Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2348/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Təhsildə Keyfiyyət Təminatı Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə qətnaməsinə qədər verilmiş diplom üzrə ixtisasın tanınması, Dağıstan Dövlət Universitetinin Bakı Filialı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun üzrə ixtisasın tanınması və şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2131/2023 nömrəli, 14 iy un 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Rusiya Federasiyası Dağıstan Dövlət Universitetinin Bakı filialnın “Hüquqşünaslıq” fakultəsinin hüquqşünas ixtisası üzrə tam kursu bitirmiş və ona Dövlət Attestasiya Komissiyasının xx.xx.2006-cı i tarixli qərarı ilə Dağıstan Dövlət Universiteti tərəfindən xx.xx.2006-cı il tarixli, ДИC ******* qeydiyyat nömrəli diplom verilmişdir.
2. İddiaçı xarici ali təhsil ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir.
3. Cavabdehin imtina məktubunda bildirilmişdir ki, Dağıstan Dövlət Universitetinin Bakı filialı qeyri-qanuni fəaliyyət göstərdiyinə görə 1saylı Bakı yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli 2398/4-489-2006 saylı qətnaməsi ilə onun fəaliyyəti dayandırılmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 3.7-ci bəndinə əsasən ona (ərizəçiyə) RF Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş 26 iyun 2006-cı il tarixli ДИC ******* nömrəli diplom üzrə ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, məhkəmədən iddia tələblərinin təmin edilməsi və Rusiya Federasiyası Maxaçkala şəhəri, Da ğıstan Dövlət Universiteti (Bakı Filialı), tərəfindən iddiaçıya verilmiş "Hüquqşünaslıq" sahəsi üzrə ДИС ******* nömrəli bakalavr diplomun Azərbaycan Respublikasında tanınması, şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını və iddiaçının Konstitusiya hüquqlarının bərpa olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Daha sonra iddiaçı iddia ərizəsində dəqiqləşmə apararaq, “Dağıstan Dövlət Universiteti tərəfindən İddiaçı adına verilmiş xx.xx.2006 il tarixli, ДИС ******* nömrəli(qeydiyyat nömrəsi 3792) diplomun və verilən ixtisasın tanınması və ekvivalentlik (kvalifikasiya) haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir.
6. İddiaçı tələbini o nunla əsaslandırmışdır ki, cavabdehin xx.xx.2022-ci il tarixli, rəsmi qaydada iddiaçıya göndərilmiş məktubu ilə xx.xx.2021-ci il tarixli müraciətinə cavab olaraq Rusiya Federasiyası Maxaçkala şəhəri, Dağıstan Dövlət Universiteti (Bakı Filialı), tərəfindən ona verilmiş "Hüquqşünaslıq" sahəsi üzrə ДИС ******* nömrəli Bakalavr diplomun Azərbaycan Respublikasında tanınması və bu haqda şəhadətnamənin verilməsindən imtina edilmişdir.Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl etməyərək qeyri-qanuni (lisenziyası olmadan) fəaliyyət göstərdiyinə görə 1 saylı X4 Məhkəməsinin 20 iyun 2007-ci il tarixli, 2398/4- ***-**** saylı qətnaməsi ilə "Dağıstan Dövlət Universitetin Bakı filialı"nın fəaliyyəti dayandırılmışdır. Bu səbəbdən, həmin ali təhsil müəsissəsi tərəfindən verilən diplomlar üzrə ixtisasların ölkə ərazisində tanınması mümkün hesab edilmədiyi göstərmişdir. Azərbaycan Respublikası Baş Nazirin müavini E.Əfəndiyevin Rusiya Federasiyası Hökümət sədrinin birinci müavini cənab B.Axmedova ünvanladığı 06 mart 1996-cı ildə N-ll 4-50 saylı məktuba əsasən RF Dağıstan Dövlət Universitetinin Azərbaycan Respublikasında Bakı filialının fəaliyyət göstərməsinə razılıq verilmiş, xx.xx.1999-cu ildən xx.xx.2007-ci ilədək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin balansında olan məktəblərdə fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi bu illər ərzində hansısa səbəblərdən "Dağıstan Dövlət Universitetin Bakı filialı"nın fəaliyyət göstərməsini diqqətə almamışdır. İddiaçı bildirmişdir ki, Rusiya Federasiyası qanunlarına əsasən Rusiya Federasiyasını n xarici ölkələrdə fəaliyyət göstərən Universitetlərində təhsil alan tələbələrə verilən diplomlarda "Filial" sözü yazılmır. Həmin tələbələrə verilən "BCB" seriyalı diplomlar "ДИС" seriyalı diplomla əvəz olunur. Rusiya Federasiyası Maxaçkala şəhəri, Dağıstan Dövlət Universiteti (Bakı Filialı), tərəfindən iddiaçıya verilmiş "Hüquqşünaslıq" sahəsi üzrə ДИС ******* nömrəli bakalavr diplomu xx.xx.2009-cu il tarixdə Rusiya Federasiyası Moskva şəhərində "xx.xx.1961-ci il Haaqa Konvensiyasına əsasən apostil" olunmuş və nəticə etibarı ilə bütün dünyada keçərli olduğu halda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi həmin ali təhsil müəsissəsi tərəfindən verilən diplomlar üzrə ixtisasların ölkə ərazisində tanınmasını mümkün hesab etməmişdir. Məhkəmə müəssisədə təhsil alan və təhsilini başa vurm ayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilmələrini Azərbaycan Respublikası Elm və Təhsil nazirliyinə həvalə etmişdir. Yuxarıda qeyd olunanlardan əlavə olaraq digər keçirilən məhkəmə prosesləri zamanı "çıxarılmış qərar" dəyişdirilmədən saxlanılmışdır. “İnzibati İcraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Hətta 2007-ci ilə qədər təhsil almış tələbələrin (ləğv olunmuş təhsil müəssisələrinin), diplomları Ali Məhkəmə praktikasında tanınmışdır.
7. Cavabdeh iddiaya qarşı məhkəməyə təqdim olunmuş etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Sultanov X3 Federasiyası Dağıstan Dövl ət Universiteti tərəfindən əsas (baza ali) tibb təhsili (əyani) üzrə aldığı ixtisasın AR-in ərazisində tanınması və bu barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. O, xarici ali təhsil ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq İddiaçı Füzuli oğlunun Rusiya Federasiyası Dağıstan Dövlət Universitetinin qeyri-qanuni fəaliyyət göstərən Bakı filialında təhsil alması səbəbilə iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Hesab edir ki, imtinası qanuni və əsaslıdır. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom üzrə ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı müraciət edən zaman ərizəsində sözügedən təhsil müəssisəsinin Bakı filialında təhsil aldığını qeyd etmişdir. Lakin onun nə diplomunda, nə də ki diploma əlavəsində, o cümlədən hər hansı digər rəsmi sənəddə (məs: arayış və s.) onun Bakı filialında təhsil alması faktı öz əksini tapmamışdır. İddiaçının sərhəd məlumatlarının yoxlanılması zamanı isə tədris müddətində Rusiya Federasiyasında ümumən olmadığı məlum olmuşdur. Bu səbəbdən də həmin ölkə ərazisində olmadan tədris yükünün mənimsənilməsi qeyri-mümkün hesab edilmişdir. İddia ərizəsində qeyd edilən iddiaçının Bakı filialında təhsil almasına münasibətdə bildirilmişdir ki, sözügedən filial Azərbaycan Respublikasında fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmədən - qanunsuz olaraq fəaliyyət göstərmişdir. Yuxarıda göstərilənlərdən aydın olur ki, iddiaçıya məxsus olan diplomun tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4558/2023 saylı, 16 fevral 2023-cü il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli 2398/4 saylı qətnaməsi ilə iddia tələbinin “DDU-nin fəaliyyətinin dayandırılması” hissəsində təmin edilməsi, “filialın fəaliyyətə başladığı gündən hal-hazıradək verilmiş diplomların etibarsız sayılması” hissəsində rədd edilmiş, bununla da, DDU-nin fəaliyyətinin dayandırılmasınadək verilmiş diplomların qanunsuz sayılmamasını özündə ehtiva edir. Belə olan halda isə iddiaçıya DDU-i tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, ДИC ******* qeydiyyat nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsindən cavabdehin imtinası qanuna ziddir.
10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər A.Oruczadə məruzəçi, X.Cəmilova və R.Səmədov) 2-1(103) -2131/2023 saylı, 14 iyun 2023-cü il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarını dəyişdirmədən qüvvədə saxlamışdır
12. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd etmişdir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarlarda da hüquqi mövqe bu cür əsaslandırılmışdır ( 2-1(102)-1761/2020 saylı 30 sentyabr 2020-ci il tarixli və 2-1(102)-1671/2021 saylı xx.xx.2021-ci il tarixli Qərarlar).
13. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri. a) Kasasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlilləri imtina məktubunun, iddia tələbinə qarşı etirazın və apellyasiya şikayətnin məzmunu ilə oxşardır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 16. “Təhsil haqqında” Qanun: Maddə. 27.1. Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir (19 iyun 2020-ci ilə qədər olan redaksiya). Maddə 27.4. Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29.0.21. Xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Maddə 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. 17. 8 sentyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının 199 2-ci il 7 oktyabr tarixli 324 nömrəli Təhsil Qanunu: Maddə
13. Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar.
18. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27-8.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. 19. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezident inin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
20. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları: -1.1-ci bənd. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.6-cı bənd. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respub likasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bənd. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bənd. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsi l sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bənd. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. 22. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsi: Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatın a alındıqdan sonra fəaliyyət göstərə bilərlər. 23. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar: 1.5-ci bənd. Xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz ölkələrində bu qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Qaydaların 2 №-li əlavəsinə əsasən ali təhsil sahəsində fəaliyyətin göstərilməs i üçün xüsusi razılıq (lisenziya) alınması tələb olunur.
24. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göst ərilməlidir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
25. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu günd ən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
28. Kasasiya şikayətlərinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
29. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının təhsil aldığı Dağı stan Dövlət Universitetinin Bakı Filialı lisenziyası olmadan fəaliyyət göstərmiş və onun fəaliyyəti qanunsuz olduğu üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə dayandırılmışdır.
30. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsaslı hesab etmir.
31. Qanuni qüvvəsini almış 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialı Azərbaycan Respublikasında qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan fəaliyyətə başlamış və fəaliyyət göstərmişdir. Ona görə də onun fəaliyyəti qanuna uyğun hesab edilə bilməz və bu fəaliyyət dayandırılmalıdır.
32. Lakin 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsindən həmçinin görün ür ki, qətnamə ilə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Dağısan Dövlət Universitetinin Bakı Filialına qarşı iddiası qismən təmin edilərək, Filialın fəaliyyətinin dayandırılması və onda təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilməsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunması qət edilmiş, iddia tələbi “Filial fəaliyyətə başladığı gündən hal-hazıradək verilmiş diplomların etibarsız sayılması” hissəsində rədd edilmişdir.
33. Qətnaməyə görə Dağıstan Dövlət Universitetinin Bakı Filialında təhsilini hər hansı səbəbdən başa vurmamış (o cümlədən müvafiq tədris kursunu müvəffəqiyyətlə başa vurmadan təkrar həmin kursda saxlanılmış) tələbələrin Filialın fəaliyyətinin dayandırılmasına qədər olan dövrdəki təhsi lləri qanuni sayılmışdır, çünki, onlar həmin yarımçıq qalmış təhsilin bazasında təhsillərini (bir neçə ay, 1 il, 1 il yarım və s.) davam etdirərək diplom almaq hüququ qazanmış olurlar.
34. Həmçinin xüsusilə qeyd edilməlidir ki, nazirliyin Filial fəaliyyətə başladığı gündən iddia verilən vaxta qədər verilmiş diplomların etibarsız sayılmasına dair iddiası təmin edilməmişdir.
35. İddiaçı da məhkəmə tərəfindən 20 iyun 2007-ci il tarixli qətnamə qəbul edildikdən əvvəl-2006-cı ildə Filialı bitirmişdir.
36. Odur ki, iddiaçı 26 iyun 2006-cı ildə təhsilini başa vurduğuna görə aldığı diplom üzrə ona ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsindən cavabdehin imtinası qanuna uyğun olmamışdır.
37. Məhkəmə kollegiyası Ali Məhkəmənin İnzibati kollegiyasının əvvə lki qərarında olan mövqeyini təkrarlayaraq qeyd edir ki, Filial tərəfindən verilmiş diplomların etibarsız sayılmasına dair iddianın rədd edilməsi barədə qanuni qüvvəyə minmiş 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsi mövcud olduğundan hazırkı vəziyyətdə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
38. Bəhs olunanlara əsasən məhkəmə kollegiyası cavabdehin kasasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.
39. Yuxarıda göstərilənlərə və İPM-in 96.9 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kasasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 14 iyun tarixli 21(103)-2131/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.