Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2358/2019 14.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Tibb İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı və vəkili Vəkil1 oğlunun,cavabdehin vəkili X1 iştirakları M.Səfərovanın katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Tibb İdarəsinə qarşı əmrin ləğv olunması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il ta rixli, 2-1(103)-66/2019 saylı qərardadından İddiaçı və vəkili Vəkil1 oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyiniin Baş Tibb İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, məcburi köçkün kimi Ağdam rayonundan ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşdığını, Bakı Dövlət Universitetini bitirərək, xxxx 1997-ci ildən xxxx 2012-ci il tarixədək Daxili İşlər Nazirliyinin Baş Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasında tibb qeydiyyatçısı vəzifəsində işlədiyini, həmin tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edildiyini göstərərək, X4 128-0 2 saylı və Baş Tibb İdarəsi rəisinin 6 saylı xxxx 2012-ci il tarixli əmrlərinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)-1211/2018 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (A.A.Abdullayeva). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1471/2018 saylı qərardadı ilə (sədrlik edən C.A.Yusifov, hakimlər V.M.Ağayev və A.B.Nuriyeva) iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(102)-2146/2018 saylı qərarı ilə (sədrlik edən İ.K. Hüseynov, hakimlər N.İ.Rəsulbəyova və Z.M.Quliyev) iddiaçı İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndəilmişdir. İş baxılması üçün məhkəməyə göndərildikdən sonra iddiaçı yenidən kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1471/2018 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(102)-828/2019 saylı qərarı ilə (sədrlik edən X.S.Məmmədov, hakimlər R.S.Nəbizadə və A.S.Hüseynov) iddiaçı İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxx x 2018-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-66/2018 saylı qərardadı ilə (sədrlik edən İ.B.Əhmədov, hakimlər S.S.Seyidova və V.M.Məmmədov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-ci il tarixli qərardadından İddiaçı və onun vəkili Vəkil1 oğlu kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin hüquq normalarını kobud surətdə pozmuş və bununla qanunvericiliklə verilmiş hüquqdan istifadə etməsinin qarşısı alınmış, qərardad 30 günlük mübahisləndirmə müddətinin ötürülməsi, həmçinin İPM-nin 24.4-cü maddəsinə əsasən 1 il müddət keçdikdən sonra həmin müddətin bərpa olunması barədə ərizə verilə bilməməsi ilə əsaslandırılmış, habuki o, ilkin olaraq iddia tələbi ilə Binəqədi rayon Məhkəməsinə müraciət etmiş, müddət məhkəmə prosesləri ilə əlaqədar ötürülmüşdür. İddiaçı İddiaçı və onun vəkili Vəkil1 oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsi, apellyasiya məhkəməsinin qərard adının ləğv edilməsi, işin mahiyyəti üzrə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Tibb İdarəsinin vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsi, apellyasiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya ins tansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçı İddiaçı və vəkili Vəkil1 oğlunun, cavabdehin vəkili X1 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-66/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasi ya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, İddiaçı dövlət qulluqçusu olmamış, tərəflər arasında, yəni, dövlət qulluqçusu ilə inzibati orqan arasında ümumi (publik) hüquq münasibətləri ilə bağlı münasibətlər yaranmamış, iddiaçı tərəfindən hazırda mübahisələndirilən 2012-ci il tarixli əmrlərin ləğv edilməsi tələbinə dair 6 il müddət keçdikdən sonra məhkəmədə iddia qaldırılmış, halbuki, həmin əmrlərdən onun kifayət qədər məlumatı olmuş, həmçinin Binəqədi rayon Məhkəməsinin xxxx 2013-cü il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin olunsa da, cavabdehin apellyasiya şikayəti əsasında sonradan həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4109/2013 saylı qətnaməsi ilə ləğv olunaraq iddiası rədd edilmiş, bu sonuncu qətnamə isə öz növbəsində Az ərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4422/2013 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmış, həmin məhkəmə qərarları ilə müəyyən edilən hallardan isə iddiaçı tərəfindən hazırda mübahisələndirilən əmrlərin həmin məhkəmə mübahisəsi zamanı məhkəməyə təqdim edildiyi və məhkəmə araşdırmasının müzakirə predmeti olduğu və tərəflərin iştirakı ilə araşdırıldığı görünür, müvafiq instansiya məhkəmələrinin mülki kollegiyaları tərəfindən İddiaçı ilə cavabdeh arasında olan əmək mübahisəsinə münasibət bildirilmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəm əsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyət orqanları, onla rın yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan-Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları,onların yerli(struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinin tələbindən isə görünür ki, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də h üquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası, iddiaçı tərəfindən mübahisələndirmə haqqında iddianın 30 günlük müddət, həm də həmin müddətin bərpa edilməsi üçün ərizə verilməsinin qanunla müəyyən olunan 1 illik müddətin buraxılmaqla qaldırıldığına görə iddia müddətinin bərpa edilməsi barədə ərizə verilməsinin də istisna edildiyini, həmçinin iddiaçı tərəfindən hazırda mübahisələndirilən əmrlərin digər məhkəmə mübahisəsi zamanı məhkəməyə təqdim edildiyini və məhkəmə araşdırmasının müzakirə predmeti olduğunu nəzərə alaraq kassasiya şikayətinin bununla bağlı dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-66/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx tarixli, 2-1(103)-66/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir. 2019-cu il
Məhkəmə qərarları › İş №2-1(102)-2358/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2358/2019
14.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver