Məhkəmə qərarları › İş №2-1(102)-2349/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2349/2019

14.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2349/2019 14.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: üçüncü şəxsin cəlb edilməsi barədə cavabdehin vəsatəti və kassasiya şikayəti barədə giriş hissəsi: Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və X2 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı X1 (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı çıxarışın verilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1203/2019 saylı, 7 may 2019-cu il tarixli qərardadından cavabdehin verdiyi kassasiya şikayətinə 14 avqust 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. təsviri hissə: İddiaçı cavabdehə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında reyestrdən çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə vəsatətlə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Səbail r ayon İcra Hakimiyyəti, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 mart 2019-cu il tarixli qərardadı ilə vəsatət qismən təmin edilərək Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilmiş, qalan şəxslərin cəlb edilməsinə dair hissədə vəsatət təmin edilməmişdir. Cavabdehin həmin qərardaddan verdiyi apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 7 may 2019-cu il tarixli qərardadı ilə şikayət təmin olunmamış, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh 23 may 2019-cu il tarixdə apellyasiya instansiyası məhkəməsinin q ərardadını almış, 3 iyun 2019-cu il tarixdə ondan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və adı çəkilən idarələrin üçüncü şəxs kimi cəlb edilməsini xahiş etmişdir. əsаslаndırmа hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə iştirakları olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İPM-in 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqların a toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Həmin Məcəllən in 28.3-cü maddəsinə əsasən, üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz (28.4-cü maddə). Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər (28.5-ci maddə). Qanunvericiliyin tələbinə görə məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə qaldırdığı vəsatət təmin edilmədiyi halda, həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Vəsatətin rədd edilməsi barədə qərardaddan məhkəmə icraatının tərəflərinin, o cümlədən cavabdehin yuxarı məhkəməyə şikayət verməsi İPM-də nəzərdə tutulmamışdır. Qanunverici belə qərardadlardan şikayətin edilməsi səlahiyyətini məhkəmə icraatına cəlb olunmamış şəxslərin özlərinə vermişdir. Cavabdehin vəsatətində qeyd etdiyi şəxslər qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qoru nan maraqlarına toxunacağını güman etdiklərini bildirib məhkəmə icraatına cəlbetmə barədə vəsatət vermədiklərindən və cəlb etmədən imtina ilə bağlı qərardaddan şikayət vermədiklərindən, cavabdehin belə qərardaddan şikayət verilməsi qanunvericilikdə nəzərdə tutulmadığından cavabdehin kassasiya şikayəti mümkün sayılmalı deyil. Bəhs olunanlara əsasən cavabdehin verdiyi şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.2, 96.3, 96.10 və 98.1-cü maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyas ının 2-1(103)-1203/2019 saylı, 7 may 2019-cu il tarixli qərardadından verdiyi şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar