Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-235/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: aksiz vergisi məbləğinin geri qaytarılması barədə qərar qəbul edilməsi, bununla bağlı rəyin verilməsi və vəkil xərcinin tutulması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “aksiz vergisi məbləğinin geri qaytarılması barədə qərar qəbul edilmə si, bununla bağlı rəyin verilməsi və vəkil xərcinin tutulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)1494/2024 nömrəli qərarından iş üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Daxili İşlər Nazirliyinin xx.xx.2019-cu il tarixli 120 saylı və 121 saylı Xüsusi icazələrinə əsasən, iddiaçıya müvafiq olaraq dövriyyəsinə nəzarət edilən güclü təsiredən dərman preparatlarının və zəhərli maddələrinin topdan dövriyyəsinə icazə verilmişdir.
2. Fövqəladə Hallar Nazirliyi X6 Görülməsi və X16 Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçıya güclü təsiredən və onların külli miqdarının siyahısında olan maddələr in, o cümlədən 500 litr etil spirti (sintetik və ya spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından hazırlanmış (hidrolizlə, sulfitlə, həmçinin etol) Azərbaycana gətirilməsinə etiraz edilmədiyi bildirilmişdir.
3. Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçıya güclü təsiredən və zəhərli maddələrin idxalına həyata keçirilməsinə etiraz edilmədiyi bildirilmişdir.
4. Azərbaycan Respublikası Baş Nazirinin 1-ci müavininin xx.xx.2021-ci il tarixli xüsusi icazəsinə əsasən, iddiaçıya güclü təsiredən və zəhərli maddələrin idxalına icazə verilmişdir.
5. İddiaçı ilə Almaniyanın "xxxx" şirkəti arasında bağlanmış M1002/21-1 saylı xx.xx.2021-ci il tarixli müqaviləyə uyğun olaraq ********** saylı xx.xx.2021-ci il tarixli invoysla 1080 ədəd “100983.2500 Supelco Ethanolabsoluteforanalysis” markalanma atributlarına görə S/N 100983, tutumu 2.5L, laborator məqsədlər üçün istifadə olunan təmizlik dərəcəsi ≥ 99.9% olan etil spirti (CAS 64-17-5) (sonradan “sintetik etilspirti”) Azərbaycan Respublikasına idxal edilmişdir. 6. ********** saylı invoysla ölkəmizə idxal olunan 1080 ədəd (x2,5 litr=2700 litr) “sintetik etil spirti”ilə bağlı xx.xx.2021-ci il tarixli **********6286 nömrəli qısa idxal X15 cavabdeh Bakı Baş Gömrük İdarəsinə təqdim edilmiş və qısa YGB əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin yanında “Azterminalkompleks” Birliyinə ********* saylı qəbzlə- 30,40 manat və ********* saylı qəbzlə- 5,80 manat (ƏDV), ümumilikdə isə 36,20 manat ödənilmişdir. 7. ********** saylı invoysla ölkəmizə idxal olunan 1080 ədəd “sintetik etil spir ti” ilə bağlı xx.xx.2021-ci il tarixli **********6584 nömrəli YGB tərtib edilərək ********* saylı qəbzlə 14055 manat aksiz vergisi ödənilmişdir. Lakin cavabdeh Baş Nazirinin 1-ci müavinin xx.xx.2021-ci il tarixli icazə məktubu ilə 500 litr “sintetik etil spirti”nin gətirilməsinə icazə verildiyi səbəbindən yalnız 200 ədəd (x 2,5 litr = 500 litr) “sintetik etil spirti”nin buraxılmasına icazə vermişdir. Anbarda qalan 880 ədəd “sintetik etil spirti”nin buraxılması üçün dəfələrlə cavabdehə etdikləri müraciətlər nəticəsiz qalmışdır.
8. X7 İdarəsi tərəfindən “sintetik etil spirti”nə ********** nömrəli idxal kodu verilmişdir. İdxal olunan 1080 ədəd “sintetik etil spirti”nin 200 ədədi xx.xx.2021-ci il tarixli icazə məktubu ilə buraxıldığından və anbarda qalan 880 ədədi yeni icazə məktubu tələb edil diyi üçün tərəflərindən cavabdehə əsassız ödədikləri 14055 manat məbləğində aksiz vergisinin geri qaytarılmasını xahiş etmişlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki birinci icraat
9. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ********** saylı invoysla idxal olunan 1080 ədəd laborator məqsədlər üçün istifadə olunan, spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından hazırlanmış sintetik etil spirtinin rəsmiləşdirilməsi üçün ********* saylı qəbzlə ödənilmiş 14055 manat aksiz vergisi məbləğinin və 2000 manat məbləğində vəkil qonorarının, ümumilikdə 16055 manat məbləğində pul vəsaitinin iddiaçının avans hesabına qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ********** saylı invoysla idxal olunan 1080 ədəd laborator məqsədlər üçün istifadə olunan, spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından hazırlanmış sintetik etil spirtinin rəsmiləşdirilməsi üçün ********* saylı qəbzlə ödənilmiş 14055 manat aksiz vergisi məbləğinin iddiaçıya qaytarılması barədə qərarın qəbul edilməsi və bununla bağlı müvafiq rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və hazırki iş üzrə xidmətlər üçün ödənilmiş 2000 manat məbləğində vəkil qonorarın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Da xili İşlər Nazirliyinin xx.xx.2019-cu il tarixli 120 saylı və 121 saylı Xüsusi icazələrinə əsasən, iddiaçıya müvafiq olaraq dövriyyəsinə nəzarət edilən güclü təsiredən dərman preparatlarının və zəhərli maddələrinin topdan dövriyyəsinə icazə verilmişdir.
12. Fövqəladə Hallar Nazirliyi X6 Görülməsi və X16 Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçıya güclü təsiredən və onların külli miqdarının siyahısında olan maddələrin, o cümlədən 500 litr etil spirti (sintetik və ya spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından hazırlanmış (hidrolizlə, sulfitlə, həmçinin etol) Azərbaycana gətirilməsinə etiraz edilmədiyi bildirilmişdir.
13. Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçıya güclü təsiredən və zəhərli maddələrin idxalına həya ta keçirilməsinə etiraz edilmədiyi bildirilmişdir.
14. Azərbaycan Respublikası Baş Nazirinin 1-ci müavininin xx.xx.2021-ci il tarixli xüsusi icazəsinə əsasən, iddiaçıya güclü təsiredən və zəhərli maddələrin idxalına icazə verilmişdir.
15. İddiaçı ilə Almaniyanın "xxxx" şirkəti arasında bağlanmış M1002/21-1 saylı xx.xx.2021-ci il tarixli müqaviləyə uyğun olaraq ********** saylı xx.xx.2021-ci il tarixli invoysla 1080 ədəd “100983.2500 Supelco Ethanolabsoluteforanalysis” markalanma atributlarına görə S/N 100983, tutumu 2.5L, laborator məqsədlər üçün istifadə olunan təmizlik dərəcəsi ≥ 99.9% olan etil spirti (CAS 64-17-5) (sonradan “sintetik etilspirti”) Azərbaycan Respublikasına idxal edilmişdir. 16. ********** saylı invoysla ölkəmizə idxal olunan 1080 ədəd (x2,5 litr=2700 litr) “sintetik eti l spirti”ilə bağlı xx.xx.2021-ci il tarixli **********6286 nömrəli qısa idxal X15 cavabdeh Bakı Baş Gömrük İdarəsinə təqdim edilmiş və qısa YGB əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin yanında “Azterminalkompleks” Birliyinə ********* saylı qəbzlə- 30,40 manat və ********* saylı qəbzlə- 5,80 manat (ƏDV), ümumilikdə isə 36,20 manat ödənilmişdir.
17. İdxal olunan etil spirti sintetik olduğundan və spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından hazırlandığı üçün tərəflərindən cavabdehə DİN-nin xx.xx.2019-ci il tarixli 120 və 121 saylı xüsusi icazələrini, ARFHN SİTG və DMN Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli və DİN-in xx.xx.2021-ci il tarixli razılıq məktublarını, habelə Baş Nazirin 1-ci müavinin xx.xx.2021-ci il tarixli icazə məktubunu təqdim e tmişlər.
18. Lakin cavabdeh idxal etdikləri “sintetik etil spirti”ni qida məhsulu kimi qəbul etmiş və bunun üçün aksiz vergisi tələb etmişdir. Cavabdehin bu tələbi ilə razı olmadıqları üçün cavabdehə müraciət etsələr də, nəticəsi olmamışdır. 19. ********** saylı invoysla ölkəmizə idxal olunan 1080 ədəd “sintetik etil spirti”ilə bağlı xx.xx.2021-ci il tarixli **********3442 nömrəli YGB tərtib edilərək cavabdehin müvəqqəti saxlanc anbarına təhvil verilmişdir. Bunun üçün cavabdehə ********* saylı qəbzlə- 410,62 manat əməliyyat haqqı, “Azterminalkompleks” Birliyinə ********* saylı qəbzlə- 270,41 manat, ********* saylı qəbzlə- 49 manat (ƏDV) və ********* saylı qəbzlə 400,60 manat əməliyyat haqqı, ümumilikdə isə 720,01 manat ödənilmişdir. 20. ********** saylı invoysla ölkəmizə idxal olunan 108 0 ədəd “sintetik etil spirti” ilə bağlı xx.xx.2021-ci il tarixli **********6584 nömrəli YGB tərtib edilərək ********* saylı qəbzlə 14055 manat aksiz vergisi ödənilmişdir. Lakin cavabdeh Baş Nazirinin 1-ci müavinin xx.xx.2021-ci il tarixli icazə məktubu ilə 500 litr “sintetik etil spirti”nin gətirilməsinə icazə verildiyi səbəbindən yalnız 200 ədəd (x 2,5 litr = 500 litr) “sintetik etil spirti”nin buraxılmasına icazə vermişdir. Anbarda qalan 880 ədəd “sintetik etil spirti”nin buraxılması üçün dəfələrlə cavabdehə etdikləri müraciətlər nəticəsiz qalmışdır.
21. Cavabdeh “sintetik etilspirti”nin 880 ədədini “Güclü təsiredən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 2 nömrəli əlavəsinin (Zəhərli maddə lər) 13-cü sıra nömrəsinə aid etmiş və zəhərli maddə kimi rəsmi icazə tələb etmişdir.
22. Belə ki, DGK-nin X7 İdarəsinin məktubu ilə bildirilmişdir ki, iddiaçının ekspertizaya təqdim etdiyi “100983.2500 Supelco Ethanol absolute for analysis” adlı təmizlik dərəcəsi ≥ 99.9% olan, laborator məqsədlər üçün istifadə olunan denaturasiya olunmamış etil spirti (CAS 64-17-5) “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 2 nömrəli əlavəsinin (Zəhərli maddələr) 13-cü sıra nömrəsinə aiddir.
23. X7 İdarəsi tərəfindən “sintetik etil spirti”nə ********** nömrəli idxal kodu verilmişdir. İdxal olunan 1080 ədəd “sintetik etil spirti”nin 200 ədədi xx.xx.2021-ci il tarixli icazə məktubu ilə buraxıldı ğından və anbarda qalan 880 ədədi yeni icazə məktubu tələb edildiyi üçün tərəflərindən cavabdehə əsassız ödədikləri 14055 manat məbləğində aksiz vergisinin geri qaytarılmasını xahiş etmişlər.
24. Çoxsaylı müraciətlər nəticəsində ödədikləri 14055 manat aksiz vergisindən cəmi 11440 manat - buraxılmamış 880 ədəd “sintetik etil spirti” üçün aksiz vergisi məbləği onların VAİS hesablarına geri qaytarılmış, 2615 manat - buraxılmış 200 ədəd “sintetik etil spirti” üçün ödədikləri aksiz vergisi isə geri qaytarılmamışdır.
25. Nəticədə, ********** saylı invoysla ölkəmizə idxal olunan 1080 ədəd “sintetik etil spirti”ilə bağlı **********4641 nömrəli xx.xx.2022-ci il tarixli YGB tərtib edilərək anbarda qalan 880 ədəd “sintetik etil spirti” cavabdeh tərəfindən buraxılmışdır. Həmin YGB-lə VAİS hesabılarına geri qaytarılan 11440 manat aksiz vergisi cavabdeh tərəfindən aksiz vergisi ödənişi kimi hesablarından silinmişdir. Aksiz vergisinin silinməsi həmin YGB-nin 47-ci qrafasında (növ № 30) göstərilmişdir.
26. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2014-cü il tarixli 100/143 saylı sərəncamı ilə təsdiq edilmiş “Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikası”nın 8 saylı əlavəsinə əsasən, 30 kodlu ödəniş növü “Aksiz vergi”sinə aid edilmişdir. Bundan başqa, DGK-nın rəsmi internet səhifəsində olan gömrük bəyannaməsinin detalları və təsnifatının cədvəlinə əsasən, 30 kodu - Aksizlərə aid edilmişdir. Beləliklə, idxal olunan 1080 ədəd “sintetik etil spirti”nin buraxılması üçün cavabdeh tərəfindən qanunsuz olaraq aksiz vergisi tələb edilmiş, tərəfilərindən 1080 ədəd üçün 140 55 manat məbləğində aksiz vergisi ödənilmiş, lakin 500 litr üçün icazə məktubu olduğundan cavabdeh cəmi 200 ədəd “sintetik etil spirti”ni buraxılmış qalan 880 ədəd “sintetik etil spirti”nə dair icazə məktubu olmadığı üçün buraxmamışdır.
27. Baş Nazirin 1-ci müavinin icazə məktublarının olmasına baxmayaraq, cavabdeh 200 ədəd “sintetik etil spirti” üçün 2615 manat, 880 ədəd “sintetik etil spirti” üçün 11440 manat aksiz vergisini iddiaçıdan tutmuşdur. Nəticədə, cavabdeh idxal etdikləri 1080 ədəd “sintetik etil spirti”ni zəhərli maddə kimi qəbul edərək onların buraxılmasını Baş Nazirin 1-ci müavininin icazəsi əsasında rəsmiləşdirsə də, idxal olunan “sintetik etil spirti”nə qida məhsulu kimi qanunsuz olaraq 14055 manat aksiz vergisini onlardan almışdır.
28. Əsassız silinmiş 14055 manat məbləğ ində aksiz vergisinin geri qaytarılması üçün cavabdehə ünvanladıqları xx.xx.2022 və xx.xx.2022-ci il tarixli ərizələr nəticəsiz qalmışdır. DGK-nə ünvanladıqları xx.xx.2022-ci il tarixli ərizələrinə cavabdeh xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, 11440 manat aksiz vergisi iddiaçının xx.xx.2022-ci il tarixli müraciəti əsasında xx.xx.2021-ci il tarixində iddiaçının VAİS-dəki avans hesabına bərpa olunmuş və **********4641 nömrəli xx.xx.2022-ci il tarixli YGB-nin rəsmiləşdirilməsi zamanı istifadə olunmuşdur.
29. Hesab olunur ki, ********** saylı invoysla idxal olunan və Baş Nazirinin 1-ci müavinin xx.xx.2021 və xx.xx.2022-ci il tarixli icazə məktubları ilə buraxılan 1080 ədəd “sintetik etil spirti”nin **********6584 nömrəli xx.xx.2021-ci il tarixli və **********4641 nömrəli xx.xx.20 22-ci il tarixli YGB əsasında onlardan 14055 manat məbləğində aksiz vergisinin tutulması qanunsuz olmuşdur, çünki idxal olunan 1080 ədəd “sintetik etil spirti” spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından hazırlandığından ona aksiz vergisinin ödənilməsi tələb olunmur.
30. Bu səbəbdən də cavabdeh tərəfindən iddiaçının VAİS hesabından əsassız və qanunsuz silinmiş 14055 manat məbləğində aksiz vergisi onların VAİS hesablarına geri qaytarılmalıdır.
31. Beləliklə, işin faktiki halları və hüquq normaları ilə müəyyən olunur ki, idxal olunan 1080 ədəd “sintetik etil spirti” (100983.2500 Supelco Ethanol absolute for analysis” adlı təmizlik dərəcəsi ≥ 99.9% olan, laborator məqsədlər üçün istifadə olunan (spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından hazı rlanmış) denaturasiya olunmamış etil spirti (CAS 64-17-5), “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 20 nömrəli qərarında nəzərdə tutulmuş aksiz vergisinə cəlb olunmayan mallara aid edilməmişdir.
32. İdxal olunan 1080 ədəd “sintetik etil spirti”, “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 2 nömrəli əlavəsində 13-cü sıra nömrəsində əks olunmuş “zəhərli maddələr” siyahısına aid edilmişdir. Məhz bu səbəbdən, 1080 ədəd “sintetik etil spirti”nin 200 ədədi Baş Nazirinin 1-ci müavininin xx.xx.2021-ci il tarixli icazə məktubuna ə sasən, 880 ədədi isə Baş Nazirinin 1-ci müavininin xx.xx.2022-ci il tarixli icazə məktubu əsasında rəsmiləşdirilmiş və buraxılmışdır. Belə olan təqdirdə 1080 ədəd “sintetik etil spirti”nin buraxılması üçün cavabdehə ödənilmiş 14055 manat məbləğində aksiz vergisi məbləği iddiaçıya geri qaytarılmalıdır.
33. Bundan başqa, əsassız alınmış aksiz vergisi məbləğinin geri qaytarılması üçün cavabdehə etdikləri müraciətlər nəticəsiz qaldığı üçün məcburiyyət qarşında qalaraq, vəkil ilə müqavilə bağlamışlar və vəkilə 2000 manat məbləğində qonorar ödəmişlər.Vəkilə ödənilmiş məbləğ də cavabdeh tərəfindən onlara qaytarılmalıdır. Cavabdehin etirazları:
34. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı tərəfindən idxal olunan mallara dair invoysda 19-cu mal mövqeyi üzr ə təsnifat kodu 22071000 kimi göstərilmişdir. İddiaçı tərəfindən idxal olunan mallara dair X7 İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2200-015/003- 25/006983 saylı ekspert rəyində ********** nömrəli invoysun 19-cu mövqeyi üzrə idxal olunan ‘100983 Supelco Ethanol absolute for analysis" adlı laborator məqsədlər üçün istifadə olunan təmizlik dərəcəsi 100% olan etil spirti (CAS 64-17-5) Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli, 180-VQ saylı Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin Siyahısı”nın “Zəhərli maddələr” siyahısına aid edilərək eyni zamanda XİF MN üzrə təsnifat kodu 2207 10 000 0 kimi müəyyən edilmişdir.
35. X7 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2200-015/0xx-xx/000220 saylı ekspert rəyində iddiaçının ünvanına ********** nömrəli xx.xx.2021-ci il tarixli invoysun 19-cı mövqeyi üzrə idxal olunan yükün “100983.2500 Supelco Ethanol absolute” adlı laborator məqsədlər üçün istifadə olunan, qatılıq həcmi < 100 % olan, denaturasiya olunmamış etil spirti (CAS 64-17-5) XİF MN-ə görə 2207 10 000 0 alt yarımmövqeyində sinifləşdirildiyi göstərilmişdir.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X8 mal nomenklaturası, X12 dərəcələri və X13 dərəcələri”nin 22-ci qrupu “Alkaqollu və alkaqolsuz içkilər və sirkə” adlanır. Həmin qrupa aid edilmiş iddiaçının mübahisələndirdiyi malın təsnifat kodu isə aşağıdakı kimidir: 2207 - Spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasi ya olunmamış etil spirti; hər hansı bir qatılıqda denaturasiya olunmuş etil spirti və digər alkoqollu tinkturalar. 2207 10 000 0- sprirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri iddiaçı tərəfindən düzgün hesablanaraq dövlət büdcəsinə ödənilmişdir. Əlavə olaraq bildirilmişdir ki, gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 48 nömrəli Qərarı ilə təsdiq “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə tənzimlənir. İddiaçının ərizəsi Azərbaycan Respublikası Nazi rlər Kabinetinin müvafiq Qərarında göstərilən şəkildə tərtib edilərək cavabdehə təqdim edilməmişdir. Cavabdehin etirazına əlavə:
37. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə etiraza əlavə təqdim olunaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 20 nömrəli qərarına əsasən, denaturasiya olunmamış etil spirti, 80 həcm faiz və ya çox spirt qatılığı ilə aksiz vergisinə cəlb edilir və həmin qərara əsasən malların idxal olunduğu dövr üçün 2207 10 000 0 nömrəli mal mövqeyində aksiz dərəcəsi 1 litr üçün 5.20 manatdan hesablanmışdır.
38. Malların Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli 180 nömrəli “Güclü təs ir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” qanunu ilə təsdiq edilmiş 2 nömrəli əlavəsində göstərilmiş zəhərli maddələrin siyahısında olması aksiz vergisindən azad olması üçün əsas deyil. Belə ki, heç bir normativ hüquqi aktda idxal edilən spirtin aksiz vergisindən azad olması barədə müddəa yoxdur.
39. İddiaçının almış olduğu icazələr xx.xx.2003-cü il tarixli 565 nömrəli “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası qanunda göstərilmiş mallara münasibətdə tələb olunub. Halbuki, iddiaçı malların gömrük rəsmiləşdirilməsi aparılan zaman müvafiq ekspert rəylərinə uyğun olaraq tələb olunan icazəni müvafiq dövlət qurumundan almış və eyni zamanda idxal olunan mala görə ödənilməli olan aksiz vergisini də ödəmişdir. Beləliklə müəyyən olunur ki, iddiaçı tərəfindən malın invoys sənədinə və yuxarıda göstərilən ekspert rəylərinə uyğun olaraq gömrük ödənişləri ödənilmiş, bəyannamələr gömrük orqanı tərəfindən təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmişdir.
40. Hesab edirlər ki, iddiaçının idxal etdiyi malların gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş, gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri iddiaçı tərəfindən düzgün hesablanaraq dövlət büdcəsinə ödənilmişdir. Birinci instansiya məh kəməsinin gəldiyi nəticə:
41. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(112)-12388/2022 saylı qərardadı ilə iş üzrə yeyinti məhsullarının məhkəmə ekspertizası təyin edilmiş və iş üzrə ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə həvalə edilmişdir. Lakin tədqiqat üçün nümunələr Azərbaycan X4na təqdim edilmədiyinə görə məhkəmə qərardadı icrasız qalmışdır. xx.xx.2023-cü il tarixində İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı ilə Agentliyin əməkdaşı tərəfindən məhsul nümunəsi götürülərək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tabeliyində X2 müvafiq sınaq laboratoriyasına göndərilmişdir. Sınaq nəticələrinə dair protokolu və həmin protokola əsasən verilmiş rəy məhkəməyə təqdim edilmişdir.
42. Bakı İnzibati Məhkəm əsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-2481/2023 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, ********** saylı invoysla idxal olunan 1080 ədəd laborator məqsədlər üçün istifadə olunan, spirtli içkilərin hazırlanması üçün yararsız, qeyriqida xammalından hazırlanmış sintetik etil spirtinin rəsmiləşdirilməsi üçün ********* saylı qəbzlə ödənilmiş 14055 manat aksiz vergisi məbləğinin iddiaçıya qaytarılması barədə qərarın qəbul edilməsi və bununla bağlı müvafiq rəyin verilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
43. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə Almaniya Federativ Respublikasının "xxxx" Şirkəti arasnda bağlanmış M1002/21-1 saylı xx.xx.2021-ci il tarixli müqaviləyə uyğun olaraq ********** saylı xx.xx.2021-ci il tari xli invoysla 1080 ədəd “100983.2500 Supelco Ethanol avsolute for analysis” markalanma atributlarına görə S/N 100983, tutumu 2.5 l, laborator məqsədlər üçün istifadə olunan təmizlik dərəcəsi > 99.9% olan etil spirti (CAS 64-17-5) (sonradan “sintetik etil spirti”) iddiaçı tərəfindən Azərbaycan Respublikasına idxal edilmişdir.
44. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli **********6286 nömrəli qısa idxal X15 təqdim edilmiş və həmin bəyannaməyə əsasən ümumilikdə 36.20 manat ödənilmişdir. İddiaçı tərəfindən həmin idxal olunan etil spirti sintetik olduğundan və spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından hazırlandığı üçün Azərbaycan Respublikası DİN-dən xx.xx.2019-cu il tarixli 120 və 121 saylı xüsusi icazələr, AR FHN SİTG və DMN Dövlət Agentliyindən və AR DİN-dən xx. xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli razılıq məktubları, habelə AR Baş Nazirinin 1-ci müavinin xx.xx.2021-ci il tarixli icazə məktubları əldə edilmiş və bu icazə məktubları cavabdehə təqdim edilsə də, cavabdeh tərəfindən iddiaçıların malları gömrük rəsmiləşdirilməsi həyata keçirilməyərək gömrük nəzarətindən buraxılmamışdır.
45. Bundan sonra, iddiaçı tərəfindən həmin idxal olunan mallarla bağlı xx.xx.2021-ci il tarixli **********6584 nömrəli X15 tərtib edilərək ********* saylı qəbzlə 14055 manat aksiz vergisi ödənilmişdir. Həmin bəyannamə üzrə gömrük orqanı tərəfindən 1080 ədəd maldan 200 ədədi Azərbaycan Respublikasının Baş Nazirinin 1-ci müavinin xx.xx.2021-ci il tarixli icazə sənədində qeyd edilmiş miqdara uyğun olaraq buraxılmışdır. Eləcə də, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertiza İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən İddiaçı MMC-nin ünvanına ********** nömrəli xx.xx.2021-ci il tarixli invoysun 19-cu mövqe üzrə idxal olunan yük “100983.2500 Supelco Ethanol absolute” adlı laborator məqsədlər üçün istifadə olunan, qatılıq həcmi < 100% olan, denaturasiya olunmamış etil spirti (CAS 64-17-5) XİF MN-ə görə 2207 10 000 0 alt yarımmövqeyində sinifləşdirilmişdir. Yerdə qalan mallarla bağlı iddiaçı tərəfindən Azərbaycan Respublikasının Baş nazirinin 1-ci müavininə icazə məktubunun alınması üçün müraciətlər edilmiş və xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Baş nazirinin 1-ci müavinindən icazə məktubu əldə edildikdən sonra xx.xx.2022-ci il tarixli **********4641 nömrəli X15 tərtib edil ərək gömrük orqanına təqdim edilmişdir. Həmin bəyannamə üzrə gömrük orqanı tərəfindən 1080 ədəd maldan yerdə qalan 880 ədədi gömrük nəzarətindən buraxılmışdır.
46. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tabeliyində X4 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli rəyə əsasən bildirilmişdir ki, İddiaçı MMC şirkətinə məxsus 1 (bir) ədəd “Etil spirti//etil spirti” nümunəsinin Azərbaycan X2 Abşeron Regional Sınaq Laboratoriyasında fiziki-kimyəvi (Etil spirtin həcm payı) göstəricilər üzrə müayinələri həyata keçirilmişdir. Müayinələr zamanı sözügedən nümunədə etil spirtinin həcm payının 99.97 % olduğu müəyyən edilmiş və protokolda bu nəticə “faktiki” olaraq göstərilmişdir. Beləliklə, müayinəsi həyata keçirilən nümunənin analiz sertifikatında, eləcə də, qablaşdırılma sında əks olunan məlumatlar bu məhsulun reaktiv kimi (ethanol absolute for analysis Emsure ® ACS, İSO, Reag.Ph Eur) istifadə edildiyini göstərir.
47. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddia etdiyinin əksinə iddiaçının idxal etdiyi mallar alkoqollu içki olmayıb, həmin məhsul güclü təsir edən, zəhərli, reaktiv məhsul kimi istifadə edilən məhsul olmuşdur. Lakin, buna baxmayaraq cavabdeh orqan tərəfindən “2207 10 000 0” altqrupuna aid edilən həmin məhsullar “Zəhərli maddələr” siyahısına, eləcə də, “Alkoqollu və alkoqolsuz içkilər və sirkə” siyahısına əlavə edilərək, iddiaçıdan həm “Zəhərli” maddə kimi xüsusi lisenziya alınmış, həm də, “alkoqollu içki” kimi qanunsuz və əsassız olaraq aksiz rüsumu tutmuşdur. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tar ixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının X8 Mal Nomenklaturası, X12 Dərəcələri və X9 Dərəcələri, Xarici İqtisadi X1 Əsas Şərhetmə Qaydalarında” “Alkoqollu və alkoqolsuz içkilər və sirkə” adlı 22-ci qrupun qeyd hissəsinin 3-cü bəndində alkoqollu içkilər 2203-2206 və ya 2208 mal mövqelərinə daxil edilmişdir. “2207 10 000
0. Spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti” “Alkoqollu və alkoqolsuz içkilər və sirkə” adlı 22-ci qrupun “2207. Spirtin qatılığı 80 həcm% və ya daha çox olan enaturasiya olunmamış etil spirti; hər hansı bir qatılıqda denaturasiya olunmuş etil spirti və digər alkoqollu tinkturalar” adlı mal mövqelərinin adlı altqrupunda müəyyən edilmişdir.
48. Belə olan təqdirdə iddiaçının tələbi “********** saylı invoysla idxal olunan 1080 ədəd laborator məqsədlər üçün istifadə olunan, spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından hazırlanmış sintetik etil spirtinin rəsmiləşdirilməsi üçün ********* saylı qəbzlə ödənilmiş 14055 (on dörd min əlli beş) manat aksiz vergisi məbləğinin İddiaçı MMC-yə qaytarılması barədə qərarın qəbul edilməsi və bununla bağlı müvafiq rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsində əsaslı hesab edilməklə təmin edilməlidir.
49. Məhkəmə iddiaçının tələbinin ikinci hissəsinə, yəni hazırkı iş üzrə xidmətlər üçün ödənilmiş 2000 manat məbləğində vəkil qonorarın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.
50. Belə ki, iş mater iallarına iddiaçı tərəfindən vəkil xidmətinə görə ödənilmiş pul məbləği ilə bağlı ödəniş tapşırığı və elektron qaimə əlavə edilsə də, həmin ödənişin həyata keçirilməsi üçün əsas olmuş “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilə əlavə edilməmiş, bununla da, həmin müqaviləyə əsasən vəkil tərəfindən iddiaçıya hansı xidmətlərin göstərilməsi, ödənilmiş məbləğin hansı məhkəmə instansiyaları üçün nəzərdə tutulması müəyyən edilə bilməmişdir.
51. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın qismən, yəni iddia tələbinin “ödənilmiş 2000 manat vəkil qonorarı məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilərək “ödənilmiş 2000 manat vəkil qonorarı məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməs i” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
52. Eyni zamanda həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın iddianın təmin edildiyi hissədə ləğv edilməsi və iddiaçının iddiasının təmin edildiyi hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
53. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2024-cü il tarixli, 21(103)-1494/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-2481/2023 nömrəli qərarının qismən - iddia tələbinin təmin edilməyən (vəkil xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi) hissəsində qismən ləğv edilməsi və həmin hissədə iddianı n qismən təmin edilməsi, vəkilə hüquqi müdafiə ilə bağlı ödənilən 500 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(112)-2481/2023 nömrəli qərarının digər hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
54. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə bağlı olan mövqeyi tamamilə düzgündür. İddianın təmin edilməyən hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin qərarı qismən - iddia tələbinin təmin edilməyən (vəkil xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi) hissəsində qismən ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilməlidir.
55. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellya siya şikayətinə münasibətdə qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli ********** saylı ödəniş tapşırığı, elektron qaimə, vəkil ilə iddiaçı arasında bağlanmış “Hüquqi yardımın göstərilməsi haqqında” 23/RH22 saylı xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, vəkil əsassız tutulmuş aksiz vergisinin geri qaytarılması tələbinə dair inzibati iş üzrə hüquqi yardım göstərməyi, iddiaçı isə hüquqi yardıma görə 2.000 manat məbləğində haqq ödəməyi öhdəsinə götürmüşdür və vəsait ödənilmişdir.
56. Hazırki iş üzrə işin mürəkkəbliyi və s. nəzərə alınmaqla, vəkilə hüquqi müdafiə ilə bağlı ödənilməli olan məbləğ olaraq 500 manat ağlabatan məbləğ hesab edilir. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən - id dia tələbinin təmin edilməyən (vəkil xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi) hissəsində qismən ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, vəkilə hüquqi müdafiə ilə bağlı ödənilən 500 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
57. Cavabdeh apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a. Kassasiya şikayətinin dəlilləri
58. İnzibati mübahisələr üzrə məhkəmə icraatının fəqləndirici xüsusiyyətlərindən biri cavabdeh inzibati orqana qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl həmin inzibati orqana müraciət edilməsinin zəruri olması ilə bağlıdır. B elə ki, iddiaçı yalnız inzibati orqana qarşı əvvəlki müraciəti ilə bağı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi barədə inzibati məhkəməyə müraciət etməli, bu zaman inzibati orqanla inzibati məhkəməyə müraciət eyni məzmunlu olmalıdır.
59. İşin faktiki halları, hüquq normalarının qarşılıqlı təhlili, iddiaçı tərəfindən həmin tələbin yerinə yetirilmədiyini, hər iki instansiya məhkəməsi tərəfidən bu məqamın nəzərə alınmadığını göstərir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qeyd etdilən şikayət dəlillərindən biri məhz bu məqamla bağlı olmuşdusa da, apellyasiya instansiya məhkəməsi özünün yekun Qərarında cavabdehin bu dəlilinə heç bir münasibət bildirməmişdir.
60. İşin faktiki hallarından göründüyü kimi iddiaçının tələbi ondan tutulmuş aksiz vergisinin geri alınması ilə bağl ı olmuşdur. Artıq ödənilmiş vergilərin geri qaytarılması qaydası yuxarıda adıkeçən Nazirlər Kabinetinin Qərarı ilə tənzimlənir. Həmin Qərarda digər orqanlarla yanaşı məhz gömrük orqanlarına da artıq ödənilmiş vergilərin geri qaytarılması üçün xüsusi müraciət qaydası göstərilmişdir. Lakin iddiaçı ödənilmiş aksiz vergisi üzrə cavabdeh inzibati orqana məhz həmin Qərarda göstərilən qaydada müraciət etməmişdir. İddiaçı təsdiq edilmiş 1 nömrəli əlavəyə uyğun olmayan xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək ********** saylı invoys üzrə buraxılmış mallar üçün tərtib edilmiş **********6584 nömrəli gömrük bəyannaməsi üzrə 2600 manat məbləğin aksiz vergisi kimi rəsmiləşdirildiyini, yerdə qalan və istifadə olunmayan 11440 manat məbləğin aksiz vergisi üzrə şəxsi vərəqələrinə bərpa o lunmasına göstəriş verilməsini istəmişdir. Halbuki, iddia ərizəsinə verilmiş dəqiqləşmə və bunun əsasında məhkəmənin qəbul etdiyi qərar ilkin müraciətdən tamamilə fərqli olmuş, ödənilmiş 14055 manat aksiz vergisi məbləğinin iddiaçıya qaytarılması barədə qərar qəbul edilməsi və bununla bağlı müvafiq rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi kimi qəbul edilmişdir.
61. İddiaçı yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati orqana müraciət etdikdən sonra inzibati orqanın hərəkət və ya hərəkətsizliyi barədə inzibati məhkəməyə müraciət etməli idisə də, hazırkı işdə iddiaçı inzibati orqana və məhkəməyə fərqli məzmunda ərizələrlə müraciət etməklə pozuntuya yol vermişdir.
62. Yuxarıda qeyd olunanlar iddiaçının mövqeyinin düzgün və əsaslı olubolmamasından asılı olmayaraq, in zibati məhkəmə icraatı qaydasında məhkəməyə müraciət edilməzdən əvvəl zəruri hərəkətlərin icra edilmədiyini, inzibati orqanın məhkəmədənkənar qanunvericilikdə müəyyənləşdirilmiş qaydada ona ünvanlanan müraciətə münasibət bildirməsindən məhrum edildiyini, iddiaçının inzibati orqanla məhkəməyə ünvanladığı ərizələrin fərqli məzmunda olduğunu və beləliklə iddianın mümkünlük tələbinə cavab vermədiyini göstərməkdədir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
63. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, aşağıdakılara görə cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
64. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmağa çalışmışdır ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 1 saylı Əlavəyə uyğun olmayan xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək ********** saylı invoys üzrə buraxılmış mallar üçün tərtib edilmiş **********6584 nömrəli gömrük bəyannaməsi üzrə 2600 manat məbləğin aksiz vergisi kimi rəsmiləşdirildiyini, yerdə qalan və istifadə olunmayan 11440 manat məbləğin aksiz vergisi üzrə şəxsi vərəqələrinə bərpa olunmasına göstəriş verilməsini istəmişdir. Halbuki, iddia ərizəsinə verilmiş dəqiqləşmə və bunun əsasında məhkəmənin qəbul etdiyi qərar ilkin müraci ətdən tamamilə fərqli olmuş, ödənilmiş 14055 manat aksiz vergisi məbləğinin iddiaçıya qaytarılması barədə qərar qəbul edilməsi və bununla bağlı müvafiq rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi kimi qəbul edilmişdir. Bu hal, formalaşmış məhkəmə təcrübəsi ilə də ziddiyyət təşkil edir.
65. Cavabdeh gömrük orqanının yuxarıda qeyd olunan dəlili ilə bağlı bildirmək istəyirik ki, iddiaçıya ərizə ilə müraciət etmişdir. Ərizənin Qaydaların 1 saylı Əlavəsinə zidd olaraq tərtib edilməsi dəlili əsassız və qanunsuzdur.
66. Gömrük orqanının kassasiya şikayətində göstərdiyi növbəti əsassız dəlil ondan ibarətdir ki, “iddiaçı tərəfindən idxal olunan mallara dair X7 İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2200-015/0xx-xx/006983 saylı ekspert rəyində iddiaçı tərəfindən idxal olunan “100983 Supelco Ethanol absolute for analysis” adlı laborator məqsədlər üçün istifadə olunan təmizlik dərəcəsi 100% olan etil spirti (CAS 64-17-5) Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin Siyahısı”nın “Zəhərli maddələr” siyahısına aid edilərək eyni zamanda XİF MN üzrə təsnifat kodu ********** kimi müəyyən edilmişdir. Malın həmin Siyahıda olması aksiz vergisindən azad olması üçün əsas deyil.
67. Cavabdehin qeyd olunan dəlili ilə məhkəmə kollegiyasına bildirilir ki, cavabdeh AR DGK-nin BBGİ-nin məhkəməyə təqdim etdiyi X3 ekspert rəyi ilə idxal olunan “100983.2500 Supelco Ethanol absolute for analysis” markalanma atributlarına görə S/N 100983 tutumu 2.5L. laborator məqsədlər üçün istifadə olunan təmizlik dərəcəsi ≥99.9% olan etil spirti (CAS 64-17-5)” Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli Qanununun 2 nömrəli “Zəhərli maddələrin siyahısı”nın 13-cü sıra nömrəsində əks olunmuş “13. Etil spirti sintetik və ya spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından hazırlanmış (hidrolizlə, sulfitlə, həmçinin etol)” kimi qeyd edilmişdir. İdxal olunan malın qeyri-qida olması iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi ilə bir daha təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tabeliyində X2 rəyi ilə müəyyən olunur ki, idxal olunan mal reaktiv kimi istifadə edilir. Beləliklə, idxal olunan reaktiv kimi istifadə olunan, sintetik və ya spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından haz ırlanmış “zəhərli maddə”ni “alkoqollu içki” qida məhsulu kimi qəbul edilməsi yolverilməzdir. Malın zəhərli maddələrin siyahısında olması onun qida məhsulu olmasını istisna edir.
68. Cavabdeh gömrük orqanı kassasiya şikayətində əsassız olaraq qeyd edir ki, X7 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2200-015/0xx-xx/000220 saylı ekspert rəyində iddiaçı tərəfindən idxal olunan “100983.2500 Supelco Ethanol absolute” adlı laborator məqsədlər üçün istifadə olunan, qatılıq həcmi ≤ 100% olan, denaturasiya olunmamış etil spirti (CAS 64-17-5) XİF MN-a görə ********** alt yarımmövqeyində sinifləşdirildiyi göstərilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017ci il tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X8 mal nomenklaturası, X12 dərəc ələri və X13 dərəcələri"nin 22-ci qrupu “Alkoqollu və alkoqolsuz içkilər və sirkə” adlanır. Malın mənşə ölkəsində və X7 İdarəsi tərəfindən verilmiş ekspert rəylərində göstərilmiş təsnifat kodlarının eyniliyi və həmin kodun alkoqollu içkilərə aid olması sübuta ehtiyaci olmayan faktdir.
69. Cavabdehin növbəti əsassız dəlili ilə iddiaçı məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən X3 həmin ekspert rəyi ilə idxal olunan “100983.2500 Supelco Ethanol absolute for analysis” markalanma atributlarına görə S/N 100983 tutumu 2.5L. laborator məqsədlər üçün istifadə olunan təmizlik dərəcəsi ≥99.9% olan etil spirti (CAS 64-17-5)” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası nın X8 mal nomenklaturası, X12 dərəcələri və X13 dərəcələri”nin “Alkoqollu və alkoqolsuz içkilər və sirkə” adlı 22-ci qrupun “2207. Spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti; hər hansı bir qatılıqda denaturasiya olunmuş etil spirti və digər alkoqollu tinkturalar” adlı mal mövqelərinin “2207 10 000 0. spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti” adlı altqrupuna aid edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
70. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi Maddə
224. Gömrük ödənişləri 224.1. Bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyət i orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır: 224.1.1. gömrük rüsumları; 224.1.2. əlavə dəyər vergisi; 224.1.3. aksizlər; 224.1.4. yol vergisi; 224.1.5. gömrük yığımları; 224.1.6. haqq; 224.1.7. dövlət rüsumu. 224.2. Gömrük ödənişlərinin ödəyiciləri, gömrük ödənişlərinin hesablanması, alınması və hesablara daxil edilməsi, ödənilmə müddətinin uzadılması, gömrük ödənişlərinin qaytarılması qaydaları, gömrük borcu, gömrük borcunun ləğvi, malların gömrük dəyərləndirilməsi, gömrük borcunun ödənilməsinin təmin edilməsi üsulları və onlardan istifadə, həmçinin gömrük ödənişləri ilə bağlı güzəştlər və başqa məsələlər bu Məcəllə və Məcəllənin 224.1-ci maddəsində nəzərdə tutulan digər normativ hüquqi aktlarla müəyyə n edilir.
71. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
72. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
73. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
74. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
75. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə i stinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
76. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
77. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından aksiz vergisi məbləğinin geri qaytarılması və bununla bağlı rəyin verilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiy i sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
78. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd edir.
79. Azərbaycan Respublikasının xx.xx.2016-cı il 18 mart tarixli, 180-VQ saylı Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdardarının, habelə zərərli maddələrin Siyahısı”nın 2 nömrəli Əlavəsində Zəhərli maddələrin Siyahısında 13-cü sırada, etil spirti - sintetik və ya spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri qida xammalından hazırlanmış (hidrolizə, sulfitlə, həmçinin etol) kimi qeyd edilmişd ir.
80. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X8 Mal Nomenklaturası, X12 Dərəcələri və X13 X11 X1 Əsas Şərhetmə” Qaydaları: 22-ci qrup: Alkoqollu və alkoqolsuz içkilər və sirkə, XİF MN üzrə kod: 2207, Mal mövqelərinin adları - Spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti; hər hansı bir qatılıqda denaturasiya olunmuş etil spirti və digər alkoqollu tinkturalar; alt qrupu: XİF MN üzrə kod: 2207 10 000 0, Mal mövqelərinin adları - spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti.
81. İddiaçı tərəfindən idxal olunan etil spirti sintetik olduğundan və spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından hazırlandığ ı üçün razılıq və icazə məktubları alınmışdır.
82. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin rəyində də qeyd edilir ki, müayinələr zamanı sözügedən nümunədə etil spirtinin həcm payının 99.97 % olduğu müəyyən edilmiş və protokolda bu nəticə “faktiki" olaraq göstərilmişdir. Beləliklə, müayinəsi həyata keçirilən nümunənin analiz sertifikatında, eləcə də qablaşdırılmasında əks olunan məlumatlar bu məhsulun reaktiv kimi istifadə edildiyini göstərir.
83. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqanın iddia etdiyinin əksinə iddiaçının idxal etdiyi mallar alkoqollu içki olmayıb, həmin məhsul güclü təsir edən, zəhərli, reaktiv məhsul kimi istifadə edilən məhsul olmuşdur. Lakin buna baxmayaraq, cavabdeh or qan tərəfindən “2207 10 000 0” altqrupuna aid edilən həmin məhsullar “Zəhərli maddələr” siyahısına, eləcə də “Alkoqollu və alkoqolsuz içkilər və sirkə” siyahısına əlavə edilərək, iddiaçıdan həm “Zəhərli” maddə kimi xüsusi lisenziya alınmış, həm də “alkoqollu içki” kimi qanunsuz və əsassız olaraq aksiz vergisi tutmuşdur.
84. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsi vəkilə 500 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə düzgün qərara gəlmişdir.
85. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas hesab edilə bilməz.
86. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati K ollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1494/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.