Məhkəmə qərarları › İş №2-1(102)-235/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-235/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-235/2024 25.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın mübahisələndirilməsi; operativ vergi nəzarəti; əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin(xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Dövl ət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1774/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7413 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 20.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən 2 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə 4.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra idd ia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021ci il tarixli **********7413 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının adına qeydiyyata alınmış ünvan 1 ünvanda yerləşən "Elit" kafedə cavabdehin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə yoxlama keçirilmişdir. Qeyd olunan yoxlama zamanı kafedə ilkin olaraq iş təcrübələri yoxlanılan işçilər xidmət göstərmişlər. Belə ki, kafenin fəaliyyətini daha da yaxşılaşdırmaq üçün iş təcrübəsi olan işçilərin cəlb edilməsi məqsədi ilə bir neçə nəfər kafeyə dəvət olunmuş və onların işə götürülməsi barədə müəyyən danışıqlar apa rılması qərara alınmışdır. Bununla yanaşı kafenin fəaliyyəti ilə əlaqəsi olmayan digər şəxslər də vergi əməkdaşları tərəfindən sorğu-sual olunmuş və akt tərtib edilmişdir. Qeyd olunan akta əsasən iddiaçı əsassız olaraq 24.000 min manat cərimə olunmuşdur. Cavabdehin etirazları:

4. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, araşdırma zamanı cavabdehin xx.xx.2021-ci il tarixli **********0238 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən xx.xx.2021-ci il tarixdə fiziki şəxs İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 2 ünvanında yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi q üvvəyə minmədən 10 nəfər və Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən 2 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 005370 nömrəli akt tərtib edilmiş və vergi ödəyicisi ilə əlaqə saxlansa da heç bir səbəb göstərmədən obyektə gəlməkdən imtina etmiş və bu səbəbdən də göstərilən qərarla, çıxarışla və tərtib edilmiş aktlarla tanış olmamış, imza etməmiş və aktların surətini almamışdır. Tərtib edilmiş aktın bir surəti vergi ödəyicilərinin ve rgi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə saat 13:02:22da oxunmuşdur. Tərtib edilmiş akt əsasında cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli **********7413 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 24.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş v ə araşdırma zamanı elektron qutuda xx.xx.2021-ci il tarixli məktubun iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə saat 12:49:54-də oxunduğu müəyyən edilmişdir. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5883/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xx.xx.2021-ci il tarixdə iddiaçıya məxsus olan obyektdə operativ vergi nəzarəti həyata keçirilərkən 12 nəfər fiziki şəxsdən 10 nəfərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minm ədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə, 2 nəfərin Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmiş, bununla əlaqədar işçilərin izahatı alınmış, akt tərtib edilmişdir. Elektron informasiya sisteminə müqavilənin daxil edilməməsi işəgötürənlə işçi arasında əmək münasibətlərinin əmək qanunvericiliyinə əsasən həyata keçirilmədiyini təsdiq edir və həmin işçinin gəlirinin gizlədilməsinə səbəb olur. Bu halın müəyyən edilməsi, eyni zamanda Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyət göstərən fiziki şəxslərin sadələşdirilmiş vergi üzrə sabit məbləğin v ə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi maliyyə sanksiyasının tətbiqi üçün əsasdır.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1774/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSA SİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətində işin halları, iddia ərizəsində göstərilən dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qərarında şahid ifadələri də düzgün qeyd olunmamışdır. Şahidlərin ifadələri üst-üstə düşmür. Belə ki, şahidlər tərəfindən qeyd olunmuşdur ki, pandemiya ilə bağlı işsiz olduqları üçün maddi imkanları həddindən artıq pis olmuş və bu səbəbdən də köhnə tanışları ilə əlaqə saxlayaraq iş axtardıqlarını bildirmişlər. Belə olan halda, X1 Rəhimova zəng edərək maddi vəziyyətlərinin ağır olmasını bildirərək işə götürülmələrini xahiş etmişdir. İddiaçı işə başlamaq istədiklərini və işçilər götürəcəyini deyərək xx.xx.2021-ci il tarixdə “Elit” kafedə görüşmələrini bildirmişdir. Bununla da xx.x x.2021-ci il tarixdə Şərqiyyə Hüseynova, Könül Babayeva və Samirə Kazımova işə düzəlmək üçün “Elit” Kafeyə gəlmiş və kafenin fəaliyyəti ilə bağlı danışıqlar aparılmışdır. Həmin ərəfədə təmizlik işləri ilə yanaşı bəzi işlərdə onlar tərəfindən görülmüşdür. Şahidlər bildirmişlər ki, onlar birinci gün idi ki, “Elit” kafeyə gəlmişlər və onlarla əmək müqaviləsi iş təcrübələri yoxlandıqdan sonra bağlanmalı idi. b. kassasiya şikayətinə etirazın dəlilləri

12. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: Maddə

14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə

91. Mübahisə ilə bağlı işə kassa siya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

14. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona gö rə də, şikayət mümkün hesab edilmişdir.

15. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 17 Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfin dən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 18 Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağ a lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

19. İddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Elektron informasiya sistemində əmək müqaviləsinin qeydiyyatdan keçirilməsi isə işəgötürənin əsas vəzifələrindən biridir.

20. İşin halları ilə müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə iddiaçıya məxsus olan ob yektdə operativ vergi nəzarəti həyata keçirilərkən 12 nəfər fiziki şəxsdən 10 nəfərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə, 2 nəfərin Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmiş, bununla əlaqədar işçilərin izahatı alınmış, akt tərtib edilmişdir.

21. Məhkəmə kollegiyası nəzərə alır ki, elektron informasiya sisteminə müqavilənin daxil edilməməsi işəgötürənlə işçi arasında əmək münasibətlərinin əmək qanunvericiliyinə əsasən həyat a keçirilmədiyini təsdiq edir. Bu halın müəyyən edilməsi, eyni zamanda Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyət göstərən fiziki şəxslərin sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi maliyyə sanksiyasının tətbiqi üçün əsasdır.

22. Cavabdeh inzibati orqan operativ vergi nəzarətinin keçirilməsi nəticəsində tərtib edilmiş aktlara istinad etməklə iddiaçını məsuliyyətə cəlb etmiş, öz qərarlarını “İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırmış, məhkəmə icraatının gedişində məsuliyyət qərarlarının qəbul edilməsinin əsasları barədə dəlillər irəli sürülmüş və materiallar təqdim edilmişdir. Həmin materiallar birinci və apelly asiya instansiyası məhkəmələrində araşdırmanın predmeti olmuşlar. Mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübut edilmişdir.

23. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1774/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar