Məhkəmə qərarları › İş №2-1(102)-2355/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2355/2020

29.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2355/2020 29.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: internet informasiya ehtiyatına edilmiş müdaxilə ilə bağlı müraciətin araşdırılmaması və iddiaçıya bununla bağlı məlumat verilməməsi; işin hallarının araşdırılması prinsipinə dair normaların tələblərinin tam təmin olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və mər uzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə qarşı “şikayət ərizəsinə cavab verilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 16 sentyabr tarixli 2-1(103)-862/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini və işin materiallarını nəzərdən keçirib, şifahi dinləmələr keçirmədən aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edərək təsisçisi və baş redaktoru olduğu “x” və “x” internet informasiya ehtiyatına ölkə ərazisində müraciətin 08-xx xxxxx 2019-cu ildən məhdudlaşdırılmasının səbəbinin açıqlanmasını, məhdudlaşdırılmanın qanunsuz hesab edilməsini, saytları qanunsuz bloklayan, bazaya müdaxilə edən qurum və şəxslərin müəyyən edilməsini, onların məsuliyyətə cəlb edilməsini, saytlara qoyulmuş blokun götürülməsi barədə göstəriş verilməsini xahiş etmişdir.

2. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti 2019-cu il 22 may tarixli məktubla bildirmişdir ki, “x” və “x” domen adları altında fəaliyyət göstərən internet informasiya ehtiyatlarına şikayətdə göstərilən tarixlərdə girişin məhdudlaşdırılması istiqamətində Elektron Təhlükəsizlik Xidməti tərə findən heç bir tədbir görülməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı 2019-cu il 04 sentyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin İddiaçı təsisçisi və baş redaktoru olduğu “x” və “x” internet informasiya ehtiyatına ölkə ərazisində müraciətin xx xxxxx 2019-cu ildə məhdudlaşdırılması və xx xxxxx 2019-cu ildə haker hücumuna məruz qalması barədə ərizəsinin araşdırmamasının və cavab verməməsinin qanunsuz hesab edilməsi və şikayət ərizəsinə cavab vermək və internet informasiya ehtiyatına edilmiş haker hücumunun araşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin cavabdeh qismində cəlb edilməsini, İddiaçı təsisçisi və baş redaktoru olduğu “x” və “x” internet informasiya ehtiyatına ölkə ərazisində müraciətin xx xxxxx 2019-cu ildə məhdudlaşdırması və xx xxxxx 2019-cu ildə haker hücumuna məruz qalmasının qanunsuz hesab edilməsini, İddiaçı ərizəsinin araşdırılmamasının və cavab verilməməsinin qanunsuz hesab edilməsini, cavabdehlərin üzərinə “x” və “x” saytının təsisçisi və baş redaktoru İddiaçı şikayət ərizəsinə cavab vermək və internet informasiya ehtiyatına edilmiş haker hücumunun araşdırılması öhdəliyinin qoyulmasını xahiş etmişdir. İddiaçının əsasl andırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “x” və “x” domeni online internet qəzetidir. Ölkədə kifayət qədər reytinqli, baş verən ictimai fikrə təsir imkanı olan internet qəzetidir. Sayt ölkədə baş verən hadisələri, vətəndaşların şikayətlərini, siyasi, ictimai və s. fikirləri, son xəbərləri verir. Sayt mütəmadi olaraq məmurların özbaşınalığı, korrupsiya halları barədə də geniş yazılar verir. Saytın baş redaktoru, təsisçisi jurnalist İddiaçıdir. xx xxxxxx 2018-ci ildə Səbail Rayon Məhkəməsinin qərarı ilə sözügedən saytın ölkə ərazisində yayımlanması qadağan edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə sayta qoyulmuş qadağa götürülmüşdür. xx xxxxx 2019-cu ildə axşam saatlarında saytlara giriş məhdudlaşdırılıb. Məhdudlaşdırılma sayta Cəlilabad rayonunda fermerl ərin etiraz etməsi barədə xəbərlər verildikdən sonra baş vermişdir. xx xxxxx 2019-cu ildə isə saytlar haker hücumuna məruz qalmış və məlumat bazası tamamilə dağıdılmışdır. Saytların ölkə ərazisində girişinin məhdudlaşdırılması yalnız Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətləri daxilindədir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(81)3821/2019 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ikinci cavabdeh qismində işə cəlb edilmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(81)3821/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı halda iddiaçıya məxsus informasiya ehtiyatının təxirəsalınmaz hal olaraq cavabdehin qərarı əsasında müvəqqəti məhdudlaşdırılması və ya internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə məhkəməyə müraciət olunması halı mövcud deyildir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 16 sentyabr tarixli 2-1(103)-862/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mö vqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

13. Məhkəmə nəzərə almamışdır ki, ölkədə saytlara girişin məhdudlaşdırılması ilə bağlı səlahiyyət yalnız Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və ona tabe olan qurumlardadır. Məhkəmə cavabdehlərin iddiaçının saytını “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatının Siyahısına” salmadıqları ilə bağlı arqumentləri ilə kifayətləndi. Məhkəmə belə bir məhdudlaşdırmanın hansı səbəbdən, hansı orqan tərəfindən tətbiq oluna biləcəyini araşdırmadı. Halbuki, bu tip başqa bir orqan Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərmir.

14. İddiaçı bildirir ki, o, iddiasını Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı vermişdi. Lakin Nazirlik məhkəmə iclasında bildirdi ki, o, müraciəti müvafiq qaydada araşdırmanı aparmağa səlahiyyətli olan Elektron Təhlükəsizlik Xidmətinə göndərib. Elektron Təhlükəsizlik Xidməti isə iclasda bildirdi ki, onlar yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatlarında yerləşdirilməsi halları ilə bağlı qanunla müəyyən edilmiş tədbirləri görmək və elektron təhlükələrin qarşısının alınması istiqamətində tədbirlər hazırlamağa səlahiyyətlidirlər. Lakin hazırda iddiaçının saytlarına iddiaçı tərəfindən edilmiş müraciətlər əsasında baxış keçirilmiş və araşdırma nəticəsində hər hansı məhdudiyyətin olması aşkar edilməmişdir. Haker hücumunun araşdırılması isə onun səlahiyyətində deyil. Lakin məhkəmə nəzərə almadı ki, bu qurum Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin yanında fəaliyyət göstərir və bu nazirlikdən başqa ölkədə saytlara girişi məhdudlaşdıra bilən bir qurum yoxdur. Hər hansı bir sayta məhdudlaşdırma tətbiq olunubsa, bunun aradan qaldırılması ilə bağlı məsuliyyət də bu qurumlarda olmalıdır.

15. İddiaçı bir daha bildirir ki, onun təsisçisi olduğu saytın məhdudlaşdırılması ilə aşağıdakı konstitusion hüquqları pozulmuşdur.

16. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövl ətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Konstitusiyanın 24-cü maddəsinə görə, insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Konstitusiyanın 25-ci maddəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının mü dafiəsinə təminat verir. Konstitusiyanın 47-ci maddəsinə görə, hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. Konstitusiyanın 50-ci maddəsi görə, hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir. Konstitusiyanın 60-cı maddəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. H ər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 68-ci maddəsinə görə, hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qan una zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Konstitusiyanın 71-ci maddəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. 17. “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasında kütləvi informasiya azaddır. Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. Kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahibli k, onlardan istifadə, onların idarə olunması, kütləvi informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri haqqında qanunvericiliyində nəzərdə tutulan hallardan başqa, məhdudlaşdırıla bilməz. Həmin Qanunun 44-cü maddəsinə görə, kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır. Həmin Qanunun 59-cu maddəsinə görə, kütləvi informasiya vasitələrinin təsisçilərinin, naşirlərinin, redaksiyalarının (məsul redaktorlarının), yayıcılarının və jurnalistlərin qanuni fəaliyyətinə vətəndaşlar, dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar, siyasi partiyalar, habelə ictimai birliklər və ya vəzifəli şəxslər tərəfindən hər hansı müdaxilə, o cümlədən: senzura tətbiq etmək; peşə müstəqilliyini pozmaq; jurnalisti informasiyanı yaymağa və ya informasiyanı çap etdirməkdən (efirə verməkdən) imtinaya məcbur etmək; jurnalistə informasiya verilməsi üzərinə, qanunla qorunan məlumatlar istisna olmaqla, məhdudiyyətlər qoymaq və ya informasiya verməkdən imtina etmək. Həmin Qanunun 62-ci maddəsinə görə, kütləvi informasiya vasitəsində yayılmış hə qiqətə uyğun olmayan məlumat; rəsmi dövlət orqanları və ya onların mətbuat xidmətləri tərəfindən yayılmışdırsa; informasiya agentliklərindən və ya idarə, müəssisə, təşkilat, siyasi partiya və ictimai birliklərin mətbuat xidmətlərindən alınmışdırsa; digər kütləvi informasiya vasitəsindən götürülmüş və təkzib olunmamışdırsa redaksiya (məsul redaktor), eləcə də jurnalist buna görə məsuliyyət daşımır.

18. İddiaçı dövlət orqanlarına bildirib ki, sözügedən saytlara kiberhücum da olub. Bu hücum Azərbaycan ərazisindən baş verib. Xahiş edib ki, bu hücumu təşkil edənlər araşdırılsın və məsuliyyətə cəlb edilsin. Lakin cavabdeh Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu istiqamətdə də heç bir iş görməyib və iddiaçıya bu günə kimi cavab verməyib.

19. Məhkəmələr iddiaçının yuxarıda qeyd edi lən dəlillərinin heç birini nəzərə almamışlar. b. Kassasiya instansiyasında icraat:

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 16.2-ci maddəsinə əsasən, tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İPM-in həmin müddəaları və Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 19 noyabr tarixli Qərarı ilə Xüsusi karantin rejiminin müddətinin 2021-ci il 31 yanvar tarixədək uzadıldığı, bununla əlaqədar “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələ rdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 27 noyabr tarixli tövsiyələri nəzərə alınaraq, kassasiya şikayəti əsasında işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanı barədə tərəflərə mobil rabitə vasitəsi ilə məlumat verilmişdir. İddiaçı və vəkili Vəkil işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılmasına etiraz etmədiklərini bildirmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ

21. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yo xlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Şikayət qismən - iddianın “internet informasiya ehtiyatına edilmiş haker hücumunun araşdırılması və iddiaçıya məlumat verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinin rədd edilməsi barədə qərarın ləğv edilməsi hissəsində əsaslıdır və şikayət həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

25. İşdən göründüyü kimi, cavabdeh Elektron Təhlükəsizlik Xidməti 2019-cu il 22 may tarixli məktubla bildirmişdir ki, “x” və “x” domen adları altında fəaliyyət göstərən internet informasiya ehtiyatlarına şikayətdə göstərilən tarixlərdə girişin məhdudlaşdırılması istiqamətində Elektron Təhlükəsizlik Xidməti tərəfindən heç bir tədbir görülməmişdir. İşin materiallarında iddiaçıya cavabdehlər tərəfindən hər hansı digər məzmunda cavab verildiyinə dair məlumat yoxdur.

26. Beləliklə, iddiaçı onun “internet informasiya ehtiyatına edilmiş haker hücumunun araşdırılması və iddiaçıya məlumat verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbi ilə bağlı dəlillərinə məhkəmələr tərəfindən, o cümlədən bununla bağlı apellyasiya şikayətində qeyd etdiyi dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən münasibət bildirilmədiyini iddia etməkdə haqlıdır.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın “internet informasiya ehtiyatına edilmiş haker hücumunun araşdırılması və iddiaçıya məlumat verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə aid hissədə İPM-in 12.1, 58.7, 82, 87.8-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin hissə də təkrar baxılması və qeyd olunan prosessual normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı “internet informasiya ehtiyatına edilmiş haker hücumunun araşdırılması və iddiaçıya məlumat verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə aid hissədə prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş həmin hissədə təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət həmin tələb üzrə qalan hissədə (iddianın təmin olunması barədə tələb) təmin oluna bilməz.

29. İddianın digər hissəsinə - “x” və “x” internet informasiya ehtiyatına ölkə ərazisində müraciətin xx xxxxx 2019-cu ildə məhdudlaşdırmasının, iddia çının ərizəsinin araşdırılmamasının və cavab verilməməsinin qanunsuz hesab edilməsi, həmin hissədə cavabdehlərin üzərinə iddiaçının şikayət ərizəsinə cavab vermək öhdəliyinin qoyulması tələbinə gəldikdə, məhkəmə kollegiyası iddiaçının həmin hissədə şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, yuxarıda qeyd olunduğu kimi, cavabdeh Elektron Təhlükəsizlik Xidməti 2019-cu il 22 may tarixli məktubla bildirmişdir ki, “x” və “x” domen adları altında fəaliyyət göstərən internet informasiya ehtiyatlarına şikayətdə göstərilən tarixlərdə girişin məhdudlaşdırılması istiqamətində Elektron Təhlükəsizlik Xidməti tərəfindən heç bir tədbir görülməmişdir.

30. Cavabdehin həmin cavabında göstərilənləri və məhkəmə icraatı zamanı bununla bağlı irəli sürdüyü dəlillərini təkzib edən hər hansı hal məhkəmələr tər əfindən müəyyən edilməmişdir. İddiaçının şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının qeyd olunan hissədə ləğvinə əsas vermir.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 16 sentyabr tarixli 21(103)-862/2020 nömrəli qərarı qismən – iddia tələbinin “internet informasiya ehtiyatına edilmiş haker hücumunun araşdırılması və iddiaçıya bununla bağlı məlumat verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması hissəsində” ləğv edilir. İş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hü

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar