Məhkəmə qərarları › İş №2-1(102)-2354/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2354/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2354/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; metallurgiya istehsalatı: qazla kəsicilər, ustalar və böyük ustalar) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filial ına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-340/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.

2. Cavabdehin iddiaçıya ünvanlanmış **********3 saylı 17 yanvar 2022-ci il imtina məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filialına təqdim etdiyiniz “X2” MMC-nın sizə dair xx.xx.2021 tarixli 222/A 11/L nömrəli arayışında xx.xx.2004-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə təkrarqarametal tədarükü sahəsində i sti və zərərli iş şəraitində usta və böyük usta vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi adıçəkilən müəssisədə işlədiyiniz təkrarqarametal tədarükü sahəsi metallurgiya istehsalatının polad və ferroərintilər istehsalatı sahəsinə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (2 il 4 ay 14 gün (xx.xx.2001-xx.xx.2004-cü il tarixləri arasındakı dövrləri) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.”. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddianın əsaslarına görə, iddiaçı xx.xx.2021-ci il tarixdə 60 yaşı tamam olduqdan sonra “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq, ümumi əmək fəaliyyətinin ən azı 25 il sığorta stajı mövcud olduğundan və bu müddətin 12 il 6 ayından artıq dövrünü əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (isti və zərərli iş şəraitində qazla kəsici, usta və böyük usta vəzifəsində) çalışdığını nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən müraciətinə cavab olaraq ona ünvanlanmış xx.xx.2022-ci il tarixli **********3 saylı məktub ilə güz əştli şərtlərlə pensiya təyinatından imtina olunmuşdur. Məktubdan göründüyü kimi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı “X2” MMC-nin arxiv arayışlarına istinadən həmin müəssisənin Təkrarqarametal tədarükü sahəsində isti və zərərli iş şəraitində qazla kəsici peşəsində çalışdığını xx.xx.2001-xx.xx.2004-cü il tarixləri arasındakı dövrü güzəştli iş stajı kimi nəzərə alsa da, həmin sahədə isti və zərərli iş şəraitində usta vəzifəsində çalışdığı xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrü və yenə həmin sahədə isti və zərərli iş şəraitində böyük usta vəzifəsində çalışdığı xx.xx.2005-xx.xx.2014-cü il tarixləri arasındakı dövr əsassız olaraq nəzərə almamışdır. İddiaçı xx.xx.2022-ci il tarixli **********3 saylı məktub ilə ona güzəştli şərtlərlə pensiya təyinatından imtinas ını əsassız hesab edir. Cavabdehin etirazları:

5. Cavabdeh imtina məktubunun məzmununa uyğun yazılı etiraz verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6336/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçıya 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçı 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajına malikdir.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-340/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır.

10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə (60 yaş) çatdığından, xx.xx.2021-ci il tarixədək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun çalışdığı peşələr həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda, həm də Azərbaycan Res publikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verdiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən onun 60 yaşdan (xx.xx.2021-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia ərizəsinə qarşı etirazda göstərilənlər təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2021-ci il tarixdə qüvvədə olan redaksiyada): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 15. “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təs diq edilmişdir). XXXİİİ. Ümumi peşələr. “qazla kəsicilər” (kod 23200000—11618); 16. "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir):

3. Metallurgiya istehsalatı (Qara metallar) 3.2. Polad və ferroərintilər istehsalatı b) mütəxəssislər: isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar

17. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Ma ddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

21. İddiaçının 25 ildən artıq ümumi iş stajına malik olduğu mübahisələndirilmir.

22. İddiaçının qanunla tələb edilən güzəştli iş stajının 12 il 6 ay müddətin xx.xx.2006-cı il tarixdən sonra tamamlandı ğı, bu səbəbdən də ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin və “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin müddəalarının tətbiqinin istisna edildiyi, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə qüvvədə olan redaksiyasının tələbi nəzərə alındıqda, iddiaçı 25 il sığorta stajına malik olmalı, bu müddətin azı 12 il 6 ayını həmin normada göstərilən işlərdə çalışmış olmalı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir.

23. Cavabdehin güzəştli stajla bağlı əsas dəlili ondan ibarətdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi “X2” MMC-nin iddiaçıya dair 4 fevral 2021-ci il tarixli 222\A, 11\L nömrəli arayışında xx.xx.2004-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə təkrarqarametal tədarükü sahəsində isti və zərərli iş şəraitində usta və böyük usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, adıçəkilən müəssisədə işlədiyi təkrarqarametal tədarükü sahəsi metallurgiya istehsalatının polad və ferroərintilər istehsalatı sahəsinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (2 il 4 ay 14 gün (xx.xx.2001-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir.

24. Məhkəmə kollegiyası cavabdehin həmin qənaətini əsaslı hesab etmir. Belə ki, “X2” MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 222/A nömrəli arayışla təs diq edilir ki, İddiaçı X2 Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində çalışmış, X2 Limited şirkətinin arxiv fondunun materiallarında aşağıdakı məlumatlar qeyd edilib: 17 noyabr 2001-ci il tarixdən 01 aprel 2004-cü il tarixədək Təkrarqarametal tədarükü sahəsində isti və zərərli iş şəraitində qazla kəsici peşəsində, 01 aprel 2004-cü il tarixdən 01 sentyabr 2005-ci il tarixədək həmin sahədə isti və zərərli iş şəraitində usta vəzifəsində, 01 sentyabr 2005-ci il tarixdən 09 sentyabr 2009-cu il tarixədək isti və zərərli iş şəraitində böyük usta vəzifəsində çalışmışdır. Qeyd edilmiş peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, pe şələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci Ümumi peşələr bölməsində olan qazla kəsicilər və 3.2 (b) yarımbəndində isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar kimi öz əksini tapmışdır 25. “X2” MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 11/L nömrəli arayışda göstərilmişdir: “Verilir İddiaçı ondan ötrü ki, həqiqətən o, 09 sentyabr 2009-cu il tarixindən 19 fevral 2014-cü il tarixinədək Təkrarqarametal tədarükü şöbəsində və 21 fevral 2014-cü il tarixindən 31 iyul 2014-cü il tarixinədək Təkrarqarametal tədarükü sahəsində isti və zərərli iş şəraitində Böyük usta vəzifələrində çalışmışdır. Qeyd edilmiş peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlər lə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.2 (b) yarımbəndində isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar kimi öz əksini tapmışdır.” 26. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 02/05 nömrəli arayışda göstərilmişdir: “Verilir İddiaçı ondan ötrü ki, 01 avqust 2014-cü il tarixindən 15 oktyabr 2014-cü il tarixədək o həqiqətən "xxxx" MMC (VÖEN **********) şirkətində böyük usta vəzifəsində və 05 yanvar 2015-ci il tarixindən 31 dekabr 2015-ci il tarixədək Podrat Müqaviləsi əsasında Metallurgiya sahəsində metallurq ekspert vəzifəsində işləyib. Buda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 nömrəli 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.2(b) yarımbəndində isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar kimi öz əksini tapmış və qərara uyğundur.”

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “XXXİİİ. Ümumi peşələr” bölməsində “qazla kəsicilər” (kod 23200000—11618) nəzərdə tutulmuşdur.

28. Azərbaycan Resp ublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın

3. Metallurgiya istehsalatı bölməsinin 3.2. Polad və ferroərintilər istehsalatı bəndinin (b) mütəxəssislər yarımbəndində “isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar” nəzərdə tutulmuşdur və iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışlara görə, iddiaçının xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci tarixədək işlədiyi Təkrarqarametal tədarükü sahəsində “usta”, xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu tarixədək işlədiyi “böyük usta”, xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək işlədiyi “X2” MMC-nin (hazırkı X2 QSC- nin) Təkrarqarametal Tədarükü sahəsində “böyük usta” vəzifələri ilə uyğunluq təşkil edir.

29. Beləliklə, iddiaçının 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli stajı olduğu üçün onun yuxarıda istinad edilən normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-340/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar