Məhkəmə qərarları › İş №2-1(102)-2351/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2351/2023

15.11.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2351/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına (3-cü şəxs Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi) qarşı “pulun geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103 )-2719/2023 nömrəli, 4 iyul 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat:

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 1-ci cavabdeh Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilliyə namizədlərin hər birindən imtahana buraxılmaları üçün 200 manat pul məbləğinin tutulmuş olması üçün 17 mart 2018-ci il tarixdə çıxarılmış qərarın ləğv edilərək etibarsız sayılması, iddiaçıdan alınmış 850 manat pul məbləğinin ona qaytarılması, cavabdeh Vəkillər Kollegiyasının sədri və digər məsul vəzifəli şəxslər barəsində xüsusi qərardad çıxarılması və prokurorluğa göndər ilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçının xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddianın dəqiqləşdirilməsi barədə ərizəsi qismən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının cavabdeh qismində, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin isə üçüncü şəxs qismində göstərilməsi hissəsində icraata qəbul edilməsi, tələbin isə iddia ərizəsində göstərilən tələblə eynilik təşkil etdiyindən, həmin hissədə icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5843/2021 nömrəli, 4 iyun 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim E.Əliyev) iddianın mümkün sayılmaması qərara alınmışdır.

4. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisədə tərəflər arasında olan müna sibətlərin ümumi (publik) hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilmir. Bu münasibətlər ümumi (publik) hüquq normaları ilə deyil, mülki qanunvericiliyin normaları ilə nizama salınır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh qismində göstərilmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyası inzibati orqan olmadığından, iddiaçının pulun qaytarılması ilə bağlı tələbi inzibati mübahisə olmadığından, iddia tələbi mümkün sayılmamalıdır.

5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin yenidən birinci instansiya məhkəməsində araşdırılmasını təmin etmək üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş edilmiş, həmçinin şikayətin bərpasına dair 21 iyul 2023-cü il tarixli ərizə vermişdir. b) apellyasiya instansiyası məhkəməsindəki ic raat

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2719/2023 nömrəli, 4 iyul 2023-cü il tarixli (hakimlər A.Oruczadə- sədrlik edən və məruzəçi, X.Cəmilova və R.Səmədov) qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, iddiaçının birinci instansiya məhkəməsinin qərardadından verdiyi apellyasiya mümkün sayılmamış, apellyasiya şikayətinin qəbul olunmasından imtina edilmişdir.

7. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5843/2021 saylı, 04 iyun 2021-ci il tarixli qərardadından məlumatlı olmuş, lakin həmin qərardaddan 2 il sonra mülki icraat qaydasında vermiş olduğu tələb üzrə kassasiya instansiya məhkəməsinin qərarından isə 8 ay sonra hazırki ərizə və apellyasiya şikayəti ilə müraciət etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası ötürülmüş müddəti üzürlü hesab etməyərək nəticəyə gəlir ki, ötürülmüş prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, apellyasiya mümkün sayılmamalıdır.

8. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

9. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəmənin tərəfindən 2-1(112)-5843/2021-ci nömrəli, 04 iyun 2021-ci il tarixində çıxarılmış qərardadından məlumatlı olmuşdur, lakin həmin qərardaddan iki il sonra mülki icraat qaydasında verdiyi tələb üzrə k assasiya instansiyasının qərarından isə səkkiz ay sonra ərizə və apellyasiya şikayəti ilə müraciət etdiyinə əsasən apellyasiya instansiyanın məhkəmə kollegiyasının ötürülmüş müddəti üzürlü hesab etməmiş prosessual müddətin bərpası haqda ərizəni təmin etməmiş, apellyasiya şikayəti mümkün sayılmamışdır və apelyasiya instansiya məhkəməsi iki cümlə ilə qeyd etdiyi fikirləri əsaslandırmamışdır. 10. 04 iyul 2023 tarixdə məhkəmənin tərkibinə verdiyi etirazı heç bir əsas olmadan baxılmamış saxlanılmışdır. Halbuki həmin bu məhkəmənin tərkibi 25 may 2023-cü il tarixində 2-1(103)-2475/2023-cü saylı inzibati işə görə apellyasiya şikayətinin təmin edilməmiş saxlanmış olması barədə qərardad çıxarmışdır. Həmin inzibati işdə də hazırkı inzibati iş üzrə Bakı İnzibati Məhkəməsi tərəfindən çıxarılmış 2-1(112 )-5843/2021-ci saylı 04 iyun 2021-ci il tarixində çıxarılmış qərardadından vaxtında apellyasiya şikayətinin verilməmiş olması barədə söhbət getmiş olmuşdur. Deməli, məhkəmə tərkibinin 04 iyul 2023-cü il tarixində oxşar iddiaya baxmağa hüquqları olmadıqları halda, hətta özü-özlərinə etirazı verməli olduqları halda bu prosessual qanunvericiliyə riayət etməmişdilər, bu hal da əsassız, qeyri-obyektiv, hüquqa zidd qərardadın çıxarılmış olması ilə nəticələnmişdir.

11. Bütün yuxarıda qeyd edilənlər ona əsas verir ki, Bakı Apelyasiya Məhkəməsi işə baxarkən maddi və prosessual pozuntulara yol verməklə əsassız, qanunsuz, ədalətsiz vətəndaşın qanunvericiliklə təsbit edilən hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən qərardad qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət ve rilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına d air ərizə verilə bilməz. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstəri lməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. Şikayətdə apellyasiya instansiya sı məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

17. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.

18. İlk öncə qeyd edilməlidir ki, iddiaçı ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsində bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin qərardadı ilə 2021- ci ildən tanışdır, həmin vaxtı qərardadın məzmunu ilə razılaşmış, hakimin hüquqi yardımına əsasən mülki icraat qaydasında iddia qaldırmışdır. Lakin mülki icraat qaydasında iddia tələbi üzrə iş in icraatına xitam verilmişdir. Daha sonra cavabdeh orqana müraciət etmiş, yenidən inzibati məhkəmədə iddia qaldırmış, lakin həmin iddia tələbi də mümkün sayılmamış və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5843/2021 saylı 04 iyun 2021-ci il tarixli qərardadına istinad edilmişdir.

19. İşdən göründüyü kimi, İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5843/2021 saylı, 04 iyun 2021-ci il tarixli qərardadından məlumatlı olmuş, lakin həmin qərardaddan 2 il sonra mülki icraat qaydasında vermiş olduğu tələb üzrə kassasiya instansiya məhkəməsinin qərarından isə 8 ay sonra hazırkı ərizə və apellyasiya şikayəti ilə müraciət etmişdir.

20. İddiaçı birinci instansiya məhkəməsinin qərardadından 2021-ci ilin iyun ayında məlumatlı olmuş, həmin qərardaddan apellyasiya şikayəti üzrə müddətin bərpasına dair əri zəni isə 2023-cü ilin iyul ayında təqdim etmiş, İPM-in 24.4-cü maddəsinin tələbi mövcud olmamışdır.

21. Odur ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, ərizədə göstərilənlər buraxılmış prosessual müddətin bərpa olunması üçün əsas hesab oluna bilməz. Belə ki, ərizədə prosessual müddətin üzürlü səbəbdən buraxılması əsaslandırılmayıb.

22. Apellyasiya instansiyası məhkəməsinin qərardadı hazırkı qərarın “13” bəndində qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan məhkəmə kollegiyası qərardadın əsaslandırması ilə razılaşır və şikayətin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinin əsası kimi qəbul etmir.

23. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təm in edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2719/2023 nömrəli, 4 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar