Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2350/2024 25.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka (torpaq sahəsinə) dair hüquqların dövlət qeydiyyatına alınması; iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəx sinin 10 saylı ərazi idarəsinə qarşı “Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarı ilə təsdiq edilmiş arxiv və baza məlumatlarında həmin şəhadətnaməyə aid olan DBF (siyahı) və DWG (xəritə) məlumatlarında yol verilmiş yanlışlıqların aradan qaldırılması, həmin siyahının X9, X6, X7, X13, X14 münasibətdə etibarsız sayılması, ünvan 1ində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi üzərində onun tam mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və yeganə tam hüquqlu mülkiyyətçi kimi çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 aprel 2024-cü il tarixli, 2-1(106)-261/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya ş ikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 nömrəli qərarına əsasən 0,20 hektar həyətyanı torpaq sahəsi iddiaçının, onun ailə üzvləri X8, X2, X3, X10 və X11 mülkiyyətinə verilmiş və bu barədə JN-745A KOD 80106018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir.
2. Astara rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 231 nömrəli arxiv arayışında qeyd edilir ki, Astara rayonunun Pensər kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin 1986-1989-cu illərin təsərrüfatbaşına kitablarına əsasən 05 saylı kitabın 314 nömrəli şəxsi hesabında iddiaçının təsərrüfatının xüsusi mülkiyyətində 1986-cı ilə tikilmiş fərdi yaşayış evi və 0.19 hek tar həyətyanı torpaq sahəsi qeyd edilmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək JN745A nömrəli şəhadətnamədə qeyd olunmuş sahəsi 0.20 hektardan ibarət olan həyətyanı torpaq sahəsi üzərində onun tam mülkiyyət hüququnun tanınmasını, həmin hüququn Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən yeganə tam hüquqlu mülkiyyətçi kimi müvafiq çıxarışın ona verilməsini xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2021-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair Astara rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə verilmiş JN-745A nömrəli şəhadətnamə barədə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin DƏDRX-nə təqdim etdiyi DBF (siy ahı) və DWG (xəritə) məlumatlarında müvafiq məlumatlar mövcuddur. İddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair Astara rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə JN-745A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0.20 ha torpaq sahəsi ümumilikdə altı nəfərin mülkiyyətinə verilmişdir. Belə ki, hazırki iş üzrə iddiaçının adlarını mülkiyyətçilər sırasından çıxarılması xahiş edilən şəxslərin barəsində həqiqətən sözü gedən şəhadətnamədə və DBF (siyahı) məlumatlarında müvafiq qeydiyyat aparılmışdır. Bu baxımdan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən digər mülkiyyətçilərin bütövlükdə adlarının çıxarılması məsələsi Ərazi İdarəsinin səlahiyyətləri çərçivəsində deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci in stansiyası məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “İddiaçı məxsus həyətyanı torpağın mülkiyyətə verilməsinə dair JN-754A nömrəli Şəhadətnamənin verilməsinə hüquqi əsas olmuş Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarı ilə təsdiq edilmiş arxiv və baza məlumatlarında həmin şəhadətnaməyə aid olan DBF (siyahı) və DWG (xəritə) məlumatlarında yol verilmiş yanlışlıqların aradan qaldırılması, həmin siyahının X9, X6, X7, X13, X14 münasibətdə etibarsız sayılması, JN745A nömrəli şəhadətnamədə qeyd olunmuş sahəsi 0.20 hektardan ibarət olan həyətyanı torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququnun tanınması, həmin hüququn Daşınmaz Əmlakın Döv lət Reyestrində qeydiyyata alınması və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reystrindən yeganə tam hüquqlu mülkiyyətçi kimi iddiaçının göstərildiyi müvafiq çıxarışın ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Astara rayon Dövlət Arxivi tərəfindən ona verilmiş 24 dekabr 2019-cu il tarixli, 231 saylı arxiv arayışına əsasən, Astara rayonun Pensər kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin 1986-1989-cu illərin təsərrüfatbaşına kitablarına əsasən 05 saylı kitabın 314 nömrəli hesabında onun təsərrüfatının xüsusi mülkiyyətində 1960-cı ildə tikilmiş fərdi yaşayış evi və 0.19 hektar həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Astara rayon Aqrar İslahat Komissiya sının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarına əsasən rayon ərazisində torpaq islahatı aparılsa və vətəndaşlara məxsus həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsinə dair onlara şəhadətnamələr verilsə də uzun illər belə bir şəhadətnamə verilməmişdir. 25 dekabr 2019-cu il tarixdə onun müraciətinə əsasən AR İN yanında ƏMDX-nin yanında DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən təsdiqlənərək ona təqdim olunmuş ünvan 1i ünvanında yerləşən və yuxarıda qeyd olunmuş arxiv arayışına əsasən ona məxsus JN-745A nömrəli, KOD 80106018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ondan əlavə X8, X1, X3, X12 və X11 adlan mülkiyyətçi kimi göstərilmişdir. Ona məxsus, ünvan 2i ünvanında yerləşən JN-745A nömrəli KOD 80106018, sahəsi 0.20 hektar olan həyətyanı torpağ ın mülkiyyətə verilməsinə dair təqdim olunmuş şəhadətnamənin verilməsinə hüquqi əsas olaraq Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarı göstərilmişdir. Astara rayon Dövlət Arxivi tərəfindən ona verilmiş 24 dekabr 2019-cu il tarixli, 231 saylı arxiv arayışına əsasən mülkiyyət hüquqları ilə tam olaraq ona məxsus olan JN-745A nömrəli, KOD 80106018 olan, sahəsi 0.20 hektardan ibarət həyətyanı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ondan başqa yuxanda adlan qeyd olunmuş şəxslərin adlarının mülkiyyətçi kimi qeyd olunmasının hüquqi əsaslanın öyrənmək məqsədilə Astara rayon X16 rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qəranın təsdiq olunmuş surətini əldə etmişdir. Həmin qərarda vətəndaşlara veriləcək şəhadətna mələrdə kimlərin adlarının mülkiyyətçi kimi qeyd olunması və o cümlədən, verilmiş JN-745A nömrəli KOD 80106018, sahəsi 0.20 hektardan ibarət olan həyətyanı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adları mülkiyyətçi kimi qeyd olunmuş şəxslər barədə heç bir məlumat yoxdur. Astara rayon Dövlət Arxivi tərəfindən verilmiş 24 dekabr 2019-cu il tarixli, 231 saylı arxiv arayışına əsasən mülkiyyət hüquqları ilə tam olaraq ona məxsus olan JN745A nömrəli, KOD 80106018, sahəsi 0.20 hektardan ibarət həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamədə yuxarıda qeyd olunmuş 5 nəfərin adlarının mülkiyyətçi kimi göstərilməsi (qeyd olunması) qeyri-qanunidir və heç bir hüquqi əsası yoxdur. Çünki yuxarıda adlan qeyd olunmuş şəxslərin adlarının JN-745A nömrəli, KOD 80106018, sahəsi 0.20 hektardan ibarət olan həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair ona verilmiş şəhadətnamədə mülkiyyətçi kimi göstərilməsinin hüquqi əsaslan məlum deyildir. Torpaq islahatı keçirilənə qədər inzibati işdə olan sübutlara əsasən, ünvan 1i ünvanında yerləşən JN-745A nömrəli, KOD 80106018, sahəsi 0.20 hektardan ibarət həyətyanı torpaq sahəsi onun ifadəsində olmuşdur. Bu fakt Astara rayon Dövlət Arxivi tərəfindən verilmiş 24 dekabr 2019-cu il tarixli, 231 saylı arxiv arayışı ilə də təsdiqlənir. Həmin arayışa görə Astara rayonun Pensər kənd İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəliyinin 1986-1989-cu illərin təsərrüfatbaşına kitablarına əsasən 05 saylı kitabın 314 №-li şəxsi hesabında onun təsərrüfatının xüsusi mülkiyyətində 1960-cı ildə tikilmiş fərdi yaşayış evi və 0.19 hekt ar həyətyanı torpaq sahəsi olduğu təsdiq (sübut) olunur.
7. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 15 dekabr 2023-cü il tarixli, 21(120)-134/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən aşağıdakıları qeyd etmişdir - İddiaçının tələbi üzrə cavab verməli olan dövlət qurumu (aqrar islahat komissiyası) artıq mövcud deyildir, həmin qurum 1996-cı ildən təsis edilərək fəaliyyətə başlamış və 2005-ci ilədək (10 il ərzində) aqrar islahatın, o cümlədən torpaq islahatının aparılmasını, bununla bağlı məsələlərin həllini həyata keçirmiş, öz missiyasını sona çatdırması ilə əlaqədar 2005-ci ildə mövcudluğuna xitam verilmişdir. - İddiaçı tərəfindən mübahisəli torpaq sahəsi və verilən qərarın qismən ləğvi ilə bağlı Şirvan İnzibati Məhkəmə sinə müraciət olunmuş, yekun olaraq məhkəmənin 18 may 2021ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamış, Şirvan Apellyasiya Məhkəməsinin 03 avqust 2021-ci il tarixli qərardadına əsasən iddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. - İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir.
9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbini n təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 aprel 2024-cü il tarixli, 2-1(106)-261/2024 nömrəli qərarı ilə (hakimlər: F.Hüseynov - sədrlik edən və məruzəçi, H.Bəhmanov və P.Hacıyev) apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia qismən təmin edilərək ünvan 1ində yerləşən, JN-745A nömrəli şəhadətnamə ilə müəyyən edilmiş 0.20 ha torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və həmin şəhadətnamədə qeyd olunan bütün hüquq sahibləri nəzərə alınmaqla İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qo yulmuşdur.
11. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 aprel 2024-cü il tarixli, 2-1(106)-261/2024 nömrəli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2-1(120)-134/2023 nömrəli qərarının qismən, yəni “İddiaçı məxsus həyətyanı torpağın mülkiyyətə verilməsinə dair JN-754A nömrəli Şəhadətnamənin verilməsinə hüquqi əsas olmuş Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarı ilə təsdiq edilmiş arxiv və baza məlumatlarında həmin şəhadətnaməyə aid olan DBF (siyahı) və DWG (xəritə) məlumatlarında yol verilmiş yanlışlıqların aradan qaldırılması, həmin siyahının X9, X6, X7, X13, X14 münasibətdə etibarsız sayılması” barədə iddianın rədd edilməsi hissəsində ləğv edilməs i, həmin hissədə iddiаnın mümkün sayılmaması qərara alınmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Ərazi idarələrinin aqrar islahat komissiyasının səhvlərini aradan qaldırmaq, başqa sözlə, torpaq sahəsi verilməli olan subyektlərin siyahısına düzəliş etmək səlahiyyəti qanunvericilikdə nəzərdə tutulmamışdır....Azərbaycan Respublikasında torpaq islahatı müvafiq aqrar islahat komissiyaları tərəfindən aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli Fərmanına əsasən, "X24 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və qeyd olunan Fərmanla X5 hüquqi varisi m üəyyən edilməmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi və yaxud onun sturukturuna daxil olan Ərazi İdarələri X5 hüquqi varisi kimi müəyyən edilməmişdir. Bu baxımdan həmin komissiyaların qərarlarının, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsi üzrə sözügedən qurum cavabdeh qismində çıxış edə bilməz. Qeyd olunan Fərmanla X5 hüquqi varisi müəyyən edilməsə də belə, X5 qərarlarından verilmiş şikayətlər üzrə mübahisələrə cavabdeh qismində yerli icra hakimiyyəti orqanları (RİH) cəlb edilməklə baxılması təcrübəsi formalaşmışdır. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbinə bütövlükdə mahiyyəti üzrə qiymət verməkdə haqlı olmamış, iddianın “Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarı ilə təsdiq edilmiş arxiv və baza məlumatlarında həmin şəh adətnaməyə aid olan DBF (siyahı) və DWG (xəritə) məlumatlarında yol verilmiş yanlışlıqların aradan qaldırılması, həmin siyahının etibarsız sayılması” hissəsi istiqamətində mümkünlük şərtləri üzrə hüquqi dəyərləndirmə aparmamış, həmin tələbin cavabdehin məsuliyyət sferasına aid olub-olmamasına və bu baxımdan tələbin həmin cavabdehə qarşı yönəldilə bilməsinin hüquqi imkanlarını qiymətləndirməmişdir.”
13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, o, keçən əsrin 50-ci illərin ortalarından ünvan 1i ünvanında özünün qanuni istifadəsində olan, sahəsi 0,20 hektardan ibarət həyətyanı torpa q sahəsində tikilmiş fərdi yaşayış evində yaşayır. Torpaq islahatı keçirilənə qədər inzibati işdə olan sübutlara əsasən, yuxarıda qeyd olunmuş həyətyanı torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmuşdur. Bu fakt Astara rayon Dövlət Arxivi tərəfindən iddiaçıya verilmiş və inzibati işə əlavə olunmuş 24 dekabr 2019-cu il tarixli, 231 saylı arxiv arayışı ilə də təsdiqlənir. Həmin arayışa görə, Astara rayonun Pensər kənd İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəliyinin 1986-1989-cu illərin təsərrüfatbaşına kitablarına əsasən 05 saylı kitabın 314 №-li şəxsi hesabında İddiaçı təsərrüfatının xüsusi mülkiyyətində 1960-cı ildə tikilmiş fərdi yaşayış evi və 0,19 hektar həyətyanı torpaq sahəsi olduğu qeyd olunmuşdur. Astara rayon Dövlət Arxivinin 24 dekabr 2019-cu il tarixli, 231 saylı arxiv ara yışına əsasən, tam olaraq iddiaçıya məxsus olan, ünvan 1i ünvanında yerləşən, sahəsi 0,20 hektardan ibarət olan həyətyanı torpaq sahəsi Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarı ilə qüvvədə olan mülki qanunvericiliyin tələblərinə zidd olaraq 6 (altı) nəfər arasında pay torpağı kimi bölünmüş və nəticədə torpağın mülkiyyətə verilməsinə dair iddiaçıya verilmiş JN-745A nömrəli, KOD 80106018 olan Şəhadətnamədə iddiaçının oğlu X8, qızı X4, gəlini Yaqubova Aytəkin (Zabit) Mürşüd qızının,nəvələri X10 vəX11 adları mülkiyyətçi kimi göstərilmişdir. Bununla da iddiaçının mülkiyyəti ilə bağlı hüquqları kobudcasına pozulmuşdur.
15. Kassator apellyasiya instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəlləsinin 38.1, 87.8-ci maddələrinin tələblərinin pozulmasını bildirmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsasland ırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
19. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağ lı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, kassasiya şikayətinin təkrarlanan dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
25. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
26. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir.
27. Bundan əlavə, həm də nəzərə almaq lazımdır ki, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.
28. Hazırkı qərarın 18-ci bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsin ə görə yoxlamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Yalnız mümkün sayılmış iddiaların əsaslılığına məhkəmələr tərəfindən baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
29. Qeyd olunmalıdır ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli müna sibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə pozduğunu sübut etməlidir.
30. Hazırkı işin hallarında müəyyən olunur ki, iddiaçının hüquqi marağı JN-754A nömrəli Şəhadətnamənin verilməsinə hüquqi əsas olmuş Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarı ilə təsdiq edilmiş arxiv və baza məlumatlarında həmin şəhadətnaməyə aid olan DBF (siyahı) və DWG (xəritə) məlumatlarında yol verilmiş yanlışlıqların aradan qaldırılması, həmin siyahının üçüncü şəxslərə münasibətdə et ibarsız sayılmasıdır.
31. Bununla bağlı, məhkəmə kollegiyası apellyasiya məhkəməsini mövqeyi ilə razılaşır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Ərazi idarələrinin aqrar islahat komissiyasının səhvlərini aradan qaldırmaq, başqa sözlə, torpaq sahəsi verilməli olan subyektlərin siyahısına düzəliş etmək səlahiyyəti qanunvericilikdə nəzərdə tutulmamışdır.
32. Əlavə olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının üçüncü şəxslərə münasibətdə etibarsız sayılmasını tələb etdiyi Astara rayon Aqrar İslahat Komissiyasının 4 saylı qərarı 15 yanvar 1998-ci il tarixlidir. Bununla bağlı analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023cü il tarixli, 2-1(102)-2107/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-2940/2023 nömrəli xx.xx.2023-cü il tarixli, 2-1(102)-2783/2023 nömrəli, xx.xx.2024-cü il tarixli, 21(102)-478/202 4 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1044/2024 nömrəli qərarları).
33. Beləliklə, iddianın mümkünsüzlüyü barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından kassasiya şikayəti təmin edilməməli, barəsində şikayət verilən qərardad dəyişdirilmədən saxlanılmalıdir.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 aprel 2024-cü il tarixli 21(106)-261/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.