Məhkəmə qərarları › İş №2-1(102)-2350/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2350/2019

25.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2350/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 Departamentinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2350/19 Bakı şəhəri 25 sentyabr 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Əli Rüstəmov və Gündüz Quliyevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi Elgün Lətifovun, iddiaçı “xxxx” MMC-nin vəkili Rauf Quliyevin, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 Departamentinin nümayəndəsi XXXun və vəkili İsmayıl Əhmədin iştiraklar ı ilə, iddiaçı “xxxx” MMC-nin direktoru XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 aprel 2019-cu il tarixli, 2-1(103)-674/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı “xxxx” MMC (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 Departamentinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun şəxsi hesab vərəqəsində 18 aprel 2018-ci il tarixdə əlavə hesablanmış 32.508,39 manat borc məbləğinin silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, “Vergi ödəyicilərinin 01 yanvar 2017-ci il tarixə olan vergi bo rclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2016-cı il tarixli, 474-VQ saylı Qanunun icrası məqsədilə müəssisənin 01 yanvar 2017-ci il tarixə olan faizlər üzrə 37.079,67 manat borcu 14 yanvar 2017-ci il tarixdə qeyd-şərtsiz silinmişdir. Vergi qanunvericiliyinin silinmiş faiz məbləğinin əsas borc kimi yenidən bərpa edilməsini nəzərdə tutmamasına baxmayaraq, cavabdeh 18 aprel 2018-ci il tarixdə müəssisənin faizlər üzrə silinmiş borcunu onun şəxsi hesab vərəqəsinə 32.508,39 manat məbləğində əsas borc kimi hesablama vermiş, habelə 01 yanvar 2017-ci il tarixdən həmin məbləğə faizlər hesablamağa başlamışdır. Cavabdeh iddiaçıya 30 aprel 2018-ci il tarixdə vergi borcunun ödənilməsinə dair bildiriş göndərmiş və bildirişdə müəssisənin 7265,33 manat vergi üzrə, 2056,95 mana t faizlər üzrə borcunun olduğunu qeyd etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, vergi orqanı tərəfindən vergi ödəyicisinin barəsində 32.508,39 manat məbləğində hesablama aparılmamışdır. “Vergi ödəyicilərinin 01 yanvar 2017-ci il tarixə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2016-cı il tarixli 474-VQ saylı Qanunun tətbiqi ilə əlaqədar iddiaçının həmin tarixə mövcud olmuş 37.079,67 manat faiz borcu 14 yanvar 2017-ci il tarixdə qeyd-şərtsiz silinmişdir. İddiaçı vergi orqanına qarşı 21 aprel 2015-ci il tarixli, **********870000 və **********874800 saylı “Vergilərin hesablanması barədə” qərarların ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, həmin iş üzər yekun olan Ali Məhkəmənin müvafiq qərarı ilə cəmiyyətə 2013 və 2014-ü illər üzrə kameral vergi yoxlaması ilə hesablanmış 88.190,7 manat mənfəət vergisi məbləğləri 27 mart 2018-ci il tarixdə iddiaçının şəxsi hesab vərəqəsində təkrarən azaldılmışdır. İddiaçının şəxsi hesab vərəqəsində faiz məbləğinin yenidən haqq-hesab edilməsi nəticəsində 01 yanvar 2017-ci il tarixə faiz borcu 4571,28 manat təşkil etmişdir. Bununla əlaqədar qanunun tətbiqi ilə bağlı eyni faiz məbləği 2 dəfə azaldıldığı üçün 14 yanvar 2017-ci il tarixə silinmiş faiz borcu məbləğinə 18 aprel 2018-ci il tarixdə dürüstləşmə aparılaraq düzəliş edilmiş və 32.508,39 manat məbləğində faiz məbləği şəxsi vərəqədə bərpa edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli, 2-1(82)2572/2018 saylı qərarı ilə (hakim Rüstəm Kərimli) idd ia təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının vergi orqanının “Vergilərin hesablanması barədə” 21 aprel 2015-ci il tarixli qərarlarının ləğvi tələbi barədə iddiası təmin olunmuş, həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin yekun qərarı qanuni qüvvəsini alanadık iddiaçının şəxsi hesab vərəqəsindən “Vergi ödəyicilərinin 2017ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanunu qəbul olunmuş və həmin Qanunun tələblərinə müvafiq olaraq iddiaçının həmin tarixə olan 37.079,67 manat faiz borcu vergi orqanı tərəfindən onun şəxsi hesab vərəqəsindən silinmişdir. Lakin, sonradan iddiaçının iddia tələbinin təmin olunması ilə bağlı yekun məhkəmə qərarı qanuni qüvvəsini almış və həmin qərara uyğun olaraq iddiaçının şəxsi hesab vərəqəsindən faiz borcu ikinci dəfə silinmişdir. Bu səbəbdən, cavabdeh iddiaçının şəxsi hesab vərəqəsində dürüstləşmə apararaq iki dəfə silinmiş 32.508,39 manat faiz borcunu bərpa etmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 aprel 2019-cu il tarixli, 2-1(103)-674/2019 saylı qərarı ilə (sədrlik edən Cahangir Yusifov, hakimlər Valeh Ağayev və Afaq Nuriyeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi bildirmişdir ki, cavabdeh tərəfindən aşkar görünən səhvin aradan qaldırılması və iddiaçının şəxsi hesab vərəqəsinə 18 aprel 2018 -ci il tarixdə düzəliş edilərək 32.508,39 manat məbləğində əsas vergi borcunun və avtomatik sıfırlanmış 2.022,87 manat faiz borcunun bərpa edilməsi vergi qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.4-cü maddəsi ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində iddia ərizəsində qeyd olunmuş iddianın əsaslarını təkrarlamış və bildirmişdir ki, müəssisənin 27 mart 2018-ci il tarixə nə əsas, nə də faizlər üzrə vergi borcu olmamışdır. Həmin tarixdə, şəxsi hesab vərəqəsində 24.604,90 manat artıq ödəməsi olmuş, sonradan 17 aprel 2018-ci il tarixdə bu məbləğ 25.503,90 manata çatmışdır. Həmin məbləğ müəssisənin 2015-2019-cu illər üzrə faiz ödənişlərin uyğun gəlir (və bununla bağlı cədvəl də məhkəməyə təqdim edilmişdir. Lakin, apellyasiya məhkəməsi həmin artıq ödəmənin avtomatlaşdırılmış proqram səhvindən irəli gəldiyini, əslində müəssisənin artıq ödəməsinin olmadığını, 7500 manata yaxın əsas vergi borcunun olduğunu və səhv qeydə alınmış artıq ödəmənin aradan qaldırılması üçün müəssisənin şəxsi hesabında 32.508,39 manat vergi borcunun bərpa edilməsi məcburiyyətinin yarandığını bildirmişdir. Apellyasiya məhkəməsi, həmin məbləğin haradan yarandığını izah etməmiş, şəxsi hesab vərəqəsindən silinmiş faiz borcunun hansı səbəbd ən əsas borc kimi bərpa edilməli olmasını qanunvericiliyin tələblərinə müvafiq şəkildə əsaslandırmamışdır. İddiaçı həmçinin bildirmişdir ki, müəssisənin şəxsi hesab vərəqəsindən 17 yanvar 2017-ci il tarixdə yalnız 37.101,50 manat məbləğ silinmiş, 32.508,39 manat məbləğin silinməsinə dair isə şəxsi hesab vərəqəsində heç bir qeyd olmamışdır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.1, 3.2, 3.11, 83.4, 84, 85, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 92.0.6-cı maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edi lməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdirlər. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçının şəxsi hesab vərəqəsinin “yazılış tarixi” sütunu üzrə: - 05 yanvar 2017-ci il tarixində 37.101,50 manat faiz borcu mövcud olmuş və -14 yanvar 2017-ci il və 15 mart 2017-ci il tarixlərində həmin faiz borcu Azərbaycan Respublikasının 30 dekabr 2016-cı il tarixli 474-VQ №-li Qanuna əsasən silinmişdir; - 14 yanvar 2017-ci il tarixində silinmə tarixində iddiaçının əsas vergi bo rcu 95.022,32 manat olmuş, sonrakı müddətdə həmin məbləğ cüzi dəyişikliyə uğrayaraq 27 mart 2018-ci il tarixinə 95.039,11 manat təşkil etmişditr, həmin tarixə olan faiz məbləği isə 2.088,36 manat təsbit olunmuş və bu zaman həmin tarixə iddiaçının hər hansı bir artıq ödəməsi mövcud olmamışdır; - 27 mart 2018-ci il tarixində qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən 2014-cü il üçün mənfəət vergisi üzrə 44.267,46 manat, 2013-cü il üçün isə 43.367,20 manat iddiaçının əsas borcundan silinmişdir. Həmin tarixlərdə onun artıq ödəməsi mövcud olmamış, əksinə, 7500 (95.039,11 (44.267,46+43.367,20)) manata yaxın əsas vergi borcu mövcud olduğu halda, birdənbirə, səhv olduğu aşkar görünən 24.604,90 manat məbləğində artıq ödəməsi qeydə alınmış, sonrakı azalmalar nəticəsində bir qədər də artaraq 2500 0 manat həddini keçmiş, bu zaman həm də 2.088 manat faiz məbləği də avtomatik olaraq sıfırlanmışdır. Həmin artıq ödəmə avtomatlaşdırılmış proqram təminatının səhvidir Odur ki, həmin səhvin aradan qaldırılması üçün 32.039 manat əsas borc və qeyd olunan Qanuna əsasən silinmiş faiz borcundan sonra yaranmış 2.088 manat faiz borcu bərpa olunmuşdur. Qeyd olunmalıdır ki, şəxsi hesab vərəqəsi üzrə hesablamalar və ödənişlər üzrə tam tədqiq edildikdə belə, iddiaçının qeyd olunan artıq ödəməsi müəyyən edilmir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının şəxsi vərəqəsində avtomatlaşdırılmış proqram təminatının səhvi nəticəsində aparılmış hesablamalar cavabdeh tərəfindən qanunamüvafiq olaraq düzgün uyğunlaşdırılmışdır. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndir mişdir ki, apellyasiya məhkəməsinin səhv hesablandığıı barədə bildirdiyi 25.503,90 manat məbləğ müəssisənin 2015-2019-cu illər üzrə faiz ödənişlərinə uyğun gəlir və bununla bağlı cədvəl də məhkəməyə təqdim edilmişdir. Lakin apellyasiya məhkəməsi həmin məbləğin haradan yarandığını izah etməmiş, şəxsi hesab vərəqəsindən silinmiş faiz borcunun hansı səbəbdən əsas borc kimi bərpa edilməli olmasını qanunvericiliyin tələblərinə müvafiq şəkildə əsaslandırmamışdır. Məhkəmə kollegiyası dəlili əsaslı hesab etmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi): - 83.4-cü maddəsinə əsasən, bu Məcəlləyə müvafiq olaraq verginin vergi bəyannaməsini vermək şərti ilə ödənilməsində, yaxud əvvəllər verginin hesablanmasında səhv olunduğu müəyyən edildiyi hallarda, vergi orqanı qa nunvericiliyə uyğun vergiləri hesablayır və sonra bu Məcəllənin 84-cü maddəsinə uyğun olaraq verginin hesablanmasına dair bildirişi 5 iş günü müddətində vergi ödəyicisinə göndərir. Vergi orqanı bu Məcəllənin 85-ci maddəsində göstərilən müddət başa çatanadək vergi məbləğini qanunvericiliklə müəyyən edilmiş qaydada hesablaya və ya əvvəllər hesablanmış vergi məbləğinə düzəliş edə bilər; - 84-cü maddəsinə əsasən, vergi ödəyicisinə verginin hesablanması haqqında bildiriş göndərilir; - 85.4-ci maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddələrin tələblərindən göründüyü kimi, vergi orqanı verginin hesablanmasında səhv olunduğunu müəyyən etdiyi halda, vergiləri hesablayır və verginin hesablanmasına dair bildirişi vergi ödəyicisinə göndərir. Düzgün hesablanmamış vergilərin yenidən hesablanması hesabat dövri qurtardıqdan sonra 3 il müddətilə məhdudlaşıdırlışdır. İşin hallarından göründüyü kimi, apellyasiya məhkəməsi iddiaçının şəxsi hesab vərəqəsinə əsaslanmaqla müəyyən etmişdir ki, 27 mart 2018-ci il tarixinə qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən iddiaçının əsas borcu kimi göstərilmiş 95.039,11 manatdan 44.267,46+43.367,20 manatın silinməsinə baxmayaraq, qalıq kimi 7500 manatın göstərilməli olduğu halda, həmin məbləğ gös tərilməmiş, bunun əksinə olaraq iddiaçının artıq ödəməsi kimi 24.604,90 manat məbləğin olduğu və onun artırıldığı, və mövcud olmuş faiz borcunun slflrlaşdığı göstərilmişdir. Halbuki, həmin tarixdən əvvəl və həmin tarixdə iddiaçı tərəfindən hər hansı ödənişlər aparılmamışdır. Belə olan halda iddiaçının şəxsi hesab vərəqəsində artıq ödəmə kimi göstərilmiş məbləğ düzgün olaraq avtomatlaşdırılmış proqram təminatının səhvi kimi qəbul edilmişdir. Bu səhvi müəyyən edən cavabdeh müvafiq olaraq iddiaçının mövcud olan əsas və faiz borcunu məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən silinmiş məbləğlərdən sonrakı vəziyyətə uyğunlaşdırmaqla, vergilərin ödənilməsi barədə iddiaçıya bildiriş göndərmişdir. İddiaçı tərəfindən isə 25.503,90 manat məbləğin müəssisənin 2015-2019-cu illər üzrə faiz ödəni şlərinə aid olduğu bildirilsə də, lakin onun şəxsi hesab vərəqəsindən bu halı apellyasiya məhkəməsi müəyyən etməmiş və məhkəmə kollegiyası bu hissədə iddiaçının dəlilini araşdırarkən apellyasiya məhkəməsinin qənaətini əsaslı hesab edir. Habelə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilmiş məbləğ (apellyasiya məhkəməsinin qeyd etdiyi kimi 7500 manata yaxın) onun əsas vergi borcunu təşkil edir və faiz borcuna hər hansı bir aidiyyəti yoxdur. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının mübahisələndirdiyi məbləği “Vergi ödəyicilərinin 01 yanvar 2017-ci il tarixə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2016-cı il tarixli Qanunun tətbiqi ilə əlaqələndirilməsini əsassız hesab edir. Beləliklə, Ali Məhkəmənin İnzi bati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərar a aldı: iddiaçı “xxxx” MMC-nin direktoru XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 aprel 2019-cu il tarixli, 2-1(103)-674/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin Hüseynova hakimi Sevda

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar