Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2351/2025 16.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü, şikayətin vəkil tərəfindən tərtib edilib imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində D övlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanıb ona ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(105)-76/2025 nömrəli qərardadı və qərarından iddiaçı tərəfindən verilmiş şikayətlər üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “ona əmək pensiyası təyin edildikdən sonra xx.xx.2008-ci il t arixdən xx.xx.2013-cü il tarixədək məhkəmə hakimi vəzifəsində, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək vəkil vəzifəsində işlədiyini əsas götürməklə 6 illik işləyən pensiyaçı stajının tamamlandığı xx.xx.2019-cu il tarixdən toplanmış pensiya kapitalı üzrə əmək pensiyasının yenidən hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin (hakim C.B.Məmmədov) xx.xx.2024-cü il tarixli, 2-1(118)-3588/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək iddiaçıya əmək pensiyası təyin edildikdən sonra xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək məhkəmə hakimi vəzifəsində, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək vəkil vəzifəsində işlədiyini əsas götürməklə 6 illik i şləyən pensiyaçı stajının tamamlandığı xx.xx.2019-cu il tarixdən toplanmış pensiya kapitalı üzrə əmək pensiyasının yenidən hesablanıb İddiaçı ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
3. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər G.İ.Cabbarova (sədrlik edən), V.E.Əzizova və İ.R.Quliyev) xx.xx.2025-ci il tarixli, 2-1(105)76/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilərək Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3588/2024 nömrəli qərarı iddia tələbinin “xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək məhkəmə hakimi vəzifəsində işlədiyini əsas götürməklə əmək pensiyasının yenidən hesablanıb ona ödənilməsi”nə dair təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi mümkün sayılmamışdır.
5. Bundan başqa, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər G.İ.Cabbarova (sədrlik edən), V.E.Əzizova və İ.R.Quliyev) xx.xx.2025-ci il tarixli, 2-1(105)-76/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilərək Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3588/2024 nömrəli qərarı iddia tələbinin “xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək vəkil vəzifəsində işlədiyini əsas götürməklə 6 illik işləyən pensiyaçı stajının tamamlandığı xx.xx.2019-cu il tarixdən toplanmış pensiya kapitalı üzrə əmək pensiyasının yenidən hesablanıb ona ödənilməsi”nə aid tə min edilən hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilmişdir. İddia tələbi “xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək vəkil vəzifəsində işlədiyini əsas götürməklə 6 illik işləyən pensiyaçı stajının tamamlandığı xx.xx.2019-cu il tarixdən toplanmış pensiya kapitalı üzrə əmək pensiyasının yenidən hesablanıb ona ödənilməsi” hissəsində təmin edilməməsi qərara alınmışdır.
6. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(105)-76/2025 nömrəli qərardadı və qərarından kassasiya şikayətləri verərək, qərardad və qərarın ləğv edilməsi, iddianın mümkün sayılaraq iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
7. Bundan başqa, iddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(105)-76/2025 nömrəli qərardad və qərarından kassasiya şikayətləri verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə ərizələr də təqdim etmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ:
8. İddiaçının kassasiya şikayətlərini nəzərdən keçirərkən müəyyən edilmişdir ki, şikayətlər vəkil tərəfindən tərtib edilib imzalanmamış və vəkil orderi şikayətlərə əlavə edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə
67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidə n baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər. 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məc əllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə
96. Ali Məhkəmədə icraat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inz ibati məhkəmə icraat iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
11. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri vəkil tərəfindən tərtib edilib imzalanmadığından və şikayətlərə vəkilin orderi əlavə olunmadığından iddiaçının verdiyi şikayətlər üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
12. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(105)-76/2025 nömrəli qərardadı və qərarı “İnzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi qayda sına dair izah” ilə birlikdə xx.xx.2025-ci il tarixdə poçt xəbərnaməsinə imza edilməklə iddiaçıya rəsmi qaydada təqdim edilmişdir.
13. İzahda qeyd edilmişdir ki, kassasiya. şikayəti yalnız vəkil tərəfindən tərtib edilməli və şikayətə vəkil orderi əlavə edilməlidir… Kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi), həm də onu tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır... Göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsasdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bu halda, təkrar kassasiya şikayətinə baxılması istisna edilir.
14. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən izah kassasiya şika yəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumatı göndərməkdə kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq şikayətin tərtibi zamanı kassasiya məhkəməsinin funksiyası və səlahiyyətləri nəzərə alınsın. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca zəruridir.
15. Lakin iddiaçı kassasiya şikayəti verərkən izahda göstərilən tələbə əməl etməmiş, kassasiya şikayətləri vəkil tərəfindən tərtib edilib imzalanmamış və vəkil orderi şikayətə əlavə edilməmişdir.
16. İzahda göstərildiyi kimi, göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsas olduğund an, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmadığından və vəkil orderi şikayətə əlavə edilmədiyindən, kassasiya şikayəti mümkün sayılmamalı və onun icraata qəbulundan imtina olunmalıdır.
17. Həmçinin kassasiya şikayətləri vəkil tərəfindən tərtib edilərək təqdim edilmədəyindən buraxılmış müddətin bərpa olunması barədə verilmiş ərizələrə də münasibət bildirilmir.
18. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(105)-76/2025 nömrəli qərardadı və qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.