Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2359/2023 15.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 190 manat birdəfəlik ödəmənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “760 manat məbləğində vəsaitin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli, 2-1(103)224 0/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı X4 ilə nikaha daxil olmuş, 12 mart 2013-cü il tarixdə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsində aralarındakı nikah pozulmuşdur.
2. İddiaçıya 15 aprel 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq alt sistemi”ndə (bundan sonra – MAS) işsiz statusu verilmişdir.
3. İddiaçı 190 manat məbləğində birdəfəlik ödəmələrin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh belə ödəmənin verilməsindən imtina etmiş, imtinanın əsası kimi iddiaçının ərinin adına əmək müqaviləsinin olduğu göstərilmi şdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 760 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Koronovirus (COVİD-19)” pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar olaraq işsiz kimi qeydiyyatda olan şəxslərə 190 manat birdəfəlik ödəmənin verilməsi məqsədi ilə rəsmi qaydada cavabdehə müraciət etmiş, buna baxmayaraq cavabdeh iddiaçının rəsmi nikahının olmasını və rəsmi nikahda olduğu keçmiş həyat yoldaşının əmək müqaviləsi olduğunu əsas gətirərək birdəfəlik ödəmənin ödənilməsindən imtina edilmişdir. La kin iddiaçı ilə keçmiş həyat yoldaşı arasında bağlanılmış nikah artıq 12 mart 2013-cü il tarixdən etibarən ləğv edilmiş, həmin tarixdən etibarən onlar ayrılmışlar və birgə yaşamırlar. Cavabdehin 4 ay ərzində ödəməli olduğu 190 manat pul vəsaitinin ümumi dəyəri 760 manat təşkil edir. Qanuni və əsaslı olaraq ona ödənilməli olan hər ay üçün 190 manat pul vəsaiti ödəmənin başlandığı tarixdən etibarən hesablanaraq ödənilməlidir.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun ola raq X3 orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (bundan sonra MEİS) “Məşğulluq” altsistemində" (bundan sonra MAS) işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüqu qlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. MAS-dan əldə edilmiş məlumata əsasən, iddiaçı 15 aprel 2020-ci il tarixində qeyd edilən sistemdə “işsiz” (işi və qazancı olmayan şəxs) kimi qeydiyyatdan keçmiş və indiki dövrə qədər qeyd edilən sistemdə işsiz kimi qeydiyyatdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməs i şərtlərinin yuxarıda qeyd edilən müddəasına əsasən digər qurumların informasiya ehtiyatlarından istifadə edilərək aparılan araşdırmada iddiaçının X4 (FİN: 3185ZF0) evli olduğu və arvadının 190 manat birdəfəlik ödənişin verilməsi nəzərdə tutulan dövrdə adına aktiv əmək müqaviləsi (3185ZF0Q00101) olduğu təsbit edilmişdir. İddiaçı iddia ərizəsində X4 ilə arasında olan nikahın 29 mart 2009-cu il tarixində məhkəmə qaydasında pozulduğu qeyd etsə belə, müvafiq birdəfəlik ödənişlə bağlı real vaxt rejimində araşdırma aparılan zaman cavabdeh tərəfindən iddiaçının evli olduğu, habelə sistemdə görünən əri X2 yuxarıda qeyd edilən əmək müqaviləsi bildirişi nömrəsinə əsasən aktiv əmək müqaviləsi olduğu aşkarlanmışdır. Beləliklə, İddiaçı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-c i il tarixli 127 nömrəli Qərarına əsasən nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılan zaman evli olduğu və ərinin adına aktiv əmək müqaviləsinin aşkarlanması səbəbindən ona birdəfəlik ödəmənin verilməsindən haqlı olaraq qanuni əsaslar çərçivəsində imtina olunmuşdur.
7. Bakı İnzibati Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2-1(112)-3468/2023 nömrəli qərarı (hakim A.Ə.Əhədova) iddia tələbi təmin edilmiş, iddiaçıya koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar ödənilən birdəfəlik ödəmə qismində aprel, may, iyul və avqust ayları üçün hər ay 190 manat olmaqla, cəmi 760 manat məbləğində birdəfəlik ödəmənin ödənilməsi öhdəliyi cav abdehə həvalə edilmişdir.
8. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi haqqında Nazirlər Kabinetinin 07 aprel 2020-ci il tarixli, 127 nömrəli qərarı ilə aprel, may ayı üzrə, Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 216 nömrəli, 07 avqust 2020-ci il tarixli, 283 nömrəli qərarları ilə iyul və avqust ayları üzrə 190 manat məbləğində ödəmənin verilməsi müəyyən edilmişdir. Qeyd edilən “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın tələbinə əsasən birdəfəlik ödəmə qeydiyyat tari xindən asılı olaraq, MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənildiyindən, iddiaçı da məhz həmin tarixə məşğuluq alt sistemində işsiz kimi qeydiyyatda olduğundan onun da birdəfəlik ödəməni almaq hüququ yaranmışdır. Odur ki, iddiaçının almadığı aprel, may, iyul və avqust ayları üçün hər ay 190 manat birdəfəlik ödəmənin verilməsini tələb etməsi əsaslıdır.
9. Bundan başqa iddiaçının birdəfəlik yardım almaq hüququ mövcud olmuş, iddiaçının birdəfəlik yardım almaq hüququ olmayan şəxslərin kateqoriyasına aid olduğuna dair işdə hər hansı sübut olmamışdır. 190 manat birdəfəlik ödəmənin yalnız 600 min şəxsə aid edilməsi, həmin ödəməni almaq hüququ olan şəxslərdən yalnız 60 0 mininə ödənilməli olması barədə hər hansı rəsmi sənəd mövcud olmamışdır. Cavabdeh bu imtinası ilə hamının qanun və inzibati orqan qarşısında bərabər olması və inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsinin qadağan olunması barədə “İnzibati icraat haqqında” Qanunun 12.1-ci və 12.2ci maddələrinin tələbini nəzərə almamışdır.
10. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli, 2-1(103)-2240/2023 nömrəli qərarı (hakimlər M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və P.A.Hüseynov) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2-1(112)-3468/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh hesab edir ki, hazırda birdəfəlik ödəmənin verilməsi proqramı başa çatdırılaraq, icra müddəti bitmiş və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödəmə təyin olunaraq ödənişlər həyata keçirilmişdir. Bu sosial müdafiə tədbirinə cəlb etmə müddəti və cəlb olunan şəxslərin sayı üzrə konkret çərçivə müəyyən edilmişdir. Bu məqsədlə birdəfəlik şəkildə dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vəsait ayrılmış və həmin dövrdə təyinatı üzrə istifadə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli qərarının 1.2-ci bəndində açıq şəkildə göstərilmişdir ki, birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Müasir dövrdə ilk dəfə baş vermiş qlobal pandemiyanın ilkin dövrlərində (2020-ci İlin aprel-may ayları) digər sahələrdə olduğu kimi əhalinin məşğulluğunun yeni çağırışlara uyğun tənz imlənməsi ilə bağlı qeyri-müəyyənliklər yaransa da, hazırkı məhkəmə işinə baxıldığı dövrdə, habelə iddia ərizəsi ilə məhkəməyə müraciət ünvanladığı zaman X3 tərəfindən işsiz şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi üçün xeyli məhdudiyyətlər aradan qalxmışdır. Birdəfəlik ödəmə həyata keçirilməmiş şəxs MAS-da işsiz kimi qeydiyyatda saxlanılır və bu şəxsin istəyi və müraciəti olduğu halda onun məşğulluğunun təmin olunması məsələsinə Qanuna müvafiq olaraq baxılacaqdır. Mümkün olduğu halda dayanaqlı məşğulluq tədbirlərindən imtina edən, yalnız passiv şəkildə ödəmə almaq niyyətində olan şəxs işsiz anlayışına uyğun gəlmir.
15. Bundan başqa, məhkəmə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsində göstərilən imkandan istifadə etməyərək, dövlətin, o cümlədən döv lət büdcəsinin əlavə maliyyə yükünə səbəb olur.
16. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi iddianın mümkünlüyünü yoxlamadan (iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl edilməsi və s.) iddia tələbinə mahiyyəti üzrə baxaraq qərar qəbul etmiş və prosessual pozuntuya yol vermişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.1.6. işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyat a alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs; 1.1.7. işaxtaran – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) münasib iş üçün və bu Qanunda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq tədbirləri ilə bağlı müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxs; [4]...
19. Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli, 1950 nömrəli Sərəncamı... 1. 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların (bundan sonra – pandemiya) Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin mal iyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1,0 (bir) milyard manat ayrılsın.
2. Pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılsın....
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli, 127 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”
1. Ümumi müddəalar 1.1. Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. 1.2. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. 1.3. Birdəfəlik ödə mə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. 1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.
2. Birdəfəlik ödəmənin verilməsi şərtləri 2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. 2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəx slərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. 2.3. Dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: [2] 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı; [3] 2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara; 2.3.13. birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara; 2.3.14. yaşı 18-dən aşağı olanlara; 2.3.15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. 2.4. Birdəfəl ik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir.
3. Birdəfəlik ödəmənin verilməsi qaydası 3.1. Şəxs birdəfəlik ödəmənin alınması üçün “e-sosial” portalında “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” xidmətindən istifadə edərək müraciət edir. 3.2. İşsiz statusu olanlara münasibətdə MAS tərəfindən bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır və müvafiq qərar qəbul olunur. 3.3. İşsiz statusu olmayan şəxs isə bu statusun alınması üçün bu Qaydanın 3.1-ci bəndində göstərilən qaydada müraciət edir. Bu zaman MAS tərəfindən şəxsə münasib işin təklif edilməsi mümkün olmadıqda, dərhal işsiz statusunun verilməsi haqqında qərar qəbul olunur və bu Qaydanın 3.4-cü və 3.5- ci bəndlərinə uyğun olaraq yoxlama aparılır. 3.4. MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir. 3.5. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydaların 2.3-cü bəndində göstərilən şəxsə aid olmaması müəyyən edildikdə birdəfəlik ödəmənin təyin edilməsi haqqında MAS tərəfindən qərar qəbul olunur. 3.6. Birdəfəlik ödəmə bank və ya poçt vasitəsi ilə ödənilir və bu barədə şəxsə mobil ismarıc göndərilir. 3.7. Birdəfəlik ödəmənin pandemiya ilə əlaqədar xüsusi karantin rejimi dövründə aylıq həyata keçirilir. Növbəti ay üçün birdəfəlik ödəmə təkrar yoxlama keçirildikdən sonra əvvəlki ödənişdən 30 (otuz) gün sonra həyata keçirilir. 3.8. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin bu Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. 21. “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdi q edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 2020-ci il tarixli, 149 nömrəli qərarı
1. Aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin: “2-1. Birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 2020-ci il 25 aprel tarixinə qüvvədə olan redaksiyasının 1-ci hissəsində göstərilən müddətlərə uyğun olaraq, xüsusi karantin rejiminin tətbiq edildiyi dövrü əhatə edir və cari ilin aprel və may ayları üçün ödənilir.”.
2. Həmin Qərarla təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslər ə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” üzrə: 2.1. 2.3-cü bəndin birinci abzasına “ödənişləri alan” sözlərindən sonra “, habelə bu bənddə göstərilən meyarlara cavab verən” sözləri əlavə edilsin; 2.2. 2.3.10-cu yarımbənd aşağıdakı redaksiyada verilsin: “2.3.10. bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı;”; 2.3. aşağıdakı məzmunda 2.3.11-2.3.15-ci yarımbəndlər əlavə edilsin: “2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara; 2.3.13. birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara; 2.3.14. yaşı 18-dən aşağı olanlara; 2.3.15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara.”; 2.4. 3.8-ci bənd aşağıdakı redaksiyada verilsin: “3.8. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin bu Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur.”
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 2020-ci il tarixli, 149 nömrəli qə rarı... 2. “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 2-1-ci hissəsində “Birdəfəlik” sözü “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik” sözləri ilə əvəz edilsin.... 23. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
3. Mediasiyanın tətbiq dairəsi 3.1. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əm ək münasibətlərindən irəli gələn mübahisələr; 3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. 3.2. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.... Maddə
31. Məhkəmə mediasiyası 31.1. Məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Tərəflər arasında “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanarsa, məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır....
24. Azərb aycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı ver ilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət ed ilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil e dir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Hazırkı mübahisə iddiaçıya işsiz kimi qeydiyyatda olan şəxslər üçün nəzərdə tutulmuş koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə 190 manat məbləğində aylıq birdəfəlik ödəmənin verilməsindən cavabdehin imtinası ilə bağlıdır. Bununla bağlı qeyd olunmalıdır ki, cavabdeh aylıq birdəfəlik ödəmə barədə şəxsin ərizəsi üzrə icraat aparmağa və ödəmənin həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş dispozisiya şərtlərinin şəxsə münasibətdə mövcud olubolmamasını xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Yalnız belə icraat nəticəsində tələb olunan dispozisiya şərtlərinin şəxs tərəfindən ödənilmədiyinin müəyyən olunduğu təqdirdə, cavabdeh həmin vəsaitin ödənilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır.
31. Nəzərə alınmalıdır ki, birdəfəlik ödəmənin verilməsində dövlətin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiqi ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin minimal yaşayış ehtiyaclarını və sosial müdafiəsini təmin etməkdən ibarətdir.
32. Bu baxımdan hazırkı qərarın 20-23-cü bəndlərində istinad olunan normalar pandemiya dövründə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtlərini və qaydalarını, birdəfəlik ödəmənin verilməsi əsaslarını, habelə ödəmənin veriləcəyi şəxslərin dairəsini müəyyənləşdirir.
33. Yuxarıda istinad olunan normalara görə, birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və yuxarıda istinad olunan həmin Qaydaların 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla, 1 aprel 2020-ci il tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir (1.2, 1.3, 1.4, 2.1 və 2.2-ci bəndləri).
34. Cavabdeh iddiaçıya birdəfəlik ödəmənin verilməsi məsələsin i həll edərkən məhz yuxarıda qeyd olunan qaydalara uyğun davranmalı, həmin normalarda nəzərdə tutulmuş şərtlərin və əsasların iddiaçıya münasibətdə mövcud olub-olmadığını yoxlamalı idi. Bu konkret mübahisəyə münasibətdə həm də ona görə xüsusi əhəmiyyət daşıyır ki, müvafiq qaydalarda nəzərdə tutulmuş kateqoriyadan olan şəxslər dövlətin sosial müdafiə tədbirlərindən kənarda qalmasınlar. Başqa sözlə, birdəfəlik ödəmə sosial müdafiəyə ehtiyacı olan və qanunvericiliklə müəyyən olunmuş kriteriyalara cavab verən şəxslərə, həmin şəxslərin buna hüquqlarının yarandığı təqdirdə ödənilməlidir.
35. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, koronavirus (COVİD19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan iddiaçıya birdəfəlik ödəmənin verilməsi üçün tələb olunan şərtlərin mövcudluğu apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
36. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
37. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərinə əsasən 190 manat birdəfəlik ödəmənin yalnız 600 min şəxsə aid edilməsi, həmin ödəməni al maq hüququ olan şəxslərdən yalnız 600 min nəfərə ödənilməli olması barədə hər hansı rəsmi sənəd mövcud olmamışdır. Cavabdeh bu imtinasında hamının qanun və inzibati orqan qarşısında bərabər olması və inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsinin qadağan olunması barədə “İnzibati icraat haqqında” Qanunun 12.1 və 12.2-ci maddələrinin tələbini nəzərə almamışdır.
38. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, cavabdehin imtinaya haqq qazandırmaq üçün kassasiya şikayətində istinad etdiyi arqumentlər (birdəfəlik ödəmənin verilməsi proqramının başa çatması, 600 min şəxsə münasibətdə ödəmənin həyata keçirilməsi, dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsaitin həmin dövrdə təyinatı üzrə a rtıq istifadə olunması, dövlət büdcəsinin üzərinə əlavə maliyyə yükünün qoyulması) şəxsin qanunvericiliklə təsbit olunmuş hüququnun təmin edilməsindən imtina üçün əsas deyildir. Nəzərə almaq lazımdır ki, şikayətdə qeyd olunan məsələlər vətəndaşların sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirləri ehtiva edən müvafiq normativ hüquqi aktların hazırlanması çərçivəsində aparılan normativ aktların hüquqi təsirinin qiymətləndirilməsi və həmin tədbirlərin maliyyə təminatının müəyyən olunması mərhələsində həll olunmalıdır. Sosial müdafiə tədbirlərinin şamil olunacağlı ehtimal edilən şəxslərin dairəsi və sayı da məhz həmin mərhələdə müəyyən edilməlidir. Başqa sözlə, vətəndaşların sosial müdafiəsi və sosial təminatı ilə bağlı normativ hüquqi aktlar dövlətin maliyyə imkanları və müvafiq resu rsları nəzərə alınmaqla və qiymətləndirilməklə hazırlanmalıdır. Bu sahədə qəbul olunmuş normativ aktlarda şəxsin tələb hüququ təsbit edildikdən sonra, müəyyən edilmiş şərtləri ödəyən şəxsə münasibətdə maliyyə yükünə istinadən hüququn təmin olunmasından imtina vətəndaşların qanunvericiliyə etimadına ciddi zərbə vurmuş olardı. Hazırkı mübahisəyə münasibətdə həm də nəzərə almaq lazımdır ki, şəxs sosial müdafiə tədbirinə cəlbetmə müddətinə aid olan aylar üzrə birdəfəlik ödəməni tələb edir və ödəmənin gecikdirilməsi onun məsuliyyət sferasına aid edilə bilməz. Bu zaman inzibati orqanların qanunçuluq və bərabər yanaşma kimi konstitusion prinsiplərə bağlı olduğu da diqqətə alınmalıdır.
39. Məhkəmə kollegiyası cavabdehin apellyasiya məhkəməsi tərəfindən mübahisənin mediasiya vasitəsilə həllini təmi n etmədən dövlət büdcəsinin əlavə maliyyə yükünə səbəb olması ilə bağlı kassasiya şikayətindəki dəlilinə münasibətdə qeyd edir ki, hazırkı qərarın 24-cü bəndində qeyd edilən normaya əsasən inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr mediasiyanın tətbiq dairəsinə aid edilsə də, həmin mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirakın məcburi olması ilə bağlı hər hansı göstəriş yoxdur.
40. Kassasiya şikayətinin dəlillərində qeyd olunan “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən, məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə öz təşəbbüsü və ya tərəflərdən birinin müraciəti əsasında mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Yəni bununla bağlı məhkəmənin mülahizə hüququna malik old uğu nəzərə alınmalıdır. İş materialları ilə müəyyən olunur ki, məhkəmənin mübahisənin mediasiya vasitəsilə həll edilməsi ilə bağlı təşəbbüsü olmamış, cavabdeh inzibati orqan isə analoji təkliflə məhkəməyə müraciət etməmişdir.
41. Eyni zamanda hazırki mübahisə üzrə cavabdeh inzibati orqanın mövqeyi artıq məlumdur ki, cavabdeh inzibati orqan iddiaçı ilə barışıq niyyətində deyil və iddiaçının tələbindən imtina etməklə imtinasını əsaslı hesab edir.
42. Bundan əlavə məhkəmə kollegiyası iddianın mümkünlük məsələsinə apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilməməsi və prosessual pozuntuya yol verilməsi ilə bağlı kassasiya şikayətindəki dəlilinə münasibətdə qeyd edir ki, əvvəla cavabdeh inzibati orqan iddianın konkret hansı mümkünlük şərtlərinin pozulmasını əsaslandırmamışd ır.
43. Bundan başqa cavabdeh inzibati orqan mümkünlük şərtləri kimi iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməli olması və iddianın verilməsi müddətinə əməl edilməsini göstərmişdir ki, məhkəmə kollegiyası qeyd edir ki, hər iki mümkünlük şərtlərinə də iddiaçı tərəfindən əməl edilmişdir. Belə ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət etmiş, iddiaçının müraciəti nazirliyin tabeliyində X1 Bakı Regional Məşğulluq filialı tərəfindən cavablandırılmışdır.
44. Göründüyü kimi, cavabdeh inzibati orqan vətədaşın müraciəti ilə bağlı heç bir araşdırma aparmadan, eyni zamanda hazırki iş üzrə birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilmiş qərarlara diqqət yetirmədən formal kassasiya dəlili ilə irəli sürmüşdür. Belə ki, iddiaçının məhkəməyə müraciət etməzdən öncə inzibati orqana müraciət etməsi və sonuncunun bundan imtina etməsi hər iki instansiya məhkəməsinin qərarlarında qeyd olunmuşdur.
45. Eyni zamanda iddianın verilməsi müddətinə əməl edilməməsi ilə bağlı cavabdehin kassasiya şikayətindəki dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edildiyi kimi, iddiaçı birdəfəlik yardımın ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməyərək vətəndaşın müraciəti ilə bağlı inzibati icraata başlamamış, icraat aparmamış, icraatın nəticəsi olaraq (iddiaçının tələbinin təmin edilib-edilməməsi) heç bir qərar qəbul etməmiş, yalnız formal əsaslarla tələbdən imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya cavab vermişdir. Belə olan halda hazırki iddianın verilməsi üçün müddət ötürülməsindən söhbət gedə bilməz.
46. Sonda məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh inzibati orqan etiraz və şikayətində qeyd etmişdir ki, birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılır. Lakin cavabdeh inzibati orqanın müraciət etmiş vətəndaşlarla bağlı “apardığı araşdırma” şübhə doğurur. Belə ki, iddiaçının nikahının pozulması faktı Ədliyyə Nazirliyinin Ba kı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən qeydiyyata alınmaqla iddiaçıya nikahın pozulması haqqında şəhadətnamə, habelə soyadı və ailə vəziyyəti dəyişdirilməklə Daxili İşlər Nazirliyi tərəfindən iddiaçıya yeni şəxsiyyət vəsiqəsi verilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan müraciət etmiş vətəndaşların hüquqlarının müəyyən edilməsi üçün həqiqətən də nazirliklərin informasiya ehtiyatlarından və sistemlərindən istifadə etməklə araşdırma aparmış olsaydı, iddiaçının nikahının pozulmasını və müraciət tarixində onun subay olması faktını Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin informasiya ehtiyatları ilə müəyyən etmiş olardı.
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 190 manat məbləğində birdəfəlik aylıq ödəmənin verilməsindən cavabdehin imtinası qanunsuz sayılmalı və şəxsin həmin ödəməyə olan hüququnun pozulması kimi qiymətlən-dirilməlidir.
48. Odur ki, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli, 21(103)-2240/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.