən düşmüş 2006-cı il 23 fevral tarixli 049 nömr əli əmrində göstərilmədiyindən, əsaslı olaraq iddiaçının 2015-ci il 01 iyul - 2016-cı il 06 yanvar tarixlərdə olan xidmət dövrü güzəştli xidmətə daxil edilməmişdir.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 11.06.2020-ci il tarixli, 2-1(112)-344/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.11.2020-ci il tarixli, 2-1(103)-1572/2020 nömrəli (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Afaq Nuriyeva) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 11.06.2020-ci il tarixli, 2-1(112)-344/2020 nömrəli qərarı nın dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 12.11.2020-ci il tarixli, 2-1(103)-1572/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsindəki icraat
13. Ali Məhkəmənin İnzibati Kollegiyasının 30.03.2021-ci il tarixli, 21(102)-606/2021 nömrəli (hakimlər İlqar Hüseynov - sədrlik edən və məruzəçi, Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov) qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 2020-ci il 12 noyabr tarixli, 2-1(103)-1572/2020 nömrəli qərarı “2015-ci il 01 iyul - 2017-ci il 07 oktyabr tarixləri üçün vəzifə maaşının qatyarım məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə aid hissədə ləğv edilməsi, iş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması, şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
14. Ali Məhkəmə həmin nəticəyə gələrkən qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
15. Apellyasiya instansiyası məhkəməsinin 30.08.2021-ci il tarixli, 21(103)-1682/2021 nömrəli (hakimlər Cahangir Yusifov - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Elmira Nağıyeva) qərarı ilə İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-344/2020 saylı, 11.06.2021-ci il tarixli qərarının, iddiaçının 01.07.2015-07.10.2017 dövrü üçün pul tələbinin rədd olunması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin edilməsi, 01.01.2016-cı il tarixindən 07.10.2017-ci il tarixinə kimi olan dövr üzrə hərbi xidmətinin bir günü, bir gün yarım (qat yarım) hesablanmaqla, İddiaçı vəzifə və rütbəyə görə maaşının ödənilməyən hissəsinin (yarım qatının) ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə həvalə edilməsi, qalan hissədə iddianın rədd edilməsi qəra ra alınmışdır.
16. Apellyasiya məhkəməsi hesab etmişdir ki, məhkəmə qərar qəbul edərkən, yoxlanılan hissədə məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmamışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
17. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 24 il 7 ay 06.05.1993-19.11.2017-ci il tarixlərdə AR DTX-da zabit kimi xidmət etmişdir. Xidmətinin 22 ilini döyüş müxtəlif mövqelərində keçirmişdir. Bir dəfə də olsun intizam cəzası almamış, sərəncama çıxarılmamışdır. Nümunəvi əməliyyat işlərinə görə mükafatlarla, medallarla təltif olunmuşdur. Yuxarı yaş həddi ilə (hərbi rütbə mayor, yaş 48) ehtiyata tərxis olunmuşdur. Müharibə və Silahlı Qüvvələr veteranıdır. 01.07.2015- 07.10.2017-ci il tarixlərdə xidmət etdiyi, döyüş mövqelərində yerləşən MN N və N saylı hərbi hissələrin şəxsi heyətinə müvafiq qanunvericiliyə əsasən, xidmətin bir günü gün yarım kimi hesablanmaqla, vəzifə maaşı və rütbəyə əlavə qatyarım əmək haqqı verilmişdir. Həmin qanunvericiliyə əsasən, ona da eyni imtiyazlar tətbiq olunmalı idi, lakin yalnız xidmətinin bir günü gün yarım kimi hesablanmışdır, əlavə qatyarım əmək haqqı verilməmişdir.
18. Azərbaycan Respublikası Prezidentinin 27.03.2014 tarixli 43 saylı fərmanı ilə təsdiq edilmiş "AR MTN haqqında " əsasnamə: Maddə 12- Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçuları "hərbi xidmət haqqında və "hərbi qulluqçuların statusu haqqında" AR Qanunlarına "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə müvafiq olaraq Silahlı Qüv vələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquqlardan istifadə edirlər. Maddə 13 - MTN Hərbi Əks-Kəşfiyyat orqanlarının hərbi qulluqçularına (yəni mənə) əks-kəşfiyyat təminatını həyata keçirdikləri Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin hərbi qulluqçularının imtiyaz və sair sosial-müdafiə xarakterli təminatları şamil edilir. A R Dövlət Təhlükəsizliyi Xidmət rəisinin 20.04.2015-ci il tarixli 1060 ŞM saylı əmri: Maddə 5.1 ~ MN N və N saylı hərbi hissələrdə xidmət keçən əməkdaşlarına (yəni mənə) vəzifə maaşına və rütbəyə qatyarım əmək haqqı verilsin.
19. Bu əmrin icrası istiqamətində hər ay şöbədən Bakı şəhərinə Baş İdarəyə raportlar Nazilmişdir. Raportlar onun tərəfindən yazılmış, qanunvericiliyə və məxfi təlimatlara uyğun olaraq şöbənin məxfi jurnalında qeydiyyatdan keçiri lmişdir. (Jurnalların saxlanma müddəti 30 ildir, əsas "Dövlət Sirri haqında AR Qanunu") Bu raportlar əsasında xidmətimin bir günü günyarım kimi hesablanmışdır. Bu Qanunlara görə ona vəzifə və rütbəyə görə qatyarım əmək haqqı verilməli idi. Lakin verilməmişdir.
20. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1682/2021 saylı 30.08.2021-ci il tarixli qərarının, iddianın rədd edilmiş 01.07.2015 - 0 1.01.2016-ci il tarixləri üçün hissəsində ləğv edərək, iddianın tam halda 01.07.2015-07.10.2017-ci il tarixləri üçün hərbi xidmətinin bir günü, bir gün yarım (qat yarım) hesablanmaqla vəzifə maaşına və rütbəyə görə qatyarım əmək haqqının ödənilməsi vəzifəsinin AR Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə edilməsi barəd ə qərarın qəbul edilməsini xahiş etmişdir.
21. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 45.1-ci və 8.1.3-cü maddələrinə əsasən iddiasını Şirvan İnzibati-İqtisadi Məhkəməsinə (indiki Şirvan İnzibati Məhkəməsinə) verməli idi. Məhkəmə isə İPM-nin 8.2-ci maddəsinə uyğun olaraq ilk iclasdan həmin işi aidiyyəti üzrə göndərməli olduğu halda bunu etməmişdir. İş materiallarındakı ilkin iddiaya əlavə edilmiş iddiaçının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarının 18-ci vərəqindəki 02.10.2019-cu il tarixli məhkəmənin qəbul etdiyi Sərəncamdan görünür ki, ilk iclas 29.10.2019-cu il tarixə təyin olunub. İş materiallarının 48-ci vərəqindəki Yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışdan görünür ki, iddiaçı Bakı şəhərindəki ünvana 26.11.2019-ci il tarixdə qeydiyyata alınıb. Yəni iddia verilərkən və ilk iclas keçirilərkən iddiaçı Füzuli rayonunda qeydiyyatda olmuşdur.
22. Bununla bağlı bildirir ki, İPM-nin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; Həmin Məcəllənin 8.2-ci maddəsinə uyğun olaraq predmet və ya ərazi aidiy yəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmçinin Məcəllənin 45.1-ci maddəsinə görə iddia ərizəsi aidiyyəti üzrə müvafiq məhkəməyə yazılı şəkildə verilir. Eyni zamanda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış müraciətdə işin aidiyyəti üzrə göndərilməsi xahiş olunmuş, lakin məhkəmə tərəfindən təmin edilməmişdir.
23. İş materiallarında olan ilkin iddia ərizəsindən görünür ki, iddia tələbi 2 hissədən ibarətdir: 1. 01.08.2002-01.02,2005-ci il tarixləri üçün vəzifə və hərbi rütbəyə görə maaş ikiqat hesablansın; 2. 01.07.2015-07.10.2017-ci il tarixləri üçün vəzifə və hərbi rütbəyə görə maaş qatyarım hesablansın.
24. Bakı İnzibati Məhkəməsinin 11.06.2020-ci il tarixli qərarı ilə iddianın hər iki hissəsi rədd edildi. Bakı Apellyasiya Məhkəməsinin 12.11.2020-ci il tarixli qərarı ilə qərar dəyişdirilmədən saxlandı. Ali Məhkəmənin 30.03.2021-ci il tarixli qərarı ilə iddia tələbinin 2-ci hissəsinin “vəzifə maaşının qatyarım hesablanması” hissəsində ləğv edildi. Həmin qərarla iddia tələbinin 1-ci hissəsinin (01.08.2002 - 01.02.2005-ci il tarixləri üçün vəzifə və hərbi rütbəyə görə maaş ikiqat hesablansın) və 2-ci hissənin hərbi rütbəyə görə maaşa aid qisminin məhkəmə araşdırması sona çatdı. Həmin hissələrdə iddia tələbi təmin edilmədi. Lakin buna baxmayaraq Bakı Apellyasiya Məhkəməsinin 30.08.2021-ci il tarixli qərarında iddia tələbinin 2-ci hissəsi nin rütbə maaşına aid hissəsi də araşdırılmış və Ali Məhkəmənin 30-03.2021-ci il tarixli qərarına zidd olaraq təmin edilmişdir. Belə ki, İPM-nin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
25. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin 30.08.2021-ci il tarixli, 2-1(103)-1682/2021 nömrəli qərarının iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
26. İnzibati Prosessual Məcəllə: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb ed ən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəz ərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli s ayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏ HKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası ilk öncə qeyd zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 98.1-ci maddəsinin tələbi pozulmuşdur.
30. Belə ki, məlum olduğu kimi Ali Məhkəmənin hazırkı iş üzrə qəbul etdiyi 30.03.2021-ci il tarixli, 2-1(102)-606/2021 saylı qərarla, iddiaçının kassasiya şikayətini qismən təmin etmiş, apellyasiya məhkəməsinin 12.11.2020-ci il tarixli qərarını “2015 il 01 iyul - 2017-ci il 07 oktyabr tarixləri üçün vəzifə maaşının qatyarım məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə aid hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, apellyasiya məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
31. Xatırlatmaq lazımdır ki, iddiaçının iddia tələbləri “01.08.200201.02.2005-ci il tarixləri üçün vəzifə və hərbi rütbəyə görə maaşına ikiqat, 01.07.201507.10.2017-ci il tarixləri üçün qatyarım məbləğin hesablanaraq mənə ödənilməsi vəzifəsinin DTX-ya həvalə edilməsi barədə qərar qəbul edəsiniz” şəklindədir.
32. Ali Məhkəmənin sözügedən qərarından aşkar şəkildə göründüyü kimi, apellyasiya məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qərarı qismən, yəni “2015-ci il 01 iyul - 2017-ci il 07 oktyabr tarixləri üçün vəzifə maaşının qatyarım məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə aid hissədə ləğv edilmiş və məhz həmin hissədə təkrar baxılması üçün iş apellyasiya məhkəməsinə göndərilmişdir, apellyasiya instansiyası məhkəməsinin qərarı qalan hissədə, yəni “hərbi rütbəyə görə maaşına ikiqat, 01.07.2015 - 07.10.2017 -ci il tarixləri üçün qatyarım məbləğin hesablanaraq mənə ödənilməsi vəzifəsinin” cavabdehə həvalə edilməsi, həmçinin “01.08.2002 - 01.02.2005-ci il tarixləri üçün” hissələrində dəyişdirilmədən saxlanılmış, başqa sözlə Ali Məhkəmənin qərarı bu hissədə qanuni qüvvəyə minmiş və apellyasiya məhkəməsində təkrar baxıla bilməzdi.
33. Lakin apellyasiya məhkəməsi bu tələbə də baxaraq 30.08.2021-ci il tarixli qərarında sözügedən “hərbi rütbəyə görə” aid tələbi də təmin etmişdir.
34. Eyni zamanda qeyd edilməlidir ki, işin 75, 76, 142-ci səhifələrində iddiaçı tərəfindən inzibati mübahisənin düzgün həll edilməsi üçün DTX-ya və Müdafiə Nazirliyinə sorğular göndərib, bir sıra işə dair əhəmiyyətli xarakter daşıyan sənədlərin tələb edilməsi barədə vəsatətlər verilmiş, lakin məhkəmələr bunu diqqətə almamış və müvafiq araşdırmalar aparmamışdır.
35. Bununla yanaşı qeyd edilməlidir ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin 31 may tarixli, 0151 nömrəli əmri ilə təsdiq olunmuş Siyahıya əsasən N və N nömrəli hərbi hissələrdə xidmət edən əməkdaşlara hərbi xidmət müddətinin bir gününün gün yarım hesablanması nəzərdə tutulduğunu təsdiq edərək İddiaçı da 2016-cı il 01 yanvar tarixdən etibarən bir günü gün yarım kimi hesablandığını təsdiq edir.
36. Lakin sonradan həmin hərbi hissənin adı keçmiş MTN-in qüvvədən düşmüş 23 fevral 2006-cı il tarixli 049 nömrəli əmrində göstərilmədiyindən, ona həmin əlavələrin ödənilmədiyini bildirir.
37. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli 631 saylı “ Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” qərarının 2-ci bəndinin “b” yarımbəndinin ikinci hissəsinə əsasən müdafiə, daxili işlər, ədliyyə nazirliklərinin, dövlət təhlükəsizliyi xidmətinin, xarici kəşfiyyat xidmətinin və dövlət sərhəd xidmətinin xüsusi təyinatlı dəstələrində və digər hərbi birləşmələrdə bu nazirliklərin müəyyən etdiyi vəzifə siyahısı və şərtlər üzrə xidmətin bir ayı ay yarım sayılmaqla, uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilir.
38. Həmçinin apellyasiya məhkəməsi tərəfin dən müəyyən edilmişdir ki, iddiaçının işə əlavə olunmuş “Pensiya təyin etmək üçün xidmət illərinin hesabı”na əsasən isə müəyyən olunur ki, ona 2016-cı ilin yanvar ayından həmin 2017-ci ilin sentyabr ayına qədər onun bir günü bir gün yarım (1,5) hesablanmış, bir qatdan əlavə xidmət günlərin sayı göstərilmişdir.
39. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xidmət illərinin pensiya təyin etmək üçün hesabına 2016-cı ilin yanvar ayından 2017-ci ilin sentyabr ayına qədər onun bir günü bir gün yarım iddiaçıya hesablanması avtomatik olaraq ödənişin də həmin hesabla həyata keçirilməsi anlamına gəlmir.
40. Sözügedən məsələ ilə əlaqədar cavabdehə sorğu göndərilərək müvafiq əmr tələb edilməli və iddiaçının adının həmin əmrdə olması araşdırılmalıdır.
41. Eyni zamanda işə təkrar baxıld ığı zaman digər uyğun strukturlarda (Müdafiə Nazirliyi, Prokurorluq, Daxili İşlər Nazirliyi və s.) həmin məsələyə dair inzibati təcrübənin öyrənilməsi zəruridir.
42. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, həm iddiaçının, həm də cavabdehin kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya məhkəməsinin 30.08.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayətləri qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının və cavabdehin kasasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.08.2021-ci il ta rixli, 2-1(103)-1682/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayətləri qalan hissədə təmin edilməsin. Qərar qətidir.