Məhkəmə qərarları › İş №2-1(102)-2354/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2354/2019

17.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2354/2019 17.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, İlqar Dadaşov, Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 30 aprel 2019-cu il tarixli, 2-1(103)-1070/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şika yətinə əsasən işə 17 iyul 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1085 d nömrəli bağ sahəsi yerləşdiyi yer üzrə sxematik xəritəyə uyğunlaşdırılaraq onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1085 d nömrəli bağ sahəsi üzərində hüquqların daşın maz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 18.03.2016 və 07.02.2018-ci il tarixli məktublardan görünür ki, müraciətin təmin edilməsindən imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, iki bağ sahəsi bir hasar daxilindədir. Bundan əlavə, sözügedən bağ nömrəsi sxematik xəritədə aşkar olunmamışdır. Təqdim olunan sənədlərdə uyğunsuzluq var. Belə ki, icarə müqaviləsində mərhumun soyadı "Namazova" kimi qeyd olunmuşdur. Bu səbəbdən iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Soyadının dəyişməsi haqqında sənədin, eləcə də mərzçəkmə işlərinin görülməsi, arxiv cizgisinə uyğun notarial q aydada təsdiq edilmiş bölgü sxeminin İdarəyə təqdim olunması məqsədəuyğundur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1085 d saylı bağ sahəsinin yerləşdiyi yer üzrə sxematik xəritəyə uyğunlaşdırılaraq iddiaçının anası X1 adına çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 06.06.2018-ci il tarixli iş № 2-1(81)-1922/2018, (sədrlik edən hakim Ş.Məmmədova) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 06.06.2018-ci il tarixli qərarının ləğv edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 01.11.2018-ci il tarixli iş № 2-1(103)2115/2018 (hakimlər M.Tağızadə - sədrlik edən və məruzəçi, Ü.Mayılov və K.Abiyeva) qərarı ilə birinci instansiya məhkəməsinin 06.06.2018-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1085 d saylı bağ sahəsinin yerləşdiyi yer üzrə sxematik xəritəyə uyğunlaşdırılaraq İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasıqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehkasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 01.11.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 05.03.2019-cu il tarixli iş № 21(102)-703/2019 (hakimlər X.Məmmədov - sədrlik edən və məruzəçi, R.Nəbizadə və A.Hüseynov) qərarı ilə cavabdehin kasasiya şikayətinin qismən təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsiqərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin 30.04.2019-cu il tarixli iş № 2-1(103)1070/2019 (hakimlər İ.Əhmədov - sədrlik edən və məruzəçi, S.Seyidova və V.Məmmədov) qərarı ilə birinci instansiya məhkəməsinin 06 iyun 2018-ci il tarixli, 2-1(81)-1922/2018 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «çıxarışın verilməsi» tələbinə dair iddiasının təmin olunmaması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsiqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,məhkəmə cava bdehin imtinasının əsaslarını araşdırmadan yanlış nəticəyə gəlmişdir. Belə ki, cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, “iki bağ sahəsi bir hasar daxilindədir. Bundan əlavə, sözü gedən bağ nömrəsi sxematik xəritədə aşkar olunmadı (Məhkəmə kollegiyası cavabdehin qeyd edilən bu imtinasına hüquqi qiymət verməmişdir). Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır”. Yəni, cavabdeh ümumiyyətlə bağ sahəsinin nömrəsinin sxematik xəritədə aşkar olunması barədə imtina verməklə həmin bağın mərhum anasına məxsus olmasını inkar etmişdir. Bu səbəbdən mübahisəli bağ sahəsinin nömrəsinin yerləşdiyi yer üzrə sxematik xəritəyə uyğunlaşdırılaraq onun anası X1 adına çıxarış verilməsi vəzifəsi cavabdehin üzərinə qoymuşdur. Yəni, cavabdeh mübahisəli bağın ümumiyyətlə qeydə alınmadığını, yəni mövcud olmad ığını, həmin sahəsinin anasına məxsus olmaması və sxematik xəritədə aşkar olunmaması barədə imtina verdiyi səbəbindən o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əks halda o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlakın üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimata uyğun olaraq iddia ərizəsində bağın yüklülüyü və məhdudiyyət qoyulmasına dair arayışın verilməsi barədə iddia qaldırardı. Göründüyü kimi məhkəmə kollegiyası bu baxımdan maddi hüquq normalarını düzgün tətbiq etsə də, səhv təfsir etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin mirasının (miras passivi) toplusu daxildir. Birinci instansiya məhkəməsi düzgün olaraq aşağıdakı maddi hüquq normalarını tətbiq və təfsir etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015ci il tarixli, 319 saylı qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmas ı barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir. Həmin Təlimatın 7.3-cü bəndinə əsasən bu Təlimatın 7.1 -ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci ilin may ayının 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam ve rilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 30 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, cavabdehin nümayəndəsi isə məhkəməyə iclasına gəlmədiyi üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 30.04.2019-cu il tarixli qərarı ləğv edilməli, iddiaçının iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hazırkı iş üzrə qəbul etdiyi 30 aprel 2019-cu il tarixli, 2-1(103)-1070/2019 saylı qərarla, 1 saylı Bakı İnzi bati-İqtisadi Məhkəməsinin 06 iyun 2018-ci il tarixli, 2-1(81)-1922/2018 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiasının təmin olunmaması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə, Mülki Məcəlləsinin 14.2.3, 25.2, 1133 və 1151.1-ci maddələrinə, “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Qanunun 22.2-ci maddəsinə istinad etməklə belə hesab etm işdir ki, birinci instansiya qanunvericiliyin müddəalarını yanlış təfsir edərək iddianı təmin etmişdir. Qeyd edilmiş normanın məzmunundan da göründüyü kimi, burada bir neçə amilin olması şərtdir. Birincisi, həmin əmlak vəfat etmiş şəxsin sahibliyinə və ya istifadəsinə verilməsi və onun əmlak üzərində əmlak hüququnun yaranmasıdır. İkincisi, daşınmaz əmlak üzərində mülkiyyət hüququ barədə çıxarışın alınması üçün şəxs sağ olarkən iradə ifadəsini bildirməsi, zəruri sənədləri toplayaraq səlahiyyətli orqanlara təqdim etməsi, lakin öz iradəsindən asılı olmayan bioloji faktor kimi ölümün maneə törətməsi səbəbindən çıxarışın ala bilməməsidir. Üçüncüsü isə, qeyd edilmiş daşınmaz əmlak üzərində ölmüş şəxsin yaranmış əmlak hüququ notariat orqanı tərəfindən miras kütləsinə daxil edilməsidir. Dördüncüsü, qanun və ya vəsiyyət üzrə vərəsəsinə əmlak hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın təqdim edilməsidir. Buna görə də apelyasiya instansiyası məhkəməsinin qənaətinə əsasən birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız, apelyasiya şikayətinin dəlilləri isə əsaslıdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi sözügedən qərarla razılaşmayaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixdə qəbul edilmiş 5 nömrəli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarı mövcuddur ki, həmin qərarda göstərilmişdir ki: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub–olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara də şamil olunur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəs inə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü,məsələsinə baxa bilərlər. Bundan sonra apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunvericiliyinin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, mərhumun hüquqlarının ona keçdiyini irəli sürən vərəsəsi hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi üçün daşınmaz əmlakın qeydiyyatını aparan orqana müraciət etməli, bu arayış əsasında vərəsəlik sənədləri onu təqdim edən vərəsənin adına rəsmiləşdirilməli, yəni, sonuncuya bu barədə vərəsəlik şəhadətnaməsi verilməli, bundan sonra həmin vərəsə vərəsəlik şəhadətnaməsini qeydiyyat orqanına təqdim etməli və daşınmaz əmlak üzərində hüquq onun adına dövlət qeydiyyatına alınmalıdır. Lakin işdən görünür ki, iddiaçı, mərhumun miras əmlakına dair vərəsəlik şəhadətnaməsinə malik olmadığı üçün, vəfat etmişin ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun öz adına dövlət qeydiyyatına alınm ası üçün əvvəlcə sözügedən arayışın verilməsindən ötrü cavabdehə müraciət etməli olduğu halda, bunu etməmişdir. Digər tərəfdən, o, yalnız bu arayış, ondan sonra vərəsəlik şəhadətnaməsini əldə etdikdən sonra və hər bir halda, hüquqların ölmüş şəxsin deyil, məhz öz adına qeydiyyata alınmasını cavabdehdən tələb edə bilərdi. Beləliklə, Ali Məhkəmənin Plenumunun 19 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı ilə iddianın mümkünlüyünün yoxlanılması zamanı ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, eyni zamanda iddiaçının hüquqi marağının, yəni, sadəcə marağının deyil, məhz hüquqi marağının olub-olmaması müəyyən olunması mütləq şərtdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin sözügedən qənaəti prinsip eti barı ilə düzgün olsa da, bunun əsasında apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə, yəni, iddiaçının iddiasının rədd edilməsi qanuna uyğun deyil, belə ki, iddiaçının adıçəkilən qanunun 22.2-ci maddəsinə müvafiq şəkildə orada nəzərdə tutulmuş arayışın və vərəsəlik şəhadətnaməsinin alınması, yəni hüquqi marağının və subyektiv marağının əldə edilməsi üçün, cavabdehə müraciət edilməsi imkanı mövcuddur, yəni, itirilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 30 aprel 2019-cu il tarixli, 2-1(103)-1070/2019 saylı qərarı ləğv edilməli, iddiaçının iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, m əhkəmə kollegiyası Qərara aldı: İddiaçı kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 30 aprel 2019-cu il tarixli, 21(103)-1070/2019 saylı qərarı ləğv edilsin. İddiaçı hazırkı iddiası mümkün sayılmasın. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar