Məhkəmə qərarları › İş №2-1(102)-2352/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2352/2019

18.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2352/2019 18.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının “Azərbaycan” Nəşriyyatı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsinə dair plan-ölçünün etibarsız hesab edilməsi) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, X1 ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və vəkili X17, üçüncü şəxs X20 vəkili Vəkil3 iştirakı ilə iddiaçı “Azərbaycan” Nəşriyyatının cavabdeh Azərbaycan Respubl ikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti, X34, X30, X10, X21, X18) torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)366/2019 saylı 27 fevral 2019-cu il tarixli qərarından üçüncü şəxs X34 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 18 dekabr 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, X11 Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş 20 fevral 1981-ci il tarixli, B xxxx saylı “X19 X47”na əsasən 15 ha ölçüdə t orpaq sahəsi “Kommunist” Nəşriyyatına (indiki “Azərbaycan” Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün müddətsiz ayrılmış və həmin akt 20 fevral 1981-ci il tarixdə dövlət aktlarının qeydiyyatı kitabında 64 nömrə ilə qeydə alınmışdır. «Azərbaycan» Nəşriyyatı (bundan sonra - iddiaçı) tərəfindən həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, cavabdeh daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edərək 06 iyul 2017-ci il tarixli, **********04 saylı məktubunda bildirmişdir ki, Bakı şəhər Ərazi İdarəsinin elektron kadastr baza məlu matlarına əsasən göstərilən torpaq sahəsinin koordinatları daxilində digər fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan torpaq sahələri və fərdi yaşayış evləri mövcuddur. Daha sonra iddiaçı tərəfindən 19 mart 2018-ci ildə yenidən cavabdeh orqana müraciət edilərək, sözügedən torpaq sahəsindən müxtəlif ölçülərdə ayrı-ayrı fiziki şəxslərə (o cümlədən hazırki iş üzrə üçüncü şəxs X27) mülkiyyət hüququ əsasında torpaq sahələrinin verildiyi göstərilmiş, buna dair çıxarışların ləğv edilməsi xahiş olunmuşdur. Həmin müraciətə cavabdeh tərəfindən **********97 saylı, 09 aprel 2018-ci il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, ərizəyə əlavə olunmuş məhkəmə qərarları və icra sənədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyu lmamışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti, X34 üçüncü şəxs qismində cəlb olunmaqla “X27 verilmiş **********59, **********88, **********85, **********57, **********56, **********17 və **********58 reyestr saylı torpaq sahələrinin plan və ölçülərinin və onların verilməsinə əsas olmuş X7, X22, X3, X12, X13, X23, X24 əvvəllər verilmiş torpaq sahələrinin plan və ölçülərinin etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 06 may 1980-ci il tarixli, 195 saylı qərarı ilə Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsi “Kommunist” Nəşriyyatı na (hazırda “Azərbaycan” Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün ayrılmışdır. Bununla bağlı Abşeron ZDS İK tərəfindən 20 fevral 1981-ci il tarixli “X19 X47” verilmişdir. X46 20 fevral 1981-ci il tarixdə dövlət aktlarının qeydiyyatı kitabında 64 nömrə ilə qeydə alınmışdır. “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatı Sabunçu rayonunun inzibati ərazisində, kənd təsərrüfatı təyinatlı 15 ha ölçüdə torpaq sahəsində yerləşir və həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının qanuni istifadəsindədir. Yuxarıda göstərilən hallar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli 2(102)-6123/2016 saylı qərarı ilə müəyyən edilmişdir. Həmçinin, “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsi Maştağa Südçülük-Tərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsində göstərilmişdir. Hal-hazırda iddiaçıya məlum olmuşdur ki, X20 X4, X14, X2, X8, X9, X15 və X16 aldığı torpaq sahələri üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona **********59, **********88, **********85, **********7, **********56, **********17 və **********58 reyestr nömrəli çıxarışlar və həmin reyestr nömrəli torpaq sahələrinin planı və ölçüləri verilmişdir. Cavabdeh tərəfindən verilmiş çıxarışlarda torpaq sahəsinin olduğu yer Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi kimi göstərilmişdir. Həmin torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü isə fərdi yaşayış kimi qeyd edilmişdir. X6 və həmin torpaq sahəsinin əvvəlk i mülkiyyətçiləri olmuş X7, X22, X5, X12, X13, X23 və X24 verilmiş torpaq sahəsinin planı və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatları “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisində yerləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin işçilərinin texniki səhvləri və yaxud vəzifələrindən sui-istifadələri nəticəsində əvvəllər torpaq sahəsinin mülkiyyətçiləri olmuş qeyd olunan şəxslərə verilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilən əsas döngə nöqtələrinin koordinatları qanunsuz və əsassız olaraq “Azərbaycan” Nəşriyyatının ya rdımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisində yerləşdirilmişdir. Bu da öz növbəsində “Azərbaycan” Nəşriyyatının nümayəndələri ilə torpaq əldə etmiş şəxslər sırasında lüzumsuz mübahisələrə, qarşıdurmalara və bir sıra xoşagəlməz halların baş verməsinə səbəb oİmuşdur. Belə olan halda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi öz işçilərinin texniki səhvlərini aradan qaldırmalıdır. Lakin “Azərbaycan” Nəşriyyatının müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müxtəlif bəhanələr gətirərək yaranmış vəziyyətin aradan qaldırılması ilə əlaqədar heç bir tədbir görməmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmı şdır. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü bəndinə, 10-cu maddəsinin 1, 4 və 5-ci bəndlərinə, 48-ci maddəsinin 4-cü bəndinə, 82-ci maddəsinə, 110-cu maddəsinə istinad etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli 2-1(82)3197/2018 saylı qərarı ilə (hakim: E.M.Mustafayev) iddia təmin edilmiş, “Azərbaycan” Nəşriyyatının iddiası təmin edilmiş, X27 verilmiş **********59, **********88, **********85, **********57, **********56, **********17 və **********58 reyestr saylı torpaq sahələrinin pl an və ölçüləri və onların verilməsinə əsas olmuş X7, X22, X3, X12, X13, X23, X24 əvvəllər verilmiş torpaq sahələrinin plan və ölçüləri etibarsız hesab edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh və üçüncü şəxs X34 tərəfindən apelyasiya şikayətləri verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-366/2019 saylı, 27 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: K.N.Abiyeva, hakimlər: M.N.Tağızadə və Ü.A.Mayılov) apelyasiya şikayətləri təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli 2-1(82)-3197/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Üçüncü şəxs X34 apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, üçüncü şəxs xxxx Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən, **********59, **********88, **********85, **********57, **********56, **********17 və **********58 reyestr nömrəli çıxarışlarla rəsmiləşdirilən torpaq sahələrini təkrar bazardan alqı-satqı müqavilələri əsasında almışdır. Üçüncü şəxs xxxx mülkiyyətində olan torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin plan və ölçünün «Azərbaycan» Nəşriyyatının i stifadəsində olan 15 ha torpaq sahəsi ilə üst-üstə düşməsinə əsaslanmaqla iddiaya etiraz etmiş və iddiaya etirazının əsası kimi həm iddiaçının özü tərəfindən təqdim edilmiş “Azərbaycan SSR Abşeron rayonu Maştağa südçülüktərəvəzçilik sovxozunun torpaqdan istifadə edilməsinə dair yerquruluşu Layihəsi”nə və icra sənədi üzrə icraata xitam verilməsinə dair Sabunçu rayon İcra və Probasiya Şöbəsinin qərarının ləğv edilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadını təqdim etmişdir. Daha sonra qeyd edilir ki, məhkəmə tələbə yanlış aspektdən yanaşaraq iddianın hüquqi və faktiki əsaslarını düzgün təfsir etməyərək tamamilə ayrı hüquqi əsaslanma tətbiq etmiş və onu təmin etmişdir. Məhkəmənin iddiaya və təqdim olunan mötəbər sübutlara bu yanaşması qəbul olunan deyil, prosessua l və maddi hüquq normalarının yanlış təfsiri kimi qiymətləndirilməlidir. Belə ki, hazırkı iddianı irəli sürmək üçün iddiaçı müvafiq subyektiv hüquq malik olmayıb. Əvvəla, iddiaçıya 15 ha torpaq sahəsinin məxsus olması barədə məhkəmə qərarı olsa da, nə o qərarda, nə də müvafiq qeydiyyat idarəsi tərəfindən verilmiş hər hansı sənəddə “Azərbaycan” Nəşriyyatının torpaq sahəsinin koordinatları nəzərdə tutulmayıb. İddiaçı “Azərbaycan” Nəşriyyatı məhkəməyə müraciət edərkən üçüncü şəxs xxxxun mülkiyyətində olan torpaq sahəsinin onun torpaq sahəsi ilə üst-üstə düşməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçının istifadəsində olan 15 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları onun mülkiyyətində olan torpaq sahələrinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşdüyün ü sübut kimi əsas götürülən “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyi məhkəmə prosesi zamanı işə əlavə olunub və həmin mütəxəssis rəyi digər mütəxəssis “xxxx” MMC tərəfindən verilmiş rəy ilə təkzib olunduğundan iddiaçı tərəfindən onun mülkiyyətində olan torpaq sahəsini mübahisələndirilməsinə subyektiv hüququ olmamışdır. Bundan əlavə, iş materiallarında mübahisəli torpaq sahələrinin naturada üst-üstə düşüb-düşməməsi və iddiaçıya məxsus torpağın yerləşmə yeri ilə bağlı iki bir-birinə zidd olan mütəxəssis rəyləri vardır. “xxxx” MMC tərəfindən tərtib edilən rəylə iddiaçıya məxsus torpaq sahəsinin üçüncü şəxsin torpaq sahəsi ilə üst-üstə düşdüyü, “xxxx” MMC-nin rəyi ilə isə əksinə, onların naturada fərqli torpaq sahələri olduğunu müəyyən edilir. Halbuki, işin mübahisəsiz halı ondan ibarətd ir ki, Azərbaycan SSR Abşeron rayonu Maştağa südçülüktərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsi, iddiaçıya aid 15 ha torpaq sahəsinin hansı ərazidə yerləşdiyini müəyyən edən yeganə sübutdur. Həmin layihəyə əsasən südçülük-tərəvəzçilik sovxozu Nardaran ərazisində yerləşir və sovxoz ərazisinin konturunun şimal hissəsi dəmir yolu xətti ilə sərhədlənərək Bilgəh Nardaran sərhəddindən qərbə doğru 950 metr enə malikdir. Layihə üzrə iddiaçıya məxsus torpaq sahəsinin yerləşdiyi ərazi sovxozun ən şimal konturunda paraleloqram şəkilində əks olunur. “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyinin əsassız olduğunu sübut edən əsas amillərdən biri də, iddiaçıya məxsus torpaq sahəsinin “Hüseyniyyə” Məscidinə gedən yoldan şərqə doğru 218 metr aralı məsafədə yerləşərək d üzbucaq şəkilində əks olunduğu göstərilməsidir. Mütəxəssisin bu qənaətə qəlməsinə səbəb olan, 1987-cı ilə aid 1:50000 miqyaslı topoqrafik planı üzrə həmin ərazidə o zaman şərq, cənub və qismən də qərb tərəfdən hasarlanmış torpaq sahəsidir və hasarlanmış ərazinin xətti ölçüləri iddiaçıya ayrılmış torpaq sahəsi ilə təxminən eyni olduğunu bildirməsidir. Kassasiya şikayətinin də həmçinin bildirilir ki, plan və ölçü sənədi inzibati akt olmadığından hazırkı iddia mümkün sayıla bilməz. Kassasiya şikayətinə etiraz: İddiaçı üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə etiraz edərək həmin şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xa hiş etdi. İddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və digər üçüncü şəxslər məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdeh və digər üçüncü şəxslərə məlumat verilərkən onlar nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşlar. (İPM-nin 62.3-cü maddəsi) ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də, şikayət qəbul oluna bilən hesab edilir. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irə li gəlir. İddiaçı bildirmişdir ki, üçüncü şəxslər X27 və həmin torpaq sahələrinin əvvəlki mülkiyyətçiləri olmuş X7, X22, X3, X12, X13, X23, X24 verilmiş torpaq sahələrinin planı və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatları “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşür. İddiaçı iddia tələbinin əsası kimi, Azərbaycan Respublikası Nazirlər Sovetinin 06 may 1980-ci il tarixli, 195 saylı qərarına (“Kommunist” Nəşriyyatına (hazırda “Azərbaycan” Nəşriyyatı) Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsinin yardımçı təsərrüfat yaradılması üçün ayrılması barədə), bununla bağlı Abşeron ZDS İK tərəfindən verilmiş 20 fevral 1981-ci il tarixli “X19 X47”na, “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatını n yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsində Maştağa SüdçülükTərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli 2(102)-6123/2016 saylı qərarına istinad etmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin 19911993-cü illərdə, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi ərazisindən fərdi yaşayış evlərinin tikintisi məqsədilə X7, X22, X3, X12, X13, X23, X24 torpaq sahələrinin ayrılmasına dair sərəncamlarına müvafiq olaraq (həmin sərəncamların arxiv surətləri işə əlavə edilmişdir) Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən «Torpaq sahəsinin planı və ölçüsü», daha sonra isə cavabdeh in zibati orqan tərəfindən həmin şəxslərin (üçüncü şəxslərin) adlarına **********59, **********88, **********85, **********57, **********56, **********17 və **********58 reyestr saylı torpaq sahələrinin plan və ölçüləri tərtib edilmişdir. Hazırkı iş üzrə iddia tələbinə qiymət verilməsi baxımından müəyyən edilməli olan məsələ X27 və həmin torpaq sahələrinin əvvəlki mülkiyyətçiləri olmuş X7, X22, X3, X12, X13, X23, X24 verilmiş torpaq sahələrinin planı və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatlarının “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşüb-düşməməsidir. İddiaçı tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları öz əksini tapmamışdır. İş materiallarında iddi açıya ayrılmış torpaq sahəsinin koordinatlarını özündə əks etdirən iki mütəxəssis rəyi mövcuddur: “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyi və “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyi. Həmin rəylərin bir-biri ilə ziddiyyət təşkil etməsi aşkardır. Belə ki, “xxxx” MMC tərəfindən tərtib edilən rəydə iddiaçıya məxsus torpaq sahəsinin üçüncü şəxsin torpaq sahəsi ilə üst-üstə düşdüyü, “xxxx” MMC-nin rəydə isə əksinə, onların naturada fərqli torpaq sahələri olduğu müəyyən edilir. “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən, iddiaçının istifadəsində olan torpaq sahəsi Bakı dairəvi avtomobil yolundan “Hüseyniyyə” Məscidinə qədər uzanan asfalt örtüklü avtomobil yolundan şərq tərəfə 218.8 m məsafədən başlayaraq, Bakı dairəvi avtomobil yolu boyu, Bakı dairəvi avtomobil yolunun c ənubunda yerləşməklə şərqə tərəf 300 m, cənuba tərəf 500 m xətti ölçülərə malik ərazidə yerləşir. Həmçinin, mütəxəssis rəyində 15 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Mütəxəssis rəyinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.04.2018-ci il tarixli 21(82)-2233/2018 saylı məktubuna əsasən alındığı qeyd olunmuşdur. Lakin iş materiallarında sözügedən məktub yoxdur. Bundan əlavə, birinci instansiya məhkəməsində aparılan iş üzrə icraatın nömrəsi 2-1(82)-3197/2018 olmuş, mütəxəssis rəyində isə iş nömrəsi kimi 2-1(82)-2233/2018 göstərilmişdir. Qeyd edilənlərə əsasən belə bir nəticəyə gəlmək olur ki, sözügedən mütəxəssis rəyi başqa icraat ilə əlaqədar əldə edilmişdir. İş materiallarında 2-1(82)-2233/2018 saylı iş üzrə icraatın nəticəsi barədə hər hansı məl umat mövcud deyildir və işə baxan apelyasiya instansiya məhkəməsi bu hala qiymət verməmişdir. Belə ki, əgər 2-1(82)-2233/2018 saylı və 2-1(82)-3197/2018 saylı işlər üzrə icraat eyni tərəflər arasında və eyni tələblər ilə bağlı olmuşsa, bunun nəticəsi barədə məlumat əldə edilməli idi. Əgər iddiaçı əvvəlki iddia tələbindən imtina etmişsə və bu səbəbdən icraata xitam verilmişsə, onda eyni əsasla eyni tərəflərə qarşı hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi yolverilməzdir, 2-1(82)2233/2018 saylı iş üzrə icraat davam edirsə, o zaman sözügedən icraatlar birləşdirilməli idi. İş materiallarında olan digər mütəxəssis rəyi isə üçüncü şəxsin vəkili Əjdər Cavadovun sorğusuna əsasən əldə edilmiş mütəxəssis rəyidir(“xxxx” MMC tərəfindən verilmiş) və həmin rəy ilə “Azərbaycan” Nəşriyyatına məxsus 15 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Lakin “xxxx” MMC və “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəylərində iddiaçıya məxsus torpaq sahəsinin koordinatları əhəmiyyətli dərəcədə fərqlidir. Üçüncü şəxsin vəkili həm birinci instansiya məhkəməsində, həm apelyasiya instansiya məhkəməsində vəsatət verərək tərəflərə məxsus torpaq sahələrinin üst-üstə düşməsinin müəyyən edilməsi, o cümlədən mütəxəssis rəyləri arasındakı ziddiyyətlərin aradan qaldırılması üçün məhkəmə torpaqşünaslıq ekspertizanın keçirilməsini, mübahisəli torpaq sahələrinə yerli baxışın keçirilməsini xahiş etmiş, lakin hər iki məhkəmə vəsatətləri təmin etməmişdir. Birinci instansiya məhkəməsi vəsatətləri rədd etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli 2(102)- 6123/2016 saylı qərarına istinad edərək bildirmişdir ki, qeyd olunan məsələlərə aydınlıq gətirildiyindən vəsatətin təmin edilməsinə ehtiyac yoxdur. Birinci instansiya məhkəməsi “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyini mötəbər hesab etmiş, apelyasiya instansiya məhkəməsi də bu mövqe ilə razılaşmışdır. Halbuki, məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli 2(102)-6123/2016 saylı qərarı ilə bağlı qeyd edilməlidir ki, həmin iş üzrə tərəflər – iddiaçı «Azərbaycan» Nəşriyyatı, cavabdehlər X31, X32 olmuşdur ki, hazırkı iş üzrə üçüncü şəxslər məhkəmənin istinad etdiyi qərarın aid olduğu iş üzrə icraatın iştirakçısı olmadığından, o qərarla müəyyən edilmiş hallar onlara münasibətdə preyudisial əhəmiyyət daşıya bilməz və be lə olan halda hətta cavabdehin işin hallarını mübahisələndirmədiyi halda da, hazırkı iş üzrə üçüncü şəxslər həmin qərarla müəyyən edilmiş halları hazırkı icraatda mübahisələndirə bilərlər. Digər tərəfdən, üçüncü şəxsin vəkili məhz məhkəmənin istinad etdiyi mütəxəssis rəyinin işdə olan digər rəylə ziddiyyət təşkil etməsi səbəbindən mübahisəli torpaq sahələrinin istinad nöqtələrinin və koordinatlarının müəyyən edilməsi üçün məhkəmə ekspertizasının keçirilməsini xahiş etmişdir. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsinin tələbinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 81.3-c ü maddəsinin tələbinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar... tətbiq olunur. Beləliklə, İPM-in 12 və 58.7-ci maddələrində təsbit olunmuş tələblər apelyasiya icraatında da qüvvədədir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mübahisə predmeti olan torpaq sahələrinin yerləşmə vəziyyətinə dair üçüncü şəxsin irəli sürdüyü dəlillər üzrə tam və hərtərəfli araşdırmanın aparılmasından imtina etməkdə haqlı olmamışdır. İşin həmin hallarının araşdırılması isə iddiaçının cavabdehə qarşı məhz hazırkı məzmunda tələb irəli sürməyə subyektiv hüququnun olub-olmadığının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edir. Apelyasiya insta nsiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apelyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apelyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz. Məhkəmə kollegiyası iddia predmeti olan sənədlərin inzibati akt olmaması səbəbi ilə hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığına dair şikayətin dəlili ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci ma ddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Beləliklə, tələb inzibati akta qarşı yönəldikdə, bu, aidiyyətlə bağlı sual doğurmur və həmin inzibati akta qarşı mübahisələndirmə (inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi), yaxud tanınma (inzibati aktın etibarsızlığının tanınması, artıq icra edildiyinə görə əhəmiyyətini itirmiş inzibati aktın qanunsuz sayılması) haqqında iddia irəli sürülə bilər. Bu halda, həmin inzibati akt həm formal-hüquqi baxımdan (məsələn, inzibati aktın inzibati icraat qaydalarının pozulması ilə qəbul edildiyi halda), həm də maddi-hüquqi baxımdan qanunsuz sayıla bilər. “İnzibat i icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Normanın məzmunundan göründüyü kimi, inzibati orqanlar təkcə inzibati aktlar qəbul etmirlər, onlar fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyəti (hərəkətləri) də icra edirlər. Formal-hüquqi baxımdan “İnzibati icraat haqqında” Qanunda onun 1.2-ci maddəsində təsbit edilmiş hərəkətlər (fəaliyyət) üçün heç bir aşkar qayda nəzərdə tutulmayıb. Lakin belə bir hərəkət inzibati akt olsaydı (hipotetik baxımdan) və qanunsuz olsaydı (məsələn, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində nəzərdə tutulan əsaslara görə), onda, inzibati orqanın “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən müvafiq hərəkəti də qanunsuz sayılardı. Maddi-hüquqi baxımdan isə inzibati orqanın faktiki xarakterli hərəkəti o zaman qüsurlu olur ki, həmin hərəkət məzmun baxımından qüsurlu olsun (məsələn, hüquqi vəziyyəti əks etdirən arayışın, yaxud çıxarışın verilməsinə görə). İnzibati orqanın faktiki xarakterli hərəkəti maraqlı şəxsin hüquqlarına müdaxilə etdikdə və bunun üçün hüquqi əsas olmadıqda da həmin hərəkət qüsurlu olur. Bu qənaət “İnzibati icraat haqqında” Qanunun inzibati orqanların faktiki xarakterli fəaliyyətinə də şamil olunan və təkcə formalhüquqi deyil, həmçinin maddi-hüquqi tələbləri də əks etdirən 10-19-cu maddələrindən irəli gəlir. Göstərilənlər nəzərə alındıqda, cavabdeh tərəfindən verilmiş sənədlərin etibarsızlığına dair tələblər heç də hər bir hald a “inzibati aktın etibarsızlığının tanınması haqqında” iddia kimi qiymətləndirilməli deyil. Nəzərə alınsa ki, “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur, deməli maraqlı şəxs “İnzibati icraat haqqında” Qanunun 65.3-cü maddəsinə əsasən, həmin Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati orqan tərəfindən verilmiş sənədlərin etibarsız olduğunu təsdiq etməyi həmin orqandan tələb edə bilər. Onun tələbi təmin olunmadıqda isə, həmin inzibati orqana qarşı müəyyən etmə, yaxud öhdəliyin icrası (inzibati fəaliyyətin nəticəsini əks etdirən, lakin inzibati akt hesab edilməyən sənədin etibarsız olduğunu təsdiq etmək öhd əliyi) haqqında iddia qaldıra bilər. İddiaçı (onun cavabdehə müraciətinin və iddia ərizəsinin ifadə tərzi nəzərə alındıqda) cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) onun hüquqlarına müdaxilə etdiyini və bunun üçün hüquqi əsas olmadığını bəyan edərək, həmin hərəkətin (fəaliyyətin) “torpaq sahəsinin planı və ölçüsü” sənədlərində ifadə olunan nəticəsinin etibarsız olduğunun təsdiq edilməsini tələb edə bilər. Bu tələbin əsasları isə, yuxarıda qeyd edildiyi kimi, hazırkı inzibati məhkəmə icraatı qaydasında, həm formal-hüquqi, həm də maddi-hüquqi baxımdan yoxlanılmalıdır. Lakin qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Reaspublikasının Qanunu 01.01.2011-ci il tarixdə qüvvəyə mindiyindən yalnız həmin vaxtdan sonra qəbul edilmiş inzibati aktlara (faktiki xarakterl i hərəkətlərə) münasibətdə tətbiq oluna bilər. İşin hallarından görünür ki, üçünçü şəxslərə plan və ölçü sənədləri “İnzibati icraat haqqında“ Qanun qəbul edilənədək, yəni 2009-2010-cu illərdə verilmişdir. Belə olan halda, apelyasiya instansiyası məhkəməsi “İnzibati icraat haqqında “ Qanunun 65-ci maddəsinə isinad etməkdə haqlı olmamış, maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Nəzərə almaq lazımdır ki, 01.01.2011-ci il tarixədək ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraat Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin "Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat" adlanan XX Vİİ fəslinin müddəalarına əsasən tənzimlənirdi. Həmin fəsildə nəzərdə tutulurdu ki, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1(bir) ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). (Həmin fəsil 10 iyun 2011-ci il tarixli, 143-lVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Mülki Prosessual Məcəllədən çıxarılmışdır). Hazırda mübahisələndirilən torpaq sahəsinin plan və ölçüsünə dair sənədlər 20092010-cu illərdə verilməsinə baxmayaraq, yuxarıda qeyd edilən prosessu al normaların qüvvədə olduğu müddətdə bununla bağlı mübahisə qaldırılmamışdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X34 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-366/2019 saylı, 27 fevral 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar