Məhkəmə qərarları › İş №2-1(102)-2354/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2354/2024

20.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2354/2024 20.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Dövlət Neft Şirkəti) qarşı iş üzrə QƏRARİ Açar sözlər: İHB-nın sərəncamı ilə ayrılmış torpaq sahəsi üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərba ycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Dövlət Neft Şirkəti) qarşı “Səbail rayon İHB-nın “Badamdar qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə” xx.xx.1993-cü il tarixli, 2618 nömrəli Sərəncamı ilə ayrılmış Badamdar qəsəbəsi, 2-ci Yaşayış massivində (döngə 2, 39 nömrəli sahədə) yerləşən 600 kv.m torpaq sahəsinin mərhum əri X4 məxsusluğu (mülkiyyət hüququ ilə) barədə arayışın (çıxarış) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 may 2024-cü il tarixli, 2-1(103)-1114/2024 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şik ayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Səbail rayon İHB-nın “Badamdar qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə” xx.xx.1993-cü il tarixli 2618 nömrəli sərəncamı ilə müəyyən olunur ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli 3/104 nömrəli qərarına əsasən, rayon icra hakimiyyətində, rayon ərazisində yerləşən müəssisə və təşkilatlarda mənzil növbəsində qeydiyyatda olan, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlara Badamdar qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmış, torpaq sahəsinin bölgüsü icra hakimiyyətinin nəzdində yaradılmış torpaq bölgüsü komissiyasının xx.xx.1993-cü il tarixli 7 nömrəli protokolu ilə rəsmiləşdirilmişdir.

2. Qeyd olunan sərəncamla bölg üsü icra hakimiyyətinin nəzdində yaradılmış torpaq bölgüsü komissiyasının xx.xx.1993-cü il tarixli 7 nömrəli protokolu təsdiq edilmiş, Badamdar qəsəbəsində, 2-ci massivdə, “Xəzərneftdonanma” İdarəsinin Gəmi təmiri zavodunun Azad Həmkarlar Komitəsinin təsdiq etdiyi siyahıya əsasən torpaq sahələri paylanmış, o cümlədən X4 600 kv.m torpaq sahəsi verilmişdir. Həmçinin, torpaq sahəsi alan vətəndaşlar mənzil növbəsindən çıxarılmış hesab edilmişdir.

3. Bakı şəhər İHB-nın “Torpaq sahəsinin geri alınması haqqında” xx.xx.1999-cu il tarixli 674 nömrəli sərəncamı ilə DNŞ-nin Quruda Neft və Qazçıxarma Birliyinin xx.xx.1999-cu il tarixli JÇ-011/218 saylı məktubu nəzərə alınaraq, Səbail rayonu ərazisində yerləşən və DNŞ-nə məxsus “Bibiheybət” NQÇİ-nin istifadəsində olan torpaq sahələrindən 266.05 ha geri alınmışdır.

4. Bakı şəhər İHB-nın xx.xx.2010-cu il tarixli 144 nömrəli sərəncamı ilə DNŞ-nin xx.xx.2010-cu il tarixli, İƏ-329 nömrəli müraciəti nəzərə alınaraq, DNŞ-nə məxsus Sabunçu rayonu, Balaxanı-Sabunçu-Ramana yatağına və Səbail rayonu, “Bibiheybət” NQÇİ-nə aid torpaq sahələrinin Bakı şəhərinin istifadəçiliyinə qaytarılması barədə Bakı şəhər İHB-nın xx.xx.1999-cu il tarixli 674 nömrəli və xx.xx.1999-cu il tarixli 674 nömrəli sərəncamları ləğv edilmişdir.

5. Səbail rayon İHB-nın Badamdar qəsəbəsində nümayəndəliyi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş 135 nömrəli çıxarışdan görünür ki, Səbail rayon İHB-nın xx.xx.1993-cü il tarixli 2618 nömrəli sərəncamı ilə X4 ayrılmış Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 2-döngədə yerləşən 39 nömrəli 600 kv.m torpaq sahəsinə dair yerləşmə c izgisi tərtib olunmuş və həmin cizgi Səbail rayon İH tərəfindən təsdiq edilmişdir.

6. X6 xx.xx.2018-ci il tarixdə ölmüşdür və arvadı X2 onun vərəsəsidir. 7. 1 saylı Bakı ASAN xidmət mərkəzində Ədliyyə Nazirliyinin notariat kontorunda xx.xx.2018-ci il tarixdə vəfat etmiş X3 adına 18 may 2018-ci il tarixdə açılmış V-124/2018 saylı vərəsəlik işinin həlli üçün Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində, 2-ci massivdə yerləşən 600 kv.m torpaq sahəsinə dair mərhumun adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunun” 5.1-1-ci maddəsinin tələblərinə və Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında “Təlimat”ın 5-ci hissəsinə uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın mər humun vərəsəsi olan arvadı X1 verilməsi xahiş olunmuşdur.

8. İddiaçı ərindən miras qalmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, torpaq sahəsi elektron kadastr məlumatlarına əsasən, Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Səbail rayon İHB-nın “Badamdar qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə” xx.xx.1993-cü il tarixli, 2618 nömrəli Sərəncamı ilə ayrılmış Badamda r qəsəbəsi, 2-ci Yaşayış massivində (döngə 2, 39 nömrəli sahədə) yerləşən 600 kv.m torpaq sahəsinin mərhum əri X4 məxsusluğu (mülkiyyət hüququ ilə) barədə arayışın (çıxarış) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

10. İddiaçının tələbi hazırkı qərarın 1-6-cı bəndlərində sadalanan hallara istinad edilməklə əsaslandırılmışdır.

11. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, torpaq sahəsinin yerləşmə mövqeyini göstərən yerləşmə cizgisində istinad və məsafələr qeyd edilməmiş və yerləşmə cizgisi səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq olunmamışdır. Həmçinin, elektron kadastr baza məlumatlarına əsasən qeyd edilən torpaq sahəsindən 50 metr şimalda işlək olmayan neft quyusu mövcuddur.

12. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallar: 12.1. Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş iddiaçının iddia etdiyi torpaq sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə aktından görünür ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 600 kv.m, faktiki sahəsi 635 kv.m (35 kv.m artıq) təşkil edir. Torpaq sahəsi dörd tərəfdən daş hasarla və tikilinin çöl divarı ilə sərhədlənmişdir, üzərində birmərtəbəli fərdi yaşayış evi vardır və çoxmərtəbəli yaşayış binasından 15 metr aralı məsafədə yerləşir. Həmçinin, müayinə aktında faktiki sahənin koordinatları da qeyd olunmuşdur. 12.2. SOCAR “Azneft” İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, sözügedən torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün “Azneft” İstehsalat Birliyinin (“Bibiheybətneft” NQÇ İ-nin) daimi istifadəsinə ayrılmış torpaq sahələrinin hüdudları daxilində yerləşir. Həmçinin, həmin torpaq sahəsindən 80 m məsafədə 2584 nömrəli ləğv olunmuş neft-qaz quyusu mövcuddur.

13. Bakı İnzibati Məhkəməsinin (hakim: N.İ.Abıyev) 31 oktyabr 2023-cü il tarixli, 21(112)-11041/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Səbail rayon İHB-nın “Badamdar qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə” xx.xx.1993-cü il tarixli, 2618 nömrəli Sərəncamı ilə Badamdar qəsəbəsi, 2-ci Yaşayış massivində (döngə 2, 39 nömrəli sahədə) yerləşən 600 kv.m torpaq sahəsinin İddiaçı mərhum əri X4 məxsus olması (mülkiyyət hüququ ilə) barədə arayışın (çıxarış) iddiaçıya verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, S əbail rayon İHB-nın 20 iyul 1993-cü il tarixli, 2618 nömrəli Sərəncamında qeyd edilən torpaq sahəsi qanunvericiliyin tələblərinə uyğun olaraq, iddiaçının mərhum əri Rövşən İmanovun istifadəsinə verilmişdir. Həmin sərəncamın qüvvəsi, mötəbərliyi (qanuna uyğunluğu) və iddia olunan torpaq sahəsinin koordinatlarının həmin sərəncamla ayrılan torpaq sahəsinə uyğunluğu qəbul edildikdə, sərəncamın qəbul edildiyi vaxtda ayrılan torpaq sahəsinin onun ayrılma məqsədinə və təyinatına uyğunluğu da qəbul edilməlidir. Bunun əksini, habelə torpağın təyinatının sonradan qanunla müəyyən edilmiş qaydada dəyişdirilməsini cavabdeh sübut etməlidir. İddiaçının mərhum ərinə məxsus mübahisəli torpaq sahəsi hazırda onun faktiki istifadəsindədir. Daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeyd iyyatının həyata keçirilməsi ilə bağlı torpaq sahələrinin inventarlaşdırma işlərinin aparılması və texniki sənədlərin, torpaq sahələrinin planının və ölçüsünün tərtib edilməsi cavabdeh inzibati orqanın vəzifələrinə aiddir.

15. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsindən 80 m məsafədə neft-qaz əməliyyatlarının aparılması üçün “Azneft” İstehsalat Birliyinə (“Bibiheybətneft” NQÇİ-nin) məxsus 2584 saylı ləğv olunmuş neft-qaz quyusu mövcuddur. İddiaçı tərəfindən təqdim olunmuş ərazini əks etdirən fotoşəkillərdən və cavabdeh tərəfindən təqdim olunmuş mübahisəli torpaq sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə aktından müəyyən olunmuşdur ki, dörd tərəfdən daş hasarla və tikilinin çöl divarı ilə sərhədlənmiş, həmçinin üzərində bir mərtəbəli fərdi yaşayış evi inşa olunmuş torpaq sahəsi yaşayış massivində yerləşməklə, çoxmərtəbəli yaşayış binasından 15 m aralı məsafədə yerləşir. Beləliklə, iddiaçının müraciətindən imtina edilərkən, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən edilmiş əsaslardan heç biri qeyd olunmadan, iş materialları ilə sübuta yetirilməyən, yalnız formal mülahizələrə istinad olunmuşdur.

16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi /, M.C.Qarayeva və P.A.Hüseynov) 07 may 2024-cü il tarixli, 2-1(103)-1114/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı “mülkiyyət hüquqlarının X4 məxsus olmasına dair” hissə istisna olmaqla, dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

20. Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətindən imtinasının əsaslarından biri mübahisəli torpaq sa həsinin Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazi daxilində yerləşməsi olmuş və məhz buna görə Dövlət Neft Şirkəti həmin iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında verilən izahatda, həmçinin məhkəməyə təqdim edilən xəritələrdən çıxarışda torpaq sahəsinin Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazilərə aid olması bildirilsə də, məhkəmə qərarlarında ümumiyyətlə, SOCAR tərəfindən təqdim edilmiş sübutlara qiymət verilməmişdir. Təhlükə potensiallı obyektlərin ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonalarının yaradılmasının məqsədləri əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması olduğundan həmin ərazilər yaşayı ş üçün nəzərdə tutulmamışdır. Odur ki, həmin ərazidə iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz və iddiaçının hüquqlarına həmin müdaxilə X7 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin 3-cü qaydasına uyğun olmuşdur (mülkiyyətdən istifadəyə nəzarət). Belə ki, müdaxilə qanuni olmuş, qanuni məqsəd daşımış (əhalinin təhlükəsizliyinin təmin olunması) və zəruri olmuşdur (neft-qaz əməliyyatlarının aparılması).

21. Bundan başqa, Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazilərin ayrıayrı fiziki şəxslərin mülkiyyətinə verilməsi həmin torpaq sahəsində neft və qaz hasilatı üzrə fəaliyyətin həyata keçirilməsinə maneçilik yaradır, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərinin yerinə yetirilməməsinə gətirib çıxarır, həmçinin neft və qaz hasilatını aşağı salaraq, dövlətin gəlirlərinin azalmasına səbəb olur. Bu isə ölkənin iqtisadiyyatına mənfi təsir edən amildir, eyni zamanda qanunun aliliyi prinsipinə xələl gətirir. Bu kimi halların artması ayrılıqda kiçik bir məsələ kimi görünə bilər, lakin neft-qaz əməliyyatlarının aparılması üçün Dövlət Neft Şirkətinin qanuni istifadəsinə verilmiş torpaq sahələrinin, səlahiyyətləri olmadığı halda müvafiq inzibati aktlarla vətəndaşlara ayrılması hallarının artması nəticə etibarilə dövlət üçün zərər hesabına başa gəlir. Neft sektoru ölkə iqtisadiyyatında əhəmiyyətli sahə olduğuna görə, hər bir dövlət qurumu müvafiq inzibati aktlar qəbul edərkən torpaq sahəsinin təyinatı və hüquqi rejimi diqqətlə araşdırılmalı və müvafiq qurumun həmin torpaq sahəsinin ayrılmasına səlahiyyətli olub-olmamasına xüsusi diqqət yetirilməlidir. Həmin torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən, “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla, dövlət mülkiyyətindədir və Dövlət Neft Şirkətinin ərazi hüdudları daxilində yerləşir. Belə olan halda, qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərinin təmin olunması məqsədi ilə SOCAR-ın daimi istifadəsində olan, neft-qaz əməliyyatları aparılan torpaq sahələri yalnız təyinatı üzrə istifadə edilə biləcəyi nəzərə alınmalıdır. Məhkəməyə təqdim olunmuş sənədlərdən də görünür ki, torpaq sahəsindən 80 m məsafədə 2584 nömrəli ləğv olun muş neft-qaz quyusu mövcuddur. Həmin torpaq sahəsinin, eləcə də tikilinin SOCAR-ın daimi istifadəsində olan torpaq sahəsində yerləşməsi, nəinki həmin tikilidə yaşayanların həyatı üçün təhlükəli olmaqla, eyni zamanda Dövlət Neft Şirkətinə neft-qaz çıxarılması üçün müvafiq əməliyyatların həyata keçirilməsinə maneçilik törədir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

22. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsi, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına ke çməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1 dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələbl ərə uyğun deyildirsə; 15.1.3 hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.... Maddə

22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükd ə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəm ə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəm əsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilə r, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” Bənd 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdi q edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsini n qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunv ericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etirazın və dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işin hallarından göründüyü kimi, Səbail rayon İHB-nın “Badamdar qəsəbəs ində fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə” xx.xx.1993-cü il tarixli 2618 nömrəli sərəncamı ilə Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli 3/104 nömrəli qərarına əsasən, rayon icra hakimiyyətində, rayon ərazisində yerləşən müəssisə və təşkilatlarda mənzil növbəsində qeydiyyatda olan, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlara, o cümlədən X4 Badamdar qəsəbəsində fərdi ev tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair yerləşmə cizgisi tərtib olunmuş və həmin cizgi Səbail rayon İH tərəfindən təsdiq edilmişdir. X6 xx.xx.2018-ci il tarixdə ölmüşdür və arvadı X2 onun vərəsəsidir.

32. İddianın hüquqi əsasına münasibətdə məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, mübahisə predmeti olan 600 kv.m torpaq sahəsinin iddiaçını n mərhum ərinə ayrılması barədə inzibati akt, yəni Səbail rayon İHB-nın sərəncamı hazırkı vaxtadək mübahisələndirilməməklə qüvvədədir, mötəbərliyi (qanuna uyğunluğu) ilə bağlı mübahisə yoxdur, həmçinin, iddia olunan torpaq sahəsinin koordinatları həmin sərəncamla ayrılan torpaq sahəsinin koordinatlarına uyğundur. Mübahisə predmeti olan torpaq sahəsi hazırda iddiaçının faktiki istifadəsində olmaqla, həmin torpaq sahəsinin iddiaçının mərhum ərinə ayrılması qanunvericiliklə müəyyən edilmiş qaydada öz təsdiqini tapdığından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsaslıdır.

33. Eyni zamanda məhkəmə kollegiyası onu qeyd edir ki, Səbail rayon İHB-nın “Badamdar qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə” xx.xx.1993-cü il tarixli 2618 nömrəli sərəncamından görün düyü kimi, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli 3/104 nömrəli qərarına əsasən, rayon icra hakimiyyətində, rayon ərazisində yerləşən müəssisə və təşkilatlarda mənzil növbəsində qeydiyyatda olan, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlara Badamdar qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmış, torpaq sahəsinin bölgüsü icra hakimiyyətinin nəzdində yaradılmış torpaq bölgüsü komissiyasının xx.xx.1993-cü il tarixli 7 nömrəli protokolu ilə rəsmiləşdirilmişdir. Həmin sərəncamla torpaqların bölgüsünə dair icra hakimiyyətinin nəzdində yaradılmış torpaq bölgüsü komissiyasının xx.xx.1993-cü il tarixli 7 nömrəli protokolu təsdiq edilmiş, Badamdar qəsəbəsində, 2-ci massivdə, “Xəzərneftdonanma” İdarəsinin Gəmi təmiri zavodunun Azad Həmkarlar Komitəsinin də t əsdiq etdiyi siyahıya əsasən torpaq sahələri paylanmış, həmçinin, torpaq sahəsi alan vətəndaşlar mənzil növbəsindən çıxarılmış hesab edilmişdir. Daha sonra Bakı şəhər İHBnın “Torpaq sahəsinin geri alınması haqqında” xx.xx.1999-cu il tarixli 674 nömrəli sərəncamı ilə DNŞ-nin Quruda Neft və Qazçıxarma Birliyinin xx.xx.1999-cu il tarixli JÇ011/218 saylı məktubu nəzərə alınaraq, Səbail rayonu ərazisində yerləşən və DNŞ-nə məxsus “Bibiheybət” NQÇİ-nin istifadəsində olan torpaq sahələrindən 266.05 ha geri alınmış, xx.xx.2010-cu il tarixli 144 nömrəli sərəncamla DNŞ-nin xx.xx.2010-cu il tarixli, İƏ329 nömrəli müraciəti nəzərə alınaraq, Bakı şəhər İHB-nın xx.xx.1999-cu il tarixli 674 nömrəli və xx.xx.1999-cu il tarixli 674 nömrəli sərəncamları ləğv edilmişdir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya ayrılan zaman həmin torpaq sahələri üzərində sərəncam vermək hüququ icra hakimiyyəti orqanına məxsus olmuş, başqa sözlə, icra hakimiyyəti həmin torpaq sahəsinin vətəndaşlara ayrılması barədə sərəncam vermək üçün səlahiyyətli olmaqla, iddiaçının hazırda tələbinin əsası kimi istinad etdiyi xx.xx.1993-cü il tarixli 2618 nömrəli sərəncamı vermişdir.

35. Üçüncü şəxsin “mübahisə predmeti olan torpaq sahəsinin neft-qaz əməliyyatlarının aparılması üçün “Azneft” İstehsalat Birliyinin (“Bibiheybətneft” NQÇİ-nin) daimi istifadəsinə ayrılmış torpaq sahələrinin hüdudları daxilində yerləşməsi və həmin torpaq sahəsindən 80 m məsafədə 2584 nömrəli ləğv olunmuş neft-qaz quyusunun mövcud olması” barədə kassasiya dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 31 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.3-cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə, sənaye və kənd təsərrüfatı müəssisələrinə, elektrikötürücü xətlərinə və elektrik yarımstansiyalarına qədər minimum məsaf ələr (metrlə) aşağıdakı cədvəldə verilmişdir:...

3. Ləğv olunmuş quyular - yaşayış binaları, fərdi yaşayış evləri, yataqxanalar, inzibati binalar və müvəqqəti salınmış qəsəbələrlə - 75 metr məsafədə...

36. Göründüyü kimi, neftqazçıxarma sənayesi obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə qədər minimum məsafə qanunvericiliklə 75 m müəyyən edilmişdir ki, üçüncü şəxs 2584 nömrəli ləğv olunmuş neft-qaz quyusunun həmin torpaq sahəsindən 80 m məsafədə yerləşdiyini qeyd etmişdir.

37. Eyni zamanda məhkəmə kollegiyası üçüncü şəxsin hazırki qərarın 19-cu bəndində qeyd olunmuş kassasiya dəlillərinə münasibətdə onu da qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi ilə 2584 nömrəli neft-qaz quyusu ilə qanunvericiliklə müəyyən edilmiş minimumdan çox məsafə vardır ki, bu da quyuda üç üncü şəxs tərəfindən hər hansı iş aparılmasına mane olmur.

38. Bundan başqa, SOCAR “Azneft” İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli məktubundan da göründüyü kimi, 2584 nömrəli neft-qaz quyusu ləğv olunmuş quyudur.

39. Məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Sonda məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbi təmin edildiyindən cavabdeh inzibati orqan tərəfindən hazırkı qərarın 23-cü bəndində sadalanan təlimatın tələbi baxımından hüququn ölmüş şəxsə məxsus olması haqqında ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış ver ilməlidir.

41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxsin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 may 2024-cü il tarixli, 21(103)-1114/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar