Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2353/2019 17.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, İlqar Dadaşov, Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, İddiaçı və vəkili Nüsrət Hüseynovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinə qarşı pensiyanın Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin MCMİ-nin adamları girov götürmə və hədə-qorxu ilə tələb etmə cinayətləri ilə mübarizə şöbəsinin əməliyyat müvəkkili vəzifəsi üzrə verilən təminat xərcliyindən hesablanması və yenilə nmiş məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsitələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-1035/2019 saylı iş üzrə 23.04.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 17 iyul 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinə qarşı pensiyanın “DİN-nin MCMİ-nin adamları girov götürmə və hədə-qorxu ilə tələb etmə cinayətləri ilə mübarizə şöbəsinin” əməliyyat müvəkkili vəzifəsində çalışdığı dövrdə əməliyyat müvəkkili vəzifəsi üzrə ona verilən təminat xərcliy inin aylıq məbləği üzrə hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1980-ci ildən etibarən Azərbaycan Respublikasının Daxili İşlər orqanlarında xidmətə başlamışdır. Qarabağ müharibəsində yaxından iştirak etmiş, bəzi əməliyyat tədbirlərində və döyüş bölgələrində xəsarətlər almışdır. Daxili işlər orqanlarında uzun müddət xidmət etdikdən sonra səhhətində yaranan problemlər onun iş qabiliyyətini zəiflətmişdir. Bir neçə dəfə səhhətində yaranmış problemlərlə əlaqədar müalicə almışdır. Nəticədə DİN-nin Xüsusi Həkim Komissiyasının 30.10.2004-cü il tarixli 292 nömrəli xəstəlik haqqında şəhadətnam əsi nəzərə alınaraq 01.11.2004-cü il tarixdə səhhətində yaranmış problemlərə görə daxili işlər orqanlarından pensiyaya çıxmışdır. Pensiyaya çıxan zaman cavabdeh təşkilat tərəfindən onun pensiyası son iş yeri kimi Xəzər rayon Polis İdarəsinin Növbətçi hissənin məsul növbətçisi vəzifəsinin təminat xərcliyindən hesablanmışdır. O, xəstəlikdən əvvəl DİN-nin MCMİ-nin adamları girov götürmək və hədə-qorxu ilə tələb etmə cinayətləri ilə mübarizə şöbəsinin əməliyyat müvəkkili vəzifəsində çalışmışdır. Lakin xəstəliyi ilə əlaqədar olaraq müalicə aldığı müddətdə 06 may 2004-cü il tarixli 993 saylı əmrlə Bakı şəhər Xəzər rayon Polis İdarəsinin növbətçi hissənin məsul növbətçisi vəzifəsinə təyin edilmişdir. Qeyd olunan vəzifədə rəsmi olaraq 5 ay 24 gün işçi kimi qeydiyyatda olsa da, lakin faktiki olaraq həmin müddətdə xəstəliyi ilə əlaqədar stasionar müalicə almış və xəstəliyi ona Xəzər rayon Polis İdarəsinin növbətçi hissənin məsul növbətçisi vəzifəsində bir gün olsa belə çalışmasına imkan verməmişdir. “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanunun 20.18-ci maddəsinin tələbinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Qeyd olunan Qanunun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququna malikdir. 30 oktyabr 2004-cü il tarixli xəstəlik haqqında şəhadətnamədən də göründüyü kimi daxili işlər orqanlarında işlədiyi dövr ərzində aldığı xəsarətlər nəticəsində səhhəti ilə bağlı problemlərə görə daxili işlər orqanlarında xidmətə yararsız olduğuna görə təqaüdə çıxmışdır. Tərəfindən 16 iyul 2018-ci il tarixdə Daxili İşlər Nazirliyinə müraciət olunaraq pensiyasının DİN-nin MCMİ-nin adamları girov götürmə və hədə-qorxu ilə tələb etmə cinayətləri ilə mübarizə şöbəsinin əməliyyat müvəkkili vəzifəsində çalışdığı dövrdə əməliyyat müvəkkili vəzifəsi üzrə ona verilən təminat xərcliyinin aylıq məbləği üzrə hesablanması və 01.11.2004-cü il tarixdən bu günə qədər əmək pensiyasının ödənilməmiş hissəsini birdəfəlik ödəniş şəklində ödənilməsi xahiş olunmuşdur. Müraciətinə cavab olaraq bildirilmişdir ki, onun daha az maaşlı vəzifəyə keçirilməsinin xidmət mənafeyi naminə səhhəti ilə bağlı olduğu barədə pensiya sənədlərində heç bir məlumat yoxdur. Bununla əlaqədar olaraq bir daha qeyd edilməsi zəruridir ki, onun daha aşağı maaşlı vəzifəyə keçirilməsi səhhətində yaranmış problemlərlə əlaqədar olmuşdur. Hətta daha az maaşlı vəzifəyə keçirilməsi barədə əmrdən də xəbəri olmamışdır. İddia ərizəsinə əlavə edilmiş xəstəlik kağızlarından da görünür ki, o, DİN-nin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşı kimi qeydə alınmışdır. Halbuki cavabdeh təşkilatın imtina ərizəsində qeyd olunur ki, 08.05.2004-cü il tarixdən 02.11.2004cü il tarixə kimi Əzizbəyov RPİ-nin NH-nin məsul növbətçisi vəzifəsində çalışmışdır. Bundan sonra iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək pensiyanın Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin MCMİ-nin adamları girov götürmə və hədə-qorxu ilə tələb etmə cinayətləri ilə mübarizə şöbəsinin əməliyyat müvəkkili vəzifəsi üzrə verilən təminat xərcliyindən hesablanması və yenilənmiş məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 11.02.2019-cu il tarixli iş № 2-1(81)-217/2019, (sədrlik edən hakim E.Məmmədov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından naraz ı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 11.02.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 23.04.2019-cu il tarixli iş № 2-1(103)-1035/2019 (hakimlər İ.Əhmədov - sədrlik edən və məruzəçi, S.Seyidova və V.Məmmədov) qərarı ilə birinci instansiya məhkəməsinin 11.02.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,2000-ci ildən etibarən iddiaçı dəfələrlə Daxili İşlər Nazirliyinin hos pitalında stasionar müalicədə olmuşdur. Həmin şəhadətnamədə qeyd olunduğu kimi, 14.08.2000-28.08.2000-ci il, 2001-ci ildə bel omba hissəsində kəskin ağrılarla 16.10.2001-25.11.2001-ci ildə stasionar müalicədə olmuş, daha sonra şikayətləri daha da artmış 11.03.2002, 01.04.2002, 12.09.2003, 03.10.2003, 23.07.2004-06.08.2004-cü il tarixlərdə stasionar müalicədə olmuş yekunda xəstəliyinə görə xidmət mənafeyi naminə daha az aktiv fəaliyyəti olan Əzizbəyov RPİ-nin NH-nin məsul növbətçisi vəzifəsinə keçirilmişdir. Həmin xəstəlik kağızlarının surəti hazırkı kasasiya şikayətinə bir daha əlavə edilir. Beləliklə, sadalanan xüsusatlardan və istinad olunan hüquq normalarından göründüyü kimi, hazırki işə mahiyyəti üzrə apelyasiya icraatı qaydasında baxılarkən maddi hüquq normaları düzgün tətbiq və təs vir edilməmiş və nəticədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 23.04.2019-cu il tarixli iş № 2-1(103)-1035/2019 qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsinixahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili N.Hüseynov kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 23.04.2019-cu il tarixli qərarının ləğ v edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı da, onun vəkili N.Hüseynovun çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 23.04.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 23.04.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, i ş üzrə apelyasiya instansiyası məhkəməsinin 23.04.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin, cavabdehin vəkilin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 23 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki,2000-ci ildən etibarən iddiaçı dəfələrlə Daxili İşlər Nazirliyinin hospitalında stasionar müa licədə olmuşdur. Həmin şəhadətnamədə qeyd olunduğu kimi, 14.08.2000-28.08.2000-ci il, 2001-ci ildə bel omba hissəsində kəskin ağrılarla 16.10.2001-25.11.2001-ci ildə stasionar müalicədə olmuş, daha sonra şikayətləri daha da artmış 11.03.2002, 01.04.2002, 12.09.2003, 03.10.2003, 23.07.2004-06.08.2004-cü il tarixlərdə stasionar müalicədə olmuş yekunda xəstəliyinə görə xidmət mənafeyi naminə daha az aktiv fəaliyyəti olan Əzizbəyov RPİ-nin NH-nin məsul növbətçisi vəzifəsinə keçirilmişdir. Həmin xəstəlik kağızlarının surəti hazırkı kasasiya şikayətinə bir daha əlavə edilir. Beləliklə, sadalanan xüsusatlardan və istinad olunan hüquq normalarından göründüyü kimi, hazırkı işə mahiyyəti üzrə apelyasiya icraatı qaydasında baxılarkən maddi hüquq normaları düzgün tətbiq və təsvir edilməmiş və nəticədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun tələbinə əsasən İddiaçı 32 il 3 ay 2 gün xidmət illəri nəzərə alınaraq, sonuncu xidmət yeri üzrə vəzifəsi Bakı şəhəri Əzizbəyov RPİ-nin NH-nin məsul növbətçisi olduğu üçün pensiya təminatında bu vəzifənin pul təminatı əsas götürülərək ona pensiya təyin edilmişdir. Cavabdeh tərəfindən verilmiş 993 ş/h saylı 06 may 2004-cü il tarixli əmrdən görünür ki, iddiaçı 08 may 2004-cü il tarixdən Azərbaycan Respublikası DlN-in MCMİ-nin Adamları girov götürmə və hədə-qorxu ilə tələb etmə cinayətləri ilə mübarizə şöbəsinin əməliyyat müvəkkili vəzifəsindən azad edilmiş, Bakı şəhəri Əzizbəyov RPİ-nin RPİ-nin NH-nin məsul növbətçisi vəzifəsinə təyin edilmişdir. Həmin əmrdə iddiaçının başqa vəzifəyə səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə təyin edilməsi göstərilməmişdir. Həmçinin iddiaçı daha az maaşlı başqa vəzifəyə keçirilməsini onun səhhəti ilə bağlı olmasına dair sübut olaraq müvəqqəti iş qabiliyyətini itirməsinə görə xidməti vəzifəsindən azad edilməsi vərəqələrini məhkəməyə təqdim etmişdir. Həmin sənədlərdən görünür ki, iddiaçı 12.09.2004-cü il tarixdən 03.10.2004-cü il tarixədək, 23.07.2004-cü il tarixdən 06.08.2004-cü il tarixədək, 07.08.2004-cü il tarixdən 09.08.2004-cü il tarixədək stasi onar müalicədə olmuşdur. İddiaçının başqa vəzifəyə təyin edilməsi barədə əmr isə həmin tarixlərdən əvvəl, yəni 06 may 2004-cü il tarixdə verilmişdir Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 3-cü maddəsinə əsasən hərbi qulluqçularının pensiya təminatı bu Qanunla müəyyən edilir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir; Həmin Qanunun 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Qanunvericiliyin tələblərinə əsasən hərbi qulluqçular xidmətdən buraxılarkən 2 halda səhhəti ilə və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Göründüyü kimi, Azərbaycan Respublikasının "Əmək pensiyaları haqqında" Qanununun 1.0.5-ci maddəsinə əsasən pensiyanın hesa blanması qanuni olmuş, pensiya hesablanarkən ona sonuncu xidmət yeri üzrə vəzifəsi Bakı şəhəri Əzizbəyov RPİ-nin NH-nin məsul növbətçisi vəzifəsinin pul təminatı əsas götürülmüşdür ki, bununla da cavabdeh tərəfindən iddiaçının hüquqları pozulmamış və cavabdehin imtinası qanuni olmuşdur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 23.04.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nitəcivi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Ap elyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23.04.2019-cu il tarixli 21(103)-1035/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-2353/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2353/2019
17.07.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver