Məhkəmə qərarları › İş №2-1(102)-2356/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2356/2021

28.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2356/2021 28.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMM-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; ikiqat vergidən azadolmanın tətbiqi şərtləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMM-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların ın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 14 sentyabr tarixli, 21(103)-1909/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2020-ci il 5 oktyabr tarixli, **********132500 nömrəli qərarı ilə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı üzrə İddiaçı MMM-nə 178.185,26 manat əlavə vergi məbləği hesablanmışdır (bəyannamə və hesabat növü - ödəmə mənbəyində tutulan vergi, bəyannamə v ə hesabat dövrü - 1-ci rüb 2019).

2. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2020-ci il 5 oktyabr tarixli, **********142200 nömrəli qərarı ilə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı üzrə İddiaçı MMM-nə 110.762,78 manat əlavə vergi hesablanmışdır (bəyannamə və hesabat növü - ödəmə mənbəyində tutulan vergi, bəyannamə və hesabat dövrü - 2-ci rüb 2019).

3. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2020-ci il 5 oktyabr tarixli, **********149100 nömrəli qərarı ilə ve rgi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı üzrə İddiaçı MMM-nə (124.464,06 manat əlavə vergi hesablanmışdır (bəyannamə və hesabat növü - ödəmə mənbəyində tutulan vergi, bəyannamə və hesabat dövrü - 3-cü rüb 2019).

4. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2020-ci il 5 oktyabr tarixli, **********170900 nömrəli qərarı ilə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı üzrə İddiaçı MMM-nə 130.741,21 manat əlavə vergi hesablanmışdır (bəyannamə və hesabat növü - ödəmə mənbəyində tutulan vergi, bəyannamə və hesabat dövrü - 4-cü rüb 2019). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı 2020-ci il 20 oktyabr tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin iddiaçı barəsində 2020-ci il 5 oktyabr tarixli **********132500, **********142200, **********149100 və **********170900 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" tərtib edilmiş Qərarlarının ləğv edilməsini, iddiaçı tərəfindən ödənilmiş 30 manat prosessual xərc olaraq cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 2020-ci il 5 oktyabr tarixli, **********132500 nömrəli, 2020-ci il 5 oktyabr tarixli, **********142200 nömrəli, 2020-ci il 5 oktya br tarixli, **********149100 nömrəli, 2020-ci il 5 oktyabr tarixli, **********170900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 26 noyabr tarixli, 2-1(112)-7214/2020 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı barəsində Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 2020-ci il 5 oktyabr tarixli, **********132500 sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarlar qəbul edilmişdir. Cavabdeh tərəfindən aparılan kameral yoxlama nəticəsində 2020-ci il 5 oktyabr tarixli, **********132500 sayl ı qərarına əsasən 2019-cu ilin 1 -ci rübü üzrə 178.185,26 manat, **********142200 saylı qərarına əsasən 2019-cu ilin 2-ci rübü üzrə 110.762,78 manat, **********149100 saylı qərarına əsasən 2019-cu ilin 3-cü rübü üzrə 124.464,06 manat və **********170900 saylı qərarına əsasən 2019-cu ilin 4-cü rübü üzrə isə 130.741,21 manat əlavə hesablanmış vergi məbləği göstərilmişdir. Qeyd edilən qərarlar əsassızdır. Belə ki, iddiaçı 1997-ci ildə qeydiyyatdan keçmiş və həmin vaxtdan fəaliyyəti ekspedisiya xidmətlərindən ibarətdir (fəaliyyət kodu 49201). Fəaliyyətləri daxili, eləcə də beynəlxalq yük daşımalarını əhatə edir, yəni daxili yük daşımalarını "xxxx" QSC və onunla birbaşa müqavilələri olan Azərbaycan Respublikasının rezident şirkətləri olan fraxt agentləri vasitəsi ilə, Beynəlxalq yük daşımaları Azərbaycan Respublikasının hüdudları daxilində yuxarıda göstərilən fraxt agentləri, digər dövlətlərin ərazisində olan daşımaları isə həmin dövlətlərin rezident şirkətləri (Azərbaycan Respublikası üçün qeyri rezident sayılan) vasitəsi ilə yerinə yetirir. Tərəf-müqabilləri ilə qarşılıqlı bütün ödənişlər nağdsız qaydada banklar vasitəsi ilə icra olunur. Beləliklə, daşıma ilə əlaqədar xərcləri Azərbaycan Respublikasının rezidentlərinə və qeyri-rezidentlərinə ödənişlərdən ibarət olur ki, bu da "Mənfəət vergisinin bəyannaməsində" öz əksini tapır. Beynəlxalq yük daşımalarında ekspeditor qismində iştirak edən tərəf-müqabilləri onlara yalnız Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmət göstərmiş və bu zaman özlərinə məxsus heç bir nəqliyyat vasitəsindən istifadə etməmişlər. Azərbaycan Re spublikası Vergi Məcəlləsinin 125.1.4-cü maddəsində Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələri - 6 faiz kimi göstərilsə də, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və sazişlərdə, xüsusən də ikiqat vergiqoymanın aradan qaldırılması haqqında Sazişlərdə beynəlxalq daşımaların vergiyə cəlb olunmasına dair müddəalar nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergiqoymanın aradan qaldırılması haqqında Saziş də nəqliyyat vasitələrinin beynəlxalq daşımalarda istismarından əldə etdiyi gəlir (mənfə ət) yalnız həmin razılığa gələn dövlətdə vergiyə cəlb edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.5-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir. Vergi Məcəlləsi ilə Saziş arasında olan ziddiyyətlə əlaqədar izah alınması üçün iddiaçı tərəfindən 2002-ci il 25 noyabr tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinə ünvanlanmış məktuba cavab olaraq Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsi tərəfindən verilmiş 2002-ci il 9 dekabr tarixli, 08/08-24/2149-1936 saylı cavabında göstəril mişdir ki, Vergi Məcəlləsinin və Sazişin (Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergiqoymanın aradan qaldırılması haqqında Saziş) müddəalarına əsasən öz ölkəsinin iki məntəqəsi arasında nəqliyyat daşımaları həyata keçirən qeyri-rezidentə aparılan ödənişlərdən ödəmə mənbəyindən vergi tutulmur. Vergi Məcəlləsinin 55-ci maddəsinə əsasən, vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallardan biri kimi 55.1.3-cü maddədə vergi ödəyicisi və ya vergi agenti tərəfindən vergi orqanının və ya digər səlahiyyətli dövlət orqanının, yaxud onların vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri yazılı göstərişlərinin və ya izahatlarının yerinə yetirilməsi göstərilmişdir. Beləlik lə də, iddiaçı öz fəaliyyətində yalnız Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş idarəsi tərəfindən verilmiş 2002-ci il 9 dekabr tarixli, 08/08-24/2149-1936 saylı məktuba əsaslanaraq fəaliyyət göstərmiş olsa belə vergi qanunvericiliyinin pozulmasına görə heç bir məsuliyyətə cəlb edilə bilməzdi. Bundan əlavə, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Cavabdehin etirazları:

9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddia təmin edilməməlidir. Belə ki, uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin əsas fəaliyyətinin dəmir yolu vasitəsi ilə yük daşıması olduğu müəyyən edilmişdir. Mübahisələn dirilən qərarlar ilə bağlı bildirilmişdir ki, vergi ödəyicisi tərəfindən 2020-ci il 3 iyun tarixdə 2019-cu ilin 1-4-cü rübləri üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannamələrində beynəlxalq daşımalar həyata keçirilərkən nəqliyyat xidmətləri üçün ödəmələr üzrə hesablamalar aparılmasına baxmayaraq, 2020-ci il 21 iyul tarixdə müvafiq dövrlər üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannamələrində hesablamalar azaldılaraq 0,00 manat göstərilmişdir. 2019-cu ilin 1-4-cü rübləri üzrə yaranmış uyğunsuzluq ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 2020-ci il 24 iyul tarixli uyğunsuzluq məktubu göndərilmiş və müvafiq sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Lakin vergi ödəyicisi t ərəfindən dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim edilməsinə baxmayaraq, azalmanın səbəblərini təsdiq edən müvafiq sənədlər və ətraflı izahat məktubu vergi orqanına təqdim edilmədiyindən 2020-ci il 5 oktyabr tarixdə 2019-cu ilin 1-ci rübü üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə 178185,26 manat, 2019-cu ilin 2-ci rübü üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə 110762,78 manat, 2019-cu ilin 3-cü rübü üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə 124464,06 manat və 2019-cu ilin 4-cü rübü üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə 130741,21 manat vergi məbləğləri bərpa edilmişdir. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqları nın hesablanması barədə” 2020-ci il 5 oktyabr tarixli, **********132500, **********142200, **********149100 və **********170900 nömrəli qərarlar vergi ödəyicisinə göndərilmişdir. Vergi Məcəlləsinin 16.1.5-ci maddəsinə əsasən vergi orqanlarının vergi qanunvericiliyinin aşkar edilmiş pozuntularının aradan qaldırılması haqqında qanuni tələblərini icra etmək vergi ödəyicisinin vəzifəsidir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2020-ci il 5 oktyabr tarixli, **********132500; **********İ42200; **********149100 və **********170900 nömrəli qərarlar ilə hesablanmış vergi məbləğləri Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Ona görə də iddiaçının formal mülahizələri əsasında vergi orqanı tərəfindən hesablanmış vergilər əsassız hesab edilə bilməz. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 10 mart tarixli, 2-1(112)-2215/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı barəsində tərtib edilmiş cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2020-ci il 5 oktyabr tari xli, **********132500 nömrəli, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2020-ci il 5 oktyabr tarixli, **********142200 nömrəli, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2020-ci il 5 oktyabr tarixli, **********149100 nömrəli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2020-ci il 5 oktyabr tarixli **********170900 nömrəli qərarları ləğv edilmişdir.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, «Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergiqoymanın aradan qaldırılması haqqında» Sazişə əsasən ikiqat vergiqoymanın aradan qaldırılması məqsədi ilə qeyd olunan nəqliyyat xidmətləri öd əmə mənbəyində vergiyə cəlb olunmalı deyildir. Həmçinin Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 2002-ci il 9 dekabr tarixli məktubda da öz ölkəsinin iki məntəqəsi arasında nəqliyyat daşınmalarını həyata keçirən qeyri-rezidentə aparılan ödənişlərdən ödəmə mənbəyində verginin tutulmalı olmadığı bildirilmişdir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab etmişdir ki, mübahisələndirilən qərarlar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Bu səbəbdən də iddia tələbi əsaslıdır və təmin edilməlidir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməs ini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 14 sentyabr tarixli, 2-1(103)-1909/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 10 mart tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi bir tərəfdən daşıma xidmətlərinin digər ölkənin iki məntəqəsi arasında aparıldığına istinad etmiş və yekunda bu daşımanı beynəlxalq daşıma hesab etməməklə əməliyyatdan ÖMV-nin tutulmalı olmaması barədə nəticəyə gəlmişdir. Digər tərəfdən isə məhkəmə ikiqat vergiqoymanın aradan qaldırılması haqqında Sazişə istinad edərək əməliyyatdan ÖMV-nin tut ulmalı olmaması barədə nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən 1-ci dəlilində əməliyyatı ölkə daxili daşıma kimi qiymətləndirsə də, 2-ci dəlilində bunun əksinə olaraq əməliyyatı beynəlxalq daşıma hesab edərək ikiqat vergiqoymanın aradan qaldırılması haqqında sazişin müddəasına əsasən əməliyyatdan Azərbaycan Respublikasında ÖMV-nin tutulmalı olmadığı qənaətinə gəlmişdir.

15. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 iyun tarixli, **********009300 nömrəli Qərar ilə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı qaydalarından göründüyü kimi, iddiaçıya daşıma xidməti göstərmiş qeyri-rezident vergi ödəyicisi Azərbayca n mənbəyindən əldə etdiyi hər-hansı gəlirin vergidən azad edilməsi üçün həmin gəlirin faktiki sahibi olduğunu sübut edən bütün təsdiqedici sənədləri (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər və.s.) əlavə etməklə iddiaçının uçotda olduğu vergi orqanına DTA-03 formasını əldə etmək üçün müraciət etməli idi. Müraciət müsbət həll olunduğu təqdirdə vergi orqanından razılıq məktubu əldə edilməli və iddiaçı bu razılıq məktubunu əldə etdikdən sonra qeyd olunan daşıma xidmətlərindən ÖMV tutmaya bilərdi. Lakin iş materiallarından göründüyü kimi, gəlir əldə edən qeyri-rezident vergi ödəyicisi tərəfindən vergi orqanına müraciət olunmamış, belə bir razılıq məktubu əldə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Məhkəmə isə qanunvericiliyin tələ blərini araşdırmadan ikiqat vergi qoymanın aradan qaldırılması haqqında sazişə istinad edərək iddiaçının əməliyyatdan ÖMV tutmağı olmaması barədə yanlış nəticəyə gəlmişdir.

16. Həmçinin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında istinad edilən Vergilər Nazirliyi Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin 2002-ci il 9 dekabr tarixli, 08/08-24/2149-1936 nömrəli məktubu ilə bağlı bildirmişdir ki, həmin məktub imperativ xarakter daşımır, eyni zamanda sözü gedən məktubda qanunvericiliyin müddəalarına istinad edilməklə iddiaçıya münasibətdə konkret olaraq həyata keçirilən daşıma fəaliyyətinə görə qeyri-rezidentə edilən ödənişlərdən ödəmə mənbəyində verginin tutulmaması kimi hallar qeyd edilməmişdir.

17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarını əsaslandırarkən cavabdehin şikayəti ilə razılaşaraq tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəldiyini bildirmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin qəbul etdiyi 2017-ci il 12 iyun tarixli, **********009300 saylı qərarına istinad edilmişdir. Lakin, məhkəmə həmin hüquq normalarının tətbiqində yanlışlığa yol vermiş, tətbiq edilməli olan hüquq normalarını tətbiq etməmişdir. Belə ki, iddiaçı 1997-ci il 29 sentyabr tarixdə qeydiyyata alı ndığı tarixdən ekspedisiya fəaliyyəti ilə məşğul olmuş və fəaliyyətləri daxili, eləcə də beynəlxalq yük daşımalarım əhatə edir. Yəni daxili yük daşımaları "xxxx" QSC və onunla birbaşa müqavilələri olan Azərbaycan Respublikasının rezident şirkətləri olan fraxt agentləri vasitəsilə Beynəlxalq yük daşımaları Azərbaycan Respublikasının hüdudları daxilində yuxarıda göstərilən fraxt agentləri, digər dövlətlərin ərazisində olan daşımaları isə həmin dövlətlərin rezident şirkətləri (Azərbaycan Respublikası üçün qeyri rezident sayılan) vasitəsi ilə yerinə yetirir. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarını, əsaslandırarkən cavabdehin şikayəti ilə razılaşaraq tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəldiyini bildirmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin qəbul etdiyi 2017-ci il 12 iyun tarixli, **********009300 saylı qərarına istinad edilmişdir. Burada isə DTA-03 ərizə formasıdır. Bu ərizənin isə mübahisələndirilən hesablamaya heç bir aidiyyəti olmamışdır. Müəssisə 20 ildən artıq müddətdir ki, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən beynəlxalq daşıma fəaliyyəti ilə məşğul olduğu kameral hesablanmış əməliyyatlara heç vaxt 6 faizlə vergi tutulması nəzərdə tutulmadığı, bu əməliyyatların bir başa Vergi Məcəlləsinin tələblərinə əsasən 6 faizlə vergi tutulmalı əməliyyat olmadığı göstərilmişdir. Bu barədə bildirilməlidir ki, DTA-03 qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı dərəcənin tətbiq edilməsi haqqında ərizə formasıdır. Bu ərizənin də kameral hesab lamanın əsaslarına aidiyyəti yoxdur. Beynəlxalq daşımanın ilkin sənədləri araşdırılmadan yalnız vergi orqanında olan bank ödəmələri üzrə məlumatlara əsaslanılmışdır. Bu isə hesablamanın yanlış nəticələnməsinə səbəb olmuşdur. Çünki, Bakı Apellyasiya Məhkəməsi vergi orqanının hesablamaya əsas kimi bank ödəmələrini gətirsə də bu bank ödəmələrin təyinatını, əsaslarını, daşımanın xarakterini, ilkin sənədləri yük göndərmə qaiməsini və işlərin təhvil aktlarını araşdırmamışdır. Müvafiq sənədlər Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında keçirilən məhkəmə iclasında təqdim edilmişdir. İddiaçı tərəfindən müvafiq daşıma qaimə sənədləri təqdim edilməsinə bax yük göndərmə qaimələrindən də göründüyü kimi, Azərbaycan Respublikası sərhədlərinə daxil olmadan qeyri-rezident ölkənin hüquqi şəxsləri öz ölkəsi daxilində daşıma, ekspedisiya fəaliyyəti ilə məşğul olmuşdur. Yəni, Rusiya Federasiyasının, Belarusiya, Gürcüstan və digər dövlətlərin qeyri-rezident hüquqi şəxsləri öz ölkələri daxilində daşınma fəaliyyətini həyata keçirmişdirlər.

19. İddiaçı tərəfindən xarici ölkədən digər xarici ölkəyə daşınma və xarici ölkə daxilində yəni Azərbaycan Respublikasının sərhədləri daxili ilə daşınmanı davam etdirmədiyi halda, 6 faizlə ödəmə mənbəyində vergi tutulması nəzərdə tutulmamışdır. İddiaçı daşıma ilə əlaqədar sənədlərindən də göründüyü kimi (SMQS qaiməsi ilə) daşımalar hansı ölkənin daxilində aparılmışdırsa həmin ölkənin şirkətinə də daşıma haqqı ödənilmişdir. Bu əməliyyatın Azərbaycan Respublikası Vergi Məcəlləsində 6 faizlə vergiyə cəlb edilməsi nəzərdə tutulmamışdır. Çünki, bu əməliy yat Azərbaycan Respublikası sərhədləri daxilində aparılmamışdır. Xarici ölkənin şirkətinin öz ölkəsində göstərdiyi xidmət üzrə Azərbaycan Respublikasının dövlət büdcəsinə vergi ödəməsi həm məntiqə uyğun həm də qanunvericiliyə uyğun deyil.

20. İddiaçı fəaliyyətə başlayan zamandan Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən dəfələrlə səyyar vergi yoxlamaları keçirilmiş heç vaxt iddiaçıya 6 faizlə ödəmə mənbəyində tutulmalı vergi hesablanmamışdır. Hazırda iddiaçıda səyyar vergi yoxlaması keçirilir. Bu günədək səyyar vergi yoxlaması yekunlaşmamışdır. Lakin müvafiq sənədlər yoxlamaya təqdim edilmiş və səyyar vergi yoxlamasını aparan vergi müfəttişi tərəfindən nəzərə alınmışdır ki, bu günədək ödəmə mənbəyi hesablanması barədə hər hansı akt təqdim edilməmişdir. Məhkəmə bu halı araşdırmamışdı r ki, bu vergi hesablanmalı idisə nə üçün 1997-ci ildən bu günədək 24 illik dövrdə vergi orqanının keçirdiyi səyyar və kameral vergi yoxlamaları zamanı heç vaxt hesablanmamış və vergi orqanının məktubunda da istinad etdiyi məqamların mövcud olub olmamasına aydınlıq gətirilməmişdir. Bütün bunlar Bakı Apellyasiya Məhkəməsinin işi düzgün araşdırmaması, qanunvericiliyin tətbiq edilməli maddələrinin tətbiq edilməməsi və yanlış qərar qəbul etməsi ilə nəticələnmişdir. Çünki bu Məhkəmə qərarının qüvvədə qalması beynəlxalq daşımanın bu kimi əməliyyatlarının vergiyə cəlb edilməsi deməkdir. Vergilər Vergi Məcəlləsində nəzərdə tutulmadan hesablana bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olmayan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Beləliklə, məhkəmə kollegiyası üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları düzgün qiymətləndirməmiş, işin hüquqi əsaslarını qiymətləndirməyərək sadəcə cavabdehin təqdim etdiyi məlumatı təsdiq etmiş, şikayətin mahiyyətini müəyyən etmədən, vəzifəsi olaraq sübutların yoxlanılması üzrə tədbirlər görmədən cavabdehin təqdim etirazında göstərdiyi Azərbaycan Respublikası Vergilər Nazirliyinin daxili qərarına istinad etməsini mötəbər sübut hesab etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

21. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Respub likası ilə hər hansı xarici dövlət arasında imzalanmış və müvafiq dövlətdaxili prosedurlara uyğun qaydada qüvvəyə minmiş gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 iyun tarixli **********009300 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı” Qaydaları təsdiq edilmişdir. Bununla da, vergi ödəyicisi sözügedən sazişə istinad edərək həyata keçirdiyi daşımanın beynəlxalq daşıma olmadığı və bu əməliyyatlardan ödəmə mənbəyində verginin tutulmalı olmadığını qeyd etdiyi üçün “Azərbaycan Res publikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı” Qaydalarına da riayət etməli idi. Vergi ödəyicisi tərəfindən isə müvafiq qərarlarla vergi hesablanılan əməliyyatlara dair Qaydalara uyğun olaraq vergi orqanına müraciət olmamışdır. Kassasiya şikayətində qeyd edilmişdir ki, təqdim olunmuş sonuncu bəyannaməyə əsasən kameral vergi yoxlaması nəticəsində əlavə vergi məbləğinin hesablanması əsassızdır. Vergi Məcəlləsinin 67.1.1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri əsasında vergi orqanlarının ödənilməli olan verginin məbləğini hesablamaq hüququ vardır. Bunlarla yanaşı iddiaçı daşınan malların digər ölkənin ərazisindən A zərbaycan Respublikasının ərazisinə keçirilməsi ilə bağlı məntiqsiz fikirlər irəli sürməklə həyata keçirdiyi beynəlxalq daşıma fəaliyyətini pərdələməyə çalışmışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsində şikayətə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisənin nəticəsi üzrə qanuni və əsaslı qərar qəbul edilmişdir. Odur ki, iddiaçının kassasiya şikayətində göstərilən dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 14 sentyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Vergi Məcəlləsi: Maddə 13.2.33.... Beynəlxalq daşıma – yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınmasıdır. Maddə 13.2.16. Azərbaycan mənbəyindən gəlir:...13.2.16.3. Azərbaycan Respublikasında malların təqdim edilməsindən, iş görülməsindən və xidmət göstərilməsindən gəlir; Maddə 125.1. Qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur:...125.1.4. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahib karın ödəmələri - 6 faiz; Maddə 125.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma nəzərdə tutulduğu halda, ödəmə mənbəyində artıq tutulmuş vergi məbləği bu Məcəllənin 87.4-cü maddəsində müəyyən edilmiş qaydada geri qaytarılır. 23. “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı” Qaydaları (Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 iyun tarixli, **********009300 nömrəli Qərarı ilə təsdiq edilmişdir): 5.1. Əgər beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilm əsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmuşdursa, qeyri-rezident ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı dərəcənin tətbiq edilməsi haqqında” Ərizə (bundan sonra - DTA-03 forması) (Əlavə № 4) təqdim etməklə həmin azadolma və ya aşağı vergi dərəcəsinin tətbiq edilməsi ilə bağlı müraciət edə bilər. 5.2. DTA-03 forması qeyri-rezident tərəfindən ona gəlir ödəyən hər bir şəxs (vergi agenti) üzrə ayrıca doldurularaq, təqdim edilməlidir. 5.3. DTA-03 forması gəlirin ödənildiyi tarixədək təqdim edilməli və həmin müraciətə qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliy ini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən və gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu sübut edən bütün təsdiqedici sənədlərin (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər və s.) bu Qaydaların 8-ci hissəsinə müvafiq qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir. 5.4. Müraciət elektron formada edildiyi zaman təsdiqedici sənədlər Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi (bundan sonra-internet vergi idarəsi) vasitəsi ilə yalnız o zaman yüklənə bilər ki, müraciət edən şəxs internet vergi idarəsinə daxil olmaq üçün müvafiq autentifikasiya vasitələrinə (şifrə, parol, istifadəçi adı, gücləndirilmiş elektron imza və s.) malik olsun. 5.5. Tələb olunan azadolma və ya aşağı ve rgi dərəcəsi qeyri-rezidentə münasibətdə tətbiq edilməlidirsə, Vergilər Nazirliyinin elektron informasiya sistemində bu Qaydalara əlavə edilən forma (Əlavə № 5) üzrə razılıq məktubu tərtib edilir və Vergilər Nazirliyinin müvafiq struktur vahidinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra, elektron formada imzalanaraq, eyni zamanda həm müraciət edən şəxsə, həm də gəlir ödəyən şəxsə (vergi agentinə) göndərilir. Müraciət edən şəxs vergi orqanından razılıq məktubunun kağız daşıyıcısında imzalı və möhürlü nüsxəsini tələb edə bilər. Bu halda razılıq məktubunun kağız daşıyıcısında imzalı və möhürlü nüsxəsi müraciət edən şəxsin seçiminə əsasən onun poçt ünvanına göndərilir və ya şəxsən vergi orqanından əldə edilir. 5.6. Gəlir ödəyən şəxs (vergi agenti) yalnız uçotda olduğu vergi orqanından bu Qaydaların 5.5-ci bəndində qeyd olunmuş razılıq məktubunu, gəliri əldə edən qeyrirezidentdən isə vergi orqanına təqdim edilmiş bütün sənədlərin əslini əldə etdikdən sonra qeyri-rezidentə ödəniş edərkən beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı vergi dərəcəsini tətbiq edə bilər. Adı çəkilən razılıq məktubu alınanadək qeyri-rezidentə edilən ödənişlərə münasibətdə azadolma və ya aşağı vergi dərəcəsinin tətbiq edilməsinə yol verilmir. 5.7. DTA-03 forması vergi orqanına təqdim edilmədikdə, vaxtında təqdim edilmədikdə, yaxud hər hansı digər səbəbdən ödəniş tarixinədək razılıq məktubu alınmadıqda, gəlir ödəyən şəxs (vergi agenti) qeyri-rezidentə etdiyi ödənişdən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada ödəmə mənbəyində vergi tutmalıdır. Bu halda, ödəmə mənbəyində artıq tutulmuş vergi bu Qaydaların 7-ci hissəsində göstərilən qaydada qeyri-rezidentə qaytarılır. 5.8. Sənədlərin qeyri-rezident tərəfindən təqdim edilmiş əsli gəlir ödəyən şəxs (vergi agenti) tərəfindən saxlanılaraq, müvafiq dövr üzrə vergi nəzarəti tədbirləri həyata keçirilən zaman vergi orqanının vəzifəli şəxslərinə təqdim edilməlidir.

24. Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergiqoymanın aradan qaldırılması haqqında Saziş (1997-ci il iyulun 3-də Moskva şəhərində imzalanmışdır; Azərbaycan Respublikasının 1998-ci il 10 aprel tarixli 467-İQ №-li Qanunu ilə təsdiq edilmişdir; 1999-cu il 1 yanvar tarixdən tətbiq edilir): Maddə

1. Sazişin şamil edildiyi şəxslər Bu Saziş, Razılığa gə lən Dövlətlərdən birinin və ya hər ikisinin rezidenti olan şəxslərə şamil olunur. Maddə

2. Sazişin şamil edildiyi vergi növləri

1. Bu Saziş, vergilərin tutulması üsulundan asılı olmayaraq, Razılığa gələn Dövlətlərdə gəlirlərə və əmlaka görə tutulan vergilərə şamil olunur.

2. Gəlirlərə və əmlaka görə tutulan vergilərə gəlirin ümumi məbləğindən, əmlakın dəyərinin ümumi məbləğindən, daşınar və daşınmaz əmlakın özgəninkiləşdirilməsindən əldə olunan gəlirlərə görə tutulan vergilər də daxil olmaqla, gəlirlərin və əmlakın ayrı-ayrı ünsürlərindən tutulan bütün vergilər, həmçinin əmlakın dəyərinin artımına tətbiq edilən vergilər aiddir.

3. Saziş şamil edildiyi mövcud vergilər aşağıdakılardır: a) Azərbaycan Respublikasında: (i) hüquqi şəxslərin mənfəətindən və gəlirlərin ayrı-ayrı növlərindən verg i; (ii) fiziki şəxslərdən gəlir vergisi; və (iii) əmlak vergisi; (sonradan “Azərbaycan vergiləri“ adlanır); … Maddə

3. Ümumi təriflər

1. Kontekstdən başqa məna yaranmırsa, bu Sazişin məqsədləri üçün aşağıdakı təriflər qəbul olunur: … c) “Razılığa gələn bir Dövlətin müəssisəsi” və “Razılığa gələn digər Dövlətin müəssisəsi” - müvafiq olaraq, Razılığa gələn bir Dövlətin rezidentinin idarə etdiyi müəssisə və Razılığa gələn digər Dövlətin rezidentinin idarə etdiyi müəssisəni bildirir; e) “beynəlxalq daşımalar” – nəqliyyat vasitələrinin Razılığa gələn Dövlətlərdən birində yerləşən məntəqələr arasında istismar edildiyi hallar istisna olmaqla, Razılığa gələn Dövlətlərin müəssisələrinin su, hava, avtomobil yaxud dəmir yolu nəqliyyatı ilə yerinə yetirdikləri bütün daşımaları bildirir; Maddə

4. Rezid ent

1. Bu Sazişin məqsədləri üçün “Razılığa gələn Dövlətin rezidenti” termini bu Dövlətin qanunvericiliyi əsasında yaşayış yerinə, daimi olduğu yerə, qeydiyyat yerinə, idarəetmə yerinə yaxud digər oxşar meyarlara görə vergiyə cəlb edilməli olan şəxsi bildirir. Bununla belə, bu termin, yalnız Razılığa gələn Dövlətdəki mənbələrdən alınan gəlirlərə yaxud orada yerləşən əmlaka görə bu Dövlətdə vergiyə cəlb olunan şəxslərə aid edilmir. Maddə

8. Beynəlxalq daşımalar

1. Razılığa gələn Dövlətin müəssisəsinin bu Sazişin 3-cü maddəsinin 1-ci bəndinin e) yarımbəndində qeyd edilən nəqliyyat vasitələrinin beynəlxalq daşımalarda istismarından əldə etdiyi gəlir (mənfəət) yalnız həmin Razılığa gələn Dövlətdə vergiyə cəlb edilir.

2. Bu Sazişin məqsədləri üçün, bu maddənin 1-ci bəndində qeyd olunan nəqliyya t vasitələrinin beynəlxalq daşımalarda istismarından əldə olunan gəlir (mənfəət) həmin nəqliyyat vasitələrini istismar edən şəxsin onların birbaşa istifadəsindən, icarəyə verilməsindən və ya ixtiyarı formada istismarından, o cümlədən, konteynerlərin və onlara aid olan avadanlıqların istifadəsi, saxlanması və ya icarəyə verilməsindən əldə olunan gəlirləri (mənfəəti) ifadə edir.

3. Bu maddənin 1-ci bəndinin müddəaları nəqliyyat vasitələrinin istismarı üzrə «pul»da, birgə müəssisədə və ya beynəlxalq təşkilatda iştirakdan əldə olunan gəlirə də şamil edilir.

25. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.

1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə təl əb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

29. Cavabdeh haqlı olaraq qeyd edir ki, vergi ödəyicisi tərəfindən 2020-ci il 3 iyun tarixdə 2019-cu ilin 1-4-cü rübləri üzrə təqdim e dilmiş ödəmə mənbəyində tutulan vergi bəyannamələrində beynəlxalq daşımalar həyata keçirilərkən nəqliyyat xidmətləri üçün ödəmələr üzrə hesablamalar aparılmasına baxmayaraq, 2020-ci il 21 iyul tarixdə müvafiq dövrlər üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannamələrində hesablamalar azaldılaraq 0,00 manat göstərilmişdir. 2019-cu ilin 1-4-cü rübləri üzrə yaranmış uyğunsuzluq ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 2020-ci il 24 iyul tarixli uyğunsuzluq məktubu göndərilmiş və müvafiq sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim edilməsinə baxmayaraq, azalmanın səbəblərini təsdiq edən müvafiq sənədlər vergi orqanı na təqdim olunmamışdır.

30. Azalmanın əsaslarına dair sənədlər məhkəmə icraatında da təqdim olunmamışdır.

31. Vergi Məcəlləsinin 13.2.16, 13.2.16.3-cü maddələrinin tələbindən göründüyü kimi, Azərbaycan Respublikasında malların təqdim edilməsindən, iş görülməsindən və xidmət göstərilməsindən gəlir Azərbaycan mənbəyindən gəlir hesab edilir.

32. Vergi Məcəlləsinin 125.1-ci maddəsinin tələbinə görə, qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur:...125.1.4. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələri - 6 faiz.

33. Vergi ödəyicisi tərəfindən 2020-ci il 3 iyun tarixdə 2019-cu ilin 1-4-cü rübləri üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannamələrində də məhz həmin normaların tələblərinə uyğun olaraq qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan və Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirləri, beynəlxalq daşımalar həyata keçirilərkən nəqliyyat xidmətləri üçün ödəmələri, həmçinin həmin gəlirlərə hesablanan vergi məbləğləri (6 faiz hesabı ilə) əks olunmuşdur.

34. İddiaçının “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergiqoy manın aradan qaldırılması haqqında” Sazişə istinadına gəldikdə, cavabdeh həmin Sazişin iddiaçıya münasibətdə tətbiqi imkanını istisna etmir. Lakin Sazişin müddəalarının tətbiqi “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın yuxarıda qeyd olunan tələblərinin gözlənilməsi ilə şərtlənir. Başqa sözlə, qeyri-rezident yaxud vergi agenti (hazırkı halda, iddiaçı) həmin Qaydalarda təsbit olunmuş formal (məcburi) tələblərə əməl etməklə ikiqat vergiqoymanın aradan qaldırılması haqqında Sazişin müddəalarının tətbiqini tələb edə bilər.

35. Hazırkı halda, həmin Qaydalarda təsbit olunmuş formal (məcburi) tələblər təmin olunmamışdır.

36. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəld iyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 14 sentyabr tarixli, 2-1(103)-1909/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar