Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2355/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarının ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyu n 2023cü il tarixli, 2-1(103)-1595/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********5969 nömrəli qərarı ilə iddiaçı Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək "cavabdehin xx.xx.2022-ci il tarixli, **********5969 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin (hakim S.Salahova) 2-1(112)-9083/2022 nömr əli, 21 noyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir.
4. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2023-cü il tarixli, 2-1(103)-1595/2023 nömrəli qərardadı ilə (hakimlər: Ş.Məmmədova - sədrlik edən və məruzəçi, C.Yusifov və P.Hüseynov) apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.
6. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı və apellyasiya şikayəti verən şəxs İddiaçı apellyasiya şikayətini imzalaması səlahiyyəti dəqiqləşdirilərkən Vəkil Mirqadir oğlunun İddiaçı adından apellyasiya şikayətini imzalama səlahiyyəti verilmiş etibarnaməsi olmadığı müəyyən olunmuş və iş materiallarının 26-cı vərəqində olan xx.xx.2022-ci il tarixli Etibarnamənin Vəkil Mirqadir oğluna İddiaçı tərəfindən deyil, X2 tərəfindən verildiyi müəyyən edilmişdir. Həmin məsələ araşdırılarkən vəkili Vəkil Mirqadir oğlu İddiaçı ilə X2 eyni şəxslər olduğunu bildirsə də və bunu təsdiq edəcək sənədlərin təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınması xahiş etmiş, məhkəmə iclası xx.xx.2023-cü il tarixə təxirə salınsa da xx.xx.2023-cü il tarixdən ötən müddətdə İddiaçı ilə X2 eyni şəxslər olduğuna dair hər hansı sübutlar təqdim etməmişdir.
7. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
8. İddiaçı kassasiya şikayətində qeyd edir ki, iddiaçının qaçqın himayə vəsiqəsində, nümayəndəyə verdiyi etibarnamədə və ən əsası vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat vərəqəsində onun adı və soyadı X3raq göstərilmişdir. Hazırda iddiaçının şəxsiyyətini təsdiq edən sənəd məhz qaçqın himayə vəsiqəsidir. Lakin vergi orqanı şəhadətnamədə şəxsin adını İddiaçı olaraq qeyd etdiyinə görə vergi orqanının şəxs barəsində qəbul etdiyi bütün qərarlarda onun adı İddiaçı olaraq qeyd edilmişdir. Yəni bu əslində iddiaçının deyil, cavabdeh orqanın səhvidir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsi plərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir.
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübah isələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
86. Şikayət daxil olduqdan sonra birinci instansiya məhkəməsinin hərəkətləri 86.1. Şikayət daxil olduqdan sonra inzibati məhkəmə şikayətlə bağlı aşağıdakı formal tələblərə apellyasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: 86.1.1. şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmas ını; Maddə
87. Apellyasiya instansiyası məhkəməsində icraat... 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şik ayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
12. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
13. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya insta nsiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.
15. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, hazırkı inzibati iş üzrə İddiaçıdir.
16. İş materiallarında olan (iş səh. 26) etibarnamədən müəyyən olunur ki, etibarnaməni Vəkil Mirqadir oğluna İddiaçı tərəfindən deyil, X2 tərəfindən verilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin 2 may 2023-cü il tarixli iclasında vəkil Bədirli X1 Can Ali X4 Ezzatullahin eyni şəxs olduğunu bildirmiş və bunu təsdiq edəcək sənədlərin təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
18. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və onun nümayəndəsinə yuxarıda qeyd olunan uyğunsuzluğun aradan qaldırılması, yəni İddiaçı X4 Ezzatullahin eyni şəxs olduğunu sübut etmək üçün apellyasiya məhkəməsi tərəfindən kifayət qəd ər vaxt verilmiş və məhkəmə iclası xx.xx.2023-cü il tarixə təxirə salınsa da, bu müddət ərzində məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
19. Belə olan halda, apellyasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Odur ki, apellyasiya məhkəməsinin nəticəsi hazırkı qərarın 10-11-ci bəndlərində qeyd olunan prosessual normalarına uyğundur.
20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2023-cü il tarixli, 21(103)-1595/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.