Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2354/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əmrin ləğv edilərək işə bərpa olunması, məcburi işburaxma müddəti ərzində əmək haqqının ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı əmrin ləğv edilərək işə bərpa olunması, həmçinin məcburi işburaxma müddəti ərzində əmək haqqının hesablanaraq ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2430/2021 nömrəli iş üzrə 16.09.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 15 dekabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 28.10.2015-ci il tarixindən etibarən Daxili Qoşunlarda müddətli hərbi xidmətə qəbul edilmiş, cavabdehin 06.07.2020-ci il tarixli 107 nömrəli əmri ilə Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı Daxili İşlər nazirinin müavini Daxili Qoşunların komandanının 06.07.2020-ci il tarixli 107 nömrəli əmri ilə xidmətdən azad edilməyi barədə müvafiq əmrin ləğv edilərək yenidən işə bərpa olunması, həmçinin, məcburi işburaxma müddəti ərzində əmək haqqının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
3. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o 28.10.2015-ci il tarixindən etibarən DİN DQ müddətli hərbi xidmətə qəbul edilmiş və bir sıra vəzifələrdə çalışmışdır. 2018-ci ildən xüsusi təyinatlı dəstədə 3-cü xüsusi həmlə qrupunun 1-ci yarımqrupunda atıcı-sanitar vəzifəsinə qəbul olunmuşdur. Xidmət etdiyi müddət ərzində işinə dəqiq və məsuliyyətli olmuş, buna sübut olaraq xidməti dövrü ərzində o na heç bir intizam tənbehi tətbiq edilməmişdir. Qanunsuz olaraq Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının 06.07.2020-ci il tarixli 107 nömrəli əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq N saylı hərbi hissədə xüsusi təyinatlı dəstədə 3-cü xüsusi həmlə qrupunun 1-ci yarımqrupunda atıcı-sanitar vəzifəsindən azad edilərək şəxsi heyətin siyahısından və bütün təminat növlərindən çıxarılıb, hərbi qeydiyyata alınmaq üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinə göndərilmişdir. Daxili Qoşunlarda xidmət etdiyi müddətdə yol verdiyi nöqsanlarla əlaqədar xidmətdən xaric edilsə də, xidmət etdiyi dövrdə onun barəsində intizam qaydasında heç bir tənbeh növü seçilməmişdir. Bundan əlavə o xidmətdən xaric edilmədən öncə barəsində verilmiş şikayət araşdırılmalı və daha sonra qərarın verilməsi üçün şərəf məhkəməsinə onun xidmətdən xaric edilməyi ilə bağlı qərar əsasında, hərbi hissə komandirinin təqdimatı ilə Daxili Qoşunlar komandanına göndərilməli idi, Bu prosedurun aparılması üçün ən azı 15 gün tələb olunsa da, 3 gün ərzində yəni, 03.07.2020-ci il tarixdə barəsində şikayət edilmiş və bazar günü 05.07.2020-ci il tarixdə barəsində araşdırma aparılmadan şərəf məhkəməsinin qanunsuz iclası keçirilmiş və 06.07.2020-ci il tarixdə xidmətdən xaric edilmişdir.
4. Birinci instansiya məhkəməsinin 24.06.2021-ci il tarixli, 2-1(112)5949/2021 nömrəli (sədrlik edən hakim Aytən Oruczadə) qərardadı ilə iddianın mümkün sayılmaması qərara almışdı r.
5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1, 73.2-ci maddələrinə, İPM-in 32.1, 38.1, 35.3-cü maddələrinə istinad etmişdir.
6. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 24.06.2021-ci il tarixli, 2-1(112)-5949/2021 nömrəli qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün hesab edilərək, icraata qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.09.2021-ci il tarixli, 2-1(103)-2430/2021 nömrəli (hakimlər Cahangir Yusifov - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Elmira Nağıyeva ) qərardadı ilə İddiaçı şikayətinin təmin edilməməsi, Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-5949/2021 saylı 24.06.2021-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, birinci instansiya məhkəməsinin də istinad etdiyi prosessual hüquq normalarını tətbiq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
9. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə bərpa edilməyi ilə bağlı həm xidmət göstərdiyi quruma müraciət edilmiş, həmin qurumdan mənfi cavab aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Həmçinin AR birinci vitseprezidentinə də müraciət etməyinə baxmayaraq həmin müraciət DİN-nin Daxili Qoşunlarına göndərilmiş, həmin idarə isə 18.1 0.2020-ci il tarixli məktubla ehtiyata buraxılmağında heç bir qanunsuzluğa yol verilmədiyi bildirilmişdir. Dəfələrlə arxiv arayışının və əmrin verilməsi ilə bağlı müraciət etməyinə baxmayaraq müraciəti təmin edilməmiş, 27.11.2020-ci il tarixli məktubla (ikinci müraciətimə cavab) sənədlərin surəti hər hansı bir işlə bağlı olduğu təqdirdə yalnız rəsmi təşkilatdan sorğunun verilməsi ilə verilə bilər deyə cavablandırılmışdır. Bundan sonra isə üçüncü dəfə müraciət etmiş, 08.01.2021ci il tarixli məktubla həqiqi hərbi xidmət keçməyini təsdiq edən sənədlər təqdim edilmiş, ona isə fevral ayının əvvəlində gəlib çatmışdır. Həmin sənədlərdə isə şikayət vermə müddəti və qaydası göstərilmədiyindən şikayət vermə müddəti 6 ay hesablanmalı idi. Göstərilənlərdən aydın olur ki, Bakı Apellyasiya Məhkəməsi qan unvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin tələbinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, düzgün olmayan qərardadın qəbul edilməsinə səbəb olsun.
10. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin 16.09.2021-ci il tarixli, 2-1(103)-2430/2021 nömrəli qərardadın ləğv edilməsi və iddia tələbinin mü mkün hesab edilərək icraata qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli qərarı: 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından ə vvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yar atdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
12. İnzibati Prosessual Məcəllə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdır sa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır; Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 96.4 Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidli yinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
13. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətindəki dəlil ləri əsassızdır.
16. Belə ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırkı mübahisədə iddiaçının iddia qaldırmaq müddətinin ötürüldüyü üçün iddianın əsaslılığının araşdırılmasına imkan vermir.
17. İşdə olan materiallardan müəyyən olur ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müavini X1 06.07.2020-ci il tarixli 107 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı madəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) N saylı hərbi hissədə xüsusi təyinatlı dəstədə 3-cü xüsusi həmlə qrupunun 1-ci yarımqrupunda atıcı-sanitar vəzifəsindən ehtiyata buraxılmış, şəxsi heyətin siyahısından və bütü n təminat növlərindən çıxarılmışdır.
18. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, hərbi biletinin surətinə əsasən, mübahisəlndirilən əmr qəbul edildikdən sonra, iddiaçıya tutduğu vəzifəsindən ehtiyata buraxıldığı bildirilərək, ona hərbi bileti təqdim olunmuş və o, 06.08.2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinə təqdim edərək qeydiyyata durmuşdur. Onun “AO 12337910” nömrəli hərbi biletinin 3-cü səhifəsində, biletin qeydlərinin 10-cu bəndində qeyd olunur ki, iddiaçı DİN DQK-nın 06.07.2020-ci il tarixli əmri ilə ehtiyata buraxılmışdır.
19. Bundan başqa, hərbi biletin 22-23-cü səhifələrində - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıl rayon şöbəsi tərəfindən iddiaçının “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin «e» bəndi ilə xidmətdən ehtiyata buraxılması barədə qeyd, 24-cü vərəqində isə onun 06.08.2020-ci il tarixində ehtiyatda olan hərbi qulluqçu kimi qeydiyyatı təsbit olunmuşdur.
20. Qeyd edilənlərdən görünür ki, iddiaçı, hərbi biletinin ona təqdim edildiyi vaxtdan, ən azından, SHXÇDX-nin İsmayıllı rayon şöbəsində 06.08.2020-ci il tarixində qeydiyyata alındığı tarixdən cavabdehin əmrindən məlumatı olmuşdur.
21. Lakin buna baxmayaraq, iddiaçı hüquqlarına toxunan qərarın mövcudluğundan ən azından 06.08.2020-ci il tarixində xəbərdar olduğu halda həmin qərarın (mübahisələndirdiyi inzibati aktin) ləğvi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə 21.04.2021-ci il tarixində, yəni 8 aydan çox müddəti buraxdıqdan sonra müraciət etmişdir. (qərarın 12-ci bəndi, İPM -in 32.1, 35.1, 38.1-ci maddələri)
22. Göründüyü kimi iddiaçı Daxili İşlər nazirinin müavini Daxili Qoşunların komandanının 06.07.2020-ci il tarixli 107 nömrəli əmri ilə xidmətdən azad edilməyi barədə müvafiq əmrin ləğv edilərək yenidən işə bərpa olunması, həmçinin, məcburi işburaxma müddəti ərzində əmək haqqının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia qaldırmaq müddətini ötürmüşdür.
23. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 16.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddi açının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.09.2021-ci il tarixli, 21(103)-2430/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanlsın. Qərar qətidir.