Məhkəmə qərarları › İş №2-1(102)-2358/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2358/2024

18.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2358/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyanın təyin edilməsi" tələbinə dair inzibati iş üzrə Bak ı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-646/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus xx.xx.1971-ci il tarixli əmək kitabçasına əsasən, o, xx.xx.2007xx.xx.2009-cu il tarixləri aralığında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Təsərrüfat və xidmət sahələri ilə iş Baş İdarəsinin Xidmət sahələri ilə iş idarəsinin Tibb xidmətinin təşkili şöbəsinin baş məsləhətçisi vəzifəsində (əmr 611/S, xx.xx.2007), xx.xx.2009-xx.xx.2011-ci il tarixləri aralığında Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Tibb xidməti və psixoloji yard ım işinin təşkili şöbəsinin baş məsləhətçisi vəzifəsində (763/Ş №-li, xx.xx.2009-cu il), xx.xx.2011-xx.xx.2016-cı il tarixləri aralığında Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibb xidməti və psixoloji yardım işinin təşkili şöbəsinin rəisi vəzifəsində (1764/Ş, xx.xx.2011-cü il), xx.xx.2016-xx.xx.2017-ci il tarixləri aralığında Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Xilasetmə işinin təşkili şöbəsinin baş məsləhətçisi vəzifəsində (1465/Ş №-li, xx.xx.2016-cı il), xx.xx.2017-xx.xx.2022-ci il tarixləri aralığında Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəricələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Xilasetmə işinin təşkili şöbəsinin müdir müavini (1700/Ş, xx.xx.2022-ci il) vəzifəsində qulluq keçmişdir. xx.xx.2009-cu il tarixdə 2-ci dərəcə dövlət qulluqçusu ilkin ixtisas dərəcəsi, xx.xx.2017-ci il tarixdə 1-ci dərəcə dövlət qulluqçusu, xx.xx.2020-ci il tarixdə Dövlət Qulluğunun müşaviri ixtisas dərəcəsi verilmişdir.

2. Azərbaycan Respublikasının X1 9-3/2-Q-37-42-154/2023 nömrəli məktubu ilə iddiaçıya xx.xx.2011-xx.xx.2016-cı illərdə Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibb xidməti və psixoloji yardım işinin təşkili şöbəsinin rəisi vəzifəsində iş müddətilə bağlı bildirilmişdir ki, dövlət orqanlarında mövcud olan inzibati və yardımçı dövlət qulluğu vəzifələrinin adları Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda əksini tapmışdır. Qeyd edilən Topluda şöbə rəisi vəzifəsi nəzərdə tutulmadığından həmin vəzifədə iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.

3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-18/2 1291/2023 nömrəli arayışından görünür ki, iddiaçıya işlədiyi müddətdə hərbi və xüsusi rütbə verilməmişdir.

4. Əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün arayışdan görünür ki, iddiaçıya 01 noyabr 2020-ci il tarixdən 31 oktyabr 2022-ci il tarixədək işlədiyi dövr ərzində vəzifə maaşını, qulluq stajına görə əlavəni, ixtisas dərəcəsinə görə əlavəni, hakimiyyət səlahiyyətlərinə görə əlavəni, vəzifə maaşına digər əlavələri, m əzuniyyət pulunu, əmək qabiliyyətinin olmamasına görə əlavələri almışdır.

5. İddiaçı cavabdehə müraciət edərək ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubda bildirilmişdir ki, iddiaçının dövlət qulluğu stajı 15 ildən az (10 il 2 ay 27 gün (xx.xx.2007-xx.xx.2011-ci il, xx.xx.2016-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən də iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya xx.xx.2022-ci il tarixdə n dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı xx.xx.2022-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

9. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1950-ci il tarixdə anadan olmuşdur. xx.xx.2007-xx.xx.2009-cu illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Təsərrüfat və xidmət sahələri ilə iş Baş İdarəsinin Xidmət sahələri ilə iş İdarəsinin Tibbi xidmətinin təşkili şöbəsində baş məsləhətçisi, xx.xx.2009- xx.xx.2011-ci illərdə Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Tibb xidməti və psixoloji yardım işinin təşkili şöbəsində baş məsləhətçisi, xx.xx.2011- xx.xx.2016-cı illərdə həmin təşkili şöbənin rəisi, xx.xx.2016-xx.xx.2017-ci illərdə Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Xilasetmə işinin təşkili şöbəsində baş məsləhətçisi, xx.xx.2017- xx.xx.2022-ci illərdə həmin şöbənin müdir müavini vəzifələrində qulluq keçmişdir. Qeyd edilənlərə əsasən iddiaçının 15 il 3 ay dövlət qulluğu stajı va rdır. xx.xx.2013-cü il tarixdə 63 yaşda yaşa görə əmək pensiyasına çıxmışdır. İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, dövlət qulluğu stajı 15 ildən az, yəni 10 il 2 ay 27 gün (xx.xx.2007xx.xx.2011-ci il, xx.xx.2016-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər) təşkil edir, iddiaçının xx.xx.2011-xx.xx.2016-cı il tarixlərdə Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Tibb xidməti və psixoloji yardım işinin təşkili şöbəsinin rəisi vəzifəsində işlədiyi dövr dövlət qulluğu stajına nəzərə alınmır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, Az ərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2023-cü il tarixli arayışından da görünür ki, işlədiyi müddətdə ona hərbi və xüsusi rütbə verilməmişdir. Cavabdehin etirazı:

10. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki,“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 (on beş) il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kate qoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 22 noyabr 2022-ci il tarixində daxil olmuş ərizəyə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan aydın olur ki, iddiaçının dövlət qulluğu stajı 15 ildən az (10 il 2 ay 27 g ün (xx.xx.2007-xx.xx.2011-ci il, xx.xx.2016-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən də iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8420/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, id diaçının xx.xx.2011-xx.xx.2016cı illərdə Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibb xidməti və psixoloji yardım işinin təşkili şöbəsinin rəisi vəzifəsində işlədiyi müddətlə bağlıdır. DİM-in məktubuna istinadən cavabdeh hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda şöbə rəisi vəzifəsi nəzərdə tutulmadığından həmin vəzifədə iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmamalıdır.

13. Dövlət qulluğuna dair qanunvericiliyə yeni tənzimləmələr nəticəsində Qanun və Qaydanın son redaksiyasından da görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövl ət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına daxil edilir. Qeyd olunan hal isə onu deməyə əsas verir ki, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün nəzərdə tutulmuş 15 illik qulluq müddəti ilə bağlı şərt ödənilmişdir.

14. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun (1 noyabr 2012-ci il tarixli 718 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 5-ci hissə ləğv edilmişdir) V. Keçid müddəalarında göstərilmişdir ki, inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu tətbiq edilənədək dövlət orqanlarında (1-ci və 2-ci kateqoriya dövlət orqanları istisna olmaqla) və onların bölmələrində müvafiq təsni fatlar üzrə mövcud olan baş idarə, idarə, departament və müstəqil şöbə rəisləri — şöbə müdirinə, şöbə rəisləri — sektor müdirinə, baş mütəxəssis vəzifələri baş məsləhətçi və ya böyük məsləhətçi vəzifələrinə, aparıcı mütəxəssis vəzifələri aparıcı məsləhətçi vəzifələrinə, mütəxəssis vəzifələri isə məsləhətçi vəzifələrinə uyğunlaşdırılırdı. Ümumiyyətlə isə qanunvericiliyə xx.xx.2021-ci il tarixdə edilmiş dəyişiklikdən sonra dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin şəxsin dövlət qulluğu stajına daxil edilməsi nəzərdə tutulmuşdur.

15. Həmin Qanunun tətbiqi ilə bağlı qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1398 saylı Fərmanının 2.1-ci bəndinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-2-ci maddəsinə uyğun olaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasının və şərtlərinin üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. Hazırkı tarixədək həmin qayda təsdiq edilməsə də, qanunun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına daxil edilməsini nəzərdə tutan norması hazırda qüvvədədir.

16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)646/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8420/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını onun imtina məktubunda və iddiaya qarşı etirazında göstərilənlər təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə dövlət qu lluğunun xüsusi növündə qulluq illərinin dövlət qulluğu stajına daxil edilərək pensiyanın təyin edilməsi İlə bağlı qanunvericiliyə istinad etmişdir. Halbuki, DİM-in müvafiq məktubunda İddiaçı işlədiyi vəzifənin dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmadığı öz əksini tapmışdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.2-ci maddəsinə əsasən dövlət qulluğunun xüsusi növü dedikdə xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə başa düşülür. İş materiallarına əsasən İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayışda ona Fövqəladə Hallar Nazirliyində işlədiyi müddət ərzində hərbi və xüsusi rütbə verilmədiyi öz əksini tapmışdır. İddiaçı hərbi və ya xüsusi rütbənin verilmədiyi təqdirdə işlədiyi müddətin dövlət qulluğunun xüsusi növündə qulluq illəri kimi nəzərə alınaraq dövlət qulluğu stajına daxil edilməsi mümkün deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; 1.1.2. dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə; 2.1. Bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir.... 2.3. Dö vlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. Maddə

14. Dövlət qulluqçusu 14.1. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır.... 23. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür.

24. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və y a ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

28. Məhkəmə ko llegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

30. Şikayətin dəlillərinə görə, X1 müvafiq məktubunda iddiaçının işlədiyi vəzifənin dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmam ası, həmçinin iddiaçıya hərbi və xüsusi rütbə verilməsinin müəyyən olunmaması, sonuncunun dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun yaranmadığına dəlalət edir.

31. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına daxil edilir.

32. Həmin normanın ikinici cümləsinin tələbinə görə, dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir.

33. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömr əli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun Keçid müddəalarında göstərilmişdir ki, inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu tətbiq edilənədək dövlət orqanlarında (1-ci və 2-ci kateqoriya dövlət orqanları istisna olmaqla) və onların bölmələrində müvafiq təsnifatlar üzrə mövcud olan baş idarə, idarə, departament və müstəqil şöbə rəisləri — şöbə müdirinə, şöbə rəisləri — sektor müdirinə, baş mütəxəssis vəzifələri baş məsləhətçi və ya böyük məsləhətçi vəzifələrinə, aparıcı mütəxəssis vəzifələri aparıcı məsləhətçi vəzifələrinə, mütəxəssis vəzifələri isə məsləhətçi vəzifələrinə uyğunlaşdırılır.

34. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilən vəzifəyə 2011-ci ildən təyin olunduğu, istinad edilən Keçid müddəalarına görə isə şöbə rəisləri vəz ifəsinin sektor müdiri vəzifəsinə uyğunlaşdırıldığı nəzərə alındıqda, həmin müddəaların sonradan, xx.xx.2012-ci il tarixli 718 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ləğv edilməsi iddiaçını həmin tarixədək qazandığı dövlət qulluqçusu statusundan irəli gələn hüquqlarını ardan qaldırmır və ya onlara xitam vermir.

35. Nəticə etibarı ilə iddiaçının xx.xx.2011-xx.xx.2016-cı illərdə Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibb xidməti və psixoloji yardım işinin təşkili şöbəsinin rəisi vəzifəsində işlədiyi xidmət illəri dövlət qulluğuna daxil edildikdə, sonuncunun ümumi dövlət qulluğu stajının 15 ildən çox olduğu müəyyən olunur.

36. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə dü zgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-646/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar