Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2350/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh AR Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh AR Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı Balakən Bələdiyyəsindən aldığı 0,18 ha torpaq sahəsinə Hüquqların Dövlət Qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə q oyulması tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-373/2021 nömrəli iş üzrə 31.08.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 15 dekabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Balakən bələdiyyəsindən 07 aprel 2005-ci il tarixli, 32 nömrəli sərəncama əsasən Balakən şəhəri Yeni yaşayış massivində 0,18 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinə görə iddiaçı tərəfindən Balakən Bələdiyyəsinə köhnə pulla 3.360000 (üç milyon üç yüz altmış min) manat pul ödənilmişdir. Lakin həmin torpaq sahəsi ilə bağlı iddiaçı ilə bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanmamışdır. Balakən Rayon İcra Hakimiyyəti başçısının 27 iyul 2007-ci il tarixli sə rəncamı ilə İddiaçı verilmiş 0,18 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün smeta layihənin işlənib hazırlanması qərara alınmış, torpaq sahəsində evin inşası üçün smeta sənədləri işlənib hazırlanmış, baş memar və mühəndis tərəfindən təsdiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdehlər Balakən bələdiyyəsi və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Balakən bələdiyyəsindən aldığı 0.18 ha torpaq sahəsinə dair alqı-satqı aktının verilməsi öhdəliyinin Balakən bələdiyyəsinin üzərinə qoyulması, hüquqların dövlət qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
3. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Balakən şəhər Bələdiyyəsindən 07 aprel 2005-ci il tarixli, 32 nömrəli sərəncama əsasən Balakən şəhəri Yeni yaşayış massivində 0,18 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinə görə iddiaçı tərəfindən Balakən Bələdiyyəsinə köhnə pulla 3.360000 manat pul ödənilmiş. Həmin torpaq sahəsini aldıqdan sonra Balakən Rayon İcra Hakimiyyəti başçısının 27 iyul 2007-ci il tarixli sərəncamı ilə İddiaçı verilmiş 0,18 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün smeta layihənin işlənib hazırlanması qərara alınmış, torpaq sahəsində evin inşası ü çün smeta sənədləri işlənib hazırlanmış, baş memar Ə.Vəliyev və mühəndis tərəfindən təsdiq edilmişdir. Fərdi yaşayış evinin inşasına başlanılmış və işlər başa çatmaq üzrədir.
4. Cavabdehin 20.02.2020-ci il tarixli, **********79 nömrəli imtina məktubunda qeyd edilir ki, qeydiyyata alınması nəzərdə tutulmuş 0,18 ha torpaq sahəsinə dair 29 noyabr 2007-ci il tarixinədək mövcud olmuş qanunvericiliyin tələblərinə uyğun olaraq DTXK-si tərəfindən təsdiq edilmiş alqı-satqı aktı, 29 noyabr 2007-ci il tarixdən sonra isə hərrac protokolu və ya hərracın nəticələrinə uyğun olaraq notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi və daşınmaz əmlakın qeydiyyatı üçün nəzərdə tutulan dövlət rüsumunun ödənilməsi barədə sənəd ərizəyə əlavə olunmamışdır. Bununla belə, həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığından, onun üzərində tikilmiş evin qeydiyyata alınması da mümkün deyildir.
5. Cavabdeh orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 20.02.2020-ci il tarixli, **********79 nömrəli imtina məktubunda qeyd edilir ki, qeydiyyata alınması nəzərdə tutulmuş 0,18 ha torpaq sahəsinə dair 29 noyabr 2007-ci il tarixinədək mövcud olmuş qanunvericiliyin tələblərinə uyğun olaraq DTXK-si tərəfindən təsdiq edilmiş alqı-satqı aktı, 29 noyabr 2007-ci il tarixdən sonra isə hərrac protokolu və ya hərracın nəticələrinə uyğun olaraq notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi və daşınmaz əmlakın qeydiyyatı üçün nəzərdə tutulan dövlət rüsumunun ödənilməsi barədə sənəd ərizəyə əlavə olunmamışdır. Bununla belə, həmin torpaq sahəsin ə dair mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığından, onun üzərində tikilmiş evin qeydiyyata alınması da mümkün deyildir.
6. Digər cavabdeh orqan Balakən bələdiyyəsi 08.05.2020-ci il tarixli 69 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Balakən Bələdiyyəsinin 07 aprel 2005-ci il tarixli 32 nömrəli sərəncamı ilə İddiaçı yeni yaşayış massivində ayrılmış 0.18 ha torpaq sahəsinə həmin tarixdə alqı-satqı edilmədiyinə görə hal-hazırkı vaxtda prosedur qaydalarına uyğun olaraq alqı-satqı aktının verilməsi mümkün olmamışdır. Bələdiyyə tərəfindən alqı-satqı aktı ancaq notarial qaydada verilir.
7. Birinci instansiya məhkəməsinin müvafiq yardımından sonra iddiaçı məhkəməyə iddia tələbində dəqiqləşdirmə aparmış, cavabdeh qismində Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reye stri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsini qeyd etmiş və “Balakən bələdiyyəsindən aldığı 0,18 ha torpaq sahəsinə Hüquqların Dövlət Qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin 24.06.2021-ci il tarixli, 2-1(116)110/2021 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, hesab etmişdir ki, iddiaçının mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi 0.18 ha torpaq sahəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan Balakən rayon Meşə İdarəsinə məxsus ərazi olduğundan və həmin torpaq sahəsinin Balakən bələdiyyəsinə aidiyyəti olmadığından iddiaçının hüquqlarının dövl ət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan iddia tələbi rədd edilməlidir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 24.06.2021-ci il tarixli, 2-1(116)-110/2021 nömrəli qərarının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılması və ekspertizanın təyin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31.08.2021-ci il tarixli, 2-1(107)-373/2021 nömrəli (hakimlər Elçin Hüseynov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Vəzirxan Məlikov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 24.06.2021-ci il tarixli, 2-1(116)-110/2021 nömrəli qərarın ın dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi heç bir ekspertiza keçirmədən, ancaq mütəxəssis rəyinə əsaslanaraq, bu qərara gəlmişdir ki, İddiaçı Balakən Bələdiyyəsindən aldığı 0,18 ha torpaq sahəsi və orada inşa etdiyi ev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan, Balakən rayon Meşə İdarəsinə məxsus ərazidə yerləşir. Halbuki həmin ərazidə tikilmiş, evlərin fotoşəkillərini təqdim edir. Ekspert rəyi olmadan mütəxəssis rəyinə (halbuki mütəxəssis yalan rəy v erməyə görə məsuliyyətə cəlb olunmur) əsaslanaraq məhkəmələrin bu qənaətə gəlməsi absurddur. Onun iş üzrə ekspertiza təyin edilməsi haqqında vəsatəti məhkəmələr tərəfindən əsassız olaraq rədd edilmişdir. Odur ki, hesab edir, iş üzrə məhkəmə Tikinti Torpaqşünaslıq Ekspertizası təyin edilməklə, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməlidir.
14. Məhkəmə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi onun və vəkili Vəkil iştirakı olmadan iş üzrə baxıb qərar qəbul etmiş, bununla da Azərbaycan Respublikasının İPM-nin 15-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İPM-nin 15-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata k eçirilir.
15. Bütün yuxarıda göstərilənlərə əsasən göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin 31.08.2021-ci il tarixli, 21(107)-373/2021 nömrəli qərarının ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhk əmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiy mətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2 Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu a şağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.11. Mübahisə edi lən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi öz qərarında “birinci instansiya məhkəm əsinin müvafiq yardımından sonra iddiaçı məhkəməyə iddia tələbində dəqiqləşdirmə aparmış, cavabdeh qismində Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsini qeyd etmiş və “Balakən bələdiyyəsindən aldığı 0.18 ha torpaq sahəsinə Hüquqların Dövlət Qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin üzərinə qoyulması” barədə qərarın qəbul edilməsini xahiş etmişdir”, yazsa da, tələb qeyri-müəyyən qalmış, belə sözügedən torpaq sahəsinə mülkiyyət və ya istifadə hüququna dair çıxarışın verilməsi həmin tələbdən bəlli deyil və apellyasiya məhkəməsi bu məsələni araşdırmamışdır.
20. Digər tərəfdən, apellyasiya məhkəməsi qərarında mübahisəsiz və qətiyyətli şəkildə göstərir ki, “Hazırkı halda isə iddiaçının mülkiyyət hüququnu aldırmaq istəd iyi 0,18 ha torpaq sahəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan Balakən rayon Meşə İdarəsinə məxsus ərazidir. Həmin torpaq sahəsinin Balakən bələdiyyəsinə aidiyyati yoxdur”.
21. Halbuki bu məsələnin araşdırılması üçün Balakən rayon Meşə İdarəsinə apellyasiya məhkəməsi tərəfindən heç bir sorğu göndərilməmiş, həmin idarə işə cəlb edilməmişdir.
22. Apellyasiya məhkəməsi sözügedən yuxarıda göstərilmiş qənaətə gələrkən yalnız cavabdehin də tabeçiliyində olduğu Əmlak Məsələləri Dövlət Komitəsinin yanında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisinin rəyinə əsaslanmışdır ( iş səh. 65, 66).
23. Bununla bağlı başqa hər hansı sübut işdə mövcud deyildir.
24. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, işin 19-cu səhifəsində Balakən rayon İcra Hakimi yyəti başçısının “Vətəndaş İddiaçı Balakən şəhərində verilmiş torpaq sahəsində fərdi evin tikintisinə başlanması haqqında” 27.07.2007-ci il tarixli, 170 saylı sərəncam vardır ki, həmin sərəncamın hal hazırda qüvvədə olub-olmaması apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır.
25. Bununla yanaşı işin 12-ci səhifəsində Balakən Bələdiyyəsinin iddiaçıya 0,18 torpaq sahəsinin hər bir 0,1 ha 187000 manata satılmasına dair 07.04.2005-ci il tarixli sərəncam və işin 14-cü səhifəsində iddiaçı tərəfindən Balakən Bələdiyyəsinə cəmi 3.366.000 manat məbləğinin ödənilməsi barədə 06.04.2005-ci il tarixli kassa mədaxil orderi qəbzi mövcuddur ki, apellyasiya məhkəməsi tərəfindən həmin məsələ ümumiyyətlə araşdırma predmeti olmamışdır.
26. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 31.08.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31.08.2021-ci il tarixli, 2-1(107)-373/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir.