Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-235/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi) iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə mülkiyyət hüququ üzrə çıxarış verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Daş ınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi) “əmlakın dövlət reyestrində düzəliş edilməklə yeni çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 may 2021-ci tarixli, 2-1(103)-924/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan SSR Nazirlər Sovetinin 02 mart 1984-cü il tarixli 89 saylı qərarı ilə təsdiq edilmiş “Nümunəvi Müqavilə”nin və Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyəti başçısının 09 mart 2016-cı il tarixli 132 saylı sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil X2 ailə tərkibi ilə daimi yaşayış yeri kimi rəsmiləşdirilmişdir. O, mənzilin icarədarı hesab edilmiş və onunla 29 mart 2016-cı il tarixində nümunəvi müqavilə bağlanmışdır.
2. Mənzil üzərində daimi istifadə hüquqlarının alqı-satqısı haqqında 06 noyabr 2016-cı il tarixli müqavilə ilə X3 Ünvan1 ünvanında yerləşən 8 saylı mənzili 16 noyabr 2016-cı il tarixindən başlayaraq İddiaçı daimi istifadəyə vermişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin Seriya RX ******* №-li çıxarışı ilə İddiaçı ünvan 2 ünvanına dair daimi istifadə hüququ 30 dekabr 2016-cı il tarixində daşınmaz əmlakın dövlət reyestrində 2465 nömrəli reyestr kitabının 229514 nömrəli vərəqində qeydiyyata alınmışdır.
4. İddiaçı 27 iyul 2019-cu il tarixli ərizə ilə cavabdeh orqana müraciət edərək ünvan 3 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüquqların daşınmaz əmlakının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 21 avqust 2019-cu il tarixli **********56 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.
5. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi Bakı şəhəri 7 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 3M-195 reyestr nömrəli, 16 noyabr 2016cı il tarixli mənzil üzərində daimi istifadə hüquqlarının alqı-satqısı müqaviləsi əsasında mənzilə yaranan istifadə hüququnun qeydiyyatı aparılıb və RX ******* nömrəli çıxarışla rəsmiləşdiri lib. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ünvan 3 ünvanında yerləşən mənzilə dair onun daimi əsaslarla istifadə hüquqları hissəsinin dəyişdirilərək, daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyətçi kimi hüquqlarının qeydiyyata alınması və xüsusi mülkiyyətçi kimi mülkiyyətdən çıxarışın, texniki pasportun onun adına verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 16 noyabr 2016-cı il tarixində X1 (mülki etibarnamə əsasında) alqı-satqı müqaviləsi yolu ilə ünvan 4 ünvanında yerləşən mənzili adına rəsmiləşdirmişdir. Həmin alqı-satqı müqaviləsi əsasında 30 dekabr 2016-cı il tarixində DƏDRX-də hüquqları qeydiyyata alınmış, ******* saylı mülkiyyətdən çıxarış verilmişdir. Mülkiyyətdən çıxarışdan göründüyü kimi həmin mənzil əvvələr eyni şərtlərlə X2 mülkiyyətində olmuşdur. Sözügedən mülkiyyətdən çıxarışda onun hüququları, “xüsusi mülkiyyətçi” kimi deyil mənzildən daimi əsaslarla istifadə hüququ olan şəxs kimi qeyd edilmişdir. Sözügedən məsələyə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə hüquqlarını xüsusi mülkiyyətçi olaraq DƏDRX-də qeydiyyatdan keçirilməsinə dair müraciəti idarə tərəfindən 21 avqust 2019-cu il tarixində imtina ilə cavablandırılmışdır. İmtinanın əsası kimi konkret olaraq heç bir fakt və qanun norması göstərilməmiş, qanunsuz olaraq imtina verilmişdir. 8. 1 saylı Bakı İnziba ti-İqtisadi Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2-1(81)3866/2019 saylı qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə göndərilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1628/2020 nömrəli, 12 mart 2020-ci il tarixli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur
10. Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1628/2020 nömrəli qərarı ilə (hakim Nəriman Abıyev) iddia təmin edilməmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya qeyd edilən mənzil üzərində yalnız istifadə hüququ verilmişdir. Onun həmin mənzil üzərində tam mülkiyyət hüququnun olmasın ı təsdiq edən sənəd iş materiallarında mövcud deyildir
12. Qərardan iddiaçı apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 may 2021-ci il tarixli 2-1(103)-924/2021 nömrəli qərarına əsasən (sədrlik edən Elmira Nağıyeva, hakimlər Vidadi Məmmədov və Aida Hüseyn) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1628/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 may 2021-ci il tarixli 2-1(103)-924/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilmə sini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, məhkəmə tərəfindən hüquqi müəyyənlik və bərabərlik prinsipləri pozulmuşdur. Belə ki, mübahisəli mənzilin yerləşdiyi binada olan sakinlərə verilən evlər hazırkı ev istisna olmaqla eyni əsaslarla verilmiş və bütün mənzillər üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Cavabdeh inzibati orqan tərəfindən isə “İnzibati icraat haqqında” Qanunun 12.1, 12.2, 12.4-cü maddələrinin tələbləri pozularaq eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarlar qəbul edilmişdir. Məhkəmələr isə bu hala qiymət verməmişdir.
17. Məhkəmələr nəzərə almamışdır ki, həmin mənzil üzərində balans hüququ olan təşkilat (Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Birliyi) həmin mənzilin iddiaçının adına qeydiyyata alınmasına etiraz etmədiyi halda, cavabdeh təşkilatın səlahiyyətlərinə aid olmayan əsasla həmin əmlaka hüquqları qeydiyyatını aparmaqdan imtina etməsinin heç bir hüquqi və faktiki əsası yoxdur. 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, təqdim edilməli olan sənədlərin siyahısı, həmin sənədlərə dair tələblər, hüquqların dövlət qeydiyyatından imtinanın halları konkret müəyyən olunmuşdur. Cavabdehin imtinası isə həmin Qanunun 15-ci maddəsinə uyğun olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Daşınmaz əmlakın dövlət reyestri haqq ında” Qanun: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasla 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (-) Maddə
10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi (-) 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; (-) Maddə 1
5. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam v ermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
21. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiy a instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apell yasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Hazırkı qərarın 20-ci bəndində göstərilən normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınm az əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir.
26. İddiaçı da 06 noyabr 2016-cı il tarixli müqaviləyə istinad edərək daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş edir. Kassasiya şikayətinin də əsas dəlili odur ki, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması üçün qanunvericilikdə göstərilən əsaslar olsa da, cavabdeh qeydiyyatdan imtina etmiş, məhkəmələr isə bu halı nəzərə almamışdır.
27. Məhkəmə kollegiyası kassatorun dəlillərini əsassız hesab edir. Belə ki, işin mübahisəsiz hallarından məlumdur ki, iddiaçının istinad etdiyi 06 noyabr 2016-cı il tarixli müqavilə əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, ev 2 ünvanında yerləşən 8 saylı mənzil 16 noyabr 2016-cı il tarixindən başlayaraq İddiaçı daimi istifadəyə vermişdir.
28. Bundan başqa, işin hallarından görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi dövlət mənzil fonduna aid olmaqla Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır.
29. Göründüyü kimi, həmin müqavilə sözügedən əmlak üzərində iddiaçının mülkiyyət hüququnun yox, daimi istifadə hüququnun yaranmasına səbəb olur və cavabdeh orqan buna uyğun olaraq RX seriyalı ******* nömrəli çıxarışla iddiaçının ünvan 2 ünvanına dair daimi istifadə hüququnu 30 dekabr 2016-cı il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almışdır.
30. İddiaçı nə cavabdeh orqana, nə də məhkəməyə iddia etdiyi mənzil üzərində məhz mülkiyyət hüququnun q eydə alınması üçün qanunvericilikdə göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu təsdiq edən sənəd təqdim etməmişdir. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır.
31. Göründüyü kimi, kassasiya şikayətində cavabdeh inzibati orqanın imtinasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə uyğun olmadığı qeyd edilsə də, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
32. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 may 2021-ci il tarixli 2-1(103)-924/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 may 2021-ci il tarixli 21(103)-924/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.