Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2355/2025 05.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Ə halinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(106)-264/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur.
2. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1989-cu il tarixədək əmək fəaliyyətində olmuşdur. 3. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2015- ci il tarixli, 115-g nömrəli arayışının surətindən görünür ki, İddiaçı həqiqətən xx.xx.1979-cu ildən xx.xx.2005-ci il tarixinə qədər 157/k saylı, xx.xx.1979-cu il tarixli əmrə əsasən Azərbaycan İxtisaslaşmış İdarəsində müxtəlif dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir. xx.xx.2005-ci ildə işdən azad edilmişdir. xx.xx.2007-ci ildə "xxxx" QSŞ-nə 5-ci dərəcəli maşinist peşəsinə qəbul edilmişdir xx.xx.2009-cu il tarixində işdən azad edilmişdir. Arayış xx.xx.1979-cu il tarixindən xx.xx.2005-ci il tarixə qədər işlədiyi dövrün forma T-2, şirkət üzrə əmrlər kitabı və əmək haqqının şəxsi hesabı əsasında verilmişdir.
4. Əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması barədə xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarın surətindən görünür ki, vətəndaş İddiaçı əmək pensiya sı təyin edilməsi haqqında xx.xx.2016-cı il tarixli qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilmişdir. Adıçəkilən şəxsə əmək pensiyasının ödənişi dayandırılmış və ona artıq ödənilmiş pensiyanın məbləği müəyyən edilmişdir. “İnzibati icraat haqqında" Qanununun 67.13-cü maddəsinin tələblərinə uyğun qaydada İddiaçı məlumat verilməsi və İddiaçı artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görülməsi qeyd edilmişdir.
5. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ona vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşd ırılmışdır. Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin ona dair xx.xx.2022-ci il tarixli 36-02/g nömrəli arayışında 1979-2009-cu illər üzrə ümumilikdə 10 il 11 ay müddətə əmək haqqı ödənişinin olmadığı qeyd edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan 10 il 11 ay müddətini iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də tələb olunan ümumi iş stajı 25 ildən az (20 il 5 ay 23 gün) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olara q 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2015-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 16788,02 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağı xahiş etmişdir. 6. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, cəmiyyət tərəfindən İddiaçı 1979-2009-cu illər üzrə əmək haqqı ödənişləri şəxsi əmək haqqı hesab vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixli 36-02/g saylı arayışda göstərilmişdir. Həmin dövrlə bağlı əmək haqqı cədvəlləri ləğv olunması üçün arxiv idarəsinə verilmişdir. Cəmiyyətdə şəxsi əmək haqqı hesab v ərəqələri vardır. İddiaçı 17 noyabr 1979-cu ildə işə qəbul edilmişdir. xx.xx.2005-ci ildən işdən azad edilmişdir. xx.xx.2007-ci ildən işə qəbul edilmiş və xx.xx.2009-cu ildən işdən azad olunmuşdur. Cəmiyyətin Muğan sahəsi tərəfindən yerinə yetirilən tikinti quraşdırma işləri tam dayandığından iyun 1995-ci ildən oktyabr 1997-ci ilədək və mart 1999-cu ildən 2005ci ilədək öz razılığı ilə öz hesabına məzuniyyətdə olmuşdur. Həmin dövrlər üçün inzibati əmrlər ləğv olunması üçün arxiv idarəsinə verilmişdir. 7. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı, həqiqətən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş 1 və 2 saylı siyahıda nəzərdə tutulmuş müəssisədə, "xx xx" Qapalı Səhmdar Cəmiyyətində ("xxxx" QSC Arpaçay İxtisaslaşmış idarəsinin, Azərbaycan İxtisaslaşmış idarəsinin və "xxxx"QSC-nin hüquqi varisidir) xx.xx.1979-cu il tarixdən xx.xx.2005-ci il tarixədək işləyib. O cümlədən: xx.xx.1979-cu il tarixdən xx.xx.2005-ci ilə kimi əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləyib, (əmr- 157/k xx.xx.1979-cu il. 2 saylı siyahının 33-cu fəsli, ümumi peşələr, kod23200000 - 19906). xx.xx.2005-ci il tarixdən işdən azad edilib. xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixinədək 5-ci dərəcəli qazma qurğuları maşinisti vəzifəsində işləyib. (Əmr 9/k, xx.xx.2007-ci il, kod 2010100a-13590). xx.xx.2009-cu il tarixdən işdən azad edilib. (Əmri 1/k, xx.xx.2009-cu il). Arayış xx.xx.1979-cu il tarixdən işlədiyi dövrün cəmiyyət üzrə əmrlər kitabı əsasın da verilib. Cəmiyyətin tikinti-quraşdırma işləri tam dayandığından iyun 1995-ci ildən oktyabr 1997-ci ilədək və mart 1999-cu ildən 2005-ci ilədək öz razılığı ilə öz hesabına məzuniyyətdə olmuşdur. Həmin dövrlər üçün inzibati əmrlər ləğv olunması üçün arxiv idarəsinə verilmişdir. (Azərbaycan Respublikası Milli arxiv idarəsinə ləğv olunması üçün verilmiş aktların surəti məktuba əlavə olunur) "xxxx" QSC-ni 1972-ci il tarixdən bu günə kimi respublika ərazisində tunel, açıq dağ-mədən işləri, qazmapartlayış işləri və digər ixtisaslaşmış tikinti quraşdırma işlərini yerinə yetirir. Qeyd: "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Arpaçay İxtisaslaşmış İdarəsinin, Azərbaycan İxtisaslaşmış idarəsinin və "xxxx"QSC-nin hüquqi varisidir.
8. Cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı 57 yaşı tamam olduğu xx.xx.2015-ci il tarixindən Fondun Masallı rayon şöbəsi tərəfindən güzəştli şərlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı Mərkəzi Filiala xx.xx.2022-ci il tarixində daxil olmuş ərizəsinə əlavə olunmuş "xxxx" QSCnin adıçəkilən şəxsə dair xx.xx.2022-ci il tarixli 36-02/g nömrəli arayışında ona 1979-2009cu illər üzrə ümumilikdə 10 il 11 ay əmək haqqı ödənişinin olmadığı qeyd edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan 10 il 11 ay müddətini İddiaçı iş stajına daxil etmək mümkün deyil. Bu səbəb dən də adıçəkilən şəxsin ümumi iş stajı 25 ildən az (20 il 5 ay 23 gün) təşkil etdiyindən ona əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılmışdır. Əlavə olaraq bildiririk ki, İddiaçı tərəfindən təqdim edilmiş arayışa əsasən ona "xxxx" QSC-də 1979-2009-cu illər üzrə ümumilikdə 10 il 11 ay müddətə əmək haqqı ödənişinin olmadığı müəyyən edildiyindən, həmin müəssisədə qarşılıqlı yoxlamanın aparılması tərəflərindən məqsədəmüvafiq hesab edilməmişdir.
9. Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" QSC xx.xx.1993-cü il tarixdə qeydiyyata alınmışdır. Əlavə olaraq bildiririk ki, xx.xx.2023- cü il tarixə olan uçot məlumatlarına əsasən, "xxxx" MMC-nin (VÖEN: **********) 0,98 manat borcu olduğu aşkar edilmiş və hal-hazırda fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir. 10. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 18-02/g nömrəli məktubunda qeyd edilmişdir ki, cəmiyyət 1972-ci ildən respublikamızın ərazisində tikinti-quraşdırma işlərini yerinə yetirir. Hər bir rayonda işlər aparılarkən həmin ərazi üzrə sahə yaradılır və işçilər işə qəbul edilir. Sahədə işlər maliyyə və ya digər səbəblərdən dayandıqda işlər bərpa olunanadək işçilər öz hesabına məzuniyyətə buraxılır. İddiaçı iyun 1995-ci ildən oktyabr 1997-ci ilədək və mart 1999-cu ildən 2005-ci ilədək Cəmiyyətin Muğan sahəsi üzrə (C.Cəbivevin çalışdığı sahə) tikintiquraşdırma is ləri Sifarişçi tərəfindən maliyyə vəziyyəti ilə dayandığından öz razılığı ilə öz hesabına məzuniyyətdə olmuşdur. Həmin dövrdə cəmiyyətin digər istehsalat sahələrinin fəaliyyəti nəticəsində əldə olunan gəlir cəmiyyətin səhmdarlarının qərarı ilə bütün səhmdarlara divident şəklində verilmişdir. xx.xx.2018-ci il tarixli 49-01/g nömrəli məktubda İddiaçı o dövrə qədər işlədiyi vaxtlar üçün əmək haqqı və dividentin verildiyi nəzərdə tutmuşlar. Öz hesabına məzuniyyətdə olduğu dövrdə İddiaçı cəmiyyətin siyahı sayında olmuş lakin əmək haqqı almadığı üçün DSMF-yə ödəmələr aparılmamışdır. Digər istehsalat sahələrinin fəaliyyəti nəticəsində əldə olunan gəlir cəmiyyətin səhmdarlarının qərarı ilə divident verilmişdir və onun şəxsi hesab vərəqəsinə dividentlər yazılmışdır. Dividentlərdən DSMF-yə ayırmalar aparılmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı (bundan sonra – “iddiaçı”) Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi və onun dəyişdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv olunması barədə cavabdehin xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarının ləğv edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1958-ci ildə anadan olmaqla xx.xx.1979-cu ildən əmək fəaliyyətinə başlamış, bundan öncə isə 1976-1977-ci illərdə Peşə məktəbində təhsil almış, 1977-1979-cu illərdə isə hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqda sonra 1979-cu ilin sentyabr ayında əmək fəaliyyətinə başlamaqla xx.xx.2009-cu ilədək işləmiş, 20 noyabr 2015-ci ildə ona pensiya təyin edilmişdir. Sonradan pensiyamın artırılması barədə cavabdehə quruma müraciət edərək əmək haqqı barədə müəyyən sənədlər təqdim etsə də, pensiyanın yenidən hesablanacağı barədə ona əvvəlcə məktub ünvanlanmış, sonra isə əsassız olaraq 2015-ci ildə pensiya təyinatı aparılması qeyd edilərək ödənilmiş 16788,02 manat pul vəsaitinin geri qaytarılması tələb edilmişdir. Qanunvericiliyin tələbinə əsasən işlədiyi sahə xüsusi zərərli və ağır iş olduğundan bu sahəd ə çalışdığı müddət 1979-2009-cu illər isə ümumi staj 30 ildən artıq olduğundan (halbuki zərərli ağır işlər üçün 12 il 6 ay kifayət idi) ona düzgün olaraq 2015-ci ildə pensiya təyinatı həyata keçirilmişdir. Lakin cavabdeh qurum onun işlədiyi dövr ərzində müəyyən müddətlərdə əmək haqqı aldığına dair sənədin olmamasına istinad etmişdir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Qanunvericiliyin tələbinə əsasən işlədiyi dövrə dair əmək kitabçamda müvafiq qeydlər olduğundan həmin dövrlər sığorta stajına daxil edilməli idi. Ancaq cavabdeh qurum bunu nəzərə almamaqla qanunvericiliyin tələbini və məni m hüquqlarımı pozmuşdur.
13. Cavabdeh etiraz və etiraza əlavəsində bildirmişdir ki, İddiaçı iş stajı 25 ildən az olduğuna görə onun pensiya hüququ yaranmır. Belə ki, məhkəmənin sorğusuna "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən göndərilmiş 18-02/g saylı, 29 yanvar 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı 1995-ci ilin iyun ayından 1997-ci ilədək və 1999-cu ilin mart ayından 2005-ci ilədək Muğan sahəsi üzrə tikinti-quraşdırma işləri sifarişçi tərəfindən maliyyə vəziyyəti ilə bağlı dayandığından öz hesabına məzuniyyətdə olmuşdur. Həmin dövrdə cəmiyyətin digər istehsalat sahələrinin fəaliyyəti nəticəsində əldə olunan gəlir cəmiyyətin səhmdarlarının qərarı ilə bütün səhmdarlara divident şəklində verilmişdir. xx.xx.2018-ci il tarixli 49-01/g nömrəli məktubda İddiaçı o dövrə qə dər işlədiyi vaxtlar üçün əmək haqqı və dividentin verildiyi nəzərdə tutulmuşdur. Öz hesabına məzuniyyətdə olduğu dövrdə İddiaçı cəmiyyətin siyahı sayında olmuş, lakin əməkhaqqı almadığı üçün DSMF-yə ödəmələr aparılmamışdır. Digər istehsalat sahələrinin fəaliyyəti nəticəsində əldə olunan gəlir cəmiyyətin səhmdarlarının qərarı ilə divident verilmişdir və onun şəxsi hesab vərəqəsinə dividentlər yazılmışdır. Dividentlərdən DSMF-yə ayırmalar aparılmır. İddiaçının işlədiyini iddia etdiyi müəssisənin cavab məktubundan görünür ki, iddiaçı faktiki olaraq əmək fəaliyyəti ilə məşğul olmamış, ona əməkhaqqı ödənilməmiş və ona münasibətdə məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Bu halda iddiaçının işlədiyini iddia etdiyi dövrlərin onun sosial sığorta stajına əlavə edilməsi sadalanan qanun vericilik normalarına əsasən mümkün deyildir. Bundan əlavə qeyd edirik ki, “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsində sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri göstərilsə də ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövrlər üzrə iddiaçının ödənişsiz məzuniyyətdə olduğu müddəti sığorta stajına daxil etmək mümkün deyildir. Mübahisələndirilən dövrlərdə bu kimi münasibətləri tənzimləyən qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67 -ci maddəsində iş stajına daxil edilən əmək fəaliyyəti dövrləri arasında işçinin ödənişsiz məzuniyyətdə olduğu dövrlərin iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Oxşar inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)1100/2022 nömrəli qərarında “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinə əsasən iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinin arasında sosial məzuniyyət və ödənişsiz məzuniyyət hesab olunan dövrlər nəzərdə tutulmadığından həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Ali Məhkəmə öz mövqeyini həmin müddətlərdə iddiaçının əmək fəaliyyəti ilə məşğul olmadığını qeyd edərək əsaslandırmışdır.
14. Bundan başqa, etirazda qeyd edilmişdir ki, normalardan da göründüyü kimi, ödənişsiz məzuniyyətlərin sığorta stajına daxil edilməsi ilə bağlı qanunvericilikdə hər hansı bir norma müəyyən olunmamış, bunun əksinə ödənişsiz məzuniyyət hüququndan istifadə zamanı əmək fəaliyyəti ilə məşğul olunmadığından və həmin dövrlərdə əmək haqqı saxlanılmadığından qeyd edilən dövrlərin sığorta stajına daxil edilməməsi ilə bağlı həm qanunvericilik normaları, həm də formalaşmış məhkəmə təcrübəsi mövcud olmuşdur. Bundan başqa analoji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1597/2023 nömrəli qərarında məhkəmə iddiaçının ödənişsiz məzuniyyətdə olmasına münasibət bildirərkən ödənişsiz məzuniyyətlə bağlı iddiaçının məzuniyyətdə olduğu dövrdə qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin 74-cü maddəsində əm ək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilməsinin nəzərdə tutulduğunu, 1999-2005-ci illərdə işlədiyi dövrdə qüvvədə olmuş Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinə görə işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bildiyini, həmçinin həmin Məcəllənin 128-ci maddəsinə görə qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüqu qunun olduğunu bildirmişdir. Həmçinin sözügedən analoji qərardad iddiaçının ödənişsiz məzuniyyətinin qısa müddətli olmadığı və ödənişsiz məzuniyyətin verilməsinə əsas olan halların mövcud olmadığı qeyd olunmuşdur. Sonuncu qərarda məhkəmə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanuna da aydınlıq gətirərək bildirmişdir ki, adı çəkilən Qanunda ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam məbləğdə silinməsindən bəhs olunur. Bu işdə iddiaçının faktiki olaraq işləməsi, ona əmək haqqı hesablanması, əmək haqqından məcburi dövlət sosial sığorta haqları tutulması, lakin ödənilməməsi, nəticədə borc yaranmasına dair hər hansı məlumat mövcud deyildir. Apelyasiya məhkəməsinin istinad etdiyi Qanunun 1-ci maddəsində sığortaedənlərin müvafiq icr a hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam məbləğdə silinməsindən bəhs olunur. İddiaçı həmin tarixlərdə işləmədiyi halda uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclardan söhbət gedə bilməz. Bu səbəbdən hazırkı mübahisəyə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun müddəaları tətbiq edilə bilməz. Həmin qərarın 44-cü və 45-ci bəndlərində məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda, həm də “Əmək pensiyaları haqqında” Qanunda 1 y anvar 2006-cı ilədək ödənişsiz məzuniyyət dövrünün pensiya təyini zamanı ümumi staja aid etməsini nəzərdə tutmamışdır. Həmçinin Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin 17 may 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçının öz hesabına məzuniyyətdə olduğu dövrün onun stajına daxil edilərək ona güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasının qanunvericilik əsası yoxdur.
15. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-326/2024 nömrəli qərarı ilə iddia tələbi təmin olunmamışdır (hakim – H.Nəcəfov).
16. Birinc i instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçının 25 il ümumi stajının olmadığı müəyyən edilir. Belə ki, mübahisəli dövr kimi hesab edilən 17 noyabr 1979-cu ildən 01 oktyabr 2005-ci il tarixlərlə bağlı İddiaçı iyun 1995-ci ildən oktyabr 1997-ci ilədək və mart 1999-cu ildən 2005-ci ilədək ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda, həm də “Əmək pensiyaları haqqında” Qanunda 1 yanvar 2006-cı ilədək ödənişsiz məzuniyyət dövrünün pensiya təyini zamanı ümumi staja aid edilməsi nəzərdə tutulmamışdır. Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin 17 may 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti 6 (altı) aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Bu səbəbdən iddiaçının ödənişsiz məzuniyyətdə olması dövrünün (6 ay istisna olmaqla) onun ümumi sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Qeyd edilənlərə əsasən iddiaçının 2002-ci il üzrə ödənişsiz məzuniyyətdə olduğu dövrün yalnız 6 ayı ümumi iş stajına əlavə edilməlidir. Eləcə də, iddiaçı tərəfindən iyun 1995-ci ildən oktyabr 1997-ci ilədək və mart 1999-cu ildən 2005-ci ilədək işləməsini və əmək haqqı almasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş və araşdırma nəticəsində müəyyən edilməmişdir. Buna qarşılıq məhkəmə sorğusu nəticəsində müə ssisənin həmin dövrdə fəaliyyətdə olduğu, işləyən işçilərlə bağlı müvafiq məcburi dövlət sosial sığorta xərclərinin ödənildiyi və həmin işçilərin qeyd edilən dövrdə əmək haqqı aldıqları müəyyən edilir. İddiaçıya münasibətdə isə müəssisə tərəfindən təqdim edilən sənədlərə əsasən əmək haqqı almadığı və ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilir. Belə olan halda isə iddiaçının əmək haqqı aldığı dövrlər, yəni 20 il 05 ay 23 gün mübahisələndirilməyən iş stajı, iyun 1995-ci ildən oktyabr 1997-ci ilədək məzuniyyət dövrü üzrə 06 ay və mart 1999cu ildən 2005-ci ilədək ödənişsiz məzuniyyət dövrü üzrə 6 ay topladıqda ümumi iş stajının 25 ildən az olduğu müəyyən edilir.
17. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbin in təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(106)-264/2025 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-326/2024 nömrəli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilmişdir. İddia təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv olunması barədə xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarı ləğv edilmiş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasın ın dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi öhdəliyi həmin orqanın üzərinə qoyulmuşdur (Sədrlik edən – F.Hüseynov, hakimlər – S.Həsənov, İ.Əsədov).
19. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, pensiya təyinatı ilə bağlı sənədlər toplusu inzibati orqanın özündə (müvafiq filialda) saxlanıldığından onun istənilən vaxt həmin sənədləri təftiş etmək, özünün əvvəlki təyinatla bağlı qərarını ləğv etmək və yaxud dəyişdirmək imkanı olmuşdur ki, bu cavabdehin bilməli olduğu hallara aiddir. Buna baxmayaraq cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələblərinə zidd olaraq, 2016-ci ildə aparılmış pensiya təyinatı barədə qərarını uzun müddət (7 il) keçdikdən sonra yenidən təftiş edərək, ləğv etmək qərarına gəl mişdir.
20. Cavabdeh orqan iddiaçıya 1979-2009-cu illər üzrə ümumilikdə 10 il 11 ay müddətində əmək haqqı ödənilməməsi barədə məlumatı "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli 36-02/g nömrəli arayışından əldə etməsini qeyd etsə də, iddiaçıya pensiya təyinatı aparılması barədə sənədlər toplusundan görünür ki, pensiya təyinatı məhz "xxxx" QSC-nin xx.xx.2015-ci il tarixli 115-q nömrəli arayışı əsasında aparılmış, həmçinin həmin arayışda qeyd olunan məlumatların doğruluğu cavabdehin əməkdaşları tərəfindən yerində araşdırılmış və xx.xx.2016-cı il tarixli müvafiq akt tərtib edilmişdir.
21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsinə və iddianın təmin edilməməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Ka ssasiya şikayətinin dəlilləri
22. Kassasiya şikayəti cavabdehin imtinası və etirazına uyğun əsaslandırılmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz edərək apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə görə sosial sığ orta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə az ı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu sə bəbdən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.
29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğvi barədə olan xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarın ləğv edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsin nail olmaqdır.
30. Cavabdehin mübahisələndirilən qərarından, eləcə də kassasiya şikayətinin dəlillərindən göründüyü kimi, pensiyasının təyin edilməsi haqqında qərarın ləğv edilmə əsası ondan ibarət olmuşdur ki, iddiaçıya 1979-2009-cu illər üzrə ümumilikdə 10 il 11 ay müddətə əmək haqqı ödənişlərinin edilməməsi onun ümumi stajının 25 ildən aşağı olması ilə nəticələnmişdir. Bu halın müəyyən edilməsi kimi isə "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli arayışı göstərilmişdir.
31. İşə baxan apellyasiya məhkəməsi iddianı təmin edərkən cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələblərinə zidd olaraq, 2016-ci ildə aparılmış pensiya təyinatı barədə qərarını uzun müddət (7 il) keçdikdən sonra yenidən təftiş edərək ləğv etməsinin qanunsuzluğuna istinad etmişdir.
32. Həmçinin apellyasiya məhkəməsi göstərmişdir ki, cavabdeh iddiaçıya 19792009-cu illər üzrə ümumilikdə 10 il 11 ay müddətində əmək haqqı ödənilməməsi barədə məlumatı "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli arayışından əldə etməsini qeyd etsə də, iddiaçıya pensiya təyinatı aparılması barədə sənədlər toplusundan görünür ki, pensiya təyinatı məhz "xxxx" QSC-nin xx.xx.2015-ci il tarixli arayışı əsasında aparılmış, həmçinin həmin a rayışda qeyd olunan məlumatların doğruluğu cavabdehin əməkdaşları tərəfindən yerində araşdırılmış və xx.xx.2016-cı il tarixli müvafiq akt tərtib edilmişdir.
33. Əvvəla, məhkəmə kollegiyası iş materiallarına istinadən qeyd edir ki, cavabdeh iddiaçıya pensiya təyin edilən zaman həqiqətən də "xxxx" QSC-nin xx.xx.2015-ci il tarixli arayışına istinad etmişdir. Lakin cavabdehin sonradan özünün pensiya qərarını ləğv edərkən istinad etdiyi əsas (iddiaçıya 1979-2009-cu illər üzrə ümumilikdə 10 il 11 ay müddətində əmək haqqı ödənilməməsi) "xxxx" QSC-nin xx.xx.2015-ci il tarixli arayışında öz əksini tapmamışdır. Belə ki, həmin arayışda yalnız iddiaçının hansı illərdə hansı vəzifələrdə işlədiyi və işdən azad olunduğu göstərilmiş, ona hansı dövrlərdə əmək haqqının ödənilməməsi barədə isə heç bir məluma t verilməmişdir.
34. Bununla belə, apellyasiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin xüsusatı nəzərə almamışdır. 35.Xüsusilə qeyd edilməlidir ki, məhz Dövlət Sоsiаl Müdаfiə Fоndunun Yasamal rayon şöbəsindən həmin idarənin Masallı rayon şöbəsinə göndərilmiş xx.xx.2016-cı il tarixli aktında "xxxx" QSC-nin xx.xx.2015-ci il tarixli arayışının öz təsdiqini tapması bildirilmişdir.
36. Lakin sonradan təqdim edilmiş "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli arayışında isə iddiaçıya münasibətdə 1979-2009-cu illər üzrə ümumilikdə 10 il 11 ay müddətə əmək haqqı ödənişinin olmadığı qeyd edilmişdir.
37. Həmçinin "xxxx" QSC-nin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda Cəmiyyətin Muğan sahəsi tərəfindən yerinə yetirilən tikinti qu raşdırma işləri tam dayandığından iyun 1995-ci ildən oktyabr 1997-ci ilədək və mart 1999-cu ildən 2005ci ilədək iddiaçının öz razılığı ilə öz hesabına məzuniyyətdə olması və həmin dövrlər üçün inzibati əmrlər ləğv olunması üçün arxiv idarəsinə verilməsi bildirilmişdir.
38. Göründüyü kimi, "xxxx" QSC-in tərəfindən verilmiş 2015-ci il tarixli arayışla sonradan verilmiş arayışlar arasında əhəmiyyətli dərəcədə ziddiyyətlər olmuşdur. Dövlət Sоsiаl Müdаfiə Fоndunun Yasamal rayon şöbəsindən göndərilmiş xx.xx.2016-cı il tarixli aktında QSC-nin xx.xx.2015-ci il tarixli arayışının öz təsdiqini tapmasının qeyd olunması isə, öz növbəsində, bu ziddiyyətləri daha da dərinləşdirmişdir.
39. Buna baxmayaraq işə baxan apellyasiya məhkəməsi bu ziddiyyətli halları ümumiyyətlə araşdırmadığından, eləcə də QSC-n in xx.xx.2015-ci il tarixli arayışında iddiaçıya 1979-2009-cu illər üzrə ümumilikdə 10 il 11 ay müddətində əmək haqqı ödənilməməsi barədə məlumat verilmədiyi halda, bu faktın cavabdehə necə və hansı tarixdən məlum olmasını müəyyənləşdirmədiyindən təkrar apellyasiya baxışı zamanı bu hallara dəqiq hüquqi qiymət verilməlidir.
40. Məhz bu hallar aydınlaşdırıldıqdan sonra iddiaçının mübahisəli dövr ərzində işləməsi, yaxud razılığı ilə öz hesabına məzuniyyətdə olması məsələsinə də düzgün qiymət verilə bilər.
41. Bundan başqa, iddiaçının 1995-ci ildən oktyabr 1997-ci ilədək və mart 1999-cu ildən 2005-ci illər ərzində razılığı ilə öz hesabına məzuniyyətdə olması halı təsdiq edildiyi halda, bu illərin ümumi sığorta stajına daxil edilməsinə də təkrar apellyasiya baxışı zamanı hüquqi qiymət verilməli dir.
42. Odur ki, apellyasiya məhkəməsi tərəfindən növbəti apellyasiya baxışı zamanı sadalanmış hallar yoxlanılmalı, bu halların həqiqətən mövcud olub-olmaması işdə olan digər sübutlarla qarşılıqlı şəkildə müəyyən edilməli, nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir.
43. Məhkəmə kollegiyası hesab edir ki, yalnız yuxarıda göstərilən hallara aydınlıq gətirilməklə obyektiv həqiqətə nail olmaq mümkündür.
44. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin h allara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
45. Belə ki, hüququn təməl prinsiplərindən biri hüquqi müəyyənlik prinsipidir. Bu prinsipə əməl olunmadan səmərəli və obyektiv ədalət mühakiməsinin həyata keçirilməsi mümkünsüzdür.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yara dan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
47. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(106)-264/2025 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. 48.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(106)-264/2025 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.