Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-235/2019 29.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, İddiaçı, vəkili X6, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X11, vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə (bundan sonra cavabdeh) qarşı “əmrlərin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi nin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1658/2018 saylı, 4 sentyabr 2018-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29 yanvar 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı cavabdeh komitənin istintaq idarəsində baş müstəntiq vəzifəsində işləmişdir. Cavabdehin 3 avqust 2017-ci il tarixli 100/847ş saylı əmri ilə iddiaçı vəzifədən azad edilərək, sərəncama götürülmüş, daha sonra onun gömrük orqanlarında xidmətinə 2 oktyabr 2017-ci il tarixli, 100/977ş saylı əmrlə xitam verilmişdir. İddiaçının tutduğu vəzifədən azad edilməsi barədə icraat materiallarından aydın olur ki, sabiq gömrük orqanı əməkdaşı İddiaçı barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İstintaq İdarə sinin rəisi x1 3 avqust 2017-ci il tarixli raportu əsasında “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci və 69-cu maddələri rəhbər tutulmaqla əmr verilmişdir. Əmrdə iddiaçının tutduğu vəzifədən azad edilərək komitənin sərəncamına götürülməsi qeyd edilmişdir. Cavabdehin mübahisələndirilən digər 02.10.2017-ci il tarixli əmrinin qəbul edilməsinə əsas Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin rəisi x1 8 sentyabr 2017-ci il tarixli raportu, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini X 14 sentyabr 2017-ci il tarixli məktubu, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin rəisi x 2 oktyabr 2017-ci il tarixli raportu və xidməti araşdırmaya dair arayışı olmuşdur. Azərbaycan Respublikası Baş prokurorunun birinci m üavini X 14 sentyabr 2017-ci il tarixli təqdimatından və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin rəisi x 2 oktyabr 2017-ci il tarixli raportundan müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 3 avqust 2017-ci il tarixli 100/847ş saylı əmri ilə tutduğu vəzifədən azad edilərək komitənin sərəncamına götürülən iddiaçı baş müstəntiq işlədiyi dövrdə qohumu vasitəsilə tanış olduğu, sonradan aralarında münasibət yaranmış vətəndaş Canay Çağların və vətəndaş Həsən Əliyevin xahişi ilə öz xidməti vəzifəsinin icrası ilə bağlı olmayan və komitənin istintaq idarəsinin digər müstəntiqinin icraatında olan cinayət işi ilə əlaqədar xidməti zərurətdən irəli gəlməyən maraq göstərməklə istintaqın gedişi barədə istintaqın tam, hərtərəfli və obyektiv a parılmasına mane olmayan ümumi xarakterli məlumatlar əldə edərək, həmin vətəndaşlarla qeyri-prosessual münasibətlərə daxil olmuş və onlara məsləhətlər vermiş, ibtidai istintaqını apardığı ********* və ********* saylı cinayət işləri üzrə aradan qaldırılması mümkün olmayan kobud prosessual pozuntulara yol vermişdir. İşə əlavə olunmuş aktlardan (i.v.21-22) aydın olur ki, iddiaçı tutduğu vəzifədən azad edilərək, komitənin sərəncamına götürüldükdən sonra xidməti seyfində olan maddi sübutların təhvil verilməsini təmin etməmiş, barəsində aparılan xidməti araşdırma ilə əlaqədar dəfələrlə dəvət olunmasına baxmayaraq, xidməti araşdırmaya gəlməmiş, aparılan telefon danışığı zamanı xidməti araşdırmaya gəlməkdən və izahat verməkdən imtina etmiş, bununla da o, xidməti vəzifəsinin icrasına səhlənkar yana şaraq, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən 1-ci instansiya məhkəməsinə ünvanlanmış 15 mart 2018-ci il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinə ünvanlanmış “Azərbaycan Respublikası DGK-nin İstintaq İdarəsinin bir sıra əməkdaşlarının fəaliyyətində yol verilmiş qanun pozuntuları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair” 14.09.2017-ci il tarixli, 06/03-227 saylı təqdimatın verilməsinə səbəb istintaq idarəsinin sabiq baş müstəntiqi İddiaçı tərəfindən icraatında olmuş cinayət işlərinin ibtidai istintaqı zamanı Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin tələblərinin pozulma sına yol verməsi, bu əsasla da onun barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən 14 iyul 2017-ci il tarixdə və Bakı şəhəri Suraxanı rayon məhkəməsi tərəfindən 4 avqust 2017-ci il tarixdə xüsusi qərar çıxarılması olmuşdur. Həmin məktuba əlavə olunmuş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)286/2017 saylı, 14 iyul 2017-ci il tarixli xüsusi qərarı ilə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(089)-286/2017 saylı cinayət işinin ibtidai istintaqı zamanı Azərbaycan Respublikası CPM-in kobud şəkildə pozulması hallarına yol verdiyinə görə Azərbaycan Respublikası Gömrük Komitəsi İstintaq İdarəsinin baş müstəntiqi, gömrük xidməti polkovniki İddiaçı barəsində müvafiq tədbir görülməsindən ötrü xüsusi qərar çı xarılması, həmin qərarın Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə göndərilməsi, qərar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə daxil olduqdan sonra 30 gündən gec olmayaraq komitənin istintaq idarəsinin baş müstəntiqi İddiaçı məsuliyyəti barədə məsələnin həll edilməsi və görülmüş tədbirlər barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə məlumat verilməsi qərara alınmışdır. Həmçinin Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4 avqust 2017-ci il tarixli, 1(010)-172/2017 saylı məhkəmə hazırlıq iclasının nəticələrinə dair çıxarılan xüsusi qərardan görünür ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə olan ********* saylı cinayət işinin ibtidai istintaqı zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İstintaq İdarəsinin baş müstəntiqi İddiaçı yol verdiyi kobud qanun pozuntuları barədə xüsusi qərar çıxarılması, xüsusi qərarın təsir tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinə göndərilməsi, xüsusi qərarın daxil olduqdan sonra 30 gündən gec olmayan müddətdə görülmüş tədbirlər barədə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə məlumat verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən 1-ci instansiya məhkəməsinə ünvanlanmış 15 mart 2018-ci il tarixli məktubda göstərilmişdir ki, vətəndaş X5 müraciəti əsasında Baş Prokurorluqda müvafiq araşdırma aparılmış və onun müraciətində göstərdiyi xüsusatlar özü və digər şəxslər tərəfindən təkzib edildiyi, təsdiqini tapmadığı üçün toplanılmış materiallar üzrə 14 sentyabr 2017-ci il tarixli qərarla Azərbayca n Respublikası CPM-in 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Qeyd edilən qərarın surətinin məhkəməyə göndərilməsi məqsədəmüvafiq hesab edilməmişdir. İddiaçı 1 noyabr 2017-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi və tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin 3 avqust 2017-ci il tarixli 100/847ş və 2 oktyabr 2017-ci il tarixli 100/977ş saylı əmrlərinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda Qarabağda gedən döyüşlərdə 1992-1993-cü illərdə iştirak etmişdir, müharibə veteranıdır. 1992-1993-cü illərdə xüsusi idarədə, 1993-cü ildən 2003-cü ilə kimi daxili işlər orqanla rında müstəntiq vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində İstintaq İdarəsinin baş müstəntiqi vəzifəsində 2003-cü ildən bəri işləyir. 20152016-cı illərdə ən çox cinayət işi apardığına görə ona Fəxri Fərman verilmişdir. Uzun müddətli xidmət ərzində heç bir əhəmiyyətli nöqsana yol verməmiş, əksinə nümunəvi xidməti ilə həmişə seçilmişdir. Xidmət etdiyi dövrdə işinə diqqətlə yanaşmış, can yandırmış, işə qanunla nəzərdə tutulan vaxtdan tez gəlmiş və qanunla nəzərdə tutulan vaxtdan gec getmişdir. X15 Komitəsinin adını öz davranışı ilə uca saxlamışdır. Bütün bunlara baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ona olan məlumata görə onu əvvəlcə müvafiq əmri ilə tutduğu vəzifədən azad edərək, komitənin sərəncamına götürmüş, bir müddət sonra isə digər bi r müvafiq əmri ilə onu gömrük orqanlarından xaric etmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq hər iki əmrin surətləri ona bu günədək verilməmiş, bu səbəbdən də həmin əmrləri ona rəsmi qaydada verilməsi barədə cavabdehə 20.10.2017-ci il tarixli ərizə ilə müraciət etmişdir. Barəsində işdənçıxma əmri verilərkən səhhətiylə bağlı işdə olmamış və bu günədək “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin tələblərinin pozmağının hansı qaydada baş verməsi və bu pozuntuların nədən ibarət olması barədə izahatı alınmamış və bununla əlaqədar onu dinləməmişlər. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 26.1-ci, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 2, 127-ci, Əmək Məcəlləsinin 189.1-ci, Azərbaycan Respublikası MPM-in 4.1-ci maddələrinə istinad etmi şdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(81)-320/18 saylıiş) 4 aprel 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq mübahisələndirilən hər iki əmrin qanunauyğunluğu məhkəmə araşdırması ilə sübut edildiyindən iddia təmin edilə bilməz. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 aprel 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X9-məruzəçi, X8 və X2, 2-1(103)-1658/2018 saylı iş) 4 sentyabr 2018-ci il tarixli qərarla cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəmə sinin qərarını dəyişdirmədən saxlamışdır. İddiaçı 17 oktyabr 2018-ci il tarixdə qərarın surətini almış, 2 noyabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Cavabdehin arqumentlərindən biri kimi qəbul edilmiş olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 iyul 2017-ci il tarixli və Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 4 avqust 2017-ci il tarixli xüsusi qərarları da işin ziddiyyətli araşdırılmamış hissəsi ilə bağlı olmuşdur. Belə ki, mübahisələndirilən əmrlərin verilməsi zamanı qeyd olunan bu xüsusi qərarlar heç komitədə olmamışdır, əmrlərin verilməsi üçün əsas kimi qəbul edilməmişdir və bu səbəbdən də cavabdehin nümayəndəsinin məhkəmə araşdırması zamanı həmin qərarlara istinad etməsi və məhkəmələrin də həmin sənədləri dəlil kimi qəbul etməsi yolverilməzdir. Mübahisələndirilən hallar hətta həqiqətə uyğun dəlillər kimi qəbul edilsə belə, cavabdehin rəhbərliyi tərəfindən eyni xətaya görə iddiaçının 2 dəfə cəzalandırılması - ilkin olaraq 03.08.2017-ci il tarixdə tutduğu vəzifədən azad edilməsi, daha sonra isə 02.10.2017-ci il tarixdə gömrük orqanlarından xaric edilməsi əsaslı hesab oluna bilməz. Apellyasiya məhkəməsi şikayəti araşdırarkən Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 2.2.1, 32.1, 52, 58, 68.2-ci maddələrinə, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin müvafiq maddələrinə istinad edərək mübahisəli qərardakı xüsusatlara istinad etmiş, onlara cavabdehin xeyrinə olan mövqedən yanaşmış, həmin normaların tələbləri məhkəmə kollegiyası tərəfindən düzgün tətbiq edilməmişdir. Halbuki, iddiaçı tərəfindən göstərilmiş dəlillər apellyasiya şikayətinin təmini üçün əsaslı idilər. tərəflərin izahatları: İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orad a şikayətçinin tələbi göstərilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslı deyildir. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində baş müstəntiq vəzifəsində işləmiş, cavabdehin 3 avqust 2017-ci il tarixli əmri ilə vəzifədən azad edilərək sərəncama götürülmüş, 2 oktyabr 2017-ci il tarixli əmri ilə isə gömrük orqanlarından xaric edilərək gömrük orqanlarında xidmətinə xitam verilmişdir. İddiaçının tutduğu vəzifəsindən azad edilərək komitənin sərəncamına götürülməsi barədə cavabdeh əmrini “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 44, 50 və 69-cu maddələri ilə əs aslandırmışdır. Əsasnamənin 44-cü maddəsinə əsasən gömrük orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur: Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət edilməsini təmin etmək; fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etmək; gömrük orqanlarının rəislərinin səlahiyyətləri çərçivəsində verdikləri əmr və sərəncamlarını yerinə yetirmək; xidməti vəzifələri hüdudlarında fiziki və hüquqi şəxslərin müraciətlərinə vaxtında baxmaq; gömrük orqanlarında müəyyən edilən daxili intizam və xidməti informasiya ilə rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək; dövlət sirrini və qanunla qorunan digər sirləri qorumaq, xidməti vəzifələrini yerinə yetirərkən ona məlum olmuş məlumatları açıql amamaq. Gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada üç ayadək müddətdə həmin orqanın sərəncamında saxlanıla bilər. Bu müddətə gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə olduğu müddət daxil edilmir. Gömrük orqanının vəzifəli şəxsinin sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı əmək haqqı saxlanılır (50-ci maddə). Gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında ” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl e tmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər:... 6) vəzifədən azad etmə (bu halda gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının sərəncamında ola bilər və həmin müddət ərzində onun gömrük orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, gömrük orqanlarında işə təyin edilir);... (69-cu maddə). İşin hallarından görünür ki, iddiaçı komitənin istintaq idarəsinin 3 avqust 2017-ci il tarixli raportu ilə Əsasnamənin 44-cü maddəsinin tələbinə əməl etmədiyinə görə sərəncama götürülmüşdür. İddiaçının gömrük orqanlarından xaric edilərək gömrük orqanlarında xidmətinə xitam verilm əsinə dair əmrin verilməsinə əsas Azərbaycan Respublikası Dövlət Gömrük İstintaq İdarəsinin rəisi x1 8 sentyabr 2017-ci il tarixli 34/20/021581 saylı raportu, Azərbaycan Respublikası baş prokurorunun birinci müavini X 14 sentyabr 2017-ci il tarixli 06/03-27 saylı məktubu, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin rəisi x 2 oktyabr 2017-ci il tarixli 34/18/0234189 saylı raportu və xidməti araşdırmaya dair arayışı olmuşdur. R.Zalovun imzaladığı 8 sentyabr 2017-ci il tarixli raportda komitə sədrindən iddiaçı işə gəlmədiyinə görə iş otağında ona məxsus seyfin mütəxəssis vasitəsilə açılması və rəsmi təhvil-təslim aparılması xahiş edilmişdir. Baş prokurorun birinci müavini X 14 sentyabr 2017-ci il tarixli təqdimatında qeyd edilmişdir ki, iddiaçı tərəfindən is tintaqı tamamlanmış iki cinayət işi üzrə aradan qaldırılması mümkün olmayan kobud pozuntulara yol verildiyinə görə məhkəmələr tərəfindən Cinayət Prosessual Məcəlləsinin 303-cü maddəsinə əsasən baxılmasına xitam verilmiş və iddiaçı barəsində xüsusi qərar çıxarılmaqla həmin cinayət işləri ibtidai araşdırmaya rəhbərlik edən prokurora qaytarılmışdır. Təqdimatda iddiaçı barəsində yol verilmiş qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi məsələsinə baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən 1-ci instansiya məhkəməsinə ünvanlanmış 15 mart 2018-ci il tarixli 06/02-1033 saylı məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinə ünvanlanmış “Azərbaycan Respublikası DGK-nın İstintaq, idarəsinin bir sıra əməkdaşlarının fəaliyyətində yol verilmiş qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair” 14.09.2017-ci il tarixli, 06/03-227 saylı təqdimatın verilməsinə səbəb İstintaq İdarəsinin sabiq baş müstəntiqi İddiaçı tərəfindən icraatında olmuş cinayət işlərinin ibtidai istintaqı zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmasına yol verməsi, bu əsasla da onun barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən 14 iyul 2017-ci il tarixdə və Bakı şəhəri Suraxanı rayon Məhkəməsi tərəfindən 4 avqust 2017-ci il tarixdə xüsusi qərar çıxarılması olmuşdur. Həmin məktuba əlavə olunmuş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)286/2017 saylı, 1 4 iyul 2017-ci il tarixli xüsusi qərarı ilə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(089)-286/2017 saylı cinayət işinin ibtidai istintaqı zamanı Azərbaycan Respublikası CPM-in kobud şəkildə pozulması hallarına yol verdiyinə görə Azərbaycan Respublikası Gömrük Komitəsi İstintaq İdarəsinin baş müstəntiqi, gömrük xidməti polkovniki İddiaçı barəsində müvafiq tədbir görülməsindən ötrü xüsusi qərar çıxarılması, həmin qərarın Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə göndərilməsi, qərar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə daxil olduqdan sonra 30 gündən gec olmayaraq Komitənin İstintaq İdarəsinin baş müstəntiqi, İddiaçı məsuliyyəti barədə məsələnin həll edilməsi və görülmüş tədbirlər barədə Lənkər an Ağır Cinayətlər Məhkəməsinə məlumat verilməsi qərara alınmışdır. Xüsusi qərardan görünür ki, müstəntiq İddiaçı apardığı ibtidai istintaq zamanı təqsirləndirilən şəxs N.A.Abbasova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə ittiham elan olunmuş və həmin ittiham ibtidai istintaqın sonunadək dəyişdirilməmiş, ittiham aktının nəticə hissəsində isə CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri törətdiyi əks olunmuş, bununla da, CPM-in 223.5 və 289.4-cü maddələrinin tələbləri pozulmuşdur. Həmçinin Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4 avqust 2017-ci il tarixli, 1(010)-172/2017 saylı məhkəmə hazırlıq iclasının nəticələrinə dair çıxarılan xüsusi qərardan görünür ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1. 2.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə olan ********* saylı cinayət işinin ibtidai istintaqı zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İstintaq İdarəsinin baş müstəntiqi İddiaçı yol verdiyi kobud qanun pozuntuları barədə xüsusi qərar çıxarılması, xüsusi qərar təsir tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinə göndərilməsi, xüsusi qərarın daxil olduqdan sonra 30 gündən gec olmayan müddətdə görülmüş tədbirlər barədə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə məlumat verilməsi qərara alınmışdır. Xüsusi qərardan görünür ki, müstəntiq İddiaçı apardığı ibtidai istintaq zamanı ittiham aktında cinayətin törədildiyi vaxt və törədilmə yeri düzgün göstərilməmiş, bir sıra digər qanun pozuntularına yol verilərək CPM-in 223.3.2, 298.3.1, 289.2.2-ci maddələrinin tələbləri pozulmuşdur. Daxili Təhlükəsizlik İdarəsinin rəisi x 2 oktyabr 2017-ci il tarixli arayışında iddiaçının xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozması təsvir edilmişdir. Cavabdeh iddiaçının yuxarıda bəhs edilən kobud pozuntulara yol verməsinə əsaslanaraq fəaliyyətinə xitam verilməsini bildirmişdir. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinə görə gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında ” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzi bati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər:...7) gömrük orqanlarından xaric etmə... Bu Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsinə və ya bu Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər (69-1-ci maddə). İntizam tənbehinin verilməsi əmrlə rəsmiləşdirilir. Əmr, törədilmiş xətanın səbəbləri göstərilməklə, tənbeh verilmiş gömrük orqanının vəzifəli şəxsinə elan olunur və bu barədə ona imza etdirilir (74-cü maddə). Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallar ına sadalanan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, iddiaçı xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduğuna görə barəsində intizam tənbehi tətbiq edilmişdir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə kollegiyasının apardığı araşdırma nəticəsində cavabdehin qəbul etdiyi əmrlərin qanuna zidd olması və bunun nəticəsində iddiaçının hüquqlarının pozulması müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusu baş verməmişdir. Kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından şikayət təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1658/2018 saylı, 4 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-235/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-235/2019
29.01.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver