Məhkəmə qərarları › İş №2-1(102)-2355/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2355/2022

20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2355/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək haqqında artımın minimum miqdarının 1,2 faiz məbləğində müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı (üçüncü şəxs xxx) “iddiaçıya əmək haqqında artımın minimum miqdarının 1,2 faiz məbləğində müəyyən edilməs i” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 sentyabr 2022-ci il tarixli, 2-1(105)-365/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Lerik Rayon Polis Şöbəsinin rəisinin 21 yanvar 2016-cı il tarixli əmri ilə İddiaçı 1 saylı inzibati əraziyə (Qosmalian, Hiveri, Tathoni, Şonayçola, Divağac, Çökərə, Digah, Lələhiran, Qələsər, Hoveri, Kələxan, Kəlvəz, Ambudərə, Göydərə, Hilidərə, Hüseynəbad, Məhləbad, Xocadoy, Qışlaq kəndləri daxildir) təhkim olunmuş, daha sonra Lerik Rayon Polis Şöbəsinin rəisinin 21 yanvar 2017-ci il, 02 mart 2017-ci il, 18 may 2017-ci il tarixli və 8 yanvar 2018-il il tarixli əmrlərinə əsasən müxtəlif vaxtlarda 3 saylı inzibati əraziyə (Qosmalian, Hiveri, Tathoni, Şonayçola, Divağac, Çökərə, Digah, Lələhiran, Qələsər, Hoveri, Kələxan, Kəlvəz, Ambudərə, Göydərə, Hilidərə, Hüseynəbad, Məhləbad, Xocadoy, Qışlaq kəndləri daxildir) təhkim olunmuşdur.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2018-ci il tarixli, 2514ş/h001- 18 saylı əmrinə əsasən polis mayoru İddiaçı Lerik rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi, “istefada olan polis mayoru sayılmaqla 8 mart 2018-ci il tarixdən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 5-ci bəndinə xidmətdə olmanın son yaş həddinə çatdığına görə xidmətdən xaric edilmişdir. 5 mart 2018-ci il tarixə xidmət müddəti təqvim hesablaması ilə 35 il 5 ay, imtiyazlı hesablama ilə 44 il 7 ay 10 gün təşkil etmişdir.

3. İddiaçı xidmətdən xaric edildikdən sonra ona pensiya təyin edilməsi üçün məlumat vərəqi pensiya təyin edən orqana göndərilmişdir.

4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək dəniz səviyyəsindən 1500 metrdən-2000 metrədək yuxarıda yerləşən yaşayış məntəqələrində müvəqqəti vəzifənin icrasına görə aldığı əlavənin də nəzərə alınmaqla yeni məlumat vərəqəsinin tərtib edilməsini xahiş etmişdir.

5. Cavabdeh 22 iyun 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının sonuncu xidmət yeri Lerik RPŞ-nin yerləşdiyi Lerik şəhəri dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısında göstərildiyi baxımından pul attestatındakı səhv aradan qaldırılaraq yük səkliyə görə 10 faiz əlavə nəzərə alınmaqla aylıq pul təminatı əsasında “Məlumat vərəqi” tərtib edilərək pensiya təyinatı üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı 9 sentyabr 2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci i l 22 avqust tarixli, 137 nömrəli qərarının 5-ci bəndinə və iddiaçının işlədiyi ərazilərin həmin qərarın 2 nömrəli əlavəsinə əsasən, dəniz səviyyəsindən 1500 metrdən - 2000 metrədək yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısında olduğunu nəzərə alaraq iddiaçıya əmək haqqında artımın minimum miqdarının 1,2 % məbləğində müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 21 yanvar 2016-cı ildə Lerik Rayon Polis Şöbəsinin rəisinin “Lerik RPŞ-nın sahə rəisi və sahə inspektorları arasında ərazi bölgüsünün aparılması barəsində” Ə-24-153-16 saylı əmrinə əsasən 1 saylı inzibati əraziyə təhkim olunmuşdur. Bu əraziyə Lerik rayonunun Qosmalian, Hiveri, Tathoni, Şonayçola, Divağac, Çökərə, Digah, Lələhiran, Qələsər, Hoveri, Kələxan, Kəlvəz, Anbudərə, Göydərə, Hilidərə, Hüseynəbad, Məhləbad, Xocadoy, Qışlaq kəndləri daxildir. Sonralar 21 yanvar 2017-ci il, 02 mart 2017-ci il, 18 may 2017-ci il tarixlərində Lerik Rayon Polis Şöbəsinin rəisinin “Lerik RPŞ-nın sahə rəisi və sahə inspektorları arasında ərazi bölgüsünün aparılması barəsində” əmrlərinə əsasən 3 saylı inzibati əraziyə təhkim olunmuşdur. Bu əraziyə də Lerik rayonunun Qosmalian, Hiveri, Tathoni, Şonayçola, Divağac, Çökərə, Digah, Lələhiran, Qələsər, Hoveri, Kələxan, Kəlvəz, Anbudərə, Göydərə, Hilidərə, Hüseynəbad, Məhləbad, Xocadoy, Qışlaq kəndləri daxildir. “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artı mların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli, 137 nömrəli qərarına əsasən nazirliklər, dövlət komitələri və baş idarələr Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla bu qərarın 1-ci bəndinə uyğun olaraq tabeliklərindəki büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda əmək şəraiti ağır və zərərli, xüsusilə ağır və zərərli olan iş yerlərində peşə və vəzifələrin siyahısının müvafiq artım əmsalları göstərilməklə təsdiq etmələri qərara alınmışdır. Həmin qərarın 5 və 6-cı bəndlərində göstərilir ki, Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərind ə çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində müəyyən edilsin və Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək, 1500 metrdən 2000 metrədək və 2000 metrdən yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısı 1 və 2 nömrəli əlavələrə uyğun olaraq müəyyən edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarına 2 nömrəli əlavəyə əsasən, Lerik rayonunun Hilədərə, Coqara, Qoşmalyan, Hivəri, Xocadoy, Lələkəran, Yuxarı Ambudərə, Məhləabad, Kələxan, Hüseynabad, Gövdərə, Tatoni, Digov, Kəlvəz, Aşağı Am burdərə, Sonaçola kəndlərinın adları dəniz səviyyəsindən 1500 metrdən - 2000 metrədək yuxarıda yerləşən yaşayış məntəqələrinin adları siyahısında qeyd olunmuşdur.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli, 137 nömrəli qərarına əsasən dəniz səviyyəsindən hündürlükdə yerləşən yaşayış məntəqələrinin siyahısına əsasən yüksəkliyə görə 20 faiz əlavə ödənilməsi nəzərdə tutulmuş ərazilərdə vakant ştatı müvəqqəti əvəz edərək xidmət etməsinə baxmayaraq, Lerik RPŞ-nin İTB-nin rəisi (yüksəkliyə görə əlavə - 10 faiz) vəzifəsindən Daxili işlər orqanlarında (Bundan sonra DİO) xidmətdən xaric olunmuşdur. Bu baxımdan, iddiaçının xidmətdən xaric olunduğu xx.xx.2018-ci il tar ixə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən (təminat xərcliyi – hərbi qulluqçuların xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzi verilən pul kompensasiyası, vəzifə maaşından hesablanan digər əlavələrdən ibarət olan məbləğdir) DİO-da sonuncu vəzifəsi olan İTB-nin rəisinin vəzifə maaşı - 432,0 manat, rütbə maaşı 150 manat, xidmət illərinə görə 50 faiz əlavə - 291,0 manat, məharət dərəcəsinə görə 35 faiz əlavə - 151,20 manat, yüksəkliyə görə 10 faiz əlavə - 102,42 manat və ərzaq payı əvəzinə kompensasiya 64,0 manat daxil olmaqla, aylıq pul təminatı əsasında məlumat vərəqi tərtib edilərək pensiya təyinatı üçün Dövlət Sosial Müdafiə Fonduna göndərilmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin 1 f evral 2022-ci il tarixli, 2-1(118)-268/2022 nömrəli qərarı (hakim: X1) ilə iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Lerik rayon Polis şöbəsi tərəfindən bir gün aralıq fərqi ilə (xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə) 2 №-li Pul Attestatları tərtib olunmuşdur. İlkin tərtib olunan pul attestatında yüksəkliyə görə 1,2 əmsal (20% - 157-77 manat) müəyyən edilsə də, sonradan növbəti gün tərtib olunmuş pul attestatında yanlışlıq aradan götürülmüş və həmin əmsal 1,1 (10% - 7888 manat) məbləğində müəyyən edilmişdir. İddiaçının xx.xx.2018-ci il tarixində DİO-da xidmətdən xaric edildikdən sonra pensiya təyini üçün xidmət illəri, sonuncu tutduğu Lerik RPŞ-nin İTB-nin rəisi vəzifəsi və polis mayoru rütbəsinin maaşları, fasiləsiz xidmət illərinə görə 50 faiz ə lavə, məharət dərəcəsinə görə 35% əlavə, yüksəkliyə görə 10% əlavə və ərzaq payı əvəzinə kompensasiya daxil olmaqla aylıq pul təminatı əsasında məlumat vərəqi tərtib edilmiş və pensiya təyinatı üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Hazırda həmin vəzifə maaşı – 432,0 manat, rütbə maaşı – 150,0 manat, xidmət illərinə görə 50% əlavə - 291,0 manat, məharət dərəcəsinə görə 35 % əlavə - 151,20 manat, yüksəkliyə görə 10% əlavə - 102,42 manat və ərzaq payı əvəzinə kompensasiya – 64,0 manat nəzərə alınmaqla cəmi 1190,62 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan qərarla iddiaçının sonuncu xidmət yeri - Lerik RPŞnin yerləşdiyi Lerik şəhəri dəniz səviyyəsində n 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısında göstərildiyi baxımından pul attestatındakı səhv aradan qaldırılmış və yüksəkliyə görə 10% əlavə nəzərdə tutulmuşdur. İddiaçının iddia etdiyi Lerik RPŞ-nin xx.xx.2016, xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017-ci il tarixli əmrləri ilə rayon polis şöbəsində vakant olan inzibati əraziyə aid yaşayış məntəqələrinin ona təhkim olunması ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçı həmin vəzifələrdə müvəqqəti xidmət etməsi müqabilində əmək haqqına artım əldə etmişdir. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2018-ci il tarixli əmri ilə iddiaçının Lerik rayonunun polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi olaraq xidmətdən xaric edilməsi iş materialları ilə müəyyən edilmişdir.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 sentyabr 2022ci il tarixli, 2-1(105)-365/2022 nömrəli qərarı (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X4 və X7) ilə Sumqayıt İnzibati Məhkəməsinin 1 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, iddiaçının xidmətdən buraxıldığı günə aldığı əmək haqqında artımın (əmsal) minimum miqdarının 1,2 məbləğində müəyyən edilərək yeni məlumat vərəqinin tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, pensiya təminatı zamanı iddiaçının tutduğu vəzifəni n əmək haqqının nəzərə alınması, səlahiyyətlərini müvəqqəti icra etdiyi vəzifəyə görə ödənilən əlavə əmək haqqının (əgər ödənilibsə) nəzərə alınmaması iddiaçının sosial təminat hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. İddiaçının xidmətdən xaric olunması ilə əlaqədar pensiya təminatı məqsədilə məlumat vərəqi onun sonuncu aldığı əmək haqqı nəzərə alınmaqla tərtib olunmalıdır. Belə ki, iddiaçının xidmətdən xaric edildiyi günə aldığı aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası, vəzifə maaşından hesablanan digər əlavələr və s. nəzərə alınmalıdır. Belə olan halda, iş üzrə nəzərə alınmalı olan hal iddiaçının xidmətdən xaric edildiyi gün hansı məbləğdə vəzifə maaşı və digər əlavələri alması halıdır. Başqa sözlə, iddia çı xidmətdən xaric edildiyi gün almadığı əlavələrin məlumat vərəqində qeydə alınmasını tələb edə bilməz. Eyni zamanda, iddiaçı müvəqqəti icra etdiyi vəzifələrə görə əmək haqqına əlavə alıbsa, həmin əlavələrin qeydə alınmasını tələb edə bilər. İddiaçı sonuncu dəfə 8 yanvar 2018-ci il tarixli əmrə əsasən 3 saylı inzibati əraziyə təhkim olunmuş və 8 mart 2018-ci il tarixində daxili işlər orqanlarında xidmətdən xaric edilənə qədər sözügedən ərazidə qulluq etmişdir. İddiaçıya münasibətdə cavabdeh orqan tərəfindən 2 dəfə pul attestatı tərtib edilmişdir. İş materiallarında olan iddiaçı barəsində ilkin tərtib edilmiş 2 nömrəli pul attestatından görünür ki, iddiaçı 321.00 manat vəzifə maaşı, 130.00 manat rütbə maaşı, 50 % fasiləsiz xidmət illərinə görə 225.50 manat əlavə, 64.00 manat ərzaq payı əvə zinə pul kompensasiyası, 157.77 manat yüksəkliyə görə əlavə əmək haqqı (20%), 150.00 manat gəzinti pulu olmaqla, ümumilikdə 1160.62 manat təminat xərcliyinə malikdir. Həmçinin, iddiaçıya münasibətdə 2-ci dəfə tərtib edilmiş 02 nömrəli pul attestatından görünür ki, 78.88 manat yüksəkliyə görə əlavə əmək haqqı (10%) olmaqla,..., ümumilikdə 931.73 manat təminat xərcliyi hesablanmışdır. Beləliklə, iddiaçı xidmətdən xaric edildiyi gün 321.00 manat vəzifə maaşı, 130.00 manat rütbə maaşı, 50 % fasiləsiz xidmət illərinə görə 225.50 manat əlavə, 64.00 manat ərzaq payı əvəzinə pul kompensasiyası, həmçinin, yüksəkliyə görə 20 % əlavə əmək haqqı almışdır. Nazirlər Kabineti qərarında 3 saylı inzibati əraziyə daxil olan adları çəkilən kəndləri 1500 metrdən 2000 metrədək və 2000 metrdən yüksəklikdə yer ləşən yaşayış məntəqələrinə aid etmiş, həmçinin, 1500 metrdən 2000 metrədək hündürlükdə yerləşən yaşayış məntəqələrində çalışan işçilərin əmək haqqında artımın (əmsalın) minimum miqdarını 1,2 məbləğində müəyyən etmişdir.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin və ona əlavənin dəlilləri

15. Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı xx.xx.2018-ci il tarixdə Lerik RPŞ-nin İTB-nin rəisi vəzifəsindən xidmətdən xaric edilmişdir və məlumat vərəqi hesablanarkən tutduğu vəzifəyə uyğun aldığı vəzifə maaşından əlavələr hesablanmalı dır. Bu baxımdan iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli, 137 nömrəli qərarına əsasən dəniz səviyyəsindən hündürlükdə yerləşən yaşayış məntəqələrinin siyahısına əsasən yüksəkliyə görə Lerik RPŞ-nin İTB-nin rəisi (yüksəkliyə görə əlavə - 1,1) vəzifəsindən xidmətdən xaric olunmuşdur. İddiaçı 20% əlavə ödənilməsi nəzərdə tutulmuş ərazilərdə vakant ştatı müvəqqəti əvəz etmişdir və ona pensiya təyin edilərkən müvəqqəti təhkim olunduğu vəzifəyə görə əlavənin verilməsi “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5 və 9.6-cı maddələrinə tələblərinə ziddir. Həmçinin iddiaçının təhkim olunduğu 3 saylı ərazidə onun iş yeri yerləşmir. b. kassasiya şikayətinə etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

1. Əsas anlayışlar... Maddə 1.0.5. təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir....

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmə t müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları” Bənd 1. bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular -... Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində,... xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. Bənd 2. bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin ( bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır 19. “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli, 137 nömrəli qərarı... Bənd

5. Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində müəyyən edilsin.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli, 137 nömrəli qərarına 1 nömrəli əlavə Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısı təsdiq edilmişdir. 1500 metrdən 2000 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələri... Hilədərə, Coqara, Xozavi, Təngəbin, Qoşmalyan, Hivəri, Xocadoy, Lələkəran, Yuxarı Ambudərə, Aşağı Ambudərə, Məhləabad, Kələxan, Hüseynabad, Gövdərə, Tatoni, Kəlvəz, Şonaçola...

21. Azərbaycan Respublika sı Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarı

22. İnzibati Prosessual Məcəllə: a) Maddə

14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübah isə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırs a, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələ bləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, y uxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Hazırkı qərarın 19-20-ci bəndlərində qeyd olunan maddi hüquq normalarına görə apellyasiya məhkəməsi idd iaçının işlədiyi yerlər dəniz səviyyəsindən 1500 metrdən - 2000 metrədək yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısında olduğunu nəzərə alaraq iddiaçıya əmək haqqında artımın minimum miqdarının 1,2 % məbləğində müəyyən edilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Cavabdehin kass asiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə, pensiya hesablanan zaman əlavələrin nəzərə alınması üçün həmin əlavələr şəxsin işlədiyi dövrdə alınmalıdır.

31. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya təminatı zamanı iddiaçının yalnız tutduğu vəzifənin əmək haqqının nəzərə alınması, səlahiyyətlərini müvəqqəti icra etdiyi vəzifəyə görə ödənilən əlavə əmək haqqının (əgər ödənilibsə) nəzərə alınmaması iddiaçının sosial təminat hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir.

32. Hazırkı qərarın 17-18-ci bəndlər ində göstərilən normalar hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyinin onların xidmətdən buraxıldığı günə olan pul təminatından (həmin günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən) hesablanmasını imperativ qaydada tələb edir.

33. Belə ki, iddiaçının xidmətdən xaric edildiyi günə aldığı aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası, vəzifə maaşından hesablanan digər əlavələr və s. nəzərə alınmalıdır. Belə olan halda, iş üzrə nəzərə alınmalı olan hal iddiaçının xidmətdən xaric edildiyi gün hansı məbləğdə vəzifə maaşı və digər əlavələri alması halıdır. Başqa sözlə, iddiaçı xidmətdən xaric edildiyi gün almadığı əlavələrin məlumat vərəqində qeydə alınmasını tələb edə bilməz. Eyni zamanda, iddiaçı müvəqqəti icra etdiyi vəzifələrə görə əmək haqqına əlavə alıbsa, həmin əlavələrin qeydə alınmasını tələb edə bilər.

34. İşin halları ilə müəyyən olunur ki, iddiaçı sonuncu dəfə 8 yanvar 2018-ci il tarixli əmrə əsasən 3 saylı inzibati əraziyə (Qosmalian, Hiveri, Tathoni, Şonayçola, Divağac, Çökərə, Digah, Lələhiran, Qələsər, Hoveri, Kələxan, Kəlvəz, Ambudərə, Göydərə, Hilidərə, Hüseynəbad, Məhləbad, Xocadoy, Qışlaq kəndləri daxildir) təhkim olunmuş və 8 mart 2018-ci il tarixində daxili işlər orqanlarında xidmətdən xaric edilənə qədər sözügedən ərazidə qulluq etmişdir.

35. Həmçinin iddiaçı xidmətdən xaric edildiyi gün 321.00 manat vəzifə maaşı, 130.00 manat rü tbə maaşı, 50 % fasiləsiz xidmət illərinə görə 225.50 manat əlavə, 64.00 manat ərzaq payı əvəzinə pul kompensasiyası, həmçinin, yüksəkliyə görə 20 % əlavə əmək haqqı almışdır.

36. Nəticə etibarı ilə, hazırkı qərarın 19-20-ci bəndlərində qeyd olunan Nazirlər Kabineti qərarına və ona əlavəyə görə 3 saylı inzibati əraziyə daxil olan adları çəkilən kəndləri 1500 metrdən 2000 metrədək və 2000 metrdən yüksəklikdə yerləşən yaşayış məntəqələrinə aid etmiş, həmçinin, 1500 metrdən 2000 metrədək hündürlükdə yerləşən yaşayış məntəqələrində çalışan işçilərin əmək haqqında artımın (əmsalın) minimum miqdarını 1,2 məbləğində müəyyən etmişdir.

37. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xidmətdən xaric edilənə qədər 3 saylı inzibati əraziyə daxil olan yaşayış məntəqələrində xidmət etdiyindən, həmin dövrdə ona yüksəkliyə görə pul əlavəsi ödənildiyindən, həmin yaşayış məntəqələrində xidmət edən şəxslərin əmək haqqında artımın miqdarı 1,2 məbləğində müəyyən edildiyindən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

38. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir, cavabdehin şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 sentyabr 2022-ci il tarixli, 2-1(105)-365/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar