Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2351/2019 11.09.2019 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə qarşı iş üzrə Açar söz: əlilliyə görə sosial müavinətin ödənilməsi. GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçının vəkili Vəkil iştirakı ilə İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə qarşı sosial pensiyanın ödənilməyən hissəsinin tam şəkildə birdəfəlik ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İq tisadi Kollegiyasının 2-1(103)-370/19 saylı 22 yanvar 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 11.09.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 2001-ci ilin iyul ayından 2018-ci il yanvar ayına qədər sosial pensiyanın ödənilməyən hissəsinin tam şəkildə birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 1985-ci il tarixdə Gürcüstan Respublikası Bolnisi rayonunda anadan olmuş, xəstəliyinin səbəbi anadan gəlmə olmuşdur. 1993-cü ildən 2001-ci ilin iyun ayınadək sosial pensiya ilə təmin olunmuş, lakin xəstəliyində heç bir sağalma baş vermədən əsassız olaraq əlilliyi 2001-ci ilin iyun ayından ləğv edilmişdir. Sonradan 19.01.2018-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət etmiş, ona müddətsiz ümumi xəstəliklə əlaqədar əlillik təyin edilmiş və hal-hazırda Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsindən sosial pensiya alır. İddiaçı 2001-ci ilin iyul ayından 2018-ci ilin yanvar ayına qədər sosal pensiyanın ödənilməyən hisəssinin tam şəkildə birdəfəlik ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 05.04.2018-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, 19.01.2018-ci il tarixdən 1-ci qrup əlillik təyin edildiyindən həmin tarixdən də sosial pensiya təyin olunur. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2463/2018 saylı, 03 oktyabr 2018-ci il qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, qərarın ləğv edilməsi və iddianın təmin olunması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-370/19 saylı 22 yanvar 2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2463/2018 saylı, 03 oktyabr 2018-ci il qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının 2001-2018-ci illərdə əlil olmasına d air tibbisosial ekspert komissiyası tərəfindən verilmiş sənəd olmadığından, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasının (Forma 88 nömrəsi 2765003AACC3) qərarı ilə 19 yanvar 2018-ci il tarixindən müddətsiz olmaqla birinci dərəcəli əlillik təyin olunduqdan sonra birinci qrup əlil kimi sosial pensiya təyin olunması qanunvericiliyin tələbinə uyğun olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-370/19 saylı 22 yanvar 2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçı anadan gəlmə fiziki qüsurlu olduğu üçün 1993-cü ildən 2011-ci ilin iyul ayınadək sosial pensiya almışdır. Lakin 2001-ci ilin iyul ayından sosial pensiyanın verilməsi dayandırılmışdır. Belə ki, sovet pasportlarınnı dəyişdirilməsi zamanı Azərbaycan Respublikası ərazisində qeydiyyatda olmadığından iddiaçıya şəxsiyyət vəsiqəsi verilməmiş, bu səbəbdən də ona əlilliyə görə sosial pensiya verilməmişdir. İddiaçı yalnız 2017-ci ildə şəxsiyyət vəsiqəsi almağa nail olmuş, bundan sonra müvafiq qurumlara müraciət edərək əlilliyini və sosial pensiyasını bərpa etmişdir. Kassator “Sosial müavinətlər haqqında” Qanunun 4.0.1.3, 7.0.3, 9.1.2-ci maddələrinə, İPM-nin 35, 92, 96.5-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-370/19 saylı 22 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə t ərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-370/19 saylı 22 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-370/19 saylı 22 yanvar 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı xx xxxx 1985-ci il tarixdə Gürcüstan Respublikası Bolnisi rayonunda anadan olmuş, iddiaçı 19.01.2018-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət etmiş, ona müddətsiz ümumi xəstəliklə əlaqədar əlillik təyin edilmiş, və hal-hazırda Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsindən sosial pensiya alır. İddiaçı 2001-ci ilin iyul ayından 2018-ci ilin yanvar ayına qədər sosal pensiyanın ödənilməyən hisəssinin tam şəkildə birdəfəlik ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 05.04.2018-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, 19.01.2018-ci il tarixdən 1-ci qrup əlillik təyin edildiyindən həmin tarixdən də sosial pensiya təyin olunur. Azərbaycan Respublikası Nazirlər Kabi netinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən sosial müavinətlərin bir növü də əlilliyə görə müavinətdir. Həmin Qanunun 7.0.3-cü maddəsində qeyd edilir ki, əlilliyə görə müavinət-əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, əlilliyin qiymətləndirilməsi üzrə səlahiyyətli orqan tibbi-sosial ekspert komissiyalarıdır. Hazırki halda, tibbi-sosial ekspert komis siyası tərəfindən 2001-2018-ci illərdə iddiaçının əlilliyinin müəyyən edilməsinə dair sənəd mövcud olmamış, bu səbəbdən 2001ci ildən ona pensiya ödənişi dayandırılmışdır. Qeyd edilənərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 2001-2018-ci illərdə əlil olmasına dair tibbi-sosial ekspert komissiyası tərəfindən verilmiş sənəd olmadığından, başqa sözlə iddiaçı 2018-ci ilin yanvar ayından əmək qabiliyyəti olmayan şəxs hesab olunduğundan, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasının (Forma 88 nömrəsi 2765003AACC3) qərarı ilə 19 yanvar 2018-ci il tarixindən müddətsiz olmaqla birinci dərəcəli əlillik təyin olunduqdan sonra birinci qrup əlil kimi sosial pensiya təyin olunması qanunvericiliyin tələbinə uyğun olmuşdur. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-370/19 saylı 22 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2351/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2351/2019
11.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver